Məhkəmə qərarları › İş №2(102)-4023/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4023/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4023/2023 31.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4023/2023 (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X9 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-469/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkil Nümayəndə1) tərəfindən verilmiş kassasiya şikayətinə 31 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yaz ılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 23 fevral 2020-ci il tarixli qəbzdən məlum olur ki, Cavabdeh İddiaçı 48.000 ABŞ dolları pul almışdır. 2. 28 noyabr 2020-ci il tarixli qəbzdən məlum olur ki, Cavabdeh İddiaçı 48.000 ABŞ dolları pul almışdır. 3. 01 fevral 2021-ci il tarixli üzləşdirmə haqqında protokoldan məlum olur ki, Cavabdeh İddiaçı 48.000 ABŞ dolları pul aldığını etiraf etmiş və qaytaracağınə üzərinə öhdəlik götürmüşdür. 4. 24 dekabr 2020-ci il tarixli ərizənin surətindən məlum olur ki, X6 və X1 Murtuzayev vasitəsi ilə Cavabdeh 48.000 ABŞ dolları pul verməsi barədə Yevlax rayon prokurorluğuna şikayət etmişlər. 5. 24 dekabr 2020-ci il tarixli ərizədən məlum olur ki, İddiaçı X2 və X3 48.000 ABŞ dolları pul alaraq Cavabdeh verməsi barədə Yevlax ra yon prokurorluğuna şikayət etmişdir.

6. Yevlax Rayon Məhkəməsinin 1(039)-47/2021 nömrəli cinayət işi üzrə qəbul etdiyi 18 mart 2021-ci il tarixli hökmə əsasən, hazırki iş üzrə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ona borclu olduğu 48.000 ABŞ dolları məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehi Yevlax şəhər sakini kimi tanıyır və onunla çox səmimi və mehriban mü nasibətləri olmuşdur. Cavabdeh iş quracağı barədə ona məlumat vermiş və məhz bu səbəbdən ona pul lazım olduğunu bildirərək ondan borc pul istəmişdir. Müxtəlif vaxtlarda cavabdeh ondan borc pul almış və bununla bağlı öz xətti ilə qəbzlər yazıb vermişdir. Hazırda cavabdeh ona olan borcunu ödəmir və borcun ödənilməsini müxtəlif bəhanələrlə yubadır. Artıq o, əmindir ki, cavabdeh borcunu könüllü surətdə ödəməyəcək və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalıb.

9. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, tərəflər uzun müddət bildikdə Yevlax rayon İcra Hakimiyyətində işləmişlər. Münasibətləri çox yaxşı olmuşdur. Cavabdeh iddiaçıdan 48.000 ABŞ dolları məbləğində borc pul almışdır. Ca vabdeh iddiaçıdan 48.000 ABŞ dolları pul alması cinayət işinin istintaqı zamanı üzləşmə protokolunda da öz əksini tapmışdır. Bununla bağlı yazılı qəbz də vermişdir. Hazırda iddiaçı pulunu tələb etsə də, cavabdeh pulu qaytarmaqdan imtina edir. İddiaçı cavabdehlə üzü-üzə gəlmək üçün məhkəmə iclasında iştirak etmək istəyirdi. Lakin cavabdeh iddiaçıya xəbər göndərərək, onunla üz-üzə gəlməyə utandığını və məhkəməyə gəlməyəcəyini bildirmişdir. Bu səbəbdən də iddiaçı bu gün məhkəmə iclasında iştirak etmir. Borcun olmasını cinayət işinin materiallarında olan cavabdehin izahatı da təsdiq edir.

10. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Elnur həmin qəbzləri könüllü olaraq yazmamışdır. İstintaq zamanı onu qorxuzmuşlar. Qəbzi ona görə yazılmışdır. Vidadi ilə Elnurun görüşməsini o, da təklif etmişdir. Lakin onların görüşməsi üçün Vidadi hazırki iddiasından ilk növbədə imtina etməlidir. Qəbzlər saxtadır. Elnura həmin qəbzləri məcburi yazdırmışlar. Pul heç Vidadinin olmayıb. Belə ki, prokurorluğa ərizə verən Rəna Tağıyeva və Fikrət Tağıyev pulun onlara məxsus olmasını bildirmişlər. Vidadinin hazırki iddianı qaldırmaq belə hüququ yoxdur.

11. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh izahat verərək bildirmişdir ki, uzun müddət Vidadi ilə Yevlax rayon İcra Hakimiyyətində işləmişlər. Onun Vidadiyə borcu olmuşdur. Həmin borcu qaytarmışdır. Hazırda tələb olunan pul sələmdir. Qəbzlərdə imza ona məxsusdur. Qəbz və tarixdən başqa qəbzi o, yazmışdır. 23 fevral 2020-ci il tarixli qəbzdə sıfır r əqəminə sonradan düzəliş edilmişdir. Oğurluq işi ilə barəsində istintaq aparılarkən Vidadi pulla bağlı ərizə vermişdir. Müstəntiq ona qəbzləri yazmasa və üzləşmə protokolunda izahatı həmin qaydada verməsə ona əlavə olaraq dələduzluqla da bağlı cinayət işi açılacağını bildirmişdir. Ona həmin qəbzləri və izahatı hədə-qorxu altında Yevlax rayon Polis Şöbəsində istintaq zamanı yazdırmışlar. Onun Vidadiyə borcu yoxdur.

12. Yevlax Rayon Məhkəməsinin 2(039)-99/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddia tələbinin təmin edilməsi, cavabdehdən 48.000 ABŞ dolları borc məbləğinin ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə alınaraq İddiaçı xeyrinə ödənilməsi, cavabdehdən iddianın təmin edilmiş hissəsinə münasib olaraq 334,80 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur.

13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh hissə-hissə 48.000 ABŞ dolları məbləğində borc pul vermişdir. Cavabdeh iddiaçıdan borc pul alsa da, borcu barədə yazılı qəbz vermişdir. Həmçinin Cavabdeh barəsində olan cinayət işinin istintaqı zamanı üzləşdirmə haqqında protokolda Cavabdeh İddiaçı 48.000 ABŞ dolları borcu olmasını etiraf etmişdir. İddiaçı pul tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh iddianı qəbul etməyərək, qəbzləri və izahatı ona hədə-qorxu altında Yevlax rayon Polis Şöbəsində istintaq zamanı yazdırdıqlarını bildirmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəf iddiaçının əsl iddiaçı ilə əvəz edilməsini xahiş etsə də, hazırki işin materialları ilə müəyyə n olunur ki, Cavabdeh 48.000 ABŞ dolları pulu İddiaçı vermişdir. Həmin pulu İddiaçı X2 və X3 almışdır. Yəni pulu Cavabdeh bilavasitə verən şəxs İddiaçı olmuşdur. Həmçinin cavabdeh tərəf qəbzin birinin tarixində düzəliş olunması bildirsə də, iş materiallarında cavabdeh tərəfindən yazılmış iki qəbz mövcuddur. Həmin qəbzin cavabdeh tərəfindən imzalanmasını Cavabdeh məhkəmə iclasında etiraf etmişdir. Cavabdeh tərəfindən həmin qəbzlərin təzyiq və hədə qorxu altında yazılmasına dair məhkəməyə sübut təqdim edilməmişdir. Belə ki, cavabdehə həmin qəbzlər təzyiq və ya hədə qorxu altında verilməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 739.1, 739.2, 740.1, 740.2, 882.1, 882.2, 882.4, 8 82.5-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

16. Qətnamədən cavabdeh (Vəkil Nümayəndə1) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Verilən vəsatətlər təmin edilməmişdir. Məhkəmə nəticə etibarı ilə iddiaçının maraqları baxımından qeyri-obyektiv qərar qəbul etmişdir. Cavabdeh tərəfindən iddiaçıdan 2015-ci ildə 2.000 ABŞ dolları pul götürülmüşdür. Bu məbləğ müxtəlif vaxtlarda iddiaçıya tamamilə ödənilmişdir. Məhkəmə hazırki qətnaməni qəbul edərkən iki əlyazmaya əsaslanmışdır. 1-ci qəbz xx.xx.2020-ci il tarixdə yazdırılmışdır. Həmin qəbz onun barəsində həbs qətimkan tədbiri seçilməsi ərəfəsində Yevlax rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisinin otağında məcburən yazdırılmışdır. İddiaçı cavabdehin qətimkan tədbiri altında olmağından istifadə edərək istintaqın rəisi ilə əlaqəyə girərək cavabdehi daha ağır maddə ilə məsuliyyətə cəlb edəcəklərini bəyan edərək, qorxudaraq qəbzi yazmağa məcbur etmişlər. Eyni zamanda cavabdehi qorxudaraq, təsir altında saxlayaraq üzləşdirmə protokolunu cavabdehə imzalatmışlar. Digər ikinci qəbzi də cavabdehə təcridxanada məcburən imzaladıblar. Cavabdeh bu barədə evinə və vəkilinə bildirmişdir. Bundan sonra ailə üzvləri tərəfindən müxtəlif dövlət orqanlarına müraciət edərək kömək istə nilmişdir. Cavabdeh tərəfindən verilmiş ikinci qəbzin tarixi də saxtalaşdırılaraq, cavabdehin azadlıqda olduğu vaxt qeyd olunmuşdur. Əgər cavabdeh həqiqətən də iddiaçıdan 48.000 ABŞ dolları almışdısa, iddiaçı ondan həmin pulu almağını təsdiq edəcək bir qəbz və yaxud notarial formalı bir ərizə almalı idi. Bu məbləğdə pulun verilməsi inandırıcı deyil. Cinayət işinin materiallarında olan Rəna Tağıyeva və Fikrət Tağıyevin xx.xx.2020-ci il tarixli ərizələrindən görünür ki, sonuncular Elnurla razılaşıb 2019-cu ilin oktyabr ayından Elnurun tutulduğu vaxtadək, yəni dekabr ayının əvvəllərinədək müxtəlif vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 48.000 ABŞ dolları məbləğində pulu iddiaçı vasitəsilə Elnura vermişlər. Eyni məzmunlu ifadəni iddiaçı da prokurorluğa ünvanladığı eyni tarixli ərizəsində gös tərmişdir. Ərizələrdə 48.000 ABŞ dollarının Rəna və Fikrət Tağıyevlərə məxsus olduğu bildirilir. Həmin məbləğ əgər onlar tərəfindən verilibsə necə ola bilər ki, borc alınmadan yenidən borc verilsin. Əgər cavabdehə həqiqətən pul verilibsə həmin dövrdə pul almağın müəyyən edən qəbzlər təqdim edilsin. Qəbz yazılan vaxtı iddiaçının telefon anten dairəsinə aid məlumatlar istənilib. Eyni zamanda qəbzi ona istintaq zamanı yazdırmaları ilə polis şöbəsinin müşahidə kameralarının görüntüsünün götürülməsi istənilib. Fikrət və Rəna Tağıyevlər tərəfindən yazılan ərizələrdəki imzaların saxtalaşdırıldığı bildirilərək, məhkəmədən bütün bunların araşdırılması xahiş edilib. Lakin məhkəmə vəsatətləri təmin etməyərək cavabdehin prosessual hüquqlarını pozub.

18. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasın ın 2(107)-469/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Günay Cavadova (sədrlik edən və məruzəçi), Elçin Hüseynov və Vəzirxan Məlikov) apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cinayət işinin istintaqı zamanı iddiaçı və cavabdeh arasında aparılmış xx.xx.2021-ci il tarixli üzləşdirmə zamanı cavabdeh bildirmişdir ki, pula ehtiyacı olduğu üçün, həmçinin banklara olan kredit borcunu ödəmək üçün 2015-ci ildən başlayaraq 2020-ci il tarixədək olan müddət ərzində ayrı-ayrı vaxtlarda iddiaçıdan müxtəlif məbləğlərdə borc almışdır. Aldığı borcları hər dəfə söz verdiyi vaxt qaytarmışdır. Bu səbəbdən də iddiaçı ona istədiyi vaxt borc verm işdir. 2020-ci ilin əvvəlinə onun iddiaçıya 48.000 ABŞ dolları (81.600 manat) borcu qalmışdır. Həmin pulu 2021-ci ildə qaytarmağı söz vermişdir. Lakin həbs olunduğuna görə borcu qaytara bilməmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, hazırki işin başlanmasına əsas olmuş iddia ərizəsi ilə iddiaçı birinci instansiyası məhkəməsinə xx.xx.2022-ci il tarixdə müraciət etdikdən sonra cavabdeh yalnız müxtəlif orqanlara şikayət ərizələri ünvanlamışdır. Göründüyü kimi, cavabdeh borcun olması barədə qəbzləri hədə təsiri altında yazmasını, habelə ifadə verdiyini bildirsə də, bu və ya sair kənar təsir altında həmin qəbzləri yazması, ifadə verməsi barədə heç bir sübutu məhkəmələrə təqdim etməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, hədə-qorxu və ya sa ir kənar təsir altında iddiaçıya 48.000 ABŞ dolları məbləğində borcun olması barədə qəbzləri yazması və ifadə verməsi barədə cavabdehin dəlilləri inandırıcı deyil. Cavabdeh bu dəlilləri özünün müdafiə olunması üçün irəli sürmüşdür. Hər iki qəbzin tarixlərində düzəliş edilməsi qəbul edilsə belə, bu hal həmin qəbzlərdə əks olunmuş məlumatları etibarsız etmir. Belə ki, sözügedən qəbzlərdə cavabdeh öz xətti ilə iddiaçıya 48.000 ABŞ dolları məbləğində borcunun olduğunu, həmin borcu hissə-hissə qaytaracağını yazmış və qəbzləri imzalamışdır. Qəbzlərin onun tərəfindən yazılması və imzalanmasını cavabdeh mübahisələndirmir. Bunlardan əlavə, cavabdeh hazırki işə Rayon Məhkəməsində və apellyasiya instansiyasında baxılan zaman bildirmişdir ki, iddiaçının ondan ödənilməsi tələb etdiyi 48.000 ABŞ doları əslində onun 2015-ci ildə aldığı borca hesablanmış faizdir. Qəbzlərin kənar təsir, diktə altında yazılması iş materialları ilə təsdiq olunmur. Qəbzlərdə cavabdeh öz fikrini sərbəst ifadə etmiş, aydın şəkildə 48.000 ABŞ dolları borcunun olmasını göstərmişdir. Həmin məbləğin faiz borcu olması barədə qəbzlərdə hər hansı ifadə əks olunmamışdır.

21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır.

22. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 739.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 77.1, 372.1, 372.7-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona et irazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

23. Qətnamədən cavabdeh (vəkili Nümayəndə1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə işi hərtərəfli, tam və obyektiv tədqiq etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, işə birtərəfli qaydada baxaraq işin hallarına tam uyğun olmayan qətnamə qəbul etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəmə li, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

27. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

28. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

31. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya siste minin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

35. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yox lamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, dü zgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

44. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 45. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

46. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya sı məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

48. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-469/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar