Məhkəmə qərarları › İş №2(102)-4024/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4024/2019

10.06.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4024/2019 10.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhmədoğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, Cavabdeh ŞəkiApellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2019cutarixli qətnaməsindənverdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Zaqatala rayon Məhkəməsinin 18.09.2018-ci il tarixli qətnaməsi ilə (hakim:A.A.İsmayılov; 2(033)-915/18) iddiaçılar Cavabdeh, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X1 Cavabdeh qarşı paylı mülkiyyətlərində olan zəbt olunmuş kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması, cavabdehin hesabına həmin torpaq sahəsinə yerləşdirilmiş avtomaşınların xarab olmuş kuzalarının, odun materiallarının götürülməsi, zibil quyusunun təmizlənməsi və həmin sahəsinin onlara təhvil verilməsi barədə iddia ərizəsi təmin edilmişdir, Zaqatala rayonu ********** kəndində yerləşən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 paylı mülkiyyətində olan 0,5008 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılmış, Cavabdeh hesabına həmin torpaq sahısinin 150 kv.m hissəsinə yerləşdirilmiş avtomaşınların xarab olmuş kuzaları, odun materialları götütülsün, zibil quyusu təmixlənsin və torpaq sahısi iddiaçılara təhvil verilməsi,İddiaçı1 ödədiyi 10(on) manat mə bləğində dövlət rüsumunun onun özünə aid edilməsi, ekspertiza xərci olan 60(altmış) manat Cavabdeh tutularaq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reestri Xidmətinin bank hesabına ödənilsi qət edilmişdir.( Bank rekvizitləri Kapital Bankın 1 saylı filialı kod AZ37NABZ***************, SwiFT: A*****, kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzi MMC VOEN: **********, Hesab №AZ23 AİİB********************). Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 yanvar 2019-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və İ.F.Quliyev; 2(107)-368/19) qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Zakatala rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qətnaməsi Cavabdeh m ünasibətdə saxlanılması qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2, X4, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı paylı mülkiyyətlərində olan zəbt olunmuş kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması, cavabdehin hesabına həmin torpaq sahəsinə yerləşdirilmiş avtomaşınların xarab olmuş kuzaların, odun materiallarının götürülməsi, zibil quyusunun təmizlənməsi və həmin torpaq sahəsinin onlara təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, RX seriyalı ******* nömrəli çıxarışa əsasən paylı mülkiyyətlərində olan Zaqatala rayonu ********* kəndində yerləşən zəbt olunmuş 0.5008 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması, cavabdehin hesabına həmin torpaq sahəsinə yerləşdirilmiş avtomaşınların xarab olmuş kuzal arının, odun materiallarının götürülməsi, zibil quyusunun təmizlənməsi və həmin torpaq sahəsinin onlara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, onların payı mlkiyyətlərində Zaqatala rayonu ******** kəndində yerləşən 0.5008 ha torpaq sahəsi vardır və həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət restrindən RX seriyalı ******* nömrəli çıxarış verilmidir. Cavabdeh tərəfindən həmin torpaq sahəsi zəbt olunaraq istifadə olunur. Belə ki, cavabdeh həmin torpaq sahəsində avtomaşınların xarab olmuş kuzalarını və odun materiallırını qoymuş, 3 metr evində 6 metr uzununda betonlar basdıraraq zibil quyusu yaratmış, torpağın qalan hissısindən isə yol kimi istifadə edir. Cavabdehdən həmin torpaqsahəsini boşaltmaını və oradan çıxmasını dəfələrlə tələb etsələr də, cavabdeh müxtəlif bəhanələr gətirərək torpaqdan çıxmır. Ona görə də məhkəməyə müraciət etməli olmuşlar. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh izahatında iddiaçıların tələbi ilə razılaşmayaraq, həmin torpaq sahəsinin atasından miras qaldığını, mirasda onun da payının olduğunu, bununla bağlı məhkəməyə müraciət edəcəyini bildirərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası qətnaməsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. məhkəməsinin Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsiAzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149,150-ci maddələrinin tələblərinin, cavabdehin hüquqlarının pozulması ilə qanunsuz və əsassız qəbul edilmişdir. Məhkəmədə işə baxılarkən N6 başqa iddiaçılardan heç biri iştrak etməmişdir. İddia ərizəsinə iddiaçılardan heç biri imza etməmişdir. Məhkəmədə iddiaçıya ərizəçiyə niyə digər iddiaçıların imza etmədiyi soruşulanda. O, cavabında qeyd etdi ki, ailənin boyüyü mənəm, özüm bilərəm. Məhkəmə isə bu qanun pozuntusuna heç bir münasibət bildirməmişdir.Baxmayaraq ki, ona digər iddiaçılar tərəfindən etibarnamə verilməmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirak ı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 372.6-372-7-cı maddələrinin tələbinə əsasənapellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. - 392.2-ci maddəsinin tələbinə görə apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. - 4.1 maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 69.1-ci maddəsinə əsasənhər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. - 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanı r. -73.2-ci maddəsinə əsasənfiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud etibar edənin oxuduğu və ya işlədiyi hüquqi şəxsin rəhbərliyi, etibar edənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əhalinin sosial müdafiəsi müəssisəsi tərəfindən, etibar edənin müalicə olunduğu xəstəxana və ya digər stasionar müalicə-profilaktika müəssisəsi tərəfindən, etibarnamə hərbi qulluqçulara, hərbi hissənin işçilərinə və ya onların ailə üzvlərinə verilirsə, müvafiq hərbi hissənin komandiri tərəfindən təsdiq edilir. - 74.2-ci maddəsinin tələbinə görə isə iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışı q sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. - 217.1-ci maddəsinin tələbinə əsasən məhkəmənin qətnaməsi qanunivə əsaslı olmalıdır. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmədə işə baxılarkən Nizamidən başqa iddiaçılardan heç biri iştrak etməmişdir. İddia ərizəsinə iddiaçılardan heç biri imza etməmişdir. Məhkəmədə iddiaçıya - ərizəçiyə niyə digər iddiaçıların imza etmədiyi soruşulanda. O, cavabında qeyd etdi ki, ailənin boyüyü mənəm, özüm bilərəm. Məhkəmə isə bu qanun pozuntusuna heç bir münasibət bildirməmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ona qarşı paylı mülkiyyətdə olan zəbt olunmuş kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onun çıxarılması, onun hesabına həmin torpaq sahəsinə yerləşdirilmiş avtomaşınların xarab olmuş kuzaların, odun materialların götürülməsi, zibil quyusunun təmizlənməsi və həmin torpaq sahəsinin onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar N6, A8, A9, G8 və A6 adından verilən iddia ərizəsindəki imzalar bir-birinə oxşar olmaqla həmin imzaların bir şəxs tərəfindən icra edilməsi şübhə doğurur. İş materiallarında isə iddiaçıların təmsil edilməsi üçün birinin digərinə prosessual qanunla müəyyən edilmiş qaydada verilmiş etibarnamə yoxdur. Apellyasiya qaydası nda işə baxan məhkəmə kollegiyası apellyasiya şikayətinə Cavabdeh İddiaçı1 başqa digər iddiaçıların heç birinin iddia ərizəsini imza etməmələrini göstərməsinə və iddia ərizəsindəki imzaların iddiaçıların hamsının əvəzinə bir şəxs tərəfindən icra edilməsi ciddi şübhə doğurmasına baxmayaraq apelyasiya qaydasında işə baxan məhkəmə kollegiyası A8, A8, G8, A6 məhkəmə iclasına çağıraraq onların yuxarıda göstərilən tələblə məhkəməyə iddia verilib-verməmələrini, və iddia ərizəsindəki imzaların onlar tərəfindən icra edilib edilməməsini yoxlamadan birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamış, nəticədə yuxarıda göstərilən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Ona görə də işin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, kassasiy a şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnə bilən prosessual pozuntulara yol verildiyinə görə Azərbaycan Respublikası MPM-nin 418.1, 418-3-cü maddələrinə əsasən qətnamə ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunsun. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 29 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar