Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4014/2020 11.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili X6, nümayəndəsi Nümayəndə, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili X4, tərcüməçi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair, Cavabdeh İddiaçı qarşı alqı-satqı m üqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddia üzrə iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Bəbirli X11 İqor İvanoviçə qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair ilk iddia ərizəsi ilə; ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabde h İddiaçı qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdilər. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Paşayeva, iş № 2(008)-4381/2019) ilk iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Kərimli (sədrlik edən və məruzəçi), X.Cəmilova və V.Sadıqov, iş № 2(103)-709/2020) Cavabdeh apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(008)4381/2019 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı qeydiyyatdan və mənzildən çıxarılma tələbinə dair ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında ünvan 1 ünvanında yerləşən 4A saylı mənzilin alqısatqısına dair xx.xx.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, mənzil üzərində Cavabdeh mülkiyyət hüququnun bərpa edilməsi, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 20 manatın və apelyasiya şikayəti verilərkən ödənilmiş 10 manat dövlət rüsumlarının İddiaçı alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia ərizəsində Cavabdeh İddiaçı konkret olaraq onun hansı hüquqlarının pozulmasını göstərmədən, faktiki cəhətdən onun hüquqlarının ilk iddia üzrə iddiaçının anası Cəfərli X5 Elşən Tofiq oğlu və notariat kontorları tərə findən pozulduğunu qeyd etmişdir. Qarşılıqlı iddia iddianın prosesdə müəyyən marağı olan üçüncü şəxsə, prokurora və ya dövlət orqanlarına qarşı irəli sürülməsinin mümkün edir. Belə olan halda qarşılıqlı iddia üzrə iddiaçı məhkəməyə verdiyi ərizəsində hərəkətlərindən narazı olduqları şəxslərin, məhkəmədə cavabdehlər qismində cəlb etməli idi. Lakin göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı nəinki belə vəsatətlə, birinci instansiya məhkəməsinə, hətta apelyasiya məhkəməsinə müraciət etməmişdir. Nəticədə apelyasiya instansiya məhkəməsi işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə çıxarmışdır. Məhkəmə bu qətnaməni yalnız qarşılıqlı iddia üzrə iddiaçının apelyasiya şikayətində göstərildiyi dəlillərinə və məhkəmədə v erdiyi izahatına istinad edərək, birinci instansiya məhkəməsində toplanmış sübutları və ilk iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə iddiaçının apelyasiya şikayətinə qarşı verdiyi etirazını bilərəkdən, qətnamədə göstərmədən və onları əks etdirmədən MPM-in 88-ci maddəsinə zidd hərəkətlər etməklə qətnamə çıxarmışdır. Faktiki cəhətdən Cavabdeh, X8 verdiyi etibarnamənin aldatma yolu ilə verilməsi və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qənaətinə gələn məhkəmə, həmin əqdləri rəsmiləşdirmiş, notariusları, sözügedən əqdlərin qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsinin onların üzərinə qoymaq əvəzinə, öz mülahizələrini sübut növləri kimi irəli sürməkdə israrlı olmuşdur. Məhkəmə aldatmanın hansı şəraitdə baş verməsini onun hansı şahid ifadələri və alqısatqı müqavi ləsini bağlamış dövlət orqanının izahatı ilə sübuta yetirilməsini, bununla hansı hüquq normalarının tətbiq etməli olmasını nədənsə göstərə bilməmişdir. Həmçinin məhkəmənin qəbul etdiyi qətnamədə Cavabdeh həmin alqı-satqı müqaviləsinə görə ödənilmiş pulu almadığından ikitərfli qaydada restitusiya mümkün deyildir»- nəticəsinə gəlməsi, birmənalı şəkildə iddia üzrə iddiaçıya qarşı qərəzli olmasına dəlalət edən haldır. Alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün subyektlər satıcı və alıcı, satılan əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənəd, əmlakın üzərində məhdudiyyətin olub-olmaması barədə arayış, mənzildə qeydiyyatda olan 18 yaşına çatmış şəxslərin razılıq ərizələri, alıcı tərəfindən notariusun bankda olan depozit hesabına ödənilməli olan məbləğ barədə bank mədaxil qəbzi alqı-satqı müqaviləsi ilə bağlı xidmət haqqı ödənilmişdir. Belə olan halda sual olunur, əgər Cavabdeh özü tərəfindən etibarnamə verdiyi X9 ümumiyyətlə tanımırdısa, ona məxsus mənzilə dair çıxarışı X3 vermişdir? Əgər alqı-satqı müqaviləsinin bağlanmasına əsas olmuş etibarnamə etbarsız hesab edilməmişdirsə, onda alqısatqı müqaviləsi niyə etibarsız hesab edilməlidir? Məhkəmənin alqı-satqı müqaviləsinin aldatma yolu ilə bağlanması nəticəsinə gəlməsi, bununla bağlı yəni aldatma yolu ilə etibardan sui-istifadə etməklə əmlakın ələ keçirilməsi ilə əlaqədar, hüquq mühafizə orqanının qüvvədə olan qərarında müəyyən edilən hallara və faktlara zidd yanaşmasından bəlli olur. Məhkəmə bilərəkdən və qəsdən qətnamədə, qərarı düzgün təfsir etməmişdir. Əgər Cavabdeh polisə verdiyi ərizə və izahatındakı xüsusatlar həqiq ətə uyğun olsa idi və öz təsdiqini tapsa idi, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilməzdir. Bununla da aşkardır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ilk iddia üzrə iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili X10 və nümayəndəsi Nümayəndə izahatlarında göstərmişlər ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cavabdeh İvaniviçin vəkili X7 və özü izahatlarında göstərmişlər ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması əda lətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, ünvan 1 ünvanında yerləşən 4A saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2016-cı il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. xx.xx.2016-cı il tarixli ƏN-İ seriyalı 605546 saylı etibarnamə ilə Cavabdeh harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakına dair hüquqları X8 etibar etmişdir. xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 İqor İvanoviçin adından evi İddiaçı satmış, alıcının əvəzinə Nümayəndə müqaviləni imzalamışdır. İddiaçı da ona məxsus hüquqları Nümayəndə etibar etmişdir. Cavabdeh aldadılaraq mənzilinin ələ keçirilməsi ilə bağlı şikay ətinə dair Bakı şəhəri Nərimanov RPİ-nin xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında müəyyən edilmişdir ki, Cavabdeh evinin sənədləşməsi üçün Nümayəndə müraciət etmiş, o özünü ona hüquqşünas kimi tanıtmış, onu qəyyumluğa götürərək kömək edəcəyini vəd etmişdır. Sonuncu onu notariat kontoruna apararaq guya qəyyumluğa dair sənədə qol çəkdirmişdir. Sonradan Amalya ona vəd etdiyi qulluğu göstərmədiyindən sənədi ləğv etdirmək qərarına gəlmiş, onda bilmişdir ki, onu aldadaraq və ona izah etməyərək etibarnaməyə qol çəkdirmişlər. Apelyasiya məhkəməsinin gəldiyi nəticəsindən görünür ki, əqdin etibarlılığı üçün iradə ifadəsinin təzahürü önəmlidir. Faktiki olaraq evin mülkiyyətçisi olan Cavabdeh evi satmaq fikri olmamış, o, evi onun adından satan şəxsi ümumiy yətlə tanımamış, mənzilə dair onun adından sərəncam verməyi başqasına həvalə etməmişdir. Yəni qeyd edilən alqı-satqı əməliyyatı əmlak sahibinin iradəsinin ziddinə aparılmış, aldadılma şəraitində imzalanmışdır. Qanunvericilik isə əqdin bu şəkildə bağlanmasına yol vermədiyindən əqd etibarlı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsız lığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. Cavabdeh həmin alqı-satqı müqaviləsinə görə ödənilmiş pulu almadığından ikitərəfli qaydada restitusiya mümkün deyildir. Lakin əmlak üzərində Cavabdeh qanunsuz məhrum olduğu mülkiyyət hüququ bərpa edilməlidir. Belə olan halda İddiaçı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və çıxarılma tələbi hüquqi əsasını itirir. Məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmamaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinməmiş, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsd iq oluna bilməz. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin materiallarından görünür ki, mübahisəli ev Cavabdeh mülkiyyətində olmuş, onun tərəfindən ilkin olaraq X8 etibarnamə verilmişdir. Həmin vaxt mülkiyyətində olan mənzilin mülkiyyət hüququnu təsdiq edən sənəd də etibar edilən şəxsə təqdim edilmişdir. Alqı-satqı müqaviləsinin bağlanması ilə bağlı hərəkətlərin ardıcıllığı baxımından iş materiallarında olan mühüm və diqqətəlayiq məqamları aşkardır. Apelyasiya məhkəməsinin mövqeyinə görə evin mülkiyyətçisi olan qarşılıqlı iddiaçının mənzilin satılmasına irad ə ifadəsi olmamış və o, aldadılmışdır. Aldadılmanın hansı şəxslərlə bağlı olması müəyyən olunmamışdır. Qarşılıqlı iddiaçının mövqeyindən aydın olur ki, mübahisəli evin alıcısı qismində çıxış edən şəxsə qarşı yönəlmiş hər hansı bir dəlili yoxdur. O, aldadılmanı alqısatqı müqaviləsində tərəf olmayan digər şəxslər tərəfindən həyata keçirildiyi bildirir, lakin məhkəmələr müvafiq olaraq həmin dəlillərin araşdırılmasının təmin olunması üçün qarşılıqlı iddiaçının aldadılması ilə bağlı nəticəyə gələrkən adı çəkilən şəxsləri və müvafiq olaraq alqı-satqı müqaviləsini rəsmləşdirən müvafiq notariat orqanını işə cəlb etməmişdir. Apelyasiya instansiya məhkəməsinin müəyyən etdiyi işin hallarından aydın olur ki, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına dair notariat işində alqı-satqı dəyərinin ödənilməsinə dair mədaxil orderi, mənzilin Cavabdeh mülkiyyətində olmasını təsdiq edən reyestrdən çıxarış, xidmət haqqının ödənilməsi barədə sənəd, mənzilin yüklü olmamasına dair arayış, müqavilədən əvvəl mənzilin alqı-satqısına dair razılıq əldə olunmasına dair tərəflərin nümayəndələrinin qarşılıqlı ərizəsi (nümayəndələr tərəfindən imzalanmış), satıcın və alıcının adından çıxış edən şəxslərin tam səlahiyyətə malik olmalarını özündə əks etdirən etibarnamələrinin surətləri əlavə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsi faktiki olaraq alqı-satqı müqaviləsinin bağlanması zamanı mülkiyyətçi olan qarşılıqlı iddiaçının mənzilin satılmasına iradə ifadəsinin olmamasına, mənzili satmaq niyyətinin olmamasına, aldadılmasına istinad etmişdir. Lakin həm in vaxt məhkəmə mülkiyyətçi olan Cavabdeh İvaonvçinin digər şəxsə olan X8 hansı səbəbdən etibanamə verməsi, həmin etbarnamədə digər səlahiyyətlərlə yanaşı onun mülkiyyətində olan mənzilin satılmasına səlahiyyət verməsi, hansı səbəbdən mənzilə dair mülkiyyəti təsdiq edən sənədin etibanamə verilən şəxsdə olmasına dair dəlillər qarşılıqlı olaraq araşdırılmamışdır. Bunlar isə digər faktlara yanaşı göstərildiyi kimi yalnız adı çəkilən şəxslərin işə cəlb edilməsi ilə aydınlaşdırıla bilərdi. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsi mülkiyyətçi olan X13 aldadıldığını göstərmiş olsa da bu nəticəsinin hansı müəyyən olunmuş hallara istinad edilərək gəlməsi qeyrimüəyyəndir. Apelyasiya instansiyası məhkəməsi müqavilələrin sözügedən şəxsin iradə ifadəsinin məhz mülkiyyətində olan evin satı lmasına və ya digər əqdin bağlanmasına yönəldilməsi halının mövcudluğuna, həmçinin müqavilənin onun özünün deyil, buna müvafiq qaydada səlahiyyət verilmiş nümayəndəsi tərəfindən imzalanmasına qanunvericiliyin tələblərinə uyğun olmasına da düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya məhkəməsi iddianın faktiki olaraq müqaviləsinin bağlanmasından 2 il sonra və məhz ilkin iddia tələbindən sonra irəli sürülməsinə qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Apelyasiya instansiyası məhkəməsi qarşılıqlı iddiaçının hansı müddətdən iddia tələbi irəli sürmək üçün imkan əldə etməsini müəyyən etməmiş, onun bu hüququndan bir il ərzində istifadə etməməsinin səbəbini araşdırmamış nəticədə, əqdin mübahisələndirilməsi üçün mülki qanunvericilikdə müəyyən olunan 1 illik kəsici müddəti hansı səbəbdən ötürməsinə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir. Halbuki, kollegiya qeyd edir ki, Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulmuş iddia müddəti ilə, Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddət tamamilə fərqli anlayışlardır. Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddəti deyil, kəsici müddət olmaq etibarı ilə hüququnun pozulması ehtimal olunan şəxsin müraciət müddətidir. Yəni qanu nun tələbinə əsasən əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürmək üçün hüququ pozulmuş şəxs bir il ərzində məhkəməyə müraciət edə bilər. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Lakin iddiaçı onun hüququnun pozulduğunu bildiyi andan 1 il müddətində əqdin etibarsızlığı ilə bağlı mübahisə açmamış və bununla da qanunla müəyyən edilmiş müraciət müddətini ötürmüşdür. İddiaçının məhkəməyə deyil, hüquq-mühafizə orqanlarına müraciət etməsi onun hüququnun pozulduğunu bilməməsi anlamına gəlmir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsi qanunda müstəqil xarakter daşıyan xüsusi norma kimi nəzərdə tutulmaqla əqdin etibarsızlığı barədə mübahisə yalnız orada müəyyən olunmuş müddətlər çərçivəsində irəli sürülə bilər. Həmin maddədə müəyyən olunmuş 1 illik müddətin keçməsi əqdin etibarsız hesab edilməsi imkanını aradan qaldırdığı üçün iddiaçının əqdin etibarsız sayılmasını əsas verən halları bildiyi və ya bilməli olduğu vaxtın müəyyənləşdirilməsi iş üçün mühüm əhəmiyyət kəsb etdiyi halda apelyasiya instansiyası məhkəməsi bu halları araşdırmadan və apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət vermədən gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilinməz. Halbuki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə görə kassasiya və apelyasiya məhkəmələri aşağ ı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək daha sonra hesab edir ki, bağlanmış alqı-satqı müqaviləsi də məhz verilməsi qanunvericiliyin pozulması ilə müşayət olunmayan etibarnamənin əsasında həyata keçirilməsi nəzərə alınmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 364.2-ci maddəsinə əsasən səlahiyyətləri başqa şəxsə bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu məsuliyy ət qoyur. Apelyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, bu normanın tələbi belə etibarnamə əsasında bağlanmış əqdin etibarsız hesab edilməsinə deyil, alınan məbləğin etibar edənə verilməməsi sübut olunduğu halda vurulmuş ziyana görə nümayəndənin məsuliyyət daşımasına əsas verir. Bu zaman isə əqdi etibarsız hesab edən məhkəmə qarşılıqlı yoxlamanı təmin edərək faktiki olaraq restutisiyanın mümkünlüyü aydınlaşdırmalı idi. Məhkəmə kollegiyası hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhk əmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlməmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə v ə qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalıdır, çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq mü nasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi İddiaçı kassasiya şikayətinə münasibətdə ləğv edilsin, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4014/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4014/2020
11.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver