Məhkəmə qərarları › İş №2(102)-4015/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4015/2023

03.11.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4015/2023 03.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “Yevlax rayonu Mühafizə Şöbəsinə qrup rəhbəri vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3951/2023 nömrəli iş üzrə 19 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 03 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Yevlax rayon Mühafizə Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xidməti xasiyyətnaməyə əsasən İddiaçı xx.xx.2016-cı il tarixdən Yevlax rayon Mühafizə Şöbəsində mülki mühafizəçi, 2019-cu ilin mart ayından qrup rəhbəri vəzifəsində xidmət aparmışdır.

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2022- ci il tarixli, 247-038-22 əmrindən görünür ki, daxili işlər orqanlarının əməkdaşı adını uca tutmalı, etik qaydalara ciddi əməl etməli, hər kəsi hüquqa zidd əməllərdən müdafiə etməli və digər əməkdaşlara nümunə olmalı olduğu halda, İddiaçı ilə birlikdə xidm ət vaxtı xanımlarla eyş-işrət məclisi təşkil etdiyinə, qrup rəhbəri İddiaçı həmin qadınlardan biri ilə qeyri-etik formada fotoşəkilini və sonuncunun evli bir qadınla əxlaq normalarına zidd münasibət qurması barədə söhbət edərkən, həmin danışıqların videogörüntüsünü xəlvəti şəkildə mobil telefonla qeydə aldığına, qeyd olunan foto və videogörüntülərin silinməsi müqabilində qrup rəhbəri İddiaçı ilə şəxsi maraqlarından irəli gələn mövzuda danışıq apardığına, subardinasiya qaydalarını pozaraq rayon prokurorluğuna sonuncunun barəsində müraciət etdiyinə, həmin hərəkətləri ilə «Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi»nin 1-3, 12, 17, 19 və 22-ci maddələrinin, «Polisin post patrul xidməti Nizamnaməsi»nin 7.1.5-ci, «Azərbaycan Respublikası Daxili X7 Nizamnaməsi»nin 3.1, 3.2 və 3. 9-cu bəndlərinin tələblərini kobud surətdə pozduğuna və xidmətdə mənfi xarakterizə olunduğuna, bununla da daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə Yevlax Rayon Mühafizə Şöbəsinin manqa komandiri, polis baş serjantı X3 BMİ-nin xx.xx.2021-ci il tarixli, Ə302-038-21 nömrəli əmri ilə qüvvədə olan “töhmət” intizam tənbehi, Sıravi və kiçik rəis heyətinin yığıncağının qərarı da nəzərə alınmaqla «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 9 və 10-cu bəndlərinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmiş, davranışları ilə tabeliyindəki mülki mühafizəçilərə nümunə olmalı olduğu halda, kirayə tutduqları evdə polis baş serjantı X4 ilə birlikdə xanımlarla eyş-işrət məclisi təşkil etdiy inə, polis baş serjantı X2 qeydə aldığı foto və videogörüntülərin silinməsi müqabilində sonuncunun onunla şəxsi maraqlarından irəli gələn mövzuda danışıqlar aparması barədə hissə rəhbərliyinə dərhal məlumat vermədiyinə və xidmətdə mənfi xarakterizə olunduğuna, həmin hərəkətləri ilə DİN-in Mühafizə xidmətinin nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiyinə görə Yevlax Rayon Mühafizə Şöbəsinin qrup rəhbəri İddiaçı ilə bağlanmış əmək müqaviləsi BMİ-nin xx.xx.2021-ci il tarixli Ə302-038-21 nömrəli əmri ilə qüvvədə olan “töhmət" intizam tənbehi və X8 yığıncağının qərarı da nəzərə alınmaqla DİN-in Birləşmiş Həmkarlar Komitəsi ilə razılaşdırılmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv edilmiş, tabelikdəkilərin xidmət zamanı və xidmətdən kənar vaxtlar da qanunçuluğa, nizam intizam və etik davranış qaydalarına riayət etmələrinə nəzarəti zəiflətdiyinə, hüquqazidd əməllərə qurşanmış əməkdaşların vaxtında aşkar edilərək barələrində müvafiq tədbirlərin görülməsi üçün qabaqlayıcı tədbirlər həyata keçirmədiyinə görə Yevlax Rayon Mühafizə Şöbəsinin rəisi, polis polkovnik leytenantı X6 «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 114-cü maddəsinin 3-cü bəndinə əsasən “şiddətli töhmət” elan edilmişdir.

3. BMİ-nin xx.xx.2021-ci il tarixli, Ə302-038-21 nömrəli əmri ilə elan edilmiş “töhmət” intizam tənbehi qüvvədədir.

4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2022-ci il tarixli, Ə213Ş/h-038/22 saylı əmri ilə İddiaçı 14 fevral 2022-ci il tarixindən Azərbaycan Resp ublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) Yevlax Rayon Mühafizə Şöbəsinin qrup rəhbəri (qulluqçu) vəzifəsindən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Cavabdeh 14 fevral 2022-ci il tarixli Ə213ş/h-038-22 nömrəli əmrinin ləğv edilməsi, Yevlax rayonu Mühafizə Şöbəsinə qrup rəhbəri vəzifəsinə bərpa olunması, məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı 2017-ci ilin iyun ayından etibarən 14 fevral 2022-ci il tarixədək Yevlax rayon Mühafizə şöbəsində çalışmışdır. İddiaçı 2019-cu ilin aprel ayından qrup rəhbəri vəzifəsini icra etmişdir. Cavabdeh Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin 14 fevral 2022-ci il tarixli, Ə213ş/h-038-22 nömrəli əmri ilə işdən azad edilmişdir. İşin mahiyyəti üzrə gedişatından göründüyü kimi, İddiaçı işçi olaraq günahsız olması Yevlax Rayon Məhkəməsinin 4(039)- 87/2022 saylı qərarı ilə sübuta yetirilmişdir. Belə ki, həmin qərarla X4 təqsirləndirilən şəxs hesab olunaraq onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bu da onu göstərir ki, İddiaçı işdən azad edilməyinə görə əsas hesab edilmiş qanunsuz əməllər əslində onun deyil, X2 cinayətkar əməlləridir. İddiaçı 01 fevral 2022-ci il tarixindən əmək məzuniyyətinə çıxmışdır. 05 fevral 2022-ci il tarixdə isə işə geri çağırılm ışdır. 14 fevral 2022-ci il tarixdə qanunsuz və əsassız işdən azad olunmuşdur

7. Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin (hakim R.Səmədov) 2(006)-3169/2022 saylı, 2 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı qüvvədə olan əmək qanunvericiliyinə və işəgötürən ilə onun arasında bağlanmış əmək müqaviləsinin müddəalarına zidd olaraq əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və əmək vəzifələrini kobud şəkildə pozmuş, öz qeyri-etik davranışı ilə DİN-in Mühafizə xidmətinin nüfuzuna xələl gətirən hərəkətlərə yol vermişdir. Həm də üzrlü səbəblər olmadan məhkəmədə iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Məhkəmə hesab etmişdir ki, işəgötürən İddiaçı Əmək Məcəlləsinin 70-ci ma ddəsinin «ç» bəndinə əsasən işdən azad etməkdə (əmək müqaviləsinə xitam verməklə) haqlı olmuşdur.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-73 və 296.2-ci maddələrinə, Mülki Məcəllənin 372.1, 372.2, 375.1 və 375.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 217.3 və 217.4-cü maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2017-ci ilin iyun ayından etibarən 14 fevral 2022-ci il tarixədək Yevlax rayon Mühafizə idarəsində çalışmışdır. 2019-cu ilin aprel ayından qrup rəhbəri kimi təyin olunmuşdur. Təbii ki, qrup rəhbəri kimi təyin olunma səbəbi peşə fəaliyyəti qənaətbəxş olduğu üçün rəhbərliyin gəldiyi müsbət nəticənin göstəricisidir. Lakin uzun müddət keçdikdən sonra sarsıdıcı xəbər olaraq xx.xx.2022-ci il tarixli Ə213ş/h-038-22 saylı əmrlə işdən səbəbsiz olaraq azad edilmişdir. Belə ki, Cavabdeh tərəfindən ona qarşı qərəzli mövqe nümayiş olunur. Onu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edir. Lakin bütün qeyd olunanlara əks olaraq onun təqsirsiz olduğu isbata yeti rilmişdir. Belə ki, onun işdən azad edilməsinə görə əsas hesab edilmiş qanunsuz əməllər əslində onun deyil, X2 cinayətkar əməllərinin olmasıdır. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən bu əsas məqamı nəzərə almamışdır. Təqdim olunmuş sənədlərdən də açıq-aşkar məlum olur ki, o, 01 fevral 2022-ci il tarixdən əmək məzuniyyətinə buraxılmış, daha sonra 05 fevral 2022-ci il tarixdə yenidən işə çağırılmışdır. Nəticədə xx.xx.2022-ci ildən səbəbsiz şəkildə işdən azad olunmuşdur.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6442/22 nömrəli iş üzrə 19 oktyabr 2022-ci il tarixli (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi), A.İmanov və Q.Əsgərov) qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3169/2022 saylı işi üzrə 02 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması və Azərbaycan Respublikası Cavabdeh 14 fevral 2022-ci il tarixli Ə213ş/h-038-22 nömrəli əmrin ləğv edilərək, İddiaçı Yevlax rayonu Mühafizə Şöbəsinə qrup rəhbəri vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi qət olunmuşdur.

13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Yevlax Rayon Məhkəməsinin 1(039)-127 saylı işi üzrə xx.xx.2022-ci il tarixli hökmü ilə X4 Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 07 ay 14 gün müddətə (onun iki ili sınaq müddəti müəyyən edilməklə şərti) azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmə görə X1 rayon Mühafizə Şöbəsində polis nəfəri vəzifəsində, polis baş serjan tı rütbəsində işləyən zaman 2021-ci ilin iyun ayının istintaqa məlum olmayan günündə və saatında Yevlax rayon Mühafizə Şöbəsinə məxsus “Niva” markalı, **-PH-*** dövlət qeydiyyat nömrə nişanlı xidməti avtomobillə Yevlax şəhəri ərazisində xidmətdə olarkən həmin şöbədə mülki mühafizəçi vəzifəsində işləmiş İddiaçı Yevlax şəhərində fəaliyyət göstərən istintaqa məlum olmayan taksi sürücüsünün həyat yoldaşı ilə görüşməsi ilə bağlı danışdıraraq istifadəsində olmuş “Samsung J5 Prime” markalı telefon videogörüntüsünü qanunsuz çəkib İddiaçı şəxsi həyat sirri olan məlumatları qəsdən təkrarən toplayaraq X9 əməkdaşları arasında yaymışdır. Məhkəmə qeyd etmişdir ki, işəgötürənin əmrinin verilməsinə dair əsaslar cinayət təqibi üzrə araşdırmanın nəticəsi olmuş, İddiaçı həmin iş üzrə zərərçəkmiş şəxs qismind ə tanınmış, əmrdə istinad edilən əməllərə görə isə başqa şəxsin təqsirli olması müəyyən edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmiş, qanun və müqavilə üzrə vəzifələrə, habelə təqdim edilmiş təkzibedilməz sübutlara lazımi qiymət verilməmiş və bununla da yanlış nəticə hasil olunmuşdur. Mübahisə edilən əmrə əsasən isə İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən vəzifəsindən azad edilməsi göstərilsə də, işçinin hansı əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilmədiyi, bunun nəticəsində işəgötürənin mənafeyinə ziyan dəymə si müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi İddiaçı tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində göstərilən iddia müddətinin ötürülməsi barədə gəldiyi qənaət işin hallarına uyğun olmamış, iddiaçının şikayət ərizəsi əsasında başlanmış və iddiaçı zərərçəkmiş şəxs kimi tanınmış cinayət işinə yekun vurulmamış işəgötürən əmək müqaviləsinin ləğvi barədə əmr vermişdir. Halbuki həmin əmrin verilməsi üçün əsaslar olmuş hallar məhz cinayət işinin nəticəsi üzrə müəyyən edilmişdir. İddiaçının işəgötürənə müraciətləri, zərərçəkmiş şəxs kimi tanınan cinayət işi üzrə istintaq aparılması, iş üzrə həqiqətin həmin cinayət işi üzrə aparılmış istintaq nəticəsində müəyyən olunması nəzərə alınmaqla iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi kimi qiymətləndirilməlidir. Həmçinin cavabdeh işəgötürən tərəfindən də iddia müddətinin ötürülməsi sübuta yetirilməmiş, son haqq-hesab sənədlərinin, əmək kitabçasının və sair verilməsi tarixləri barədə sənədlər məhkəməyə təqdim olunmamışdır.

14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 63-cü, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2, 7, 62, 68, 70, 71, 72, 182-184, 186-190 və 296-300-cü, Mülki Məcəllənin 560-cı, MPM-nin 76, 77, 8082, 88, 106.2, 217.4, 220, 372 və 385-390-cı maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1023/2023 saylı, 03 aprel 2023-cü il tarixli qərarı (hakimlər Ə.Nurməmmədov (sədrlik edən və məruzəçi), A.Hüseyn ov və Z.Babayev) ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)6442/2022 nömrəli mülki iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

16. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır.

17. Apellyasiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən vəzifəsindən azad edilməsi üçün əsaslar olmamış, onun hərəkətləri nəticəsində işəgötürənin mənafeyinə ziyan dəyməsi müəyyən edilməmiş, İddiaçı tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində göstərilən iddia müddətinin ötürülməsi üzrlü səbəblərdən olmuş, cavabdeh işəgötürən tərəfindən də iddi a müddətinin ötürülməsi sübuta yetirilməmiş, iddia müddətinin axımının başlanması vaxtının müəyyən olunması üçün mühüm əhəmiyyət kəsb edən son haqq-hesab sənədlərinin, əmək kitabçasının və sair verilməsi tarixləri barədə sənədlər məhkəməyə təqdim olunmamışdır.

18. Kassasiya kollegiyası hesab etmişdir ki, İddiaçı tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində göstərilən iddia müddətinin ötürülməsi üzrlü səbəblərdən olması, cavabdeh işəgötürən tərəfindən də iddia müddətinin ötürülməsi sübuta yetirilməməsi, iddia müddətinin axımının başlanması vaxtının müəyyən olunması üçün mühüm əhəmiyyət kəsb edən son haqq-hesab sənədlərinin, əmək kitabçasının və sair verilməsi tarixləri barədə sənədlər məhkəməyə təqdim olunmaması barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti işin hal larına uyğun olmamış, məhkəmə bu məsələnin həlli zamanı maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

19. Belə ki, iddiaçı müddətin bərpası barədə ərizəsində əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli əmrin surətini 2022-ci ilin mart ayında poçt vasitəsilə aldığını göstərsə də, həmin poçt göndərişini təqdim etməmiş, həmin ərizəsi ilə də iddia müddətini ötürdüyünü də etiraf etmişdir.

20. İddia müddətinin axımının başlanması vaxtının müəyyən olunması üçün mühüm əhəmiyyət kəsb edən son haqq-hesab sənədlərinin, əmək kitabçasının və sair sənədlərin verilməsi tarixləri barədə sənədlərin məhkəməyə təqdim olunmaması ilə əlaqədar apellyasiya məhkəməsinin qənaəti ilə bağlı kassasiya kollegiyası qeyd etmişdir ki, işə mahiyyəti üzrə baxmaqla sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsinin bu barədə tərəflərə suallar verməklə araşdırma aparılması, həmin sənədlərin təqdim olunmasının təklif edilməsi iş materiallarından görünmür. Yevlax Rayon Mühafizə şöbəsinin 24 fevral 2022-ci il tarixli 280/82 nömrəli (i.v.15. Həmin sənəd iddiaçı tərəfindən təqdim edilmişdir) məktubdan görünür ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən çıxarış iddiaçının ərizəsinə əsasən ona təqdim edilmişdir.

21. Kassasiya kollegiyası daha sonra qeyd etməyi zəruri hesab etmişdir ki, iddia müddətinin ötürülməsinin üzrlü hesab olunması üçün səbəblər iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə məhkəmə tərəfindən üzrlü sayıla bilər. Ha zrıkı tələb üzrə iddia müddətinin bir ay olması nəzərə alındıqda iddiaçının vaxtında iddia qaldırmasına mane ola biləcək üzrlü səbəblər həmin bir ay müddətində baş verməlidir. Lakin apellyasiya məhkəməsi iddiaçının zərərçəkmiş şəxs kimi tanındığı cinayət işinin istintaq olunması, həqiqətin həmin istintaqın nəticəsi ilə müəyyən edilməsi, iddiaçının işəgötürənə və bir sıra dövlət orqanlarına müraciət etməsini nəzərə alaraq həmin halları müddətin buraxılması üçün üzrlü səbəblər saymış, nəzərə almamışdır ki, iddiaçının müraciətləri və cinayət işinin istintaqı əmək müqaviləsinə xitam veriləndən sonrakı bir ay ərzində deyil, sonrakı aylarda da davam etmiş, həmin hallar iddiaçının şəxsiyyəti ilə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) bağlı olmamışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər G.Axundova (sədrlik edən və məruzəçi), C.Musayeva və F.Babayev) 2(103)-3951/23 nömrəli iş üzrə 19 iyun 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3169/2022 saylı işi üzrə 02 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı işdən azad edilməsi barədə əmrdən şifahi qaydada əmrin verildiyi gün məlumatlı olmuşdur. Daha sonra isə iddiaçı işəgötürənə ərizə ilə müraciət etmiş və əmr ona yazılı qaydada 24 fevral tarixində təqdim edilmişdir. O cümlədən iddiaçı izahatında da qeyd edir ki, sonuncu dəfə yanvar ayının əmək ha qqısını almış və əlavə olaraq ona 100 manat da ödənilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçiya əmrin surəti yazılı qaydada 24 fevral tarixində verilməsinə baxmayaraq o, prosessual müddətin bərpa edilməsi barədə ərizəsində qeyd etmişdir ki, qarşı tərəfə mübahisənin mediasiya qaydasında həll edilməsi ilə bağlı təklifi xx.xx.2022-ci il tarixdə göndərmişdir. İlkin mediasıya sessiyasında iştirak etməmə barədə arayış 23 may 2022-ci il tarixdə verilmiş, iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. İddiaçı izahatında qeyd edir ki, o, əmr verilərkən məzuniyyətdə olmuşdur. Lakin iddiaçının özü tərəfindən xx.xx.2022-ci il tarixdə elektron kabinetə yerləşdirilmiş sənədlərdən müəyyən olunur ki, o, 7 fevral 2022-ci il tarixdə məzuniyyətdən geri çağrılmışd ır. Bundan başqa, hazırkı tələb üzrə iddia müddətinin bir ay olması nəzərə alındıqda iddiaçının vaxtında iddia qaldırmasına mane ola biləcək üzrlü səbəblər həmin bir ay müddətində baş verməlidir. Lakin iddiaçının zərərçəkmiş şəxs kimi tanındığı cinayət işinin istintaq olunması, həqiqətin həmin istintaqın nəticəsi ilə müəyyən edilməsi, iddiaçının işəgötürənə və bir sıra dövlət orqanlarına müraciət etməsi kimi hallar müddətin buraxılması üçün üzrlü hesab edilmir. Belə ki, iddiaçının müraciətləri və cinayət işinin istintaqı əmək müqaviləsinə xitam veriləndən sonrakı bir ay ərzində deyil, sonrakı aylarda da davam etmiş, həmin hallar iddiaçının şəxsiyyəti ilə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) bağlı olmamışdır. Qanunvericiliyin tələbinə uyğun olaraq iddia müddətinin ötürülm əsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır.

24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə, 71.2, 71.3, 296.2, 296.3, 296.6-cı maddələrinə, Mülki Məcəllənin 2.3, 375.2, 382-ci maddələrinə, MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iş materiallarında onun əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbilə vəzifədən azad e dilməsi göstərilsə də, onun hansı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi müəyyən edilməmişdir. O, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə əsas verən qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu yerinə yetirməməsi ilə nəticələnən, o cümlədən iş yerində işin, əmək və icra intizamının normal ahəngini pozacaq heç bir hərəkətə yol verməmişdir. Habelə, əmək kollektivinin (ayrı-ayrı işçilərin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vuran əmələ yol verməmişdir. Əslində, işəgötürən cinayət təqibi üzrə istinad edilən əməllərə hüquqi qiymət verilməsi müddətini və nəticəsini gözləmədən əmək qanunvericiliyin müddəasının dispozitiv şərtlərinə uyğun gəlməyən qərar qəbul etmiş və nəticədə əsassız o laraq onun əmək hüquqlarının pozulmasına səbəb olan əmr verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63cü maddəsinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İddianın verilməsinin gecikdirilməsi ilə bağlı, onun işəgötürənə müraciətləri, habelə cinayət təqibi orqanında araşdırmaların aparılması o cümlədən araşdırımanın nəticələrindən sonra iddia tələbinin irəli sürüldüyü nəzərə alınarsa, iddia müddətinin üzrülü səbəbdən ötürülməsi kimi qiymətləndirilməsi qanuni, əsaslı və ədalətl i olardı. Hal-hazıradək əmək kitabçası və son haqq-hesab pulları ona verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3951/2023 saylı qətnaməsinin 27-ci bəndində qeyd edilmişdir ki, sonuncu dəfə yanvar ayının əmək haqqısını almış və əlavə olaraq ona 100 manat da ödənilmişdir. Ona ödənilmiş 100 manat pul vəsaiti işdən çıxdığı üçün son haqq-hesab pulu olmamışdır. Həmin məbləğ 2022-ci ilin yanvar ayının əmək haqqısından əskik verildiyi üçün ödənilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlillər

27. Cavabdeh tərəf kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək kassasiya şikayətinin dəlillərinin əsassız olmasını göstərmiş və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri

28. Qanunun t ələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasını n Əmək Məcəlləsi:

30. Maddə 70. ç) bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

31. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

32. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

33. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

34. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

35. Ma ddə 296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

36. Maddə 2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.

37. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

38. Maddə

382. İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə e tməlidir.

40. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

41. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

42. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətb iq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Belə ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya məhkəməsinin əvvəlki qərarlarında irəli sürülən göstərişlərini icra edərək, iddiaçının dəlillərinə hüquqi qiymət vermiş, işin hallarını tam və hərtərəfli araşdırmış və gəldiyi nəticəni qanunvericiliyə uyğun əsaslandırmışdır.

48. Kassasiya şikayətinin dəlilləri işin hallarının düzgün müəyyən edilməməsi və sübutların düzgün qiymətləndirilməməsi ilə bağlıdır. Konstitusiya Məhkəməsi Plenumunun mü xtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə isə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsini n gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 iyun 2023-cü il tarixli, 2(103)-3951/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar