Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4022/2022 17.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4022/2022 (Açar sözlər: mülkiyyətə maneçiliyə son qoyulması tələbi) Bakı şəhəri, 17 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11180/2021 nömrəli, 10 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıda kı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. İddiaçı 26 fevral 2014-cü il tarixli icra hüququnun alqı-satqı müqaviləsi əsasında Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 0.02 ha torpaq sahəsi (bundan sonra – mübahisəli torpaq sahəsi) üzərində icarə hüququ əldə etmiş və 16 iyul 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində həmin hüquq 99 il müddətinə qeydiyyata alınmışdır.
3. İddiaçı 13 iyun 2015-ci ildə Cavabdeh1 ilə faktiki nikah münasibətlərinə daxil olmuş və bir müddət mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evində birlikdə yaşamışlar. Sonradan bu münasibətləri pozulmuş və aralarında həmin torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi ilə bağlı m übahisə yaranmışdır.
4. Abşeron Rayon Məhkəməsinin 2(012)-2639/2016 nömrəli, 14 iyun 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilərək, Cavabdeh1 mübahisəli torpaq sahəsindən məcburi qaydada çıxarılması, iddianın qalan - cavabdehin ailə üzvlərinin çıxarılması hissəsində rədd olunması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
5. Bundan sonra, Cavabdeh1 İddiaçı qarşı mübahisəli torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin tikilməsinə cəkilmiş xərcin ödənilməsi barədə iddia qaldırmış, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1287/2019 nömrəli, 11 mart 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı onun xeyrinə 2000 manat tutulması qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır.
6. Həmin qətnamədə qeyd olunmuşdur ki, İddiaçı n ümayəndəsi (anası) məhkəməyə verdiyi izahatlarında torpağa görə ödənilən məbləğin 2000 manatının Cavabdeh1 tərəfindən ödənildiyini etiraf etmiş, qalan bütün xərclərin onlar tərəfindən ödənildiyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, X1, azyaşlı övladı xx.xx.2004-cü il təvəllüdlü X4 və ona məxsus evdə yaşayan digər şəxslərin mübahisəli torpaq sahəsindən və üzərində yerləşən bir mərtəbəli yarımçıq tikilidən çıxarılmaları, dəymiş maddi və mənəvi zərərə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10.000 manatın və ödədiyi 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını x ahiş etmişdir.
8. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh1 evi olmadığından ailə qurduqdan sonra mübahisəli torpaq sahəsində yerləşən yarımçıq tikilidə 3 ay birlikdə yaşamışlar. Münasibətləri kəskiləşdiyinə görə atasına məxsus evə getmiş, Cavabdeh1 isə bundan istifadə edərək, ona məxsus evi və torpağı zəbt etməklə, qardaşı, anası və tanımadığı şəxslərlə birlikdə evdə yaşamağa davam etmişdir. Hazırda cavabdehlər səs-küy salmaqla və ona qarşı nalayiq ifadələr işlətməklə özünə məxsus evə daxil olmasına maneçilik törədirlər.
9. Cavabdeh Gülsurə Cəfərova məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz edərək, bildirmişdir ki, oğlu Cavabdeh1 şəxsiyyət vəsiqəsinin müddəti bitdiyinə görə mübahisəli evi iddiaçının adına rəsmiləşdirmişdir. Əslində evi o tikmişdir. Hazırda nəvəsi ilə birlikdə həmin evdə yaşayır, oğulları Elnur və Emil isə orada yaşamırlar.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, iddiaçının atasıdır. Bacısı Ramana qəsəbəsində yaşadığından onun vasitəçiliyi ilə 2014-cü ildə qızı üçün Ramana qəsəbəsi, Gülçülük adlanan ərazidə 5000 manata icarə hüququ əsasında 99 il müddətinə torpaq sahəsi icarəyə götürmüş, həmin torpaq sahəsindəki evi təkbaşına tikdirmiş, Cavabdeh1la ailə qurduqdan sonra həmin evi yaşamaları üçün qızına vermiş, 3 ay sonra qızı Elnurdan ayrılıb onun evinə qayıtmış, Elnur isə yaxın qohumları ilə həmin evdən çıxmamışdır.
11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Anar Rzayev) 2(008)-803/2021 nömrəli, 23 fevral 2021-ci il tarixli q ətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2, X2 və azyaşlı övladı xx.xx.2004-cü il təvəllüdlü X4 mübahisəli torpaq sahəsindən və üzərində yerləşən yarım tikilidən çıxarılması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçının icarəsində olmaqla, cavabdehlərin həmin əmlakda yaşaması əmlakdan istifadə hüququna malik olan şəxs kimi onun hüquqlarını pozduğundan, həmin torpaq sahəsi cavabdehlər tərəfindən boşaldılmalı və onlar həmin torpaq sahəsi və üzərində olan yarımçıq tikilidən çıxarılmalıdırlar. Maddi və mənəvi zərər tələblərinə aid hissədə isə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilmədiyindən iddia bu hissələrdə rədd olunmalıdır.
13. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2, 157.8, 158.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 111-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh X7 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinin iddiaçının adına verilmiş çıxarışda qeyd olunan torpaq sahəsi ilə üst-üstə düşübdüşmədiyinin müəyyən olunması məqsədilə mütəxəssis rəyi əldə edilməmiş, torpaq sahəsində y erləşən tikilinin inşasına oğlu Elnurla yanaşı onun da xərc çəkməsi nəzərə alınmamış, bu barədə vəsatət versə də, iddiaçının məhkəmə iclasında şəxsən iştirakı təmin olunmamışdır.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11180/2021 nömrəli, 10 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə vurğulamışdır ki, mübahisəli torpaq sahəsi ilə iddiaçının adına verilmiş çıxarışda qeyd edilən torpaq sahəsinin üst-üstə düşüb-düşmədiyi məsəl əsi iddiaçının əvvəlki iddiası üzrə çıxarılmış məhkəmə qərarlarında işin mübahisələndirilməyən halı olmuş, həmçinin, hazırkı apellyasiya baxışında cavabdeh əslində iddiaçının onunla halallaşmadığını, torpaq sahəsinin üst-üstə düşüb-düşməməsi məsələsini iddiaçını incitmək məqsədilə qoyduğunu bildirmişdir. Bu səbəbdən də, Kollegiya bu halın müəyyən edilməsi üçün mütəxəssis rəyinin alınmasına zərurət görməmişdir. Eyni zamanda, cavabdehin mübahisəli tikiliyə xərc çəkməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh X7 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdi r.
19. Şikayət belə əsaslandırılmışdır ki, iddia olunan torpaq sahəsi əslində cavabdehə məxsusdur. Həmin torpaq sahəsi və tikili onun və oğlu Cavabdeh1 vəsaiti hesabına alınmış və tikilmişdir. Məhkəmə isə sübutları tam, hərtərəfli araşdırmamış, iddiaçının adına olan çıxarışda qeyd olunan torpaq sahəsi ilə cavabdehin istifadəsində olan torpaq sahəsinin üst-üstə düşüb-düşməməsi məsələsinə yanlış hüquqi qiymət vermişdir. Halbuki, bu, iş üzrə mühüm əhəmiyyətə malik olmaqla mütəxəssis rəyi əsasında müəyyən edilməli olan haldır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, iddia ərizəsi ilə eyni əsaslardan çıxış etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
22. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
23. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
24. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
25. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
26. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəz i ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir (1, 2 və 3-cü bəndlər). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halları na uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
31. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətlənd irmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
35. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
36. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11180/2021 nömrəli, 10 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.