Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4026/2019 21.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi,İddiaçı, cavabdeh X7, cavabdehin vəkili X9 iştirakı ilə, İddiaçı cavabdeh X6rşı mülkiyyətdən istifadəyə maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 26 dekabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh X10 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ET Dİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev) İddiaçı cavabdeh X6rşı mülkiyyətdən istifadəyə maneənin aradan qaldırılması tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, X2, 22 saylı evdə yerləşən İddiaçı məxsus 4 saylı mənzilə girişi təmin edən dəhlizdən istifadəyə maneə aradan qaldırılması və qanunsuz inşa edilmiş arakəsmənin cavabdeh X7 hesabına sökülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 26 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən N.Cəfərov, hakimlər Ş.Məmmədova və V.Həsənov) Yasamal rayon Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh X10 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəm əsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 26 dekabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdeh X6rşı “mülkiyyətdən istifadəyə maneənin aradan qaldırılması tələbinə dair” iddia ərizəsi verərək, özünə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X2, 22 saylı evdə yerləşən 4 saylı mənzilə girişi təmin edən dəhlizdən istifadəyə maneənin aradan qaldırılması və arakəsmənin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, X1 yerləşən 22 saylı evin 4 saylı mənzil sahəsi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Həmin mənzil sahəsi ilə qonşu cavabdeh X10 yaşayır. Hər iki mənzilə giriş dəhlizdəndir və dəhliz ümumi istifadədədir. İddiaçı iddia edir ki, bir müddət əvvəl cavabdeh həmin dəhlizi bağlamışdır. Ona görə də ümumi istifadədə olan dəhlizdən istifadə edə b ilmir. Mənzilinə yeganə giriş məhz həmin dəhlizdəndir. Bununla bağlı cavabdehə müraciət edərək, dəhlizdən istifadəyə maneənin aradan qaldırılması və arakəsmənin sökülməsini xahiş etsə də, buna əhəmiyyət verməmişdir. Cavabdehin bu hərəkətləri onun mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırır. Məhkəmə tikinti-texniki ekspertizasının 06.07.2018-cı il tarixli rəyinə əsasən, aparılmış tədqiqat nəticəsində, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən mülki iş materiallarında olan və baxış zamanı əldə olunmuş məlumatları nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, X14iu Xəlilbəyli küçəsində yerləşən 22 saylı evin birinci mərtəbəsinin planına əsasən, 4 saylı mənziiin qarşısında yerləşən sahəsi 12,9 kv.m. kimi göstərilən (qərardadda sahəsi 31,45 kv.m. kimi göstərilmişdir) ümumi dəhlizdə quraşdırılmış arakəsmənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04,09.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektiərində dəyişiklikİər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na uyğun olmadığı müəyyən edilmişdir. Beləliklə işin hallarından göründüyü kimi cavabdeh ümumi istifadədə olan dəhlizdə arakəsmə inşa etməklə iddiaçının həmin sahədən tam şəkildə istifadə etmək hüququnu məhdudlaşdırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsinə görə yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdə n çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Həmin Məcəllənin 227.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X7 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 26 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4026/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4026/2019
21.06.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver