Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4020/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı Cavabdeh Musa oğluna (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Şəmkir rayon Qapanlı kənd bələdiyyəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpağın zəbtdən azad edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh və üçüncü şəxs Şəmkir rayon Qapanlı kənd bələdiyyəsinə qarşı “torpağın zəbtdən azad edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-57/2024 nömrəli, 27 avqust 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında 19 dekabr 2024-cü il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. **********92 qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş çıxarışa əsasən Şəmkir rayonu Qapanlı kəndində yerləşən 2.7475 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X8, X4, X5, X9 və X2 ümumi birgə mülkiyyətindədir.
2. X6 xx.xx.2012-ci il tarixdə, X5 xx.xx.2012-ci il tarixdə, X9 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir.
3. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2023-cü il tarixli 2(104)-2604/2023 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdehlər İddiaçı, X8 və X3 qarşı alqı-satqı müqaviləsinin bağl anmış hesab edilməsi tələbinə dair iddiası Şəmkir Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli 2(076)-1280/2023 nömrəli qətnaməsi ilə rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2(104)2604/2023 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2024-cü il tarixli 2(102)-2523/2024 nömrəli qərardan çıxarışa əsasən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2024-cü il tarixli 2(104)-2604/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh, üçüncü şəxs Şəmkir rayon Qapanlı kənd bələdiyyəsinə qarşı iddia ərizəsi il ə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 11 saylı Şəmkir Ərtazi İdarəsinin AN-477781 saylı torpaq sahəsinin planı və ölçüsü üzrə xüsusi mülkiyyətinə verilmiş 2.7475 ha kənd təsərrüfatı təyinatlı pay torpağının 1.17 ha hissəsi zəbtdən azad olunaraq əvvəlki vəziyyətinə gətirilərək Cavabdeh torpaqdan çıxarılaraq zəbt olunan torpağın onun mülkiyyətinə qaytarılmasına barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli AN-4777781 nömrəli Torpaq sahəsinin planı və ölçüsünə əsasən ona və ailə üzvüləri nə məxsus 2.7475 ha. 1998-ci il tarixdə Şəmkir rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq çıxarışına əsasən onun və ailə üzvlərinin xüsusi mülkiyyətindədir. Cavabdeh həmin torpaq sahəsinin 1.17 ha hissəsini 2016-cı ildən qanunsuz olaraq özbaşına zəbt etmişdir. Dəfələrlə cavabdehdən bu hərəkətlərinə son qoymasını tələb etsə də, lakin müsbət nəticə olmamışdır. Hazırda torpaq sahəsinə görə vergi ödəyir, lakin, torpağın xeyrini cavabdeh görür.
6. Birinci instansiya məhkəməsində icraat zamanı X4 və X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.
7. Məhkəmə iclasında üçüncü şəxs X4 izahatında göstərmişd ir ki, onun və ailə üzvlərinə məxsus mübahisəli torpaq sahəsini 2015-ci ildə onun və anasının razılığı ilə Cavabdeh pul qarşılığından icarəyə vermişlər. Cavabdeh 2015-216-ci illərdə həmin torpaq sahəsində qarğıdalı əkmiş və bunun müqabilində onlara hər il üçün 500 manat pul vermişdir. 2017-ci ildə anası öldükdən sonra cavabdeh onlara pul verməmiş və torpağı anasından tam olaraq satın aldığını bildirmişdir. 2017-ci ildən Məhərrəm onların torpağını onların razılığı olmadan zəbt edərək istifadə edir. Onlar cavabdehə torpaq satmamışlar və hazırda torpaq onların mülkiyyətindir. Odur ki, torpağın zəbtdən azad edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında üçüncü şəxs X8 izahatında göstərmişdir ki, mübahisəli torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətində dir. Onun ailə üzvləri ilə Cavabdeh arasında torpaqdan istifadə ilə bağlı razılaşma olan ərəfələrdə o, Rusiya Federasiyasında olmuşdur. O Azərbaycan Respublikasına qayıtdıqdan sonra onlara məxsus torpaq sahəsini pul müqabilində Cavabdeh istifadəsinə vermələrindən xəbəri olmuş və buna etraz etməmişdir. Lakin sonradan Rusiyadan bir daha geri dönəndə ona demişlər ki, Məhərrəm torpaqdan istifadəyə görə pulu vermir. O da onlara şikayət etməklərini demiş, bacısı məhkəmədə iddia qaldırmışdır. Odur ki, torpağın zəbtdən azad edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
9. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini qəbul etmədiklərini, cavabdeh iddiaçının torpağını zəbt etmədiyini, Cavabdeh istifadəsində olan torpaq sahəsini sa tın aldığını bildirmişdir. 10. 13 iyul 2022-ci il tarixli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmki Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən, İddiaçı və ailə üzvlərinin Şəmkir rayonu, Qapanlı kəndində ümumi paylı mülkiyyətində olan daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********92, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan 2.7475 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.14 ha-dək hissəsi Cavabdeh tərəfindən istifadə olunur.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 sentyabr 2022-ci il tarixli 10/4774 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı və ailə üzvlərinin Şəmkir rayonu Qapanlı kəndində ümumi payl ı mülkiyyətində olan Daşınmaz əmlakın reyestr nömrəsi **********92, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan 2.7475 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.14 ha-dək hissəsinin Cavabdeh tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur.
12. Şəmkir Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(076)-304/2022 nömrəli qətnaməsi ilə (hakim Rəşad Mustafayev) iddia qismən təmin edilərək, hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyester nömrəsi **********92, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan çıxarış əsasında İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyət hüququ ilə məxsus olan Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 2.7475 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerquruluşu planınd a mütəxəssisin göstərdiyi zəbt edilmiş 1.14 ha hissəsindən Cavabdeh çıxarılması; Cavabdeh 50 (əlli) manat pul tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməsi; İddia tələbinin qalan hissədə təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
13. Məhkəmə qətnamə qəbul edərkən belə qənaətə gələrək qeyd etmişdir ki, məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, mübahisə predmeti olan Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 2.7475 ha torpaq sahəsi **********92 qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışla İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olmasını, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən **********92 qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışda göstərilən torpaq sahəsinin 1.14 ha hissəsinin Cavabdeh qanuni əsas olmadan istifadəsində olmasını, nəticədə iddiaçıya və ailə üzvlərinə ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən istifadə edə bilməmələrini, bununla da onların sahiblik və istifadə hüquqlarının pozulmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyət hüququ ilə məxsus olan Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 2.7475 ha torpaq sahəsinin zəbt edilmiş 1.14 ha hissəsindən Cavabdeh çıxarılma lıdır.
14. Məhkəmə gəldiyi nəticəni 139.1, 139-1.1.1, 140, 146.1, 146.2, 146.3, 157.2, 157.5, 157.8, 158.2, 148.2 və 180.1-ci maddələrinə, həmçinin Torpaq Məcəlləsinin 82, 84 və 111-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçının iddia etdiyi pay torpaq sahəsini qanuni əsaslarla onlardan əldə etmişdir. İddiaçı ona həmin torpaq sahəsini satıbdır. Mübahisəli torpaq sahəsi tək iddiaçılara deyil, həm də digər ailə üzvlərinə məxsusdur. Halbuki, həmin şəxslərdən üçü vəfat edib. Həmin şəxslərlə bağlı vərəsəlik müəyyən olunmayıb. Eyni zamanda iddiaçıların tələb etdikləri torpaq sahəsi ilə bağlı onların payı naturada müəyyən olunmadığı üçün, iddiaçılar ona qarşı bu iddianı qaldıra bilməzdilər. Qaldırmış olsalar belə onların iddiası məhkəmə tərəfindən təmin olunmamalı idi. Mübahisəli torpaq sahəsi altı nəfərin mülkiyyətinə verilib ki, həmin altı nəfərdən üçü vəfat edib. Mübahisə torpaq sahəsindən uzun müddətdir ki, mübahisəsiz istifadə edir və vicdanlı alıcıdır. Almış olduğu torpaq sahəsindən təyinatı üzrə istifadə edir. Torpaq isə ona bütün mülkiyyətçilərin razılığı ilə satılıb. Bunu mülkiyyətçilər Şəmkir rayonu X15 vermiş olduqları izahatlarında da təsdiq etmişlər. Hazırda iddiaçıya qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçının payı naturada müəyyən olmadığı üçün, ondan ümumilikdə torpaq sahəsindən çıxmağını tələb edə bilməzdi. Çünki, vəfat etmiş şəxsin hüquq qabiliyyəti yoxdur. İddiaçı vəfat etmiş şəxsin adından mülkiyyət iddia qaldırmaq və ona hüququ ilə məxsus olan əmlakı tələb etmək hüququ yoxdur. İddiaçı mübahisə predmeti olan torpaq sahəsinin 1/6 hissəsinin mülkiyyətçisidir. O, bütövlükdə torpaq sahəsindən onun çıxarılmağını tələb edə bilməzdi.
13. İddiaçı apellyasiya şikayətinə etiraz verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsasl ı olduğunu, məhkəmə tərəfindən bütün faktlar araşdırıldığını və maddi və prosessual hüquq normalarma riayət edilməklə düzgün nəticəyə gəlindiyini qeyd etmişdir.
14. Cavabdehin nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, torpaq sahəsinin altı nəfər mülkiyyətçisindən üç nəfər vəfat etmişdir. Torpaq sahəsinin birgə mülkiyyətçilərindən Zeynəb Qasımova vəfat etmişdir və onun oğlu Tahir Qasımov miras qoyanın vərəsəsi tanınmışdır. Tahir Qasımov da iddia edir ki, torpaq sahəsinin birgə mülkiyyətçisi İddiaçı onun torpağından başqa şəxsi çıxara bilməz. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, İddiaçı torpaq sahəsindəki payı naturada müəyyən edilməmişdir, bu səbəbdən də cavabdehin torpaq sahəsindən çıxarılm asını tələb edə bilməz. Əslində, torpaq sahəsi Cavabdeh satılmışdır, lakin bu barədə rəsmi sənəd tərtib edilməmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, Tahir Qasımov qardaşıdır. Tahir torpaq sahəsinin mülkiyyətçisi deyildir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
16. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-57/2024 nömrəli, 27 avqust 2024-cü il tarixli qətnaməsi ilə apell yasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(076)-304/2022 nömrəli qətnaməsi yoxlanılan, yəni iddia tələbinin təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır (hakimlər: İslam Həsənov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Şamil Rzaquliyev).
17. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, ekspert rəyi əsaslıdır. Belə ki, rəyin qeyri-obyektiv olması barədə tərəflərin hər hansı arqumenti olmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi və həmin rəyə əlavə edilmiş torpaq sahələrinin ölçü planı ilə torpaq sahələrinin yerləşmə koordinatları və torpaq sahəsindən faktiki istifadə vəziyyəti aşkar şəkildə müəyyən edilməklə, verilmiş rəyin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı şübhə yaratmamışdır.
18. Məhkəmə kollegiyası vurğulamışdır ki, iş materiallarındakı sənədlərdən göründüyü kimi iddiaçı Cavabdehlər İddiaçı, X8 və X3 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir.
19. Mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının payının naturada ayrılmaması hazırkı iddianın təmin olunmasına mane yaradacaq hal kimi qiymətləndirilə bilməz. Çünki, mülki qanunvericiliyə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər
20. Məhkəmə kollegiyası mövqeyini K onstitusiyanın 13, 29; Mülki Məcəllənin 152, 157.2, 157.4, 213.1, 213.2, 213.6-cı maddələri; Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 88, 217.3, 372.6, 372.7, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-57/2023 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin təkrar apellyasiya baxışına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmışdır.
23. İddiaçı şikayətini Konstitusiyanın 13, 29; Mülki Məcəllənin 24.1, 25.2, 152.1, 157.2, 213.1, 213.2, 215.1, 215.2, 215.6-cı; Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 24.1, 77.1, 78.1, 88, 216.2, 217.3, 217.4, 385.1.2, 418.1, 418.2, 418.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 24.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
27. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcə lləsi:
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və i şin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bi lər. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası gəlinən nəticə ilə tam razılaşır.
42. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsi üzərində hazırda birgə mülkiyyət hüququnun olması i şin mübahisəsiz halıdır. İddiaçının mülkiyyətində olan torpaq üzərində cavabdehin hər hansı (istifadə və sahiblik) hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına sübutlar və torpağın alğı-satqısına dair əqd işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim olunmamışdır. Cavabdeh torpaq sahəsinin alğı-satqı əsasında əldə edildiyini göstərmiş olsa da bu fakt qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə təkzib olunmuşdur.
43. Mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının payının naturada ayrılmaması hazırkı iddianın təmin olunmasına mane yaradacaq hal kimi qiymətləndirilə bilməz. Çünki, mülki qanunvericiliyə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bi r mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər
44. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə mübahisələndirilən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının pozulmasını iddia etməyə subyektiv hüququ vardır.
45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 avqust 2024-cü il tarixli, 2(104)-57/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.