Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4019/2025 04.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1466/2025 nömrəli, 6 noyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sabirabad RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı Şamxal Həsənovun xx.xx.2023-cü il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarına əsasən Sabirabad rayonu, H.Həmidov küçəsi dalan 3 ev 20-də yaşayan İddiaçı Abbasəli qızının müraciəti əsasında toplanmış və törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyat kitabında 2663 nömrə ilə qeydə alınaraq araşdırılmış material üzrə cinayət işi başlanması rədd edilməsi qərara alınmışdır.
2. Şirvan Apellyasiya Məhkəməsinin 6(106)-12/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Sabirabad RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı Şamxal Həsənovun xx.xx.2023-cü il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarından Cavabdeh və onun müdafiəçisi Nümayəndə2 tərəfindən məhkəmə nəzarəti qay dasında ayrıayrılıqda verilmiş şikayətlərin təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 6(056)-2/2025 saylı qərarının həmin şikayətlərə münasibətdə ləğv edilməsi, Sabirabad RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı Şamxal Həsənovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının qanunsuz hesab edilməklə ləğv edilməsi, İddiaçı müraciətinə əsasən hazırki qərarın təsviri-əsaslandırıc hissəsində qeyd olunan halların yenidən tam və hərtərəfli araşdırılması üçün qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabirabad rayon Prokurorluğuna göndərilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə mə hkəməyə müraciət edərək, cavabdeh X1 borc pul məbləği olaraq 57000 manat, iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 261 manat pulun alınıb İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Sabirabad şəhəri İ.İsgəndərov küçəsində yerləşən özünə məxsus “Gold” qızıl mağazasında qızıl alqı-satqısı ilə məşğul olur. O, qonşuluqda yaşayan Cavabdeh və onun anası Niftəliyeva Familəyə əvvəllər fərqlifərqli vaxtlarda onun mağazasından qızıl-zinət əşyaları alıb başqa şəxslərə satırdılar. Uzun zamandır qonşuluq münasibətləri olduğundan və bir müddət ondan aldıqları qızıl əşyalarının pullarını vaxtında qaytardıqları üçün güvənini qazanmış və onlara etibar etməsinə səbəb olmuşlar. xx.xx.2021-ci il tarixdə Niftəliyeva Familə o ndan oğlu Niftəliyev Faiqə satması üçün 58,3 qram nisyə qızıl əşyaları verməsini xahiş etmiş, onun xahişini nəzərə alaraq həmin çəkidə qızıl əşyalarını nisyə olaraq Faiqə vermişdir. Qeyd etdiyi kimi, Faiq ondan aldığı qızıl əşyalarını ayrı-ayrı şəxslərə satıb onun pulunu geri ödəməli idi. Həmin gün Faiqə yenə də satması üçün nisyə olaraq 55,4 qram qızıl əşyası vermişdir. Faiq onun mağazasına gələrək, onun razılığı ilə satıcısı Məleykə Ramazanovadan xx.xx.2021-ci il tarixdə 57 qram, xx.xx.2021-ci il tarixdə 61 qram, xx.xx.2021-ci il tarixdə 54 qram, xx.xx.2021-ci il tarixdə 47,33 qram, xx.xx.2021-ci il tarixdə isə 56,32 qram qızıl əşyaları almışdır. Faiq ondan götürdüyü qızıl-zinət əşyalarının pulunu hər ay 300 manat ödəmək şərti ilə qaytaracağına söz vermişdir. O, Faiqə satdığı qızıl-zinət əşyalarını satıcısı Ramazanova Məleykənin şahidliyi ilə kitabçada qeyd etməklə vermişdir. Ona satmaq məqsədilə verdiyi qızıl-zinət əşyalarının ümumi dəyəri 57000 manat olmuşdur. Cavabdeh nisyə götürdüyü qızıl əşyalarının pulunu ona qaytarmadığı üçün X7 müraciət etmək məcburiyyətində qalmşdır. X6 araşdırma zamanı məlum olmişdur ki, Faiq ondan nisyə aldığı qızıl əşyalarını ayrı-ayrı qızıl alveri ilə məşğul olan şəxslərə 1 qramını təxminən 5557 manata sataraq nağd olaraq pulunu almış, amma ona bu günə qədər heç bir məbləğdə pul geri qaytarmamışdır.
5. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının tələbinin əsası kimin yeganə istinad etdiyi hal onun şikayəti əsasında Sabirabad RPŞ tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasını n rədd edilməsi haqqında qərar olmuşdur. Həmin qərar qanunsuz və əsassız olduğu üçün həmin qərardan məhkəmə nəzarəti qaydasında etmiş olduqları şikayət Şirvan Apellyasiya Məhkəməsinin müvafiq qərarı ilə əsaslı hesab edilmiş və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilmişdir. Həmin qərarın preyudisiallığı nəzərə alınmalıdır. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, iddiaçı tərəf tələbinin əsasını sübut edə bilmir. Onlar isə etirazlarının əsası kimi onu bildirirlər ki, belə bir hal olmamışdır, bunların hamısı şər-böhtandır. Məhkəmə tərəfindən hadisənin Faiqə aid olub - olmaması hissəsinə qiymət verilmişdir. Ona görə də Mülki Prosessual Məcəllənin 82.4-cü mad dəsinin tələbləri nəzərə alınmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin də tələbləri nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə iclasında iki nəfər şahid dindirildi. Onların hər ikisi yalan ifadə verdiklərinə görə barəsində cinayət işinin başlanması üçün xüsusi qərar çıxarılmalıdır. Belə ki, birincisi Məleykə Ramazanova izahatında bildirdi ki, o, iddiaçının mağazasında rəsmi qaydada işləyir, əmək haqqı alır və qızılları o, vermişdir. Ona onun tərəfindən sual verildikdə bildirdi ki, o, həmin mağazada rəsmi qaydada işləmir və əmək müqaviləsi yoxdur. Göründüyü kimi, bu yalançı şahiddir. Ona görə də o, bunun nəzərə alınmasını, barəsində xüsusi qərar çıxarılaraq araşdırılması üçün Prokurorluğa göndərilməsini xahiş edir. Fuad İbadova gəldikdə isə onun göstərdiyi qram iddia ə rizəsində göstərilən qızılların heç birinin qramına uyğun gəlmir. Bu da onu deməyə əsas verir ki, İbadov Fuad da yalan danışır. Bu da Cinayət Məcəlləsinin 296 və 297-ci maddəsinin tələblərini pozmuş olur. Ümumilikdə onlar iddianı qəbul etmirlər və şahidlərin barəsində xüsusi qərar çıxarılmasını xahiş edirlər.
6. Şahid qismində dindirilmişdir X4 ifadəsində bildirilmişdir ki, o, Könül xanımın işçisidir. Faiq, anası ayba-ay pul gətirirdi. Pulu gətirməsinin səbəbi Faiqin Könül xanıma borcunun olması idi. Sonradan o, işdə olanda Faiq mal almağa gəlmiş, Könül xanım işdə olmamışdır. Faiqin istədiyi qızılın şəklini çəkib Könül xanıma göndərmiş, Könül xanım tanıdığı üçün problem olmadığını, verməsini bildirmişdir. 3-4 dəfə o, qızılların şəklini çəkib Könül xanıma göndərmişdir. Dəftərdə də qeydlər v ar. Faiqin Könülə hardasa 57.000 manat borcu var. Borcu çox idi, ödəmişdi, o qədər qalmışdı. Faiq onlardan qızılı alıb loma atırdı. O formada alver edirdi. Təkcə onun tanıdığı iki nəfərə, yəni Rüfət və Fuad adlı şəxsə qızılları alandan sonra söküb lom şəklində verməsinin şahidi olmuşdur.
7. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, həm Cavabdeh və İddiaçı tanıyır. Belə ki, o da qızıl alış-satışı ilə məşğul olur. O, Könül xanımın mağazasından bir qədər aralı mağazada işləyir. Faiq ona müxtəlif vaxtlarda iki dəfə, yəni təxmini çəkisi 56 və 51 qram olmaqla qızıl satmışdır. Faiq həmin qızılları Könül xanımın mağazasından almış, elə orada da söküb ona vermişdir. O, həmin qızıllara görə 2800 və 2550 manat Faiqə vermiş və getmişdir. Faiq ona zəng edib çağırırd ı və günün kursuna uyğun olaraq o, lom şəklində qızılın pulunu Faiqə ödəyirdi. Həmin vaxt günün lom şəklində qızılın kursu 1 qramı 50 manatdan hesablanırdı. Qızılın bazarda satış qiyməti isə qramı 90 manat olmuşdur. Faiq Könüldən qızılları nisyə alıb ona satıb nağd pul edirdi. Əldə etdiyi pulla nə iş görürdü bilmirdi. Faiq ondan qızıl almamışdır. Eşitdiyinə görə Faiqin Könülə 57000 manat borcu var.
8. Sabirabad Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli, 2(056)-15/2025 nömrəli qətnaməsi ilə ( hakim Səlim Allahverdiyev) əsasən iddia təmin edilmişdir.
9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı cavabdehə nisyə olaraq satdığı qızıl əşyalarının dəyərinin ödənilməməsi əsası ilə hazırki tələblə məhkəməyə müraciət etmiş, tələbinin əsası kimi ilkin olaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara, daha sonra isə özünə məxsus qeydiyyat dəftərinə və şahid ifadələrinə istinad etmiş, cavabdeh tərəf isə iddia tələbini qəbul etməyərək iddiaçının istinad əsaslarından biri olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın məhkəmə qaydasında qanunsuz hesab edilməklə ləğv edilməsinə dair qərara, şahid ifadələrinin qeyri-mötəbərliyinə və baxışa təqdim edilmiş dəftərin məhkəmə baxışında təqdim edilməklə qəbul edilməsinə yol verilməməsinə istinad etmişdir.
10. Məhkəmə ilk öncə qanunsuz hesab edilməklə ləğv edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara münasibətdə qeyd etmişdir ki, həmin qərardan göründüyü kimi, Şirvan Apellyasiya Məhkəməsinin 6(106)-12/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında apellyasiya kollegiyası İddia çı ərizəsi əsasında Cavabdeh izahatı alınmadığından qeyd olunan hadisənin, eləcə də sonuncuya münasibətdə həmin hadisəyə aidiyyətinin olubolmamasının təhqiqat orqanı tərəfindən səmərəli araşdırılmamasına istinad etmişdir.
11. Qanuni qüvvəsini almış Şirvan Apellyasiya Məhkəməsinin 6(106)-12/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından da göründüyü kimi, həmin qərarda hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti inkar edilməmiş, əksinə, barəsində şikayət edilmiş şəxsin izahatı alınmadığı üçün təhqiqat orqanı tərəfindən səmərəli araşdırma aparılmamasına istinadən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qanunsuz hesab edilməklə ləğv edilmişdir.
12. Hazırki mülki işə baxılarkən həmin qərar hadisənin olmamasını, şəxsin həmin hadisəyə aidiyyətinin olmamasını müəy yən etmədiyi üçün hazırki mülki işə baxılarkən məcburi hesab edilə bilməz.
13. Bununla yanaşı, məhkəmə hesab etmişdir ki, iddiaçının tələbinin ilkin istinadı olan Sabirabad RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı Şamxal Həsənovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı qanunsuz hesab edilib ləğv edildiyi üçün məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə və həmin qərara istinadən iddia tələbinə hüquqi qiymət verilə bilməz.
14. Belə olan halda iddiaçının tələbinin əsası kimi istinad etdiyi şahid ifadələrinə münasibətdə iddiaya hüquqi qiymət verilərkən müəyyən edilmişdir ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş şəxslər iddiaçı ilə cavabdeh arasında nisyə qızıl alqısatqısı ilə bağlı münasibətlərin mövcud olmasını təsdiq e tmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili isə şahidlərdən Məleykə Ramazanovanın həmin mağazada rəsmi qaydada işləməməsinə və əmək müqaviləsinin olmamasına, buna görə də bu şəxsin yalançı şahid olmasına, Fuad İbadova gəldikdə isə onun göstərdiyi qramın iddia ərizəsində göstərilən qızılların heç birinin qramına uyğun gəlməməsinə, buna görə də İbadov Fuadın da yalan danışması qənaətinə gəlməyə əsas yaranmasına istinad edərək, həmin şahidlərin ifadələrinin qeyri-mötəbər olmasını və sübut kimi nəzərə alınmamalı olmasını bildirmişdir.
15. Məhkəmə şahid ifadələrinə münasibətdə isə hesab etmişdir ki, şahid ifadələri mötəbər sübut kimi nəzərə alınmalı, iddia tələbinə bu kontekstdə hüquqi qiymət verilməlidir. Belə ki, cavabdehin nümayəndəsi və vəkilinin ilkin olaraq şa hid qismində dindirilmiş Məleykə Ramazanovanın həmin mağazada rəsmi qaydada işləməməsinə və əmək müqaviləsinin olmamasına istinad etməsinə münasibətdə bildirilməlidir ki, şahidin rəsmi olaraq işləməməsi və onun əmək müqaviləsinin mövcud olmaması onun tərəflər arasında mövcud olmuş nisyə alqı-satqı üzrə münasibətlərin yalançı şahidi olması kimi qiymətləndirilməsi üçün əsas deyildir. Belə ki, şahid ifadəsində də göstərmişdir ki, 3-4 dəfə qızıllar onun tərəfindən iddiaçının göstərişi əsasında cavabdehə verilmiş və müvafiq qeydiyyat aparılmışdır.
16. İş üzrə digər şahid qismində dindirilmiş Fuad İbadovun göstərdiyi qramın iddia ərizəsində göstərilən qızılların heç birinin qramına uyğun gəlməməsinə istinad etməklə İbadov Fuadın da yalan danışması barədə cavabdehin nümayəndəsi və vəkilinin mövqe yinə münasibətdə isə bildirilməlidir ki, Fuad İbadov izahatında da göstərmişdir ki, o, qızılları lom şəklində almışdır. Lom şəklində alınan qızılların çəkisinin isə iddia ərizəsində göstərilmiş çəkilərə uyğun gəlməməsi isə təbii hesab olunmalıdır. Həmçinin o da nəzərə alınmalıdır ki, Fuad İbadov ilə Cavabdeh arasında alqı-satqının həyata keçirilməsinin üzərindən uzun müddət keçmişdir ki, şahidin də öz ifadəsində qeyd etdiyi kimi satın aldığı qızılların çəkisini təxmini çəki olaraq bildirməsi də təbii hesab edilməlidir.
17. İddiaçının məhkəmə baxışı zamanı baxışa təqdim etdiyi qeydiyyat dəftərinin sübut kimi nəzərə alınıb qiymətləndirilib-qiymətləndirilməməli olmasına münasibətdə isə bildirilməlidir ki, Azərbaycan Respublikasının MPM-nin 78.1-ci maddəsinin tələblərinə əsasən, sübutlar işd ə ştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
18. İşdən də göründüyü kimi, iddiaçı ilkin olaraq məhkəməyə müraciət edəndə tələbinin əsası kimi iş materiallarında olan və hazırki halda qanunsuz hesab edilməklə ləğv edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara istinad etmiş, həmin qərar qanunsuz hesab edilməklə ləğv edildiyi üçün iddiaçının məhkəmə baxışı mərhəl əsində təqdim etdiyi göstərilən qeydiyyat dəftərinin sübut kimi təqdim edilməsinə əsas yaranmışdır.
19. Belə olan halda məhkəmə hesab edir ki, həmin sübutun təqdim edilməsi yolverilən hesab edilməlidir.
20. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları və işin hallarını ümumiləşdirərək hesab etmişdir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn hüquq münasibəti yarandığından, həmin müqavilədən irəli gələrək tərəflər arasında öhdəliklər yarandığından, iddiaçının öz öhdəliyini icra etməsi, cavabdehin isə öhdəliyini icra etməmiş olması müəyyən edildiyindən iddia tələbi alqı-satqı üzrə yaranmış 57000 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslı hesab edilərək təmin edilməlidir.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 597.1, 600.1, 600.2 və 600.4, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnmənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X2 borc pul məbləği olaraq 57.000 manat, iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 261 manat pulun alınıb ona verilməsi barədə iddia tələbinin əsası kimi istinad etdiyi sübutları yoxdur. İş üzrə cavabdeh iddiaçı ilə qonşu olsalar da heç vaxt iş üzrə iddiaçıdan nisyə olaraq və ya nəğd olaraq qızıl-zinət əşyası almamış dır. İddiaçının tələbinin əsası kimi istinad etdiyi şahid ifadələri bir – birinə uyğun gəlmir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş şəxslər iddiaçı ilə cavabdeh arasında nisyə qızıl alqı-satqısı ilə bağlı münasibətlərin mövcud olmasını təsdiq etsələr də, Məleykə Ramazanovanın həmin mağazada rəsmi qaydada işləməsini təsdiq edən hər hansı bir əmək müqaviləsi olmamışdır. İddiaçının cavabdehdən tələb etdiyi 57.000 manat pul tələbi 2 nəfər yalançı şahidin məhkəmə iclasında izahatı əsasında qəbul edilməsi qanunsuz və əsassızdır.
24. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6 noyabr 2025-ci il tarixli, 2(106)-1466/2025 nömrəli qətnaməsi ilə (hakim Cahid İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər Tale Kərimov və Qasım Əliyevdən ibarət tərkibdə) Cavabdeh nümayəndəs i (vəkili) Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Sabirabad Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli, 2(056)-15/2025 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı Cavabdeh qarşı cavabdeh X1 borc pul məbləği olaraq 57000 manat, iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 261 manat pulun alınıb İddiaçı ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi, cavabdehin tərəfindən apellyasiya şikayəti verilə bilinməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıdan alınaraq cavabdehə verilməsi qət edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin dəlili iddiaçıdan hər hansı qızıl-zinət əşyalarının alınmaması, şahidlərin yalançı şahidlər olması, “cinayət işinin rədd ” materiallarında cavabdeh tərəfindən etirafedici izahatların olmaması, ümumiyyətlə həmin materialın Şirvan Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilməsi ilə bağlıdır.
26. Göründüyü kimi birinci instansiya məhkəməsi iddianı təmin edərkən “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərara, özünə məxsus qeydiyyat dəftərinə və şahid ifadələrinə istinad etmişdir.
27. Kollegiya şikayətin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etmişdir. 28. 1. ”Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, cavabdeh şəxsən polis şöbəsinə dəvət edilməmiş və izahatı alınmamışdır.
29. Həmin qərarda qeyd edilmişdir ki, “araşdırma zamanı X3 izahatının alınması zərurəti olduğundan onun istifadəsində olan 050 *** ** ** saylı mobil nömrəsinə zəng vurub İddiaçı müraciəti ilə əlaqəd ar RPŞ-nə dəvət etdim. Faiq telefonda İddiaçı 2021-ci ildə qızıl aldığını və həmin qızılların pulunun ona bir hissəsini ödəməsini, İddiaçı iddia etdiyi 57000 manat borcun Könülün qızılları ona faizlə satmasına görə yaranmasını demişdir. Bundan sonra Faiq hazırda Bakı şəhərində ünvanını qeyd etmədiyi yerdə olduğunu və izahat verməyəcəyini deyib telefonu söndürmüşdür”.
30. Göründüyü kimi cinayət işinin rədd materiallarında qeyd edilən yuxarıdakı fikirlərin nə qədər mötəbər olması şübhəlidir. Belə ki, cavabdeh məhkəmə iclasında da bildirmişdir ki, ona polis şöbəsindən belə bir zəng edilməmiş, onun tərəfindən hər hansı fikirlər səsləndirilməmişdir. 31.
2. Birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi qənaətdən biri də iddiaçının qızılların Faiqə verilməsi ilə bağlı olan özünə m əxsus qeydiyyat dəftəridir.
32. İşdən də görünür ki, işdə qızılların cavabdehə verilməsi ilə bağlı hər hansı qeydiyyat dəftəri mövcüd deyil və belə bir dəftər birinci instansiya məhkəməsinin iclasında tədqiq edilməyib. İşdə mövcud olan dəftər isə iddiaçının apellyasiya baxışında qeyd etdiyi kimi işdə olan dəftəri “qətnamə elan edildikdən sonra məhkəməyə təqdim etmişdir. İşə əlavə edilmiş həmin dəftərdəki qeydlər onun tərəfindən yazılmış və imzalanmışdır. Həmin dəftərdə cavabdeh Faiqə məxsus xətt və imzalar yoxdur”. Göründüyü kimi iddiaçı tərəfindən qızılların cavabdehə verilməsi ilə bağlı hər hansı dəftər və ya başqa sübut mövcud deyil. 33.
3. Üçüncü sübutlar isə şahid ifadələri ilə bağlıdır. Lakin şahid ifadələri iddiaçı tərəfindən məhkəməyə təqdim edilən digər mötəbər sübutla öz təsdiqin i tapmır və şahid ifadələri tam olmamaqla ziddiyyətlidir. Belə ki, şahid Məleykə Ramazanova qeyd edir ki, qızıllar Faiq tərəfindən lom kimi satılırdı. Maraqlıdır satıcı, həmçinin iddiaçı cavabdehə verilən qızıl əşyalarının cavabdeh tərəfindən əşya kimi deyil də lom kimi satılmasını bildiyi halda hansı səbəbdən cavabdehə davamlı olaraq qızıl əşyaları vermişlər.
34. Həmçinin müəyyən edilir ki, şahid qismində dindirilmiş Fuad İbadov iddiaçı ilə eyni ərazidə qızıl satışı ilə məşğul olmuşdur. F.İbadov qeyd etmişdir ki, qızılları cavabdehdən lom qiymətinə almışdır. Sual olunur Fuad iddiaçını tanıyırdısa nəyə görə iddiaçıya məxsus qızılları iddiaçının özündən deyil, cavabdehdən lom qiymətinə almışdır.
35. Bildiyimiz kimi qanunvericiliyin mahiyyətinə görə iddianı sübut etmə yükü iddiaçının üzərind ədir. Lakin hazırkı işdə iddiaçının iddiasını sübuta yetirə biləcək sübutlar yetərincə deyil, iddia mötəbər və təkzibedilməz sübutlarla sübuta yetirilmir. Buna görə də əsaslı şübhələrdən kənar olmayan belə bir iddia təmin edilə bilməz.
36. Cavabdehin tərəfindən apellyasiya şikayəti verilə bilinməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıdan alınaraq cavabdehə verilməlidir.
37. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 597.1, 600.1, 600.2, 600.4, 1091.2, 1092.1, 1093.1-cİ maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
38. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1466/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edil məsi və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyasının sübutlara düzgün qiymət verməməsi iddiaçının cavabdehlə arasında olan alğı-satqı müqaviləsindən irəli gələn hüquqlarının həyata keçirilməsinə mane olmaqla qanunun bu tələbinin kobut surətdə pozulması ilə nəticələnib.
40. Məhkəmə kollegiyası öz mövqeyində əsaslandırmışdır ki, guya birinci instansiya məhkəməsi iddıanı təmin edərkən xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına istinad etmişdir ( Şirvan Apellyasiya Məhkəməsi qətnaməsi səh: 8 ).Lakin birinci instansiya məhkəməsi öz qətnaməsində xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın məhkəmə nəzarəti qaydasında ləğv olunduğu üçün həmin qərarın sübut kimi qiymətləndirilməsi və iddianın əsası kimi götürülməsi mümkün deyildir deyə mövqe qoymuşdur (birinci instansiya məhkəməsinin qəıtnaməsi səh: 5, abzas:4). Habelə apellyasiya instansiyası cavabdehin iddiaçıya borcu olduğunu etiraf etməsinə şahid olan polis təhqiqatçısını məhkəməyə dəvət edərək dindirsə idi obyektiv həqiqəti müəyyən etmiş olardı.
41. Apellyasiya instansiyası məhkəməsi öz qərarında əsaslandırmışdır ki, şahid Məleykə Ramazanova qeyd edir ki, qızıllar Faiq tərəfindən lom kimi satılırdı. Maraqlıdır satıcı, həmçinin iddiaçı cavabdehə verilən qızıl əşyalarının cavabdeh tərəfindən əşya kimi deyil də lom kimi satılmasını bildiyi halda hansı səbəbdən cavabdehə davamlı olaraq qızıl əşyaları vermişdir( Şirvan Apellyasiya Mə hkəməsi qətnaməsi səh: 9, abzas: sondan 2-ci ). Lakin məhkəmə bu əsaslandırması və bu sualı ilə hansı obyektiv həqiqəti ortaya çıxarmaq istədiyi əmindir ki, heç kəsə məlum deyildir. Belə ki, apellyasiya instansiyasının dəlilinə cavab olaraq əks arqument kimi bildirirlər ki, hadisənin iqtisadi cəhətdən zəif inkişaf edən rayonlardan birində baş verdiyini, sahibkarın onsuz da az olan müştəri bazasını itirmək istəmədiyini, elə bu səbəbdən də nisyə və parçalanmış lom şəklində də olsa təki malım satılsın prinsipi ilə yanaşıb həmin qızılları cavabdehə davamlı vermişdir. Habelə cavabdehin ondan aldığı qızlları lom şəkilində satdığını gördüyünü,cavbdehin iddiaçıya 57.000 manat borclu olduğunu deməsi ilə bağlı xüsusatlara apellyasiya instansiyası tərəfindən qiymət verilməmişdir. Habelə qızıl satıcıs ı ilə qızılı lom halına sala bilən (yəni hissələrə ayıra bilən ) ustanın arasında peşə fərqi olduğunu da nəzərə alsaq apellyasiyanın dəlili əsassızdır.Yəni iddiaçı qızıl satıcısı olsa da qızıl ustası-zərgər deyildir.
42. Apellyasa instansiyası qeyd edir ki, şahid Fuad İbrahimov izahatında bildirir ki, qızılı cavabdehdən lom qiymətinə almışdır. Sual olunur, şahid iddiaçını tanıyırdısa nəyə görə iddiaçıya məxsus qızılları iddiaçının özündən deyil cavabdehdən lom qiymətinə alırmış ( Şirvan Apellyasiya Məhkəməsi qətnaməsi səh: 9, abzas: ən sonuncu ). Dəlilləri:hazır qızıl lom şəkilli qızıldan baha olduğundan, cavabdeh nisyə hazır qızılı iddiaçıdan alıb şahidə və digər şəxslərə nağd formada lom şəklində daha ucuza sataraq maddi gəlir əldə edib.Bu fakt habelə cavabdehin iddiaçıdan qızıl aldığ ına şahidlik edilməsi və cavabdehin iddiaçıya 57.000 manat borclu olması faktı şahid F.İbrahimovun izahatında qeyd edilsə də apellyasiya instansiyası izahatın bu hissəsinə qiymət verməkdən imtina etmişdir.
43. Apellyasiya instansiyası məhkəməsi qeyd dəftərçəsi ilə bağlı əsaslandırmışdır ki, həmin dəftərdə cavabdehin yazısının və imzasının olmaması o dəftərin sübut kimi qiymətləndirilməsinə imkan vermir.Lakin nəzərə çatdırır ki, həmin qeyd dəftəri məcmu şəklində qiymətləndirilərsə özü özlüyündə iddiaçının və şahidlərin izahatlarının həqiqiliyini və mötəbərliliyini təsdiq edən əsas amilidir, yəni o qeyd dəftəri bir növ iddiaçı və şahidlərin izahatının sübutudur. Polisin müvafiq qərarı məhkəmə nəzarəti qaydasında ləğv olunsa da polisin həmin iş üzrə topladığı sübutlar ləğv olunmayıb, qanunsuz hesab edilməyib.Yəni məhkəmə polis topladığı yazılı izahatları, tərəflərin məhkəmədə verdiyi şifahi məlumatları, qeyd dəftərçəsində təsbit olunan ödəmə ardıcıllığını məcmu halında qiymətləndirsə idi və bunun üzərinə qeyd dəftərçəsini ekspertizaya göndərib və cavabdehin etirafına şahid olan polisin təhqiqatçısınıda dindirib yekun qənaətə gəlsə idi obyektiv həqiqəti üzə çıxarmış olardı
44. Əlavə olaraq diqqətə çatdırır ki, apellyasiya instansiyası tərəfindən iş tam, obyektiv və hərtərəfli araşdırılmamışdır. Məhkəmənin gəldiyi nəticə mülahizələrə əsaslanmış, mötəbər sübutlar pərdələnmişdir. Belə ki, aşağıda göstərdikləri hallar apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmalı olduğu halda araşdırılmamış, nəticədə yanlış qərar qəbul edilmişdir. Dəlillər: A) İş üzrə şahid kimi dindi rilmiş şəxslər apellyasiya instansiya məhkəməsində təkrar adi və çarpaz dindirilməli və məlumatlar müqayisəli təhlil olunmalı idi. B) İş materiallarında cavabdehin etirafına şahid olduğu əks olunan polis təhqiqatçısı məhkəmə instansiyaları tərəfindən dindirilməmişdir. C) iddiaçının izahatında əks olunan "qeyd dəftərçəsində cavabdehin anasının da imzası var" xüsusatı məhkəmə instansiyaları tərəfindən yoxlanılmamışdır. Cavabdehin anası iddiaçının şifahi vəsatətinə baxmayaraq məhkəmə baxışına cəlb edilməmişdir. Ç) İş materiallarında olan qeyd dəftərçəsində borcla bağlı olan əl yazıları ekspertiza edilərək həmin əl yazılarının hansı zaman kəsiyinə aid olması müəyyən edilməmiş və bu məlumat borcun yarandığı tarixlə müqayisəli təhlil edilməmişdir.
45. Kassasiya şikayəti Azərbaycan Respublikasını n Mülki Məcəlləsinin 600.4, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddələrinə istinad edilməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəllə
47. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
48. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
49. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
50. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
51. Maddə 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
52. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
53. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
54. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilm əmiş malın qaytarılmasını tələb edə bilər.
55. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
56. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
57. Maddə.1092.1(birinci cümlə). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
60. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
61. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
62. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
63. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətn amə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
66. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
67. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozul ması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
68. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
69. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istina d edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
70. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
72. Məhkəmə kollegiyası kassasiya şikayətinin cava bdehin etirafına şahid olan polis təhqiqatçısının, məhkəmə instansiyaları tərəfindən dindirilmədiyi, cavabdehin anasının iddiaçının şifahi vəsatətinə baxmayaraq məhkəmə baxışına cəlb edilmədiyi barədə dəlili ilə əlaqədar bildirir ki, Azərbaycan Respublikasının MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.Həmin Məcəllənin 104.6-cı maddəsi nə əsasən şahidin çağırılması barədə vəsatət qaldıran şəxs şahidin soyadını, adını, atasının adını və yaşadığı yeri göstərməyə borcludur. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin iş materialları ilə yuxarıda göstərilən maddələrin tələbinə müvafiq olaraq dəlildə qeyd edilən polis təhqiqatçısının, cavabdehin anasının şahid qismində dindirilməsi barədə iddiaçı tərəfin əsaslandırılmış vəsatət verməsi təsdiqlənmir.Ona görə də polis təhqiqatçısının dindirilməməsi və cavabdehin anasının məhkəmə baxışına cəlb edil məməsi ilə əlaqədar məhkəmələr tərəfindən prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
73. Məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçının izahatında əks olunan "qeyd dəftərçəsində cavabdehin anasının da imzası var" xüsusatının məhkəmə instansiyaları tərəfindən yoxlanılmadığı barədə dəlili ilə əlaqədar bildirir ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdə qızılların cavabdehə verilməsi ilə bağlı hər hansı qeydiyyat dəftəri mövcüd deyil və belə bir dəftər birinci instansiya məhkəməsinin iclasında tədqiq edilməyib. İşdə mövcud olan dəftər isə iddiaçının apellyasiya baxışında qeyd etdiyi kimi işdə olan dəftəri “qətnamə elan edildikdən sonra məhkəməyə təqdim etmişdir. İşə əlavə edilmiş həmin dəftərdəki qeydlər onun tərəfindən yazılmış və imzalanmışdır. Həm in dəftərdə cavabdeh Faiqə məxsus xətt və imzalar yoxdur”. Göründüyü kimi iddiaçı tərəfindən qızılların cavabdehə verilməsi ilə bağlı hər hansı dəftər və ya başqa sübut mövcud deyil. Kassasiya kollegiyası da apellyasiya məhkəməsinin qeyd edilən əsaslandırması ilə razılaşır.
74. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır və əlavə hüquqi dəyərləndirmə aparı lmasına lüzum görmür.
75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
76. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
77. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mül ki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)1466/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.