Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-402/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: nisyə satılmış əşyanın ödənilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1394/2024 nömrəli, 01 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X14 ilə X7 arasında xx.xx.1994-cü ildə nikah bağlanmışdır. X14 xx.xx.2020-ci ildə vəfat etmişdir.
2. X2 Cəsarət Cavanşir oğlu ilə dostluq və işgüzar münasibətlərdə olmuşlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh nisyə aldığı avtomobilin dəyəri olan 12000 manat, qadın paltarlarının dəyəri olan 4800 manat, borc alınmış 3700 manat, hüquqi xidmətə görə ödənilmiş 500 manat və dövlət rüsumuna görə ödənilmiş 151.9 manat pulun alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını хahiş еtmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh mərhum əri ilə X14 dostluq münasibətində olmuşdur. 2020-ci ilin ortalarında C avabdeh İddiaçı2 məxsus “Mercedes Benz” markalı avtomobili almaq istəmiş, həmin avtomobil 12000 manata razılaşdırılmışdır. Cavabdeh avtomobilin pulunu 1 ay müddətində verəcəyinə vəd vermişdir. İddiaçı1 oğlu Əmrah Cavabdehlə xx.xx.2020-ci il tarixdə Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinə getmiş və orada Cavabdeh etibarnaməni özünün deyil, Gülüsüm adlı bir qadının adına verdirmişdir. Notariat ofisində Gülüsüm adlı şəxs olmamış, həmin şəxslə nə onun, nə də oğlu Əmrahın avtomobillə bağlı, ümumiyyətlə hər hansı danışıqları olmamışdır. Əmrah Cavabdeh pulu 1 ay müddətinə verəcəyi vədinə inandığından avtomobilə dair etibarnamənin kimin adına verilməsinin əhəmiyyət kəsb etməməsinə görə Cəsarətin sözünə əməl etmişdir. Cavabdeh İddiaçı1 mərhum Bakir Nəzərovun mağazada qalan qadın geyim paltarlarını Masallı rayonu Qərblər kəndində olan qohumlarının mağazalarında sataraq pulunu verməyi təklif etmiş, ona inandıqlarından buna razılaşmışlar. Cəsarət oğlu Əliqadirlə birlikdə həmin qadın geyimlərini avtomobilə yükləyib aparmışdır. Lakin sonradan Cəsarət nə avtomobilin, nə də qadın geyimlərinin dəyərini ödəmiş, hər dəfə müxtəlif bəhanələr gətirmişdir. 2022-ci ilin may ayında Cəsarət "xxxx" QSC-nin Lənkəran rayon filialından 30000 manat pul götürüb həm özünün borclarını, həm də qardaşı Əkbərin oğlu Əmrahı işə düzəltmək üçün ondan aldığı 13000 manat pulu qaytaracağını bildirmiş, lakin bunun üçün banka olan 3700 manat borcunu bağlamaq zərurəti olmasını bildirmişdir. İddiaçı1 əvvəlki borclarını başqa yolla ala bilmədiyini görüb və vədinə inanaraq 3700 manat pulu Cəsarətə vermi şdir. Lakin yenə də Cəsarət onu aldatmış, nəinki bankdan pul götürüb əvvəlki borclarını, heç kreditini bağlamaq üçün ondan aldığı pulu da qaytarmamışdır. Sonradan məlum olmuşdur ki, Cavabdeh həmkəndliləri X18 Musayevadan həmin kənddə yerləşən 1 mərtəbəli evlərini 18000 manata nisyə almış, 12000 manata nisyə aldığı avtomobilə notariat ofisində Gülüsüm Musayevanın adına baş etibarnamə verdirərək borclu olduğu puldan 13000 manatı çıxmış, 5000 manat pulu da 1 aya verəcəyini vəd etmiş, evə dair oğlunun adına bələdiyyədən arayış almış, həmin 5000 manat pulu isə verməmişdir. Bu məsələlərlə bağlı ötən il Cəsarətin atası Cavanşir Əliyevin yanında olarkən də Cavabdeh ona borclu olmasını etiraf etmiş, qısa vaxtda borcunu qaytaracağını vəd etmişdir. Hər dəfə müxtəlif bəhanələr gətirən cavabdeh nə qeyd olunan malın, nə avtomobilin pulunu, nə də borc aldığı pulu qaytarmışdır.
5. Cavabdeh iddia tələbinə yazılı etirazında bildirmişdir ki, İddiaçı1 həyat yoldaşı mərhum Bakir Nəzərovla yaxın münasibətləri olmuşdur. Sonuncunun ölmündən bir müddət sonra İddiaçı1 ilə aralarında müəyyən narazılıq yaranmışdır. Aralarında olan narazılıqla bağlı şikayəti əsasında Masallı Rayon Polis şöbəsinin İstintaq bölməsində araşdırma aparılmış və xx.xx.20220-ci il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçıların Masallı Rayon Polis şöbəsində verdikləri izahatla iddia ərizəsində qeyd etdikləri bir-birilə ziddiyət təşkil edir. İddia ərizəsində qeyd edilir ki, guya o, İddiaçı1 mərhum ərindən qalmış “MercedesBenz” markalı avtomobili 12000 manata razılaşıb almaq istəmişd ir. Bu doğru deyil. Bakir Nəzərovun “MercedessBenz” markalı avtomobili olmamışdır. İddia ərizəsində qeyd edilən avtomobili İddiaçı1 oğlu İddiaçı2 atası Bakir Nəzərovun ölümündən müəyyən müddət sonra “Lada Vaz 2107” markalı avtomobillə dəyişmək yolu ilə almışdır.
6. İddiaçıların vəkili Vəkil1 məhkəmə iclasında bildirib ki, mövcud vəziyyətdə İddiaçı2 avtomobilindən məhrum olmuş, onun pulu ödənilməmiş, Cavabdeh isə evə sahib olmuşdur. Fərdi yaşayış evi üzərində hüquq qeydiyyata alınmamışdır. Tərəflər arasındakı mübahisə ilə bağlı Masallı Rayon Polis şöbəsində araşdırma aparılmış, həmin araşdırma zamanı fərdi yaşayış evinin sahibləri X3 və X8 izahatları alınmış, onlar evin Cavabdeh 18.000 manata satılmasını, həmin pulun 13.000 manatını “Mercedes Benz” markalı avtomobil ilə əvəzləşdirildiyini, bu səbəbdən X3 adına etibarnamə verildiyini, iddiaçıları tanımadıqlarını bildirmişlər.
7. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, İddiaçı1 ona ev lazım olduğunu demişdir. “Mercedes-Benz” markalı avtomobil 12000 manata qiymətləndirilmiş, Əli Məmmədova məxsus evlə əvəzləşdirilmiş, evə görə Zəminə xanım ona 4000 manat pul vermiş, o, həmin pulu Əli Məmmədova vermiş, ümumilikdə evin 16800 manata satılması razılaşdırılmışdır. Evin sənədi olmamışdır. Sonradan iddiaçılar evi qəbul etməmiş, o, arada vasitəçi olduğu üçün ondan pulu tələb etmişlər. Evi öz oğlunun adına bələdiyyə sənədi ilə sənədləşdirmişdir. Zəminə xanım məsələ ilə bağlı atasının yanına getmişdir. Atası ona demişdir ki, onu incitməsin, ondan sonra Zəminə xanıma şəxsən əlbəəl 5000 manat pul vermişdir. Zəminə xanıma bu məsələ ilə b ağlı müxtəlif vaxtlarda şəxsən və ya müxtəlif şəxslərin vasitəsi ilə ümumilikdə 38100 manat pul qaytarmışdır. Həmin puldan Zəminə xanıma 3000 manat pulu Rəfael adlı şəxsin yanında şəxsən, 3000 manat Ramil adlı şəxsin yanında şəxsən özü qaytarmış, 2500 manat pulu qardaşı Ələkbərə vermiş, o, Niyaz adlı şəxslə gedərək vermiş, 7700 manat pulu Əliniyaz və qardaşı Ələkbərə vermiş aparıb Zəminə xanıma vermişlər, 5000 manat pulu şəxsən, 2500 manat pulu şəxsən Zəminə xanıma vermiş, 600 manat, 1500 və 2000 manat pulu Ağa” marketə qoymuş Zəminə xanım oradan götürmüş, 2200 manat pulu onun yanında onun əvəzinə Əlamət Zəminə xanıma vermişdir. Zəminə xanım ona demişdir ki, 12600 manat borcu qalıb, o, da demişdir ki, yaxşı. Səhərsi gün 600 manat pulu Zəminə xanıma vermişdir. İş materiallarında olan 10 iyu l 2020-ci il tarixli əlyazma ona məxsusdur. Həmin əlyazmada mübahisə ilə bağlı maşına görə 12000 manat, paltara görə 250 manat və 1000 manat pul borclu olduğunu qeyd etmişdir. Əlyazmanı Zəminə xanımın yanında yazmışdır. Paltarın pulunu satıb Əmraha vermişdir. Maşın 12000 manat dəyərləndirilməklə ona 15800 manat pul verilmişdir. 15800 manat pul qaytarmalı idi. Məhkəməyə təqdim etdiyi əlyazmada Zəminə xanıma verdiyi pulları qeyd etmişdir. Zəminə xanıma ümumən 37900 manat pul vermişdir.
8. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirmişdir ki, əvvəlki adı X4 olmuşdur. Cavabdeh atası ilə əmi uşağıdır. İddiaçıları tanımır. Zəminə 2022-ci ilin yanvar ayının 9-da iki kişi ilə yaşadığı Masallı rayonu, Qəriblər kəndində yerləşən evinə gəlmiş, ondan X8 nəyi olmasını soruşmuş, o, Əlinin bacısı olduğunu bildirmişdir. Zəminə xanımdan onun kim olduğunu soruşduqda o, oğlunun maşınını Cəsarətin onun qardaşı Əliyə satmasını bildirmişdir. O, Əlinin maşını 20 gün sonra satdığını demişdir. Zəminə xanım gəlməmişdən əvvəl Cəsarətə zəng vurub demişdir ki, gəl maşını götür. Cəsarətə demişdir ki, o evi almasın, evi qardaşı Əli yox, onun arvadı Gülüsüm tikmişdir. Cəsarət evi almayacağını bildirmişdir. İki gün sonra gəlinləri Gülüsüm Musayeva ona zəng vuraraq Cəsarətin gəlib ondan şəxsiyyət vəsiqəsini almasını və onun adına maşını sənədləşdirəcəyini demişdir. Guya Əliyə maşın lazımdır, Gülüsümün adına sənədləşdirir ki, Əli guya hissə-hissə verəcək. Sonradan öyrənmişdir ki, Cəsarət maşını evlə dəyişmişdir. Gülüsümü qardaşı Əli və Cəsarət aldatmışdır ki, evdən çıx, ev təmir olunur. Gülüsüm evdən çıxıb on un xalası evinə getmişdir. Sonradan o, Gülüsümə onu aldatdıqlarını, evlə maşını dəyişdirdiklərini bildirmişdir. Evin heç bir sənədi olmamışdır. Evin yerləşdiyi torpaq sahəsi digər qardaşı X5 adınadır. X12 hazırda 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Cəsarət Əliyə 5000 manat pul verməlidir. Onun 500 manatını verib, 4500 manatı isə qalmışdır. Əli ona pul lazım olduğunu, yoxsa onu tutacaqlarını demiş, ona görə evi 23000 manata Cəsarətə satdığını bildirmişdir. Cəsarət evi maşınla 13000 manata əvəzləşdirmiş, 5000 manat puldan isə 500 manatını vermiş, 4500 manatı isə qalmışdır. Əli savadsızdır, hesab bilmir. Bunu biləndə Gülüsüm artq evdən çıxmışdır. Cəsarət evin kilidini dəyişib, evdən istifadə etməyə kimsəyə imkan vermir, evi Əliyə pul verib aldığını bildirir.
9. Məhkəmə iclasında şah id qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, X8 anasıdır. Cəsarət Əlini aldadaraq, ona maşın verib, evi almışdır. Əli ona demişdir ki, evi Cəsarətə satmış, əvəzində Cəsarət ona maşın vermişdir.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, daşınmaz əmlakın alğı-satqısı ilə məşğul olur. Bir nəfər ofisə gəlib ondan alğı-satqı işinə baxmasını soruşmuş və o, gələn şəxsə bu işlə məşğul olduğunu demişdir. Həmin şəxs Masallı rayonu, Qəriblər kəndində 2 sotun içində evi olduğunu və həmin evi satmaq istədiyini bildimişdir. Həmin evə baxmağa getmişlər. Evi satan evi 30000 manata satdığını, əgər alınarsa 25000 manata da sata biləcəyini bildirmişdir. O isə evin sənədi olmadığından, belə bir evi ala bilməyəcəyini bildirmişdir. Həmin şəxs Masallı rayon u, Qəriblər kəndi və ya Ərkivan qəsəbəsinin sakini arıq, hündürboy adam olmuşdur. Ev özünün olduğunu demişdir. Bu hadisə təxminən iki il əvvəl baş vermişdir.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Zəminə xanımı Cəsarətin həyətinə aparmışdır. Bildiyinə görə Cəsarətin Zəminə xanıma borcu var. Cəsarət Zəminə xanıma traktoru olduğunu və onu satıb borcunu verəcəyini bildirmişdir. Bir dəfə də Zəminə xanım ilə Elçin ustanın yanına getmişlər. Həmin vaxt Cəsarət də orada olmuşdur. Cəsarət onun orada 3 maşınının olmasını və onları satıb borcunu verəcəyini Zəminə xanıma bildirmişdir.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, X8 atasıdır. Oğlu Əli ev tikmiş, sonradan evi satmaq istəmişdir. Cəsarət ona demişdir ki, e vi alır, əvəzində maşın verir. Qızı Sevinc, həyat yoldaşı İradə ona bildirmişdilər ki, Əli evi Cəsarətə satıb, əvəzində maşın almışdır. Həmçinin, həbs olunmamışdan əvvəl Əli də ona bildirmişdir ki, evi Cəsarətə satıb, əvəzində maşın almışdır. Cəsarət ona sənədə qol çəkdirmişdir. Demişdir ki, qol çəkməsən onu tutacaqlar. O, da latın qrafikalı əlifba ilə yazıboxuya bilmədiyi üçün nəyə qol çəkdiyini bilməmişdir. Cəsarət demişdir ki, barışıq barədə məktub yazaq ki, barışmışlar.
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Əmrah maşın satırdı. Cəlilbad rayonundan bir nəfər şəxs gəlib maşına baxmışdır. Əmrah maşını 12000 manata satırdı. Həmin şəxs maşını 11500 manata almaq istəmiş, Əmrah razılaşmamışdır. Zəminə xanım demişdir ki, Cəsarət pul verəcək. Cəsarə t onun yanında Zəminə xanıma pul verməmişdir.
14. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Cəsarət ilə həmkəndlidir. Zəminə xanımı isə zahirən tanıyır. Cəsarətlə bir yerdə oturan zaman Cəsarətə bir neçə dəfə zəng gəlmiş, telefonu o götürmüşdür. Zəminə xanım telefonda Cəsarətin ona 8000 manat borcu olduğunu və borcun qaytarılmasını bildirmişdir. O, Cəsarətə demişdir ki, telefonu niyə götürmürsən? Bir qadın zəng edib deyir ki, 8000 manat borcun var. Sonra Zəminə xanım bir oğlanla İsti su istirahət mərkəzinə gəlmiş, sonradan Cəsarət də ora gəlmişdir. Həmin vaxt o da onlarla oturmuş, Zəminə xanım demişdir ki, Cəsarətin ona 12600 manat borcu var. Zəminə xanımın yanındakı oğlan pulun 600 manatının onun olmasını bildirmişdir. O, Cəsarətdən keçən dəfə 8000, b u dəfə 12600 manat borcun nə məsələ olmasını soruşmuşdur. Cəsarət bildirmişdir ki, ona faiz yükləyiblər. Onun yanında heç kim heç kimə pul verməmişdir.
15. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Cəsarət ayrı-ayrı vaxtlarda 3000 manat, 7700 manat və 2300 manat pul onun yanında qardaşı Ələkbərə vermiş, Ələkbərlə birlikdə getmiş, sonuncu həmin pulları Zəminə xanıma vermişdir. Həmin pullardan 3000 manatı Seyidlər, 7700 manatı rayonda (İskəndərlidə), 2300 manatı isə səhv etmirsə İskəndərlidə verilmişdir.
16. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zəminə xanımı Cəsarətə görə tanıyır. Cəsarətin atası ilə dostdur. 26 may 2022-ci ildə Cəsarət ona demişdir ki, pul lazımdır. Cəsarətlə maşınla getmişlər. Masallı rayonu, Ərkivan qəsəbəsində kafenin yanında Zəminə xanım, Əmrah və onların yanında bir oğlan görüşmüşlər. Maşında o, Cəsarət, Zəminə xanım və Əmrah oturmuşlar. Sayaraq 2200 manat pulu Cəsarətə pul vermiş, Cəsarət də həmin pulu onun və Əmrahın yanında Zəminə xanıma vermişdir.
17. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərib ki, Cəsarəti və Zəminə xanımı tanıyır. 2021-ci ildə Zəminə xanım ona zəng edib borc pul istəmişdir. Bildirmişdir ki, Cəsarətin banka olan borcunu bağlayıb, bankdan pul götürülərək, onun pulunu qaytaracaqdır. Zəminə xanıma 3700 manat pul vermişdir.
18. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, Cəsarət ona borcunun olduğunu, lakin nə qədər olmasını deməmişdir. Demişdir ki, qadın onu eşidər. Bu səbəbdən Zəminə xanıma demişdir ki, ona görə Cəsarətə vaxt versin.
19. Masallı Rayon Məhkəməsinin (hakim C. Quliyev) xx.xx.2024-cü il tarixli, 2(050)203/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 12000 manat pulun Cavabdeh tutularaq İddiaçı2 ödənilməsi, 1500 manat pulun Cavabdeh tutularaq İddiaçı1 oğluna ödənilməsi, 250 manat pulun Cavabdeh tutularaq İddiaçı2 və İddiaçı1 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumu qismində ödənilmiş pul vəsaitinin 131.25 manat hissəsinin iddiaçılara ödənilməsi, vəkilə göstərdiyi hüquqi yardıma görə ödənilmiş 500 manat pulun Cavabdeh tutularaq İddiaçı2 və İddiaçı1 oğluna ödənilməsi qət edilmişdir.
20. Məhkəmə qeyd etmişdir ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, aparılmış araşdırma zaman ı izahatı alınmış X9 aşağıdakı məzmunda izahat vermişdir “...2011-ci ildə tarixdə Masallı rayonu, Qəriblər kənd sakini X12 ilə ailə həyatı qurub əri Əlinin kəndində yaşamağa başlamışdır. Cavabdeh tanıyır, ərinin həmkəndlisidir. İddiaçı1 və oğlu İddiaçı2 tanımır. 2020-ci ilin iyul ayında Cavabdeh əri Əliyə məxsus Masallı rayonu, Qəriblər kəndində yerləşən fərdi yaşayış evini 18000 manata almışdır. Həmin vaxt Cəsarət özünə məxsus olduğunu bildirdiyi “MercedesBenz C 230” markalı avtomobili 13000 manat qiymətləndirməklə evin müqabilində vermiş və evin pulundan həyat yoldaşı Əliyə 5000 manat borclu qalmışdır. Həmin avtomobili həyat yoldaşı Əli Cəsarətdən alan zaman ondan şəxsiyyət vəsiqəsini istəmiş və avtomobili onun adına sənədləşdirəcəyini bildirmişdir. Həmin vaxt şəxsiyyət vəsiqəsini həyat yoldaşı Əliyə versə də, avtomobilin hansı qaydada onun adına sənədləşdirilməsindən məlumatı olmamış və bu sənədləşmədə iştirak etməmişdir. Lakin 2 ay sonra həyat yoldaşı Əli Cəsarətdən aldığı avtomobil nasaz vəziyyətdə olduğu üçün həmin avtomobili tanımadığı şəxsə 7000 manata satmışdır. Həmin vaxt o, həyat yoldaşı Əli ilə Masallı rayonunda yerləşən “ASAN xidmət” mərkəzinə gedib adına olan həmin avtomobilin satılmasında iştirak etmişdir. Həyat yoldaşı Əlinin həmin avtomobilin satılmasından əldə etdiyi 7000 manatı nə etdiyini bilmir.”
21. Məhkəmə daha sonra cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarda X8 aşağıdakı məzmunda izahatını qeyd etmişdir “...Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü mad dələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir. 2020-ci ilin iyul ayında banka borcu olduğu üçün o, özünə məxsus Masallı rayonu, Qəriblər kəndində yerləşən 2 sot torpaq sahəsində tikdiyi bir mərtəbəli kürsülü evini satmaq qərarına gəlmişdir. Həmin vaxt bu haqda Cavabdeh də məlumat verdiyi üçün Cəsarət evi ondan almaq istədiyini bildirmişdir. Dəqiq tarixini xatırlamadığı vaxtda Cəsarət onun evinə gəlib baxaraq, bəyənmiş və almaq istədiyini demişdir. Həmin vaxt Cəsarətə torpağın və evin sənədlərinin qaydasında olmadığı barədə bildirdikdə Cəsarət ona bunun heç bir fərqinin olmadığını, evi aldıqdan sonra öz adına sənədləşdirəcəyini bildirmişdir. Həmçinin Cəsarət nağd pulu olmadığını, özünə məxsus “Mercedes-Benz C230” markalı avtobilinin olduğunu və evin pulunun bir hissəsinin müqabilində həmin avtomobili ona verə biləcəyini bildirmişdir. Həmin vaxt o, evini və torpaq sahəsini ümumilikdə 18000 manat qiymətləndirməklə Cəsarətə həmin məbləğdə pula satmağa razılaşmışdır. Həmçinin, həmin vaxt Cəsarət evin pulunun bir hissəsi müqabilində ona verəcəyi “Mercedes-Benz C230” markalı avtobilini 13000 manata qiymətləndirmişdir.... Cəsarətin “Mercedes-Benz C230” markalı avtobilinə baxıb bəyənmiş və həmin avtomobili 13000 manat qiymətləndirməklə evinin və torpaq sahəsinin müqabilində Cavabdeh almağa razılaşmışdır. Həmin vaxt Cəsarət evin qalan 5000 manat pulunu 1 ay ərzində bütövlükdə verəcəyini bildirmişdir. Həmin gündən bir neçə gün sonra o, Cəsarətə həyat yoldaşı Gülüsüm Musayevaya məxsus şəxsiyyət vəsiqəsini verərək avtomobili Gülüsüm Musayevanın adına rəsmiləşdirməyi Cəsarətdən tələb etmişdir. Cəsarət ondan şəxsiyyət vəsiqəsini almış və təxminən 2-3 gün sonra Gülüsümün adına olan baş etibarnaməni ona təqdim etmişdir. Həmin vaxtdan bir müddət keçsə də Cəsarət ona verəcəyi evin 5000 manat pulunu vermədiyi üçün pula ehtiyacı yaranmış və o, Cəsarətdən aldığı avtomobili satmaq qərarına gəlmişdir. Avtomobili əslən Masallı rayonu, Ərkivan qəsəbəsindən olduğunu bildiyi, adını xatırlamadığı şəxsə 7000 manat satmışdır. Cavabdeh izahatı ilə tanış olmuşdur. Cəsarət yalan izahat vermişdir. O, evini Cəsarətin özünə satmış və avtomobili də Cəsarətdən almışdır. Belə ki, o, İddiaçı1 və oğlu İddiaçı2 tanımır. Həmin şəxslərlə onun arasında h eç bir alğısatqı münasibətləri olmamışdır.”
22. Məhkəmə yuxarıda qeyd olunan izahatları təhlil etməklə İddiaçı2 Cavabdeh nisyə aldığı avtomobilin dəyəri olan 12000 manat pulun alınaraq ona verilməsi ilə bağlı tələbinə münasibətdə bildirib ki, işin araşdırılması zamanı müəyyən edilmişdir ki, Masallı regional “ASAN xidmət” mərkəzi notariat ofisində 7E-5931 reyestr nömrəli, 10 iyul 2020-ci il tarixli etibarnamə ilə mülkiyyətçi X11 adından verilmiş xx.xx.2020-ci il tarixli etibarnamə üzrə nümayəndə İddiaçı2 “Mercedes-Benz C230” minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X1 hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək üzrə səlahiyyətlər üzrə etibar edilsə də, avtomo bil faktiki sahibi tərəfindən faktiki olaraq Cavabdeh nisyə satılmışdır. Adına etibarnamə verilmiş şəxs X9 ona etibarnamə ilə səlahiyyət vermiş İddiaçı2 tanımır, onlar arasında faktiki hər hansı hüquq münasibəti baş verməmiş, avtomobil alınmamışdır. “Mercedes-Benz C 230” markalı avtomobil Cavabdeh tərəfindən X6 və onun əri X10 aid Masallı rayonu, Qəriblər kəndində yerləşən fərdi yaşayış evinin qiymətinin müəyyən hissəsi ilə əvəzləşdirilmiş, bu səbəbdən də Cavabdeh tərəfindən İddiaçı2 X6 avtomobil ilə bağlı etibarnamə verilməsi təmin edilmişdir.
23. Məhkəmə iclasında Cavabdeh onun tərəfindən yazılması etiraf edilmiş 10 iyul 2020-ci il tarixli əlyazmadan da görünür ki, “onun maşına görə 12000 manat” borcu var. Həmin hal, yəni onun avtomobilə görə 12000 manat borcunun olması məhkəmə iclasında tədqiq edilmiş səs yazısı ilə də sübut edilir. İddia bu hissədə əsaslıdır.
24. Məhkəmə iddiaçının Cavabdeh borc verdiyi 3700 manat pulun alınaraq ona verilməsi ilə bağlı tələbinə münasibətdə bildirib ki, işin araşdırılması zamanı cavabdehin verdiyi izahatına əsasən iddiaçı ona 4000 manat pul vermişdir. Lakin o, bunun borc olaraq verilməməsini iddia etsə də, bunu sübut edə bilməmişdir. Həmin pulun verilməsi ilə bağlı tərəflər arasında yazılı müqavilə bağlanmamışdır. Mülki Məcəllənin 739.2-cu maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər arasındakı həmin münasibət üzrə bağlanmış müqavilə etibarsız əqddir və alınmış pul geri qaytarılmalıdır. Həmçinin, 2200 manat məbləğində pulun qaytarılması Şahid6 ifadəsi, eyni zamanda məhkəmə iclasında tədqiq edilmiş CD-yə köçürülmüş telefon danışığı ilə sübuta yetirilmişdir. CD-yə köçürülmüş telefon danışıqlarından məlum olur ki, Zəminə xanıma 2200 manat pul verilir. Belə olan halda iddia həmin hissədə qismən, yəni 1500 manat (3700-2200=1500) məbləğində təmin edilməlidir.
25. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5, 427, 739.2, 1151.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
26. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir.
27. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, iddiaçılardan nə pul, nə də avtomobil almamış, sadəcə iddiaçının mərhum əri ilə tanışlığı olduğundan onlara evin alınmasında köməklik etmişdir. Ev Masallı rayon Qəriblər kəndində yerləşir. Evi satan faktiki sahibi X12 olmuşdur. İddiaçılar evə baxmış, evi bəyənərək onun vasitəsi ilə almaq qərarına gəlmişlər. Onun vasitəsi ilə ona görə ki, evin sənədi olmadığından Əli Məmmədova zamin duracaq bir adam kimi onu qabağa vermişlər. Mübahisəli avtomobil İddiaçı2 tərəfindən baş etibarnamə ilə Əli Məmmədovun arvadı Gülsüm Məmmədovanın adına rəsmiləşdirilmişdir. Əli Məmmədov tərəfindən də ev İddiaçı1 təhvil verilmişdir. Üzərindən bir müddət keçdikdən sonra İddiaçı1 evi satmaq fikrinə düşmüş və ona bildirmişdir ki, evi satır, evə müştəri tapmaq lazımdır. Cavabdeh bildirmişdir ki, evin satışından da onun faizini verəcək. O da öz növbəsində kənd sakinlərinə, maklerlərə və bir çox tanışlarına evin foto şəkillərini və video çəkilişini reklam edərək satılmasına köməklik göstərmişdir. Lakin evin sənədi olmadığından evi alan olmamışdır. İddiaçı1 atasının yanına gedərək onun barəsində şikayətlər etmiş, evi onun vasitəsilə aldığını, hal-hazırda da sata bilmədiyini bildirmişdir. Atası bu barədə ona deyəndə bildirmişdir ki, ev satışa qoyulmuş, tez bir zamanda satılacaqdır. Zəminə xanım onu və ailə üzvlərini tez-tez narahat etdiyindən, onunla belə bir razılığa gəlmişlər ki, evi o götürsün və onun çəkdiyi xərcləri tam şəkildə qaytarsın. İddiaçının evində haqq-hesablarını apararaq, dəftərdə qeydlərini öz xətti ilə yazmışdır. Evin qarşılığında verdiyi 12000 manat avtomobilin pulu, 250 manat paltar pulu və 1000 manatda onun vasitəsi ilə Əli Məmmədova verdiyi pulu qeyd etmişdir. Həmin kağızın üst hissəsində bu yazılar, alt hissəsində isə Zəminə xanıma ödədiyi pullar qeyd edilmişdir. Həmin kağız Zəminə xanımda qalmışdır. Sözügən kağızın Zəminə xanım özünə sərf edəcək hissəsini kəsərək məhkəməyə təqdim etmişdir. Məhkəmədə heç bir araşdırma aparmadan kəsilmiş və sübutları məhv edilmiş əlyazma kağızı mötəbər sübut kimi qətnaməsində qiymət vermişdir. O, Zəminə xanıma borcunu müxtəlif vaxtlarda tam şəkildə ödəmişdir. Lakin o, ödədiyi pulları faizə çıxmış, yenə də ondan pul tələbi barədə iddia qaldırmışdır. Məhkəməyə qədər onunla bir neçə dəfə mübahisələri olmuş, onu ölümlə hədələdiyindən onun barəsində Masallı rayon polis şöbəsinə şikayət etmişdir. Onu və Zəminə xanımı polisə çağıraraq iza hatları alınmış, onunla marifləndirici söhbətlər aparılmış və hüquqları onlara geniş şəkildə izah edilmişdir. Məhkəmə heç bir araşdırma aparmadan işin faktiki hallarına qiymət verməmiş, məhkəmə iclasında iddiaçının xeyrinə ifadə vermiş yalançı şahidlərə üstünlük vermişdir. O şahidlər ki, onların alış-verişində iştirak etməmişdir. Əlyazmaya gəlincə əl ilə kəsilmiş kağızdakı xətt ona məxsusdur və onun sözləri ilə yazılmışdır. Lakin həmin kağızın bütün hissəsinə baxılmamış və iddiaçı tərəfindən bilə-bilə məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəməyə təqdim etdiyi səs yazılarına məhkəmə düzgün qiymət verə bilməmişdir. Həmin səs yazılarında Zəminəyə 2200 manat pul verməyi, həmçinin verdiyi pulları guya ona faizə verdiyini və bir neçə əsaslı səs yazılarını təqdim etmişdir. Lakin məhkəmə həmi n səs yazılarından yalnız birinə qiymət verərək 2200 manat puldan azaltmışdır. Əli Məmmədov dələzuluq üstündə bir neçə dəfə məhkum olunmuşdur və hazırda da məhkumluq həyatı yaşayır.
28. İddiaçı1 məhkəmə iclasında bildirmişdir ki, cavabdeh Əlizamin adlı şəxsin evini 18000 manata almış, onlara məxsus avtomobili 12000 manata almış və 13000 manata Əlizaminə satmışdır. Əlizamin hazırda aliment borcuna görə həbs edilmişdir. Onun avtomobili və evi satılmışdır. Cavabdeh onun avtomobilini sataraq evi almış və evin açarlarını alıb qapısını bağlamışdır. Birinci instansiya məhkəməsi zamanı hakim cavabdehdən bu gün evin açarlarının kimdə olduğunu soruşduqda, cavabdeh onda olduğunu etiraf etmişdir. Hakim açarların onda ola-ola Zəminin necə alqı-satqı etdiyini soruşmuş, sonuncu isə abrına görə Zəminəyə köməklik etdiyini bildirmişdir. Hakim pullar barədə soruşduqda da, cavabdeh “bəli, mən yazmışam” deyə bildirmişdir. "xxxx" ASC ilə bağlı sübutu olsa da, məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh dəfələrlə məhkəmə iclaslarından qərəzli şəkildə yayınmış, həqiqətin aşkara çıxarılmasından qorxduğu üçün məhkəmə iclaslarında iştirak etməmişdir.
29. İddiaçının vəkili Vəkil1 məhkəmə iclasında bildirmişdir ki, işlə bağlı polisin cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarı var. Əlizamin adlı şəxs cəzaçəkmə müəssisəsində olmuş, orada izahatı alınmışdır. Əlavə olaraq Gülsüm, Əlizaminin atası Arxabala adlı şəxsin iş materiallarında izahatları var. Bütün bunlar işin həlli üçün vacib əhəmiyyətə malikdir. Bir daha təsdiq olunur ki, pulu cavabdeh almışdır. Cavabdeh özü əvvəllər məhkəmələrd ə nümayəndə kimi çıxış edən bir şəxsdir və bütün proseslərdən anlayışı olduğu üçün məhkəmə iclaslarından yayınır. Qeyd edir ki, birinci instansiya məhkəməsinin mövcud qətnaməsində cavabdehin izahatı iş materialı kimi yox, ayrı izahat kimi qeyd edilmişdir. Bu halın nəzərə alınmasını xahiş edir. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh Zəminə xanımla banka getmiş, cavabdeh ondan bankdakı borcunu bağlamaq üçün pul almışdır ki, yenidən kredit götürərək Zəminəyə olan borcunu qaytarsın. Lakin banka olan borc bağlandıqdan sonra bank cavabdehə yenidən kredit verməmişdir. Cavabdeh 4000 manatı evin sənədləşdirilməsi üçün iddiaçının ona verdiyini bildirir. 3700 manat məbləğin 2200 manatı iş materiallarında Zəminə xanımın səs yazısı olduğu üçün birinci instansiya məhkəməsi tərəfindən çıxılmış, 1500 m anat pul qət olunmuşdur. 250 manatla bağlı da cavabdehin əlyazması var.
30. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər P.Əhmədov ((sədrlik edən və məruzəçi), T.Kərimov və C.İmanov) 2(106)-1394/2024 saylı, 01 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
31. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində ehtiva olunmuş - şahid ifadələrinin yalan olması, özünün yazdığı və imzaladığı əlyazmanın kəsilərək məhkəməyə təqdim edilməsi və ona bütöv şəkildə baxılmadan qiymət verilməsi, habelə işdə olan səs yazılarına düzgün qiymət verilməməsinə dair dəlillər üzrə dəyərləndirmə apararaq hesab edib ki, birinci instansiya məhkəməsi iş üçün ə həmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düz tətbiq etmişdir.
32. Məhkəmə kollegiyası səs yazıları ilə bağlı dəlillərlə əlaqədar “Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə istinadla bildirmişdir ki, başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəs i ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
33. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Azərbaycan Respublikası Mülki Məcəllənin 337.5, 385.1, 386.1, 427, 600.1, 739.1, 739.2, 882, 1159.1.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 372.1, 372.6, 372.7, 385.2-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli Qərarına, “Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd olunması xahiş etmişdir.
35. Cavabdeh kassasiya şikayətini apellyasiya şikayətinin dəlilləri ilə eyni əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarının tələbini pozmuşdur. Onun iddiaçılara borcu yoxdur. İddiaçı özü 2200 manat pulun ona verilməsini etiraf etmişdir. O iddiaçı qarşısında götürdüyü öhdəliyi tam olaraq icra etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi kağızın müəyyən hissəsi kəsilmişdir. Məhkəmə həmin hissəni araşdırmamışd ır. Əgər həmin kağız tam formada təqdim olunsaydı o zaman kassatorun pulları qaytarmağı ortaya çıxacaqdır. Lakin məhkəmə həmin halların heç birini araşdırmamışdır. İddiaçı heç vaxt ona avtomobil və ya pul verməmiş, o onlardan avtomobil almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
37. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
38. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
39. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
40. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
41. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən h ərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
42. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
43. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
44. Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəlləd ə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
45. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
46. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdurs a və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
47. Maddə
882. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
48. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.
49. Maddə 1151.1. Mirasa (miras əml aka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
50. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnam ə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbu l edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
58. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məh kəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etməl əri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
62. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlama ğa lüzum qalmır.
63. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
64. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib- edilmədiyini yoxlayır.
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
66. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1394/2024 nömrəli, 01 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.