Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4021/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, cavabdehlər X6, Cavabdeh2 oğlunun və onların vəkili X7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X8, X9, X3 və Cavabdeh2 oğluna qarşı mənzilə köçürülmə tələbinə dair ilkin, X10 və Cavabdeh2 oğlunun İddiaçı qarşı öhdəliklərin yerinə yetirilməsi barəd qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülk i Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim T.Xəlilova) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X13 qızının iddiası rədd edilmiş, X10 və Yusifov Cavabdeh2 oğlunun İddiaçı qarşı iddiası təmin edilmiş, İddiaçı üzərinə evdən azyaşlı qızı X Cavabdeh2 qızı ilə pasport qeydiyyatından çıxması vəzifəsi qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Şirinov, hakimlər T.Səmədov və E.Kazımov) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixliqətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1, X8, X9, X3 və Cavabdeh2 oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə m üraciət edərək, onun azyaşlı qızı x Cavabdeh2 qızı ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. X10 və Cavabdeh2 oğlu İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı evdən azyaşlı qızı x Cavabdeh2 qızı ilə pasport qeydiyyatından çıxması öhdəliklərinin yerinə yetirilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Məhkəmənin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə ilk iddia üzrə əlavə cavabdeh qismində cəlb edilmiş cavabdehlər X11 və X2 ölməsi səbəbindən həmin cavabdelərə qarşı hissədə ilk iddia üzrə icraata xitam verilmişdir İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkə mə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X8 1/3 hissədən bir hissə, Cavabdeh2 oğlua 1/3 hissədən bir hissə, X9 1/3 hissə, X3 1/3 hissə məxsusdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Yusifov Cavabdeh2 oğlu ilə x arasında Yasamal rayon X1 Qeydiyyatı şöbəsində xx.xx.1995-ci il tarixdə bağlanmış nikahın pozulması, xx.xx.2006-cı il təvəllüdlü x Cavabdeh2 qızının anası İddiaçı yanında qalması qət edilmişdir. Cavabdeh2 oğlu ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli barışıq sazişinə əsasən, tərəflər arasında aşağıdakı məzmunda barışıq sazişi bağlanmışdır: «Bu barışıq sazişi Cavabdeh2 oğlu və İddiaçı arasında Bakı şəhəri Yasamal rayon Məhkəməsində əmlak tələbinə dair mülki işlə əlaqədar tərtib olunmuşdur. Hal-hazırda tərəflər arasında aşağıda qeyd olunan şərtlərlə razılaşma əldə edilmişdir və bunu öz imzalarımızla təsdiq edirik.
1. Nikah dövründə birgə vəsait hesabına əldə edilmiş İddiaçı adına olan mənzili bağışlama yolu ilə Cavabdeh2 oğlunun mülkiyyətinə verilir;
2. Bunun əvəzində İddiaçı Cavabdeh2 oğlu tərəfindən 45.000 (qırx beş min) manat məbləğində pul ödənilir;
3. Cavabdeh2 oğlu tərəfindən 45.000 (qırx beş min) manat məbləğində pul ödənildikdən 2 (iki) ay sonra İddiaçı qeydiyyatda olduğu qaynanası X4 xüsusi mülkiyyətində olan ünvan 2 ün vanından passport qeydiyyatından çıxmasını öhdəsinə götürür;
4. Barışıq sazişinin tərəfləri mülki iş üzrə tələblərindən imtina edərək qeyd olunan mübahisə ilə bağlı gələcəkdə iddia tələblərinin olmadıqlarını bildirirlər;
5. Tərəflər arasında bağlanmış bu barışıq sazişinin şərtləri pozulduqda məhkəməyə müraciət etmək hüququ vardır.” Həmçinin iş materiallarından görünür ki, Barışıq sazişinin 2-ci səhifəsində aşağıdakı məzmunda əlzayma qeyd aparılmışdır: «39 min700 pulu aldım, 300 manat borcu qalıb. Yusifova». Birinci instansiya məhkəməsində İddiaçı həmin qeydin onun tərəfindən yazıldığını göstərmişdir. Məhkəmə kollegiyası ilkin iddia tələbinə münasibətdə qeyd edir ki, tərəflər arasında xx.xx.2018-ci il tarixdə barışıq sazişi olmuşdur. Həmin sazişin 3-cü bəndinə əsasən, Cavabdeh2 oğlu tərəfin dən 45.000 (qırx beş min) manat məbləğində pul ödənildikdən 2 (iki) ay sonra İddiaçı qeydiyyatda olduğu qayınanası X5 xüsusi mülkiyyətində olan ünvan 3 ünvanından pasport qeydiyyatından çıxmasını öhdəsinə götürür. Barışıq sazişinin arxasında “39 min 700 manat pulu aldım, 300 manat borcu qalıb. X” məzmunda əlyazma qeyd aparılmış, iddiaçı da birinci instansiya məhkəməsində həmin yazının ona məxsus olduğunu qeyd etmişdir. İddiaçı apelyasiya şikayətində də həmin qeydin onun tərəfindən aparıldığını bildirmiş və onu mübahisələndirməmiş, 45 min manatın alnmasını da məhkəmə iclasında təsdiq etmişdir. Tərəflər boşandığından və iddiaçının evin mülkiyyətçiləri ilə evdən istifadəyə dair hər hansı bir razılaşması olmadığından iddia tələbi həmin hissədə təmin edilə bilməz. Qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edilməlidir ki, xx.xx.2018-ci il tarixli barışıq sazişinin şərtlərinə əsasən 45 min manat pul iddiaçıya verilmiş, lakin o, barışıq sazişinn şərtlərini pozaraq ünvan 3 ünvanından pasport qeydiyyatından çıxmamışdır, bu səbəbdən qarşılıqlı iddia tələbi təmin edilməsi hissəsində də qətnamə əsaslıdır. Mülki Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol ve rilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixliqətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.