Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-402/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qızına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-402/21 (Açar sözlər: özbaşına tikiliyə köçürülmə) Bakı şəhəri, 25 yanvar 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-390/2021 nömrəli, 29.01.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə i clasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər 12 aprel 2011-ci il tarixdə rəsmi nikaha girmişlər və bu nikahdan onların Damla və Yağmur adlı uşaqları olmuşdur. Nikaha girdikdən sonra, tərəflər iddiaçının valideynlərinə məxsus qeyd olunan ərazidə yerləşən 171 saylı evdə yaşamışlar. Lakin sonradan onlar qonşuluqda yerləşən torpaq sahəsində özbaşına mübahisəli 171 B saylı evi inşa etmiş və nikah pozulana kimi burada yaşamışlar. Sumqayıt Şəhər Məhkəməsinin 28.06.2019-cu il tarixli qətnaməsilə tərəflərin nikahları pozulmuş və birgə nikahdan doğulmuş uşaqlar Cavabdeh yanında qalmışlar. Hazırda cavabdeh uşaqları ilə birlikdə mübahisəli evdə yaşayır, iddiaçının bu evdə yaşamasına maneçilik törədilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsind ə icraat
2. İddiaçı məhkəməyə müraciət edərək, onun Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı İnşaatçı Məhəllə Komitəsinin əhatə etdiyi ərazidə yerləşən 171 B saylı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 12 aprel 2011-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan iki uşaqları doğulmuşdur. Ailə qurduqdan sonar, cavabdeh onun valideynlərinə məxsus Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı İnşaatçı Məhəllə Komitəsinin əhatə etdiyi ərazidə yerləşən 171 saylı fərdi yaşayış evinə gəlin köçmüşdür. Birgə nikahdan olan uşaqlar həmin evdə dünyaya gəlmişlər. Onlar valideynlərinə məxsus olan fərdi yaşayış evində 2015-ci ilədək yaşamışlar. Valideynlərinin köməkliyi ilə o, 2015-ci ilin yay aylarında həyətyanı olan torpaq sahəsində ayrıca ev inşa etmiş və həmin evə köçərək orada yaşamağa başlamışlar. Həmin evdə o, öz ailəsi ilə 2019-cu ilin yay aylarınadək yaşamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 28.06.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh ilə olan nikah pozulmuşdur. Nikah pozulduqdan sonra cavabdeh o, işdə olarkən evin qapısının açarlarını dəyişdirərək onun evə girməyinə maneçilik yaratmışdır. Artıq bir ildən çoxdur ki, onun evinin olmasına baxmayaraq, məcburən valideynlərinə məxsus olan evdə yaşayır.
4. Qubadlı Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2(028)-390/2020 saylı qətnaməsi ilə (hakim V.Y.Ruvinov), iddia təmin edilmiş, İddiaçı Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı İnşaatçı Məhəllə Komitəsinin əhatə etdiyi ərazidə yerləşən 171 B saylı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.
5. Məhkəmə iddianı təmin edərkən Azərbaycan Respublikası Konstitusiyanın 13, 29; Mülki Məcəlləsinin 157; Mənzil Məcəlləsinin 30.1-ci maddələrinə istinad etmişdir.
6. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-390/2021 nömrəli, 29.01.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- Ş.Abasov (sərlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Qubadlı Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2(028)390/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslan dırma ilə razılaşmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh kasasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir.
12. Əlavə olaraq qeyd edilmişdir ki, evin yerləşdiyi torpaq sahəsinin pulunu və evin tam olaraq bütün xərclərini atası çəkdiyi üçün ona məxsusdur. İ ddiaçı bir gün də olsun, onlarla birlikdə o evdə yaşamayıb, onlarla birlikdə təsərrüfat idarə etməyib. Ona görə iddiaçının orada hər hansısa bir hüququ yoxdur. İddia tələbi də ona qarşı qaldırılmalı deyildi. Hazırki, iş üzrə mübahisəli hüquq münasibəti 2015-ci ildən yaranmışdır. MPM-nin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Odur ki, həmin münasibətlər hazırda qüvvədə olan Mənzil Məcəlləsi ilə tənzimlənir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına ba xmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası
15. Maddə.
13. Hissə. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
16. Maddə.
25. Hissə İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir.
17. Maddə.
25. Hissə İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və v ətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.
18. Maddə.
43. Hissə İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
19. Maddə. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.
20. Maddə. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
21. Maddə. 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir.Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kira yə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar.Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.
22. Maddə.68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər.Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilmə si kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
28. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı İnşaatçı Məhəllə Komitəsinin əhatə etdiyi ərazidə yerləşən 171 B saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı və hüquqi vəziyyətinə görə özbaşına tikili sayıldığı üçün xüsusi mülkiyyətdə olan əşya hesab edilmir. Bu tip mübahisələr üzrə formalaşmış məhkəmə təcrübəsini əsas götürən məhkəmə kollegiyası nəzərə alır ki, mübahisəli ev iddiaçı il ə nikaha girəndən əvvəl cavabdehə məxsus olmamış, məhz onların birgə nikahı dövründə inşa edilmişdir. Belə olan halda, iddiaçının da bu tikilinin ərsəyə gəlməsində hansısa formada iştirakı istisna deyildir. Cavabdehin özü də etiraf etmişdir ki, evin yerləşdiyi torpaq sahəsi onların birgə nikahı müddətində əldə edilmişdir. Nə qədər ki, torpaq sahəsi və ev iddiaçının iştirakı ilə məhz birgə nikah dövründə əldə edilib, iddiaçı da bir neçə ildən artıqdır ki, həmin evdən ailə üzvü kimi istifadə edərək yararlanıb, onun həmin tikiliyə münasibətdə iqtisadi marağı formalaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırda cavabdeh daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış həmin tikilidən (iqtisadi dəyərdən) istifadə etdiyi halda, bərabərlik prinsipinə uyğun iddiaçı da oradan istifadə ed ə bilər, çünki hazırkı Mənzil Məcəlləsinin anoloji (istər xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış və ya alınmamış yaşayış sahəsindən istifadəni tənzimləyən) normaları buna imkan verir.
29. Apellyasiya instasniya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisəli evə dair kommunal ödənişləri cavabdehin ödəməsindən, habelə mübahisəli evdə uşaqları ilə birlikdə yaşaması faktından, yəni hüquqdan sui-istifadə etməsi İddiaçı güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının da qənaətinə görə ailə-nikah münasibətlərindən doğan bu tipli əmlak münasibətlərində başqa mövqenin tutulması düzgün olmayan president yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin b ir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətandaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüququ və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəz ərə alınması və nəticə etibarı ilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştiraçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08.10.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16.12.2014-cü il tarixli q ərarları və s.)
31. Apellyasiya Məhkəməsi cavabdehin dəlillərinə qiymət verərək hesab etmişdir ki, tərəflərin münasibətlərinin pis olması, həmçinin mübahisəli evin onun atasının vəsaiti hesabına inşa edilməsi və buna görə də iddiaçının mübahisəli evə köçürülməli olmaması barədə apelyasiya şikayətinin dəlilləri əsassızdır və iş materialları ilə təkzib olunduğundan iddianın rədd edilməsi üçün əsas ola bilməz.
32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi mübahisəyə qiymət verərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kolleg iyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-390/2021 nömrəli, 29.01.2021-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.