Məhkəmə qərarları › İş №2(102)-4023/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-4023/2024

05.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4023/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı4, İddiaçı2, X3, İddiaçı3 və İddiaçı1 cavabdeh «Cavabdeh» MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: prosessual müddətlərin buraxılmasının hüquqi nəticələri, müddətin buraxılmasının üzürlü sayılması üçün əsaslar) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı1 cavabdeh “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair Sumqayıt Apellyasiya Məh kəməsinin Mülki kollegiyasının 14 oktyabr 2024-cü il tarixli 2(105)-91/2024 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçılar İddiaçı4, İddiaçı2, X3, İddiaçı3 və İddiaçı1 Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xızı rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli, 17 saylı qərarı əsasında iddiaçılara verilmiş, Xızı rayonu, Sitalçay kəndi ərazisində yerləşən (Dövlət aktı JN-190 nömrəli) 3,50 ha torpaq sahəsinin boşaldılması və orada olan tikililərin sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

2. Xızı Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli, 2(068)-3/2019 nömrəli qətnaməsi ilə (hakim İ.Hacıyev) iddia qismən təmin edilmiş, cavabdeh “Cavabdeh” MMCnin Xızı rayonu, Sitalçay kəndi ərazisində yerləşən, iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1, İddiaçı3 və X2 mülkiyyətində olan 0,067 ha və 0,747 ha torpaq sahəsindən çıxarılması, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.

3. İddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

4. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən - iddia tələbinin təmin edilməsi hissəsində ləğv olunması və iddia tələbinin bütünlüklə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməs i Mülki kollegiyasının 18 avqust 2020-ci il tarixli 2(105)-441/2020 nömrəli qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə) cavabdeh “Cavabdeh” MMC-nin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, cavabdeh “Cavabdeh” MMC-nin Xızı rayonu, Sitalçay kəndi ərazisində yerləşən, iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1, İddiaçı3 və X2 mülkiyyətində olan 0,067 ha və 0,747 ha torpaq sahəsindən çıxarılması hissəsində ləğv edilmiş, iddia tələbinin həmin hissədə də təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iddiaçıların apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir.

6. İddiaçı1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia təl əbinin tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1063/2021 nömrəli, 15 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər - V.Həsənov (məruzəçi), İ.Dəmirov və Ə.Əhmədov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-141/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov) cavabdehin apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, cavabdeh “Cavabdeh” MMC-nin Xızı rayonu, Sitalçay kəndi ərazisində yerləşən, iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1, İddiaçı3 və X2 mülkiyyətində olan 0,067 ha və 0,747 ha torpaq sahəsindən çıxarılması hissəsində iddia tələbinin rədd edilməsi, iddiaçıların apellyasiya şikayətinin mübahisələndirilən hissədə təmin edilməməsi, mübahisələndirilən qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-558/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər – M.Əhmədova (məruzəçi), Ə.Əliyev və E.Vəliyeva) kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-141/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

10. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-91/2024 saylı, 15 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh “Cavabdeh” MMC-nin apellyasiya şikayəti təmin edilmiş, Xızı Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli qətnaməsi qismən - cavabdeh “Cavabdeh” MMC-nin Xızı rayonu, Sitalçay kəndi ərazisində yerləşən, iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1, İddiaçı3 və X2 mülkiyyətində olan 0,067 ha və 0,747 ha torpaq sahəsindən çıxarılması hissəsində ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddia tələbi həmin hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış dır.

11. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil4 03 oktyabr 2024-cü il tarixdə ərizə ilə müraciət edərək, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2024cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilməsini xahiş etmişdir.

12. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-91/2024 saylı, 14 oktyabr 2024-cü il tarixli (hakimlər Z.Məmmədov (sədrlik edən və məruzəçi), A.Süleymanova və M.Hüseynov) qərardadı ilə İddiaçı1 kassasiya şikayəti verməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair ərizəsi təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, şikayət verən İddiaçı1 oğu hazırkı apellyasiya icraatı zamanı məhkəmə proseslərində şəxsən iştirak etmiş v ə vəkili Vəkil1 ilə təmsil olunmuşdur. Vəkil1 iddiaçının səlahiyyətli vəkili olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 15 aprel 2024-cü il tarixli qətnaməsi 26 aprel 2024-cü il tarixdə proses iştirakçılarının, o cümlədən iddiaçının vəkili Vəkil1 elektron kabinetinə yerləşdirilmişdir. Bununla da, kassasiya şikayəti verilməsi müddətinin axını 27 aprel 2024cü il tarixdən başlanmışdır. İddiaçı1 tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi müddəti 27 iyun 2024-cü ildə qurtarmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-141/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli qətnaməsindən də kassasiya şikayəti iddiaçının vəkili Vəkil1 tərəfindən verilmiş və kassasiya icraatına qəbul edilm işdir. Hazırkı qətnamə də iddiaçının vəkili Vəkil1 elektron kabinetində yerləşdirilmişdir. İddiaçı hazırda qətnamənin rəsmi qaydada ona təqdim edilmədiyini bildirsə də, işin hallarından göründüyü kimi, qanunla nəzərdə tutulmuş müddət ərzində iddiaçının səlahiyyətli vəkilinə məhkəmə aktı təqdim edilmişdir.

14. Digər tərəfdən, iş üzrə digər iddiaçılar da şikayətçinin ailə üzvləri olmaqla qətnamədən məlumatlı olmuşlar. Belə ki, eynilə 26 aprel 2024-cü il tarixdə qətnamə iddiaçılardan İddiaçı5 elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilib, məhkəmə qətnaməsi qəbul edildikdən sonra iddiaçıların şifahi müraciətinə əsasən məhkəmə qətnaməsinin tərəflərin elektron kabinetinə yerləşdirilməsi ilə bağlı məlumat verilsə də, qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində məhkəməyə kassasiya şikayəti daxil olmamışdır.

15. Ərizəyə əlavə olunmuş tibbi sənədlərlə bağlı isə məhkəmə kollegiyası qeyd etmişdir ki, müvafiq sənədlərin təqdim olunması da müddətin buraxılması üçün əsas kimi qiymətləndirilə bilməz. Belə ki, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı stasionar müalicə almamış, 02 iyul 2024-cü il tarixdə müayinə edilməsinə dair ambulator kitabçadan çıxarış, 17 aprel 2024-cü il tarixli ultrasəs müayinəsi, 27 may 2024-cü il tarixli kompüter tomoqrafiyası, 20 iyun 2024-cü il və 08 iyul 2024-cü illərə dair KT müayinələrinə əsasən sözügedən müayinələr bir günlük olmaqla, kassasiya şikayətinin verilməsi üçün mane olan hal kimi qiymətləndirilə bilməz. Beləliklə, 27 iyun 2024-cü il tarixinə qədər 2 ay müddətində kassasiya şikayəti verilməsi üçün kifa yət qədər vaxt olmasına baxmayaraq, iddiaçı sözügedən hüququndan istifadə etməmiş, prosessual müddəti əsassız olaraq 3 ay 6 gün ötürmüşdür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı1 (Vəkil4) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-91/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi və buraxılmış prosessual müddətin bərpa olunmasına dair qərardad çıxarılmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, qərardad qanunsuz və ədalətsizdir. İddiaçı1 məhz qeyd olunan işlə bağlı uzun müddət psixoloji və mənəvi sarsıntılar keçirmiş, elə bunun nəticəsində də onkoloji xəstə kimi yatağa düşmüşdür. Qətnamə çıxarıldığı tarixdən 2 gün sonra yəni 17 aprel 2024-c ü il tarixdə ultrasəs müayinəsində olmuş və xəstəliyinin daha da ağırlaşdığını müəyyən etmiş, həmin tarixdən də başlayaraq uzun müddətli ambulator və stasionar müalicələrdə olmuşdur. Bu barədə məhkəməyə çoxsaylı müayinə aktları təqdim edilməsinə baxmayaraq məhkəmə müddətin ötürülməsini üzrlü saymamışdır. Əgər iddiaçının səhhəti imkan versəydi o, belə bir prinsipial və həyati əhəmiyyət kəsb edən işlə bağlı vaxtında kassasiya şikayəti verə bilərdi. Beləliklə, 27 iyun 2024-cü il tarixinə qədər 2 ay müddətində kassasiya şikayəti verilməsi üçün kifayət qədər vaxt olmasına baxmayaraq, iddiaçı sözügedən hüququndan xəstəliyi ilə əlaqədar istifadə etməmiş, prosessual müddəti üzrlü olaraq 3 ay 6 gün ötürmüşdür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz da xil olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

20. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

21. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

22. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

23. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

25. Maddə 417.1.3. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

26. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi t ərəfindən prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçının şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunmaması və kassasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır.

30. Azərbaycan Respublikası Konstitusiyasının 60 -cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.

31. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.1ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmiş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində verilə bilməsi müəyyən olunur.

32. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddətinin axımı, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır və iki ay davam edir. Müddətlərin hesablanması qaydalarını müəyyən edən MPM-nin 128.3-cü maddəsinə görə, i llərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

33. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 15 aprel 2024-cü il tarixli qətnaməsi 26 aprel 2024-cü il tarixdə proses iştirakçılarının, o cümlədən iddiaçının vəkili Vəkil1 elektron kabinetinə yerləşdirilmişdir. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil4 03 oktyabr 2024-cü il tarixdə ərizə ilə müraciət edərək, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilməsini xahiş etmişdir.

34. Göründüyü kimi kassasiya şikayəti verərkən qanunla müəyyən olunmuş müddət ötürülmüşdü. Apelyasiya instansiyası məhkəməsi qətnamədən kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və ərizəsinin təmin edilməsi üçün məhkəmə kollegiyasına hər hansı bir sübut təqdim etmədiyinə görə müddətin bərpasından imtina etmişdir.

35. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Çünki Konstitusiya Məhkəməsinin “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

36. Kassatorun xəstə olması səbəbindən şikayət vermə müddətini ötürməsi barədə dəlilləri əsassızdır. Belə ki, kassatorun təqdim etdiyi tibbi sənədlər onun stasionar şəraitdə müalicə olunduğunu təsdiq etmir. Kassator vaxtaşırı tibbi müayinə nəticələrinə dair sübutlar təqdim etməsinə baxmayaraq, onun hərəkət məhdudluğu və stasionar şəraitdə müalicə olunması barədə sübutları təqdim etməmişdir.

37. Apellyasiya instansiyası məhkəməsi iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkarolunmaz səbəblər müəyyən etməmişdir.

38. Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həya ta keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir.

39. Məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə nəticələnə bilər.

40. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi düzg ün olaraq MPM-nin 133cü maddəsinə istinad etməklə prosessual müddətin bərpasına dair vəsatətini təmin etməmiş, kassasiya şikayətinin geri qaytarılmasına dair qərardad qəbul etmişdir. Buna görə kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

41. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 oktyabr 2024-cü il tarixli 2(105)-91/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar