Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4017/2025 03.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı “X3” X5 Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): sübutetmə, sübutların qiymətləndirilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı “X3” X5 Cavabdeh qarşı “özünəməşğulluğa kömək göstərilməsinə dair müqavilə üzrə istifadəyə verilmiş avadanlıqların natura şəklində geri qaytarılması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1198/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsin dən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 3 fevral 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2022-ci il 11 avqust tarixli, 2022/ÖM/07735 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Un məmulatı istehsalı” zərfinə daxil olan aktivlər, yəni 1 ədəd 1 kameralı və 4 mərtəbəli konveksiya sobası (maşın ölçüsü: L*W*H (mm) 835*770*575/, 220V/50HZ, tava ölçüsü: 40cmx60cm, BFE ESD-8A), 1 ədəd mikser (7 litr tutumu, 220V/50HZ, EB 7L), 1 ədəd fermentasiya kabinəsi, 6 mərtəbəli (maşın ölçüsü: BFE WG6D), 1 ədəd xəmir topları üçün qablar (ölçüsü: 66cmx40cmx14cm BFE Ü-17B), 1 ədəd soyuducu (virtin) (şüşə, 200smx69 sm x123 sm, yenilənmiş gərginlik/tezlik: 220V/50HZ, enerji sərfiyyatı: 1,9KWh/24h, soyuducu doldurma tutumu: R134a 130g, işləmə temperaturu: 2-1, birbaşa soyutma sistemi: ice City BC-425), 1 ədəd elektron tərəzi 40 kq (BEİCHEN 40 kq), 1 ədəd iş masası (metal, paslanmayan polad, 120sm x 60 sm x 80sm, paslanmayan poladdan hazırlanmış, fırçalanmış, mətbəx MDF panelleri ilə təchiz olunub, üst səthi düz, biri rəfin altındadır, 38 mm diametrli dəyirmi boru ayaqları, HLZ 120*60*80) natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 2022-ci il 11 avqust tarixli müqavilə və 2022-c i il 11 avqust tarixli aktla vətəndaş Cavabdeh “Un məmulatı istehsalı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası’’nın tələblərinə əsasən özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı monitorinq keçirilmiş və 2024-ci il 1 may tarixli yekun monitorinq aktına əsasən Cavabdeh verilmiş “Un məmulatı istehsalı” zərfinə daxil olan aktivlər aşkar edilməmişdir. Cavabdeh aktivləri satdığını bildirmişdir. Bu barədə aktda müvafiq qeyd aparılmışdır. Agentlik tərəfindən vətəndaş Cavabdeh ünv anlanmış 05 noyabr 2024-cü il tarixli 3-17-2/2-B54908/2024 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivlərin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanan “özünüməşğulluğa kömək göstərilməsinə dair” 2022-ci il 11 avqust tarixli 2022/ÖM/07735 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən cavabdeh Вuludova Məhluqə Niyabxan qızı (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli 1 ədəd 1 kameralı və 4 mərtəbəli konveksiya sobasın ın (maşın ölçüsü: L*W*H (mm) 835*770*575/, 220V/50HZ, tava ölçüsü: 40cmx60cm, BFE ESD-8A) 1 ədəd mikser (7 litr tutumu, 220V/50HZ, EB 7L), 1 ədəd fermentasiya kabinəsi, 6 mərtəbəli (maşın ölçüsü: BFE WG-6D), 1 ədəd xəmir topları üçün qablar (ölçüsü: 66cmx40cmx14cm BFE Ü-17B), 1 ədəd soyuducu (virtin) (şüşə, 200smx69smx123 sm, yenilənmiş gərginlik/tezlik: 220V/50HZ, enerji sərfiyyatı: 1.9KWh/24n, soyuducu doldurma tutumu: R134a 130g, işləmə temperaturu: 2-1, birbaşa soyutma sistemi: ice City BC-425) 1 ədəd elektron tərəzi 40 kq (BEİCHEN 40 kq) və 1 ədəd iş masasının (metal, paslanmayan polad, 120smx60smx80sm, paslanmayan poladdan hazırlanmış, fırçalanmış, mətbəx MDF panelled ilə təchiz olunub, üst səthi düz, biri rəfin altındadır, 38 mm diametrli dəyirmi boru ayaqlan HLZ 120*60*80) natura ş əklində ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edilmişdir.
3. Cavabdeh 21 fevral 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, avadanlıqları aldığı gündən etibarən hər ay yoxlama aparılaraq, agentliyin əməkdaşı X4 tərəfindən videoçəkilişlər edilib və şəkillər çəkilib. İddiaçı ilə aralarında bağlanan müqavilənin 3.1.2-ci bəndinə əsasən müqavilə şərtlərinə əməl olunduğu təqdirdə 1 il sonra həmin avadanlıqların cavabdehin mülkiyyətinə verildiyi qeyd edilmişdir. Demək ki, 2022-ci ilin avqustun 11-dən 2023-cü ilin avqustun 11-dək cavabdeh müqavilə şərtlərini pozmayıb ki, 2024-cü ilin may ayında da həmin avadanlıqlar onda olub. 2024-cü ilin may ayında yəni, bir il səkkiz ay sonra artıq cavabdehin mülkiyyətinə keçən avadanlıqlara monitorinq keçi rilmişdir. Monitorinq zamanı avadanlıqlar yerində olub. Lakin bəziləri, xüsusilə də soyuducu saz vəziyyətdə olmadığından cavabdeh həmin əşyaları satışa qoymuş, lakin satmamışdır. Göstərilənləri nəzərə alaraq Cavabdeh iddia tələbini qəbul etmədiyini qeyd etmişdir.
4. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(022)-418/2025 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim: M.Rəsulova)
5. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389-cu maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, tərəflər arasında müqavilə münasibətləri “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2022-ci il 11 avqust tarixli 2022/ÖM/07735 nömrəli müqaviləyə əsasən yaranmışdır.
6. İşin mübahisəsiz hallar ı ondan ibarətdir ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2022-ci il 11 avqust tarixli 2022/ÖM/07735 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Un məmulatı istehsalı” zərfinə daxil olan aktivlər natura şəklində, akt əsasında verilmişdir.
7. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəf mübahisə predmeti olan əşyaları cavabdehə özünüməşğulluq, yəni, şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi, eləcə də, sahibkarlığın və özünüməşğulluğun inkişaf etdirilməsində köməklik göstərilməsi məqsədilə verilmişdir. Özünüməşğulluq, yəni, şəxsin müstəqil su rətdə və ya dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi, ölkəmizdə sahibkarlığın və özünüməşğulluğun inkişaf etdirilməsi məqsədilə dəstək üslubu kimi mühüm bir konsepsiyadır. Bu, həm fərdi şəxslərin iqtisadi müstəqilliyini təmin edir, həm də ölkənin iqtisadiyyatının dövriyyəsini artırmağa kömək edir.
8. Nəzərə almaq lazımdır ki, hazırkı mülki iş üzrə irəli sürülmüş iddia tələbinin əsaslılığına münasibətdə sübutemə yükü iddiaçı tərəf olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 üzərindədir.
9. Məhkəmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 izah etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyin pozulmasına dair Cavabdeh məsuliyyətinə dair xüsusatları aşkara çıxarmaq və bununla bağlı müvafiq sübutları məhkəməyə təqdim etmək iddiaç ı tərəfin üzərinə düşür. Burada, iddiaçının məhkəməyə, cavabdeh tərəfindən mübahisəli əşyaların təyinatı üzrə istifadə edilmədiyinə dair dəlil təqdim etməsi tələb olunur.
10. İddia tələbi üzrə sübutetmə yükünün iddiaçının üzərində olması nəzərə alınmaqla onun tərəfindən müvafiq müqavilənin qüvvədə olduğu müddət ərzində monitorinqin keçirilməsini, cavabdeh tərəfindən ona verilmiş əmlakın təyinatına uyğun olmayaraq istifadə etməməsi və müqavilə şərtlərinə əməl edilməməsini sübut edən müvafiq sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmişdir. Bu hal da, iddiaçının müqavilənin qüvvədə olduğu müddət ərzində cavabdeh tərəfindən ona verilmiş əmlakın təyinatı üzrə istifadə olunmadığını sübut edə bilməməsi ilə nəticələnmişdir.
11. Cavabdeh məhkəməyə bildirdiyi iddia ərizəsinə etirazla mü əyyən olunmuşdur ki, iddiaçı tərəf müqavilənin qüvvədə olduğu müddət ərzində deyil, müqavilə müddətinin bitməsindən bir il səkkiz ay sonra avadanlıqlara dair monitorinq həyata keçirmiş və avadanlıqların geri qaytarılması tələb olunmuşdur.
12. Göstərilən bu əsas müqavilə şərtlərinə uyğunluq baxımından şübhələr yaradaraq, iddiaçının sübutetmə yükünü daha da ağırlaşdırmışdır.
13. Tərəflər arasında bağlanan müqavilənin 3.1.2-ci bəndinə əsasən müqavilə şərtlərinə əməl olunduğu təqdirdə 1 il sonra həmin avadanlıqların cavabdehin mülkiyyətinə verildiyi qeyd edilmişdir.
14. Müqavilə şərtlərinin pozulması ilə bağlı məhkəmə bildirmişdir ki, əgər cavabdeh tərəfindən bu şərtlərə əməl edilməsə idi, həmin avadanlıqlar 2022-ci ilin avqustun 11-dən 2023-cü ilin avqustun 11-nədək iddiaçı tərəfindən geri tələb edilməli idi. Məhkəmə araşdırılması zamanı həmin bir il ərzində məsələ ilə əlaqədar pozuntunun aşkar olunmadığı, eləcə də avadanlıqların geri qaytarılması ilə bağlı heç bir tədbirin görülmədiyi məlum olmuşdur.
15. Belə ki, iddiaçı təşkilat tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünəməşğulluğun təşkili Qaydası”nın 2.1.5-ci bəndinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin 1 (bir) il müddətində dövri monitorinqi aparılması imperativ norma olaraq təsbit olunmuşdur. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, yalnız bu müddətin bitməsindən sonra, yəni 01 may 2024-cü il tarixdə müvafiq monitorinq aparılmışdır ki, bu da qanunvericiliyin tələblərinə ziddir.
16. İddiaçı iddia əriz əsində göstərmişdir ki, Cavabdeh mübahisə predmeti olan əmlakı özgəninkiləşdirmişdir. Bu tələbə münasibətdə cavabdehin artıq onun mülkiyyətinə keçmiş əmlakın özgəninkiləşdirmək hüququ olmasına baxmayaraq, onları satmadığı, yalnız istifadəyə yararsız olması əsası ilə satışa qoyduğu aşkar olunmuşdur.
17. Məhkəmə onu da qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Cavabdehə bu hüququ məhz iddiaçı tərəf onlar arasında bağlanan müqavilənin 3.1.2-ci bəndinə əsasən vermişdir.
18. Lakin iddiaçı tərəfindən cavabdehə göndərilmiş 05 noyabr 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, mübahisə predmeti olan əmlakın qaytarılması 01 may 2024-cü il tarixdə keçirilmiş monitorinq nəticəsində “təyinat üzrə istifadə edilməmə (özgəninkiləşdirmə)” əsası ilə qaytarılması tələb olunmuşdur.
19. Bununla əlaqədar olaraq məhkəmə bildirmişdir ki, iddiaçı tərəf həmin tələb hüququnu aşağıdakı əsaslara görə həyata keçirə bilməz:
1. Monitorinq qanunvericiliyin tələbinə uyğun olaraq müqavilənin qüvvədə olduğu müddət ərzində deyil, bu müddətin keçməsindən sonra aparılmışdır;
2. Cavabdeh həmin əmlakı özgəninkiləşdirməmiş, yalnız istifadəyə yararsızlıq səbəbi ilə sataraq, özünüməşğulluq məqsədilə vəsait əldə etmək istəmiş, baxmayaraq ki, həmin əmlakı özgəninkiləşdirmək Cavabdeh dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Həmçinin mülki işin məhkəmə tədqiqi zamanı iddiaçı tərəf göstər ilən pozuntulara (müqavilənin qüvvədə olduğu müddət ərzində ən az iki dəfə monitorinqin aparılması, bu müddət ərzində mübahisə predmeti olan əmlakın təyinatı üzrə istifadə edilməməsi və həmin müddət ərzində onların özgəninkiləşdirilməsi) dair iddianın təmin edilməməsini istisna edə bilən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
21. Məhkəmə mövqeyini Mülki Məcəllənin 385.1, 389.1 və 399.1-ci, “Məşğulluq haqqında” Qanununun 1, 8 və 24-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)-1198/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin (hakimlər: Mirlətif Sadıqov - sədrlik edən və məruzəçi, Mahir Əsədli, Aytən Novruzova).
24. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsi bildirmişdir ki, tərəflər arasında yaranmış münasibətlər müqavilə münasibətləridir və bu münasibətlər “özünüməşğulluğa kömək göstərilməsinə dair” 11 avqust 2022-ci il tarixli, 2022/ÖM/07735 nömrəli müqaviləyə əsasən yaranmışdır. Həmin müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Un məmulatı istehsalı” zərfinə daxil olan aktivlər natura şəklində, akt əsasında verilmişdir. İddiaçı tərəf mübahisə predmeti olan əşyaları cavabdehə özünüməşğulluq, yəni şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özü nü işlə təmin etməsi, eləcə də sahibkarlığın və özünüməşğulluğun inkişaf etdirilməsində köməklik göstərilməsi məqsədilə vermişdir.
25. Müqavilənin 3.1.2-ci bəndinə əsasən müqavilə şərtlərinə əməl olunduğu təqdirdə 1 il sonra həmin avadanlıqların cavabdehin mülkiyyətinə verildiyi qeyd edilmişdir. İddiaçı təşkilat tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünəməşğulluğun təşkili Qaydası”nın 2.1.5-ci bəndinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin 1 (bir) il müddətində dövri monitorinqi aparılması imperativ norma olaraq təsbit olunmuşdur. Lakin müəyyən olunmuşdur ki, 01 may 2024-cü il tarixdə (müqavilə müddətinin bitməsindən bir il səkkiz ay sonra) müvafiq monitorinq aparılmışdır ki, bu da qanu nvericiliyin tələblərinə ziddir. Əgər cavabdeh tərəfindən bu şərtlərə əməl edilməsə idi, həmin avadanlıqlar 2022- ci ilin avqustun 11-dən 2023-cü ilin avqustun 11-dək iddiaçı tərəfindən geri tələb edilməli idi. Həmin bir il ərzində məsələ ilə əlaqədar pozuntunun aşkar olunmadığı, eləcə də avadanlıqların geri qaytarılması ilə bağlı heç bir tədbirin görülmədiyi məlum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Cavabdehin də artıq onun mülkiyyətinə keçmiş əmlakı özgəninkiləşdirmək hüququ olmasına baxmayaraq, onları satmadığı, bəzilərini istifadəyə yararsız olması əsası ilə satışa qoyduğu aşk ar olunmuşdur. Məhkəməyə təqdim olunan 01 may 2024-cü il tarixli akt isə özlüyündə müddət keçdikdən sonra (ən geci xx.xx.2023-cü il tarixdə tərtib edilməli olduğu halda gec tərtib edilmişdir) tərtib edilmişdir. Hətta həmin aktda da avadanlıqların satıldığı deyil, satılmaq üçün qoyulduğu qeyd edilmişdir. Cavabdeh isə izahatında bəzi avadanlıqlar saz vəziyyətdə olmadığından həmin əşyaları satılmaq üçün qoyduğunu, lakin satmadığını göstərmişdir. Göründüyü kimi, həmin əmlakların işləməməsi, təyinatı üzrə istifadə olunmaması, habelə təyinatının dəyişdirilməsi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə mötəbər sübut təqdim olunmamışdır.
26. Apellyasiya şikayətində göstərilmişdir ki, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak yalnız təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mü lkiyyətinə verilir. Lakin müəyyən edilmişdir ki, qeyd olunan əmlaklar təhvil-təslim aktı əsasında vətəndaş Cavabdeh mülkiyyətinə verilməmiş, həmçinin cavabdeh özü də həmin əmlakların onun mülkiyyətinə verilməsi ilə bağlı hər hansı bir hərəkət (Agentliyə və ya məhkəməyə müraciət) etməmişdir.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünəməşğulluğun təşkili Qaydası”nın 8.1-ci bəndinə görə Agentliyin müvafiq yerli qurumları və ya Mərkəz tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin f əaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir.
28. Məhkəmə qeyd etmişdir ki, yuxarıda qeyd olunan qanunvericilik normasından göründüyü kimi, özünüməşğulluğun təşkili üçün verilmiş əmlakın özünəməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilməsi üçün iki əsas şərt ödənilməlidir. Birincisi, həmin əmlakın 1 il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin istifadəsində olması, ikincisi əmlakın 1 il ərzində təqdim edilmiş biznes-plana uyğun istifadə edilməsi. Bu iki şərt ödənildikdə əmlak avtomatik olaraq özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Yəni təhvil-təslim aktının olmaması əmlakın mülkiyyətə verilməsinə mane olan hal kimi qiymətl əndirilə bilməz. Çünki əmlakın təhvil-təslim aktı əsasında mülkiyyətə verilməsi Agentliyin vəzifəsidir. Cavabdehin vəzifəsi isə əmlakı biznes-plana uyğun istifadə etməkdir. Əgər iddiaçı bu vəzifəni yerinə yetirmirsə bu, iddiaçının riskidir. Bu hal cavabdehin ziyanına şərh edilə bilməz. Məsələn, özünəməşğulluğa cəlb olunmuş şəxs ona təqdim edilmiş əmlakdan biznes-plana uyğun olaraq uzun illər istifadə edirsə və əmlakı verən təşkilatın hər hansı iddiası yoxdursa, sırf təhvil-təslim aktının olmamasına əsaslanaraq əmlakın istifadəçinin mülkiyyətinə keçmədiyinin iddia olunması hüquqdan sui-istifadədir ki, bu da yolverilməzdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilini əsassız hesab etmişdir.
29. Məhkəmə mövqeyini birinci instansiya məhkəməsinin də istinad etdi yi hüquq normalarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı (Vəkil1) kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayətinin ilk dəlilinə görə, Cavabdeh qanunvericiliyin müddəalarını, habelə müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, fərdi sahibkar kimi qeydiyyatdan keçməsi barədə məlumatı elektron kabinetinə də yerləşdirməmişdir. İşə baxan apellyasiya instansiya məhkəməsi isə qətnaməsində bu hala da hüquqi qiymət verməmişdir.
32. Şikayətin digər dəlilinə görə, qanunvericiliyin və tərəflər arasında imzalanmış müqavilənin tələblərinə əsasən müqavilə müdd ətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları MEİS-ə daxil etmək özünüməşğulluğa cəlb olunmuş şəxsin vəzifəsi olsa da, Cavabdeh bu öhdəliyini də yerinə yetirməmiş və tələb olunan məlumatları elektron informasiya sisteminə daxil etməmişdir. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi qətnaməsində bu hala da hüquqi qiymət verməmişdir.
33. İşə baxan məhkəmə kollegiyası sübutlara qiymət verərkən Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə riayət etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz ünvanlamış, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslı və qanuni olduğu üçün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəl ləsi
35. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
36. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
37. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunu
38. Maddə 1.1.15. Özünüməşğulluq – şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsidir.
39. Maddə 8.0. Məşğulluq sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 8.0.5. şəxslərin qanun çərçivəsində həyata keçirilən əmək və sahibkarlıq təşəbbüsünün müdafiə edilməsi, sahibkarlığın və özünüməşğulluğun inkişaf etdirilməsi məqsədi ilə onlara köməklik göstərilməsi.
40. Maddə 24.1. İşsiz, habelə bu Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir və aşağıdakı mərhələlərdən ibarətdir: 24.1.4. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi mü nasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən Apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yax ud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
53. İddiaçı “X3” X7 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə ma lik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
54. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini y oxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
55. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtə rəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “X3” X7 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 sentyabr 2025-ci il tarixli 2(106)-1198/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.