Məhkəmə qərarları › İş №2(102)-402/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-402/2024

30.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-402/2024 30.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkkül oğlu və Şəfiyev İspəndiyar oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 avqust 2023-cü il tarixli, 2(104)-2024/2023 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ərizəçi X6 xx xxx 1960-cı il tarixdə Ağdam rayonu, Mərzili kəndində doğulub, 1993-cü ildə Ağdam rayonu, Ermənistan Respublikası tərəfindən işğal olunduğu üçün məcburi köçkün düşüb və hazırda Ağdam rayonu, Quzanlı qəsəbəsində məskunlaşıb.

2. Ərizəçi X6 10 yanvar 1989-cu il tarixdən 29 dekabr 1995-ci il tarixədək 4 saylı Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam rayonu, 42 saylı X1 Dəstəsində “iş icraçısı” işlədiyini, lakin qeyd olunan təşkilatın arxiv sənədləri işğal zonasında qaldığından, həmin illərə dair iş stajını təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmir.

3. Azərbaycan Respublikası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ərizəçi X4 ünvanlanmış 10 aprel 2023 -cü il tarixli məktubdan görünür ki, sonuncu ünvan 1ylı X1 Dəstəsində işlədiyi illərin təsdiq edilməsi üçün məhkəməyə müraciət edə bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. Ərizəçi (bundan sonra ərizəçi) maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra maraqlı şəxs) qarşı “faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 10 yanvar 1989-cu il tarixdən 29 dekabr 1995-ci il tarixədək 4 saylı Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam rayon 4 saylı X1 Dəstəsində “iş icraçısı vəzifəsində işləməsi” faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edib.

5. Ərizəçi, ərizəsini onunla əsaslandırıb ki, o, 10 yanvar 19 89-cu ildən 29 dekabr 1995-ci il tarixədək 4 nömrəli Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam rayon 42 saylı X1 Dəstəsində iş icraçısı vəzifəsində işləyib, hazırda isə "xxxx" MMC-də iş icraçısı işləyir. Lakin, Ağdam rayon 42 saylı X1 Dəstəsinin arxiv sənədləri işğal olunmuş torpaqlarda qaldığına görə həmin illərə dair iş stajını təsdiq edən sənədləri əldə edə bilməmişdir. Həmin iş illərinin müəyyən olunması gələcəkdə ona əmək pensiyası verilməsi üçün zəruridir.

6. Maraqlı şəxs məhkəməyə etiraz ünvanlanaraq qeyd etmişdir ki, ərizəçinin təqdim etdiyi şahidlərin onunla birgə işlədiyinə dair sübutlar işə əlavə edilməmişdir. Şahidlərin həmin müəssisədə işləməsini sübut edən hər hansı faktlar və ya sənədlər yoxdursa, həmin şəxslərin digərinin xeyrinə şahidliyinin mötəbərliliyi iş üzrə həlledici sübut kimi qəbul edilə bilməz. Bundan başqa, əmək şəraiti ağır və zərərli olan işlərdə işləmə faktını araşdırmaq inzibati məhkəmələrin səlahiyyətində olub, mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, ərizəçi ilə iş yoldaşı olmuşdur. 1986-cı ildən 1995-ci il tarixədək 4 saylı Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam rayon 42 saylı X1 Dəstəsində ərizəçi ilə birgə işləmişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadə verərək bildirmişdir ki, o, 1969-cu ildən 1993-cü il tarixədək 4 saylı Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam rayon 42 saylı X1 Dəstəsində sürücü işləmişdir və ərizəçi də 1989-cu ildən 1995-ci il tarixədək 4 saylı Təsərrüfatlararas ı “Aqrarsənayetikinti” Trestinin Ağdam rayon 42 saylı X1 Dəstəsində iş icraçısı vəzifəsində işləmişdir.

9. Ağdam Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(013)-1261/2023 saylı (hakim M.Niftəliyev) qətnaməsi ilə ərizə təmin edilərək, ərizəçinin 10 yanvar 1989-cu ildən 29 dekabr 1995-ci il tarixdək 4 saylı Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam rayon 42 saylı X1 Dəstəsində iş icraçısı vəzifəsində işləməsi faktının müəyyən edilməsi qət olunmuşdur.

10. Məhkəmə qeyd etmişdir ki, ərizəçinin əmək kitabçası işğal bölgəsində qaldığından onun 4 saylı Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam rayon 42 saylı X1 Dəstəsində iş icraçısı vəzifəsində əmək fəaliyyətini onunla birlikdə həmin İdarədə işləmiş və əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmışdır. Bu faktı onunla birlikdə işləmiş şəxslər də izahatlarında təsdiq edə bilərlər.

11. Məhkəmə iclasında izahat verən hər iki şahid iddiaçı ilə birlikdə işləmiş və onlardan hər ikisi 4 saylı Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam rayon 42 saylı X1 Dəstəsində işləmiş ərizəçinin bu İdarədə iş icraçısı kimi iş fəaliyyəti, onların idarədə işlədiyi dövrdə ərizəçinin də bu idarədə işləməsi barədə bir-biri ilə üst-üstə düşən izahatlar vermiş, ərizədə qeyd edilənləri təsdiq etmişlər.

12. Şahidlərdən hər ikisinin orada işləməsi ərizəçinin qeyd edilən dövrlərdə, yəni 1986-cı ildən 1995-ci il tarixədək orada işləməsini istisna etməmişdir. Belə bir vəziyyətdə məhkəmə hesab etmişdir ki, ərizəçinin 4 saylı Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam rayon 42 saylı X1 Dəstəsində işləməsi bütün əldə edilməsi mümkün sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməlidir.

13. Məhkəmə öz hüquqi mövqeyini “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2, 21.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının müəyyən edilməsi qaydası barədə” Əsasnamənin 16 və 17-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Maraqlı şəxs apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ərizənin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, ərizəçi, Ağdam rayonunun işğal olunması və buna görə də müvafiq sənədləri ala bilməməsini qeyd etsə də, Ağdam rayonu işğal olunanadək ərizəçinin adına əmək kitabçası açıla bilərdi. Müvafiq qeydlərin olmaması ərizəçinin iradəsindən asılı olan səbəb olmuş və 1989-cu ilə aid qeydin hansı səbəbdən əmək kitabçasında olmaması əsaslandırılmamışdır. Ağdam rayonu 23 iyul 1993-cü il tarixdə işğal olunduğu üçün ərizəçinin 29 dekabr 1995-ci il tarixədək işləməsi mümkün deyil. Həmçinin hazırkı işdə hüquq müəyyənedici sənəddə olan uyğunsuzluğun aradan qaldırılmasına dair müraciət və hər hansı imtina və ya sənəddəki səhvlərin düzədilməsinin mümkün olmaması barədə cavab mövcud deyil. Ərizəçinin lazımı sənədləri ala bilməməsini, yaxud itə n sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

16. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 avqust 2023-cü il tarixli, 2(104)-2024/2023 saylı qətnaməsi ilə (hakimlər R.Muradov (sədrlik edən və məruzəçi), F.Mehtiyev və Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Ağdam Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla ərizə rədd olunmuşdur.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ərizəçi, 10 yanvar 1989-cu ildən 29 dekabr 1995-ci il tarixədək 4 saylı Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam rayon 42 saylı X1 Dəstəsində iş icraçısı vəzifəsində işləməsini, lakin həmin dövrdə olan sənədlərin işğal zonasında qalmasını əsas gətirərək hazırkı ərizə ilə məhkəməyə müraci ət etmiş, birinci instansiya məhkəməsi isə ərizəni təmin etmişdir.

18. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, ərizəçi, 10 yanvar 1989-cu ildən 29 dekabr 1995-ci il tarixədək 4 saylı Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam rayon 42 saylı X1 Dəstəsində iş icraçısı vəzifəsində işləməsi faktını təsdiq edərkən, onun özünün izahatından əlavə iki şahid ifadəsinə istinad etmişdir. Belə ki, şahid X11 1969-cu ildən 1993-cü il tarixədək 4 saylı Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam rayon 42 saylı X1 Dəstəsində işləməsi Ağdam Rayon məhkəməsinin 27 sentyabr 2008-ci il tarixli qətnaməsi ilə təsdiq olunsa da, digər şahid X5 1986-cı ildən 1995-ci il tarixədək 4 saylı Təsərrüfatlararası “Aqrarsənayetikinti ” Trestinin Ağdam rayon 42 saylı X1 Dəstəsində işləməsi sübut olunmur. Əksinə, X5 adına olan əmək kitabçasının surəti ilə müəyyən olunur ki, o 05 avqust 1991-ci ildən 25 yanvar 1993-cü il tarixədək qeyd olunan müəssisədə “betonçu” işləmişdir. Buna baxmayaraq X8 şahid qismində ifadə verərkən göstərmişdir ki, 1986-cı ildən 1995-ci il tarixədək 4 saylı Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam rayon 42 saylı X1 Dəstəsində işləmiş və həmin dövrlərdə ərizəçi onunla birlikdə həmin müəssisədə işləmişdir. Birinci instansiya məhkəməsi işin qeyd olunan bu halını araşdırmadan şahid X5 ifadəsini sübut kimi qiymətləndirmişdir.

19. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd etmişdir ki, Ağdam rayonu 23 iyul 1993-cu il tarixdə işğal olunmasına baxmayaraq, ərizəçi, 29 dekabr 1995-ci il tarixəd ək 4 saylı Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam rayon 42 saylı X1 Dəstəsində işləməsini ərizəsində qeyd etmişdir. Ağdam rayonu işğal olunduqdan sonra 4 saylı Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam rayon 42 saylı X1 Dəstəsinin hansı ərazidə fəaliyyət göstərib-göstərməməsi barədə işdə heç bir sübut növü mövcud deyil. Hətta müəssisə işğaldan sonra fəaliyyətini davam etdirmiş olsa belə bu halda da ərizəçi işğaldan sonrakı dövr üçün işləməsini təsdiq edən sübutu məhkəməyə təqdim etmək imkanında olardı.

20. Daha sonra məhkəmə qeyd etmişdir ki, ərizəçinin 10 yanvar 1986-cı ildən 29 dekabr 1995-ci il tarixədək 4 saylı Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam rayon 42 saylı X1 Dəstəsində iş icraçısı vəzifəsində işləməsi onun özünün izahatından və b ir nəfər şahid ifadəsindən (məhkəmə qətnaməsi əsasında işləməsi faktı müəyyən olunmuş) başqa digər sübutlarla təsdiq olunmur. Halbuki, ərizəçinin 4 saylı Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam rayon 42 saylı X1 Dəstəsində qeyd olunan illərdə iş icraçısi işləməsi ən azı iki şahid ifadəsi ilə təsdiq olunmalı idi.

21. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayəti təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılmaqla ərizə əsassız olduğundan rədd edilməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Ərizəçi (vəkili Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, şahid qismində ifadə verən X7 və X14 ərizəçinin 1989-1995-ci illər arasında qeyd edilən müəssisədə iş icraçısı vəzifəsində işlədiyini qeyd etmişlər. Apellyasiya instansiyası məhkəməsində şahidlərdən X5 05 avqust 1991-ci ildən 25 yanvar 1993-cü il tarixinədək 4 saylı Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam rayon 42 saylı X1 Dəstəsində işlədiyini qeyd etsə də, işdə olan əmək kitabçasının surətindən görünür ki, X8 03 iyul 1989-cu ildən 25 yanvar 1993-cü il tarixədək Ağdam rayon 42 saylı X2 dəstəsində işləmişdir. Bu xüsusatlar birinci instansiya məhkəməsinin qətnaməsində əks olunduğu və şahidin işlədiyi müddətin əks olunduğu əmək kitabçasına istinad edildiyi halda, apellyasiya instansiyası məhkəməsi hansı sənədə istinad edərək ərizəçinin 05 avqust 1991-ci ildən 25 yanvar 1993-cü il tarixədək qeyd olunan müəssisədə işləməsini qətnamədə qeyd etmişdir. Bundan başqa maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətində Ağdam rayonunun 23 iyul 1993cü il tarixdə işğal olunduğu, ərizəçinin 29 dekabr 1995-ci il tarixədək Ağdam rayonunda yerləşən həmin müəssisədə işlədiyinin qeyri-mümkün olması qeyd edilmiş və apellyasiya instansiyası məhkəməsi bu qətnaməni qəbul edərkən qeyd edilən xüsusata istinad etmişdir. Halbuki, hamıya məlumdur ki, Ağdam rayonu tamamilə işğal edilməmiş, qeyd edilən müəssisə də Ağdam rayonunun işğal edilməmiş ərazisində fəaliyyət göstərmişdir. Apellyasiya şikayətində ərizəçinin adına Ağdam rayonunun işğalına qədər əmək kitabçasının açıla bilməsinin mümkün olması ilə bağlı qeyd edilənlərə gəlincə, ərizəçinin adına onsuz da işğal dövrünə qədər əmək kitabçası açılmışdı, sadəcə işğal faktından sonra sənədlərin işğal edilmiş ərazidən götürülə bilməməsi bu ərizə ilə məhkəməyə müraciət edilməsinə səbəb olmuşdur. Sənədlər işğal edilmiş zonada qalsa da, qeyd edilən müəssisədə ərizəçi 29 dekabr 1995-ci il tarixədək fəaliyyətini davam etdirmişdir. İşğal edilən zaman ərizəçiyə aid bütün arxiv sənədləri işğal zonasında qalması və əmək stajı üçün sənədlərin əlçatan olmaması səbəbindən həmin illərə dair əmək stajının müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət olunmuşdur. Şahidlərin ifadələrinin məhkəmə üçün bağlayıcı olmaması məsələsinə gəlincə, məhz hər iki şahid də ərizəçinin qeyd edilən müəssisədə 1995-ci ilədək işlədiyini tə sdiq etmişlər. Məhz əmək kitabçasının olmaması səbəbindən həmin şahidlər ərizəçinin işğal faktından sonra da sözügedən müəssisədə işlədiyini təsdiq etmişlər. Əgər ərizəçidə stajla bağlı başqa bir niyyət olsaydı, o zaman iş icraçısı qismində əmək stajını daha əvvəlki tarixlə qeyd etməyə və əmək stajını bu şəkildə artırmağa çalışardı. Əgər əmək stajını təsdiq edən sənəd mövcud deyilsə, bunu təsdiq etmək üçün məhkəməyə müraciət olunmalıdırsa və bu halın da şahid ifadələri ilə təsdiq olunması məhkəmə təcrübəsi ilə formalaşmışdırsa, ərizəçi də məhz bunu etmişdir ki, bu səbəbdən maraqlı şəxsin öz etirazında qeyd etdikləri işi formal mülahizələr əsasında uzatmaqdan başqa bir şey deyildir. Belə ki, işdə olan sənədlərdən göründüyü kimi şahid X12 1969-cu ildən 1993-cü il tarixədək sözügedən müəssisə də işləməsi faktı Ağdam rayon məhkəməsinin 27 sentyabr 2008-ci il tarixli, 2-398/2008 saylı qətnaməsinə əsasən müəyyən edilmişdir, yəni bu halın özü müəssisəyə aid sənədlərin işğal olunmuş ərazidə qalmasına əyani sübutdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Maraqlı tərəfin kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmuşdur və etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

26. Maddə 307.2.8. Məhkəmə müvafiq icra hakimi yyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır.

27. Maddə

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktl ara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Ərizəçinin kassasiya şikayəti iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlillərinə əsasən tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

33. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb.

34. Əvvəla, mülki prosessual qanunvericiliyə görə, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o, halda müəyyən edilə bilər ki, qanuna əsasən bel ə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, habelə ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın.

35. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən ed ilir.

36. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə- qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur.

37. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə isə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür.

38. Bundan başqa, ərizədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə olunmalıdır.

39. Eyni zamanda, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndlərinin tələblərinə görə, 01 yanvar 2006-cı il tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hə rbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir.

40. İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən, habelə başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçini n işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir.

41. Hazırda ərizəçi, 10 yanvar 1989-cu ildən 29 dekabr 1995-ci il tarixədək sözügedən müəssisədə “iş icraçısı” vəzifəsində işlədiyini, həmin müəssisəyə aid arxiv sənədləri ermənilər tərəfindən işğal edildiyi üçün Ağdam rayonunda qaldığını, sözügedən illərə aid iş stajını təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmədiyini, iş stajının müəyyən edilməsinin ona gələcəkdə əmək pensiyasına çıxarkən əmək stajına hesablanması üçün lazım olduğunu göstərib, qeyd olunan illərə aid sözügedən müəssisədə “iş icraçısı” vəzifəsində işləməsi faktının müəyyən edilməsini iddia edir.

42. Maraqlı tərəf isə ərizəçinin iddia etdiyi faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsinə dair ərizəsinə hər hansı sübutlar əlavə etmədiyini və beləliklə də ərizənin təmin edilməsi üçün qanuni əsasların olmadığını göstərib, ərizəyə etiraz edir.

43. Apellyasiya instansiyası məhkəməsi, ümumiyyətlə ərizəçinin 10 yanvar 1989-cu ildən 29 dekabr 1995-ci il tarixədək “iş icraçısı” vəzifəsində işlədiyini iddia etdiyi müəssisənin hazırda mövcudluğu, hüquqi ünvanı, ləğv olunub-olunmadığı, həmin müəssisənin hazırda ərizəçinin “iş icraçısı” vəzifəsində işlədiyi "xxxx" MMC ilə hüquqi bağlılığı, müəssisəyə dair arxiv sənədlərinin həqiqətən saxlanılıb-saxlanılmadığı, arxiv sənədlərinin müvafiq dövlət arxiv idarələrinə təhvil verilib-verilmədiyi, başqa sözlə ərizəçinin iddia etdiyi faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsinə dair apellyasiya şikayətinin dəlillərini tam, hərtərəfli və obyektiv araşdırmadan, yalnız maraqlı tərəfin irəli sürdüyü arqumentlərlə kifayətlənərək ərizəni rədd edib.

44. Halbuki, Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinin mənasına görə, məhkəmə həqiqətə nail olmaq üçün ilk növbədə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı və bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli və onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir.

45. Digər tərəfdən ərizəçi, ərizəsində, kassasiya şikayətində sözügedən müəssisənin arxiv sənədləri işğal zonasında qaldığı üçün iş stajı barədə lazımi sənədləri başqa qaydada ala bilmədiyini, həmin sənədlərin ona pensiya təyin edilməsi üçün çatışmayan iş stajının hesablanmasına görə lazım olduğunu göstərib və bu faktı təsdiq etmək üçün məhkəməyə iki nəfər şahidin izahatını təqdim edib.

46. Həmin şahidlərdən X8 izahatında göstərib ki, 1986-cı ildən 1995-ci il tarixədək sözügedən müəssisədə işləyib və ərizəçi həqiqətən onunla birlikdə həmin müəssisədə çalışıb. Digər şahid X14 isə izahatında göstərib ki, 1969-cu ildən 1993-cü il tarixədək sözügedən müəssisədə sürücü işləyib, ərizəçi də həmin müəssisədə 1989-cu ildən 1995-ci il tarixədək “iş icraçısı” vəzifəsində çalışıb.

47. Mülki iş materialları və kassasiya şikayətinin dəlilləri ilə müəyyən olunur ki, şahid X3 müəssisədə 1969-cu ildən 1993-cü il tarixədək sürücü işləməsi qanuni qüvvəyə minmiş Ağdam rayon məhkəməsinin 27 sentyabr 2008 -ci il tarixli qətnaməsi ilə təsdiq olunur və bu halı apellyasiya instansiyası məhkəməsi özü də qətnamədə inkar etmir. Digər şahid X5 1986-cı ildən 1995-ci il tarixədək sözügedən müəssisədə işləməsi isə onun adına açılmış əmək kitabçasının surəti ilə təsdiq olunmasa da, həmin əmək kitabçasının surəti ilə müəyyən olunur ki, o həqiqətən 05 avqust 1991-ci ildən 25 yanvar 1993-cü il tarixədək sözügedən müəssisə də “betonçü” işləyib.

48. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi, ərizəni bütövlükdə rədd edərkən, şahid X5 izahatında ərizəçinin 05 avqust 1991-ci ildən 25 yanvar 1993-cü il tarixədək sözügedən müəssisədə işləməsini təsdiq etməsinə, bu halın onun adına açılmış əmək kitabçasının surəti ilə də müəyyən edilməsinə, başqa sözlə bu illər üzrə ərizəçinin iddia etdiyi faktın əsli ndə hər iki şahidin izahatı, habelə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilməsinə əhəmiyyət verməyib, habelə qeyd olunan illərə dair işdə iştirak edən şəxslərin, şahidlərin izahatlarına, o cümlədən işə əlavə edilmiş sübutlara obyektiv, hərtərəfli və tam baxmayıb və həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq lazımi qiymət verməyib və nəticədə Mülki Prosessual Məcəllənin 88, 106.1-ci maddələrinin tələblərini pozub.

49. Həmin normaların mənasına görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verər. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Habelə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan fak tlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətdəndirilməlidir.

50. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, ərizəçinin kassasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, ərizəçinin 05 avqust 1991-ci ildən 25 yanvar 1993-cü il tarixədək sözügedən müəssisə də “iş icraçısı” vəzifəsində işləməsi faktı iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edildiyindən, ərizənin bütövlükdə rədd edilməsi nəticəsinə gəlməyə əsas vermir.

51. Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

52. Həmin Məcəllənin 418.3-cü maddəsində göstərilir ki, prosessua l hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

53. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən hallarını, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası q ə r a r a aldı: Ərizəçi kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 avqust 2023-cü il tarixli, 2(104)-2024/2023 nömrəli qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar