Məhkəmə qərarları › İş №2(102)-4019/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4019/2023

24.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4019/2023 24.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Tikilinin sökülməsi, qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X9 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 iyun 2023-cü il tarixli, 2(104)-1314/2023 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 24 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. “Azərbaycan Respub likası Mənzil Fondunun Özəlləşdirilməsi haqqında” xx.xx.1995-ci il tarixli müqaviləyə əsasən Hacıkənd qəsəbəsi 26 Bakı Komissarı küçəsi-13 ünvanda yerləşən, yaşayış sahəsi 21,3 kv metr, 38,2 kv metr ümumi sahədən ibarət olan 2 yaşayış otaqla ev X4 şəxsi mülkiyyətinə pulsuz olaraq verilmişdir. 2. 22 may 1996-cı il tarixli müqaviləyə əsasən X2 şəhəri, Hacıkənd qəsəbəsi 26 ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi 18,7 kv metr olan 2 yaşayış otağından, 13,7 kv metr örtülü eyvandan, 6,0 kv metr tamburdan ibarət yaşayış evini X1.

3. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 09 sentyabr 1999-cu il tarixli, 6735 nömrəli sərəncamı ilə Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, 26 Bakı komissarı küçəsində 400 kv metr torpaq sahəsi X5 istifadəsinə verilmişdir.

4. AN-İ ******* nömrəli, 30 yanvar 2006-cı il tarixli Daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, 26 ünvan 6 X8 tərəfindən İddiaçı satılmışdır.

5. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Gəncə X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 12847 nömrəli, 03 fevral 2006-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, 26 Bakı Komissarı 13 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış (otel) binasının Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, Göy-Göl küçəsi (keçmiş 26 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsinə düşən hissəsini n sökülməsi və Cavabdeh həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, məhkəmədə Cavabdeh MMC-yə qarşı tikilinin sökülməsi, qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia qaldırmışdır. Lakin hesab edir ki, sözügedən iddia ərizəsində tikilinin sökülməsi, qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma əvəzinə, ona məxsus olan fərdi yaşayış evinin hazırki bazar qiymətinə uyğun kompensasiya tələb etsə daha düzgün olar. Bu səbəbdən iddianı dəyişmək qərarına gəlmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, sözügedən fərdi yaşayış evinin bazar qiyməti minimum 120000 (yüz iyirmi min) manat təşkil edir. Ona görə də hesab edir ki, bu məbləğ ko mpensasiya şəklində Cavabdeh MMC-dən alınaraq ona verilməlidir. Odur ki, Cavabdeh MMC-dən kompensasiya şəklində 120000 (yüz iyirmi min) manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. Daha sonra isə iddiaçı təkrarən iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, Cavabdeh MMC-yə qarşı tikilinin sökülməsi, qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia qaldırmışdır. Məhkəməyə ərizə təqdim edərək ona məxsus olan fərdi yaşayış evinin hazırki bazar qiymətinə uyğun kompensasiya tələb etmişdir. Lakin evi söküldüyünə görə evin bazar qiymətinə dair mütəxəssis rəyi verilməsindən imtina olunmuşdur. Ona görə də hesab edir ki, yenidən tikilinin sökülməsi, qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıx arılma barədə ərizə verməlidir. Bu səbəbdən də iddianı yenidən dəyişərək əvvəlki tələbini irəli sürmək qərarına gəlmişdir. Odur ki, Cavabdeh MMC tərəfindən inşa edilmiş qeyri-yaşayış (otel) binasının Gəncə şəhəri, Haqcıkənd qəsəbəsi, Göy-Göl küçəsi (keçmiş 26 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsinə düşən hissəsinin sökülməsi və Cavabdeh həmin torpaq sahəsindən çıxarılması barədə müvafiq qətnamə çıxarılmasını xahiş edir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, 26 ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin fərdi yaşayış evinə dair mülkiyyət hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydə alınmışdır. Fərdi yaşayış evi 2 yaşayış otağından, köməkçi sahələrdən, əl da mından, hamamdan ibarət olmuş, ümumi torpaq sahəsi 1106,6 kvadratmetrdir. Sözügedən fərdi yaşayış evində yay aylarında istirahət məqsədi ilə qalmış, digər vaxtlarda isə Gəncə şəhərində yaşamışdır. Lakin 2013-cü ildə o, evə baş çəkməyə gedən zaman evinin yerlə-yeksan edildiyini və həmin ərazidə qeyri-yaşayış sahəsi (otel) binasının tikildiyinin şahidi olmuşdur. Həmin vaxt nə qədər etiraz etsə də, ona hədə-qorxu gəlmişlər və o, məcburiyyət qarşısında bir müddət susmalı olmuşdur. Daha sonra dəfələrlə cavabdehdən ona məxsus torpaq sahəsində tikinti işlərinin dayandırılmasını və həmin torpaq sahəsinin boşaldılmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

10. İş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfi ndən 11 iyun 2021-ci il tarixli, 115 nömrəli rəy verilmiş, ekspertiza keçirilən zaman yerli baxışda cavabdeh tərəf iştirak etməmiş və torpaq sahəsinə dair MMC-yə aid sənədləri təqdim etməmişdir. Bu səbəbdən də, ekspertiza araşdırmaları zamanı iddiaçının iddia edərək naturada təqdim etdiyi sahə, mülki iş materiallarına əlavə edilmiş 12847 nömrəli qeydiyyat vəsiqəsi, xx.xx.2006-cı il tarixli texniki pasport, ərazinin faktiki vəziyyəti və xəritə materiallarına əsaslanılmışdır. Ekspertiza baxışı zamanı Gəncə X3 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən fərdi yaşayış evinin faktiki olaraq mövcud olmadığı, torpaq sahəsinin isə digər şəxs, yaxud şəxslərin istifadəsində olduğu müəyyən olundu. Gəncə X3 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi digər şəxs və yaxud şəxslərin istifadəsində olduğu müəyyən olundu. İddiaçıya məxsus torpaq sahəsinin kimin tərəfindən istifadə edildiyini müəyyən etmək ekspertin səlahiyyətlərinə aid deyildir. Gəncə X3 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı verilmiş xx.xx.2006-cı il tarixli, 12847 nömrəli qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi bütünlüklə, 1,022 ha (10220,0 kv metr) ərazidə apa rılmış tikinti sahəsinin sərhədləri daxilindədir. Tikili və qurğuların nədən ibarət olması, təyinatı və texniki göstəriciləri barədə münasibət bildirilməsi ekspertin səlahiyyətlərinə aid deyildir. 11. 23 iyul 2021-ci il tarixli, 10/340 nömrəli Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə mühəndis-tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mühəndisi tərəfindən xx.xx.2021-ci il tarixli, **********07 saylı mütəxəssis rəyinin məlumatına əsasən Gəncə X3 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən fərdi yaşayış evinin faktiki o laraq mövcud olmadığı, torpaq sahəsinin isə digər şəxs, yaxud şəxslərin istifadəsində olduğu müəyyən olundu. Gəncə X3 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi bütünlüklə, 3-cü şəxs, yaxud şəxslər tərəfindn 1,022 ha (10220,0 kv metr) ərazidə aparılmış tikinti sahəsinin sərhədləri daxilində olduğu göstərilmişdir.

12. Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin reyestr barədə arayışından görünür ki, İddiaçı adına Gəncə şəhəri, Göygöl, Samux və Daşkəsən rayonları inzibati ərazi vahidi üzrə və Azərbaycan Respublikası üzrə Mil li Qeydiyyat Sistemində aşağıdakı daşınmaz əmlaklar qeydiyyata alınmışdır: 12847 qeydiyyat nömrəli, xx.xx.2006-cı il tarixli ünvan 7 ünvanında fərdi yaşayış evi, Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, 19-cu küçə, 59 saylı fərdi yaşayış evi, xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsi, 50 saylı binada yerləşən qeyri-yaşayış sahəsi, xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli 0,4424 ha sahibkarlıq təyinatlı torpaq sahəsi.

13. Gəncə Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(125)-43/2023 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov) iddianın təmin edilməsi, Gəncə X3 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı verilmiş mülkiyyət hüququna dair xx.xx.2006-cı il tarixli, 12 847 nömrəli qeydiyyat vəsiqəsində və texniki pasportda göstərilən və Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, ünvan 9 ünvanında yerləşən 1106,6 kvadratmetr torpaq sahəsi Cavabdeh MMC-nin zəbtindən azad edilməsi və həmin ərazinin İddiaçı təhvil verilməsi, cavabdeh tərəfindən inşa edilmiş hotel binasının Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, ünvan 9 ünvanında yerləşən 1106,6 kvadratmetr torpaq sahəsinin ərazisinə düşən 318,0 kvadratmetr hissəsi və cavabdeh tərəfindən inşa edilmiş daş hasarın Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, ünvan 9 ünvanında yerləşən 1106,6 kvadratmetr torpaq sahəsinin ərazisinə düşən 8 kvadratmetr hissəsi Cavabdeh MMC-nin vəsaiti hesabına sökülməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsinin araşdırmaları ilə müəyyən edilmişdir ki, İddiaçı qanuni istifadəsində olan torpaq sahəsi ndən cavabdeh tərəfindən tikilmiş tikilinin sökülməsi və qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbini irəli sürmək üçün subyektiv hüquqa malikdir. Belə ki, sözügedən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Gəncə X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixli, 12847 nömrəli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı mülkiyyətinə verilmiş və mübahisəli əraziyə İddiaçı adına xx.xx.2006-cı il tarixdə texniki pasport da işlənmişdir. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Gəncə X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixli, 12847 nömrəli qeydiyyat vəsiqəsi və texniki pasportda torpaq sahəsinin sənəd üzrə 4 00,0 kvadrat metr, faktiki olaraq isə 1106,6 kvadratmetr olduğu göstərilmişdir. Cavabdeh MMC tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evi sökülmüş və Cavabdeh MMC fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini zəbt edərək iddiaçının oradan istifadəsinə imkan verməmiş və orada qanunsuz olaraq qeyri-yaşayış (otel) binası tikmişdir.

15. Məhkəmə qeyd etmişdir ki,mübahisəli Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, Göy-Göl küçəsi (keçmiş 26 ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi altında yerləşən 400 kvadrat metr torpaq sahəsi ilə birlikdə iddiaçıya satılmışdır. Lakin Gəncə X3 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı verilmiş mülkiyyət hüququna dair xx.xx.2006-cı il tarixli, 12847 nömrəli qeydiyyat vəsiqəsində və texniki pasportda Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, ünvan 9 ünvanında faktiki olaraq 1106,6 kvadratmetr torpaq sahəsinin mövcud olması qeyd edilmişdir. Mübahisəli ünvanda yerləşən və faktiki mövcud olan 1106,6 kvadratmetr torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi və orada tikililər (hotel binası və daş hasar) inşa etməsi işin mübahisəsiz halıdır. İddiaçının hazırkı tələbindən müəyyən olunur ki, qanuni istifadəsində olan torpaq sahəsində cavabdeh tərəfindən tikilmiş tikilinin mövcudluğu onun iradəsinə ziddir. Cavabdehin tikilini sökməməsi və qeyd olunan torpaq sahəsini tərk etməməsi iddiaçının istifadəsində olan torpaq sahəsinə sahiblik və istifadə hüquqlarının həyata keçirməsinə mane olur. Bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

16. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülk i Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 152.6, 152.11, 157.2, 157.4, 162, 163.1, 164.1, 170.2, 180.1 və 180.4-cü maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84 və 111-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 213 və 216-220-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

17. Cavabdeh MMC apellyasiya şikayəti verilərək Gəncə Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(125)-43/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

18. Apellyasiya şikayətində onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normaların pozulması ilə qəbul edilmişdir. Belə ki, mübahisələndirilən ərazi Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 572 nömrəli sərəncamına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə MMC-yə ayrılmış və torpaq sahəsinin ayrılmasına dair İnşaat pasportu tərtib olunmuşdur. Həmin İnşaat pasportunda torpaq sahəsinin boş olması qeyd olunmuşdur. Torpaq sahəsi Cavabdeh MMC-nə ayrılarkən həmin torpaq sahəsində hər hansı tikili mövcud olmamışdır. Belə olan halda cavabdehin iddiaçıya məxsus olmuş hər hansı tikilinin sökülməsini təlb etmək hüququnun olmasından söhbət gedə bilməz. Məhkəmə qətnaməsində torpağın nə vaxt zəbt edilməsi məsələsi və eyni zamanda kimin tərəfindən zəbt edilməsi əsaslı dəlillərlə sübut olunmamışdır. Həmçinin, daş hasarın kimin tərəfindən və nə vaxt inşa olunması da müəyyən edilməmişdir. Ekspert rəyində mübahisəli torpaq sahəsinin xx.xx.2010-cu il tarixli ********** qe ydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olduğu bildirilsə də, ekspertiza tədqiqatı zamanı Torpaq sahəsinin planı və ölçüsü sənədindən istifadə olması nə rəydə, nədə ki məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək üçün ilk növbədə xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışla iddiaçının adına reyestrdə qeydə alınmış torpaq sahəsinin koordinatlarını (döngə nöqtələrini) özündə əks etdirən plan ölçü sənədi ekspertiza tədqiqatına təqdim olunmalı idi. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırma aparılmamış, ilk növbədə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinə əsasən harada yerləşməsi və mübahi səli torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli idi. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin mübahisəli ərazidə yerləşməsi öz təsdiqini tapmamışdır. Torpaq sahəsi qeyd olunan sərəncam əsasında cavabdehin qanuni istifadəsindədir. Əlavə olaraq bildirmək istəmişdir ki, mübahisəli tikili iş materiallarından və iddiaçının verdiyi məlumata əsasən 2011-ci ildə sökülmüşdür. Digər tərəfdən işə baxılarkən nəzərə alınmamışdır ki, torpaq sahəsinin mülkiyyət növü dövlətdir və üzərində heç bir tikili olmayan boş torpaq sahəsi Cavabdeh MMC-yə İcra Hakimiyyəti tərəfindən ayrılmış və mövcud sənədlər əsasında tikinti işlərinə başlanılmışdır.

19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1314/2023 nömrəli iş üzrə 14 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Ə.Mehdiyev (s ədrlik edən və məruzəçi), R.Ş.Muradov və Ə.İ.Məmmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(125)-43/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdehnə qarşı tikilinin sökülməsi, qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə araşdıraraq qeyd etmişdir ki, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, ilkin hüquqmüəyyənedici sənədlər və İddiaçı adına tərtib olunmuş qeydiyyat vəsiqəsində yalnız fərdi yaşayış evinə mülkiyyət hüququ əld ə edilmiş, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətə verilməsi müəyyən olunmamışdır. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra yaranır. Hazırki halda iddiaçının torpaq sahəsi üzərində hər hansı hüququ qeydə alınmamışdır. Mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış və ya torpaq üzərində mülkiyyət hüququna dair Dövlət Aktı və ya ilkin torpaqayırma sənədi təqdim edilməmişdir. Lakin, birinci instansiya məhkəməsi bu halları nəzərə almamış və iddia tələbinin təmin edilməsi barədə düzgün nəticəyə gəlməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

22. Halbuki, işdə olan sübutları təhlil etmədən, onları n mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.

23. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.2, 139.3, 146.1, 146.2, 146.2, 180.1, 180.2-ci və MPM-nin 14.2, 76.1, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı (Vəkil3 Məmmədəli oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin tam ləğv edilməsi və yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli Fərmanının 2-ci hissəsində müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat in frastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Həmin Siyahının 2.4-cü bəndi - üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda). Daşınmaz əmlaka, o cümlədən torpağa mülkiyyət hüququ və onunla bağlı digər hüquqların dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları“ Daşınmaz əmlakın dövlət reyestri ha qqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 4.1-ci maddəsinə görə, 2006-cı iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən isə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10-cu maddəsində hüquqların dövlət qeydiyyatı üçün təqdim edilməli olan sənədləri siyahısı göstərilmişdir: hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; - torpaq sahəsinin plan və ölçüsü - torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil”. Aşkar şəkildə kobud və zorakı üsullarla əmlaklarımdan məhrum edilmişəm. Bu qanunsuz əməlləri törədənlər hazırda iş üzrə cavabdeh olan Cavabdeh MMC-i ilə birlikdə onu (cava bdehi) himayə edən Gəncə şəhərinə 2011-2018-ci illərdə rəhbərlik etmiş şəxslərdir. Cavabdeh isə qanunsuz zəbt etdiyi mənə mənsub torpaq sahəsində tikinti işləri aparmışdır. Bununla da mənim mülkiyyət hüququm pozulmuşdur. Nə qədər absurd səslənsə də apellyasiya məhkəməsi bu əsas hüququn pozulmasını aradan qaldırmaq üçün şikayət hüququmun olmadığı qənaətinə gəlmişdir. Belə ki, ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminatda mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribova nın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarı) b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin

27. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. Maddə 157.2. Mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır.

29. Maddə 158.1, 158.1.2 və 158.4. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüquqları sayılır. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

30. Maddə 49, 1 və 2-ci hissələri. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.

31. Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasınd an və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə Bənd

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altınd a olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Müşfiq Bayramovun şikayəti üzrə Azərbaycan Respublikası Ali MəhkəməsininMülki kollegiyasının 12 fevral 2009-cu il tarixli qərarının Azərbaycan RespublikasınınKonstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 9 iyun 2011-ci il tarixli qərarı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

32. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübut lara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilməli, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalıdır.

38. Belə ki, iddianı rədd edən apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə İddiaçı Gəncə şəhəri, Haqcıkənd qəsəbəsi, Göy-Göl küçəsi (keçmiş 26 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ dövət qeydiyyatına alınsa da, iddia etdiyi evin həyətyanı torpaq sahəsinin onun mülkiyyətinə verilməsi, həmin torpaq sahəsinə hüququnun dövlət qeydiyyatına alınması müəyyən olunmamış, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış, yaxud torpaq üzərində mülkiyyət hüququna dair Dövlət Aktı və ya ilkin torpaqayırma sənədi təqdim edilməmişdir. Ona görə də iddiaçının torpaq sahəsi ilə bağlı hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmamışdır.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi göstərilən qənaətə gələrkən tərəflərin təqdim etdikləri sübutlara tam və hərtərəfli baxmamış və işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir ki, bu da qətnamənin ləğv olunması və işin yeni apellyasiya baxışına göndərilməsi üçün əsasdır.

40. İş materiallarında olan görünür ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısının 09 sentyabr 1999-cu il tarixli, 6735 nömrəli sərəncamı ilə X5 mülkiyyətində olan və Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, 26 Bakı komissarı küçəsi-13 ünvanda yerləşən yaşayış evinin arxa hissəsindəki 400 kv metr torpaq sahəsi onun daimi istifadəsinə verilmişdir. Sərəncama torpaq sahəsinin plan-sxemi əlavə edilmşidir (i.v.52-53.).

41. Nərgiz Qurbanova ilə İddiaçı arasında 30 yanvar 2006-cı il tarixdə bağlanimış Daşınmaz əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən mülkiyyətində olan Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, 26 ünvan 6 ünvanda yaşayış evini İddiaçı satmışdır, müqavilədə alqı-satqısının predmeti olan yaşayış evinin 400 kv metr torpaq sahəsində yerləşməsi göstərilmişdir. Həmin alqı-satqı müqaviləsnə əsasən Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, 26 Bakı Komissarı 13 ünvanda yerləşən fərdi yaşayış evi 12847 nömrəli, 03 fevral 2006-cı il tarixli Qeydiyyat vəsiqəsinə əsasən İddiaçı adına dövlət qeydiyyatına alınmışdır.

42. Yaşayış evinə dair 03 fevral 2006-cı il tarixdə işlənmiş Texniki pasportda evin sənəd üzrə həyətyanı torpaq sahəsinin 400 kv metr, əslində 1106,6 kv metr olması müəyyən edilmşidir.

43. Göründüyü kimi 400 kv metr torpaq sahəsi İddiaçı qanuni istifadəsində olmuşdur. Lakin apellyasiya məhkəməsi iddiaçının həmin torpaq sahəsinə subyektiv hüququnun olmaması barədə qənaətə gələrkən nəzərə almamışdır ki, əmlakdan istifadə hüququ əmlak hüququdur və mülkiyyət hüququna bərabər tutulur. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasınındövlət qeydiyyatı ilə əlaqələdəndirilməs i torpaq üzərində mülkiyyət hüququnun tərkib hissəsi olan sahbilik və istifadə hüquqlarını istisna etmir.

44. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Res publikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İdiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 iyun 2023-cü il tarixli iş üzrə 2(104)-1314/2023 saylı qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar