Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4024/2021 12.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdeh və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1907/2021 nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dai r işə 12 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 7-ci massiv, 39 A saylı sahə (bundan sonra - mübahisəli torpaq sahəsi) 18.03.2020-ci il tarixdə xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı (bundan sonra – iddiaçı) adına qeydiyyata alınmışdır. Mübahisəli torpaq sahəsi ilə bağlı A seriyalı 495660 saylı torpaq sahəsinin plan və ölçü sənədləri tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh (bunda sonra – cavabdeh) qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehin mübahisəli torpaq sahəsindən qanunsuz olaraq sahiblik etməsinə son qoyularaq, cavabdehin həmin torpaq s ahəsindən məcburi qaydada çıxarılması, qanunsuz tikililərin onun hesabına sökülərək ərazinin təmizlənməsi, qazdığı quyunun (şambo) doldurulması və dəymiş ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir və qanunsuz istifadəsindədir. Cavabdehlə mübahisəli torpaq sahəsinə dair onun arasında icarə müqaviləsi və yaxud digər müqavilələr bağlanmamışdır. Dəfələrlə cavabdehə daşınmaz əmlakın onun mülkiyyətində olduğunu bildirmiş və mülkiyyətindəki torpaq sahəsinin boşaldılmasını tələb etmişdir. Cavabdeh tələblərinə məhəl qoymayaraq, könüllü şəkildə çıxmayacağını bildirmişdir. Azərbycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2020-ci il tarixli, 1 0/1747 saylı ekspert rəyinə əsasən, Azərbaycan Respublikası ƏMDK yanında DƏK və ÜRX Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən 18.03.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və plan-ölçü sənədinə əsasən iddiaçının mülkiyyətində olan mübahisəli torpaq sahəsi ilə iddia olunan (cavabdehin inşa etdiyi tikilinin yerləşdiyi) tikili və torpaq sahəsinin yerləşdiyi ölçülmüş ərazi iddiaçının adına verilmiş reyestr nömrəsi **********75 plan-ölçü sənədinin koordinatları ilə üst-üstə düşür (iddia olunan tikili və torpaq sahəsi iddiaçının mülkiyyətindədir). Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(00 2)-1199/2020 nömrəli iş üzrə 26 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim K.Əsədov) iddia tələbi qismən təmin edilmiş, cavabdehin iddiaçının mülkiyyətində olan mübahisəli torpaq sahəsindən qanunsuz olaraq sahiblik etməsinə son qoyularaq, həmin torpaq sahəsindən məcburi qaydada çıxarılması, qanunsuz tikililərin cavabdehin hesabına sökülərək ərazinin təmizlənməsi, cavabdehin qazdırdığı quyunun (şambo) doldurulması, iddianın qalan hissəsinin rədd edilmıəsi qət edilmiş, qətnamə ilə həmçinin məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir və bununla da, iddiaçının qanunla qorunan mülkiyyət hüququnu pozmuşdur. Bu səbəbdən, cavabdehin həmin sahəyə qanunsuz olaraq sahiblik etməsinə son qoyularaq, o, həmin sahədən çıxarılmalı, qanunsuz tikililər cavabdehin öz hesabına sökülərək ərazi təmizlənməli, qazdığı quyu (şambo) doldurulmalıdır. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13, 29; Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77, 119, 217.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələblərinin təmin olunmaması haqda qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətində MPM-in 217.1, 389, 390-cı maddələrinə istinadən qeyd edilmişdir ki, torp aq sahəsini zəbt etməmiş, Bələdiyyənin sabiq sədrindən pulla almış, 4 ilə tikinti işləri aparmış və ev tikmişdir. Bu tikinti işləri gedən zaman iddiaçı bir dəfə olsun bu torpaq sahəsinin onun olması barədə bildirməmiş və onun ev tikdiyi torpaq sahəsi iddiaçının torpaq sahəsi ilə qonşuluq təşkil etsə də üst-üstə düşmür. Mütəxəssislər onların ünvanına gəlməmiş və heç bir koordinat nöqtələrini yoxlamamış xidməti otaqlarında bu rəyi tərtib etmişlər. Məhkəmə bu hallara qiymət verməmiş sonda əsassız qətnamə qəbul etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1907/2021 nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Talışinski (sədrlik edən və məruzəçi), R.Eyvazov və Z.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə qeyd etmişdir ki, iddiaçının hüquqlarının pozulması hesabına cavabdehin mövcud olmayan hüquqlarının təmin edilməsi üçün heç bir hüquqi normativ üstünlük müəyyən edilmir. Cavabdehin rəsmi reyestrdə qeydə alınmalı olan hüquqlarınına dair heç bir sübut təqdim edilməmişdir. Torpağa (tikiliyə) hüquqlarının yaranması üçün müvafiq icra hakimiyyətində mülkiyyət və ya istifadə hüquqları qeydə alınmalıdır, müvafiq reyestrdə qeydə alınmamış əmlaka (şahidlərin ifadəsinə, bələdiyyə və kommunal ödənişlərə əsasən, əlavə və ya təkrar ekspertiza tədqiqatının aparılması yolu ilə) məhkəmə tərəfindən hər hansı qiymət verilməsi səlahiyyətlərdən (dispozitiv imkandan) kənar sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Məhkəmə kollegiyası öz mövqeyini Konstitusiyanın 13, 29-cü maddələrinə, Mülki Məcəllənin 139-181; MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kass asiya şikayətinin dəlilləri Cavabdeh (vəkil X2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdə olan ekspert rəyi həqiqəti əks etdirmir. Məhkəmə təkrar ekspertiza keçirilməsi barədə vəsatəti əsassız olaraq rədd etmiş, prosessual normaların tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. İddiaçının vəkili kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməli dir. Hazırki işdə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, iddiaçı tələbin rədd edilən hissəsini mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız cavabdehin apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlamışdır. Kassasiya şikayətində qətnamə iş üzrə yeganə cavabdeh olan kassator tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə
13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllə Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zama n o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir; Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyi şdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olması ilə bağlı mövqeyini əsaslandırmamışdır. Cavabdehin təkrar ekspertizanın keçirilməsi barədə dəlilinə apellyasiya instansiyası məhkəməsi tərəfindən əsaslandırılmış qiymət verilmişdir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1907/2021 nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.