Məhkəmə qərarları › İş №2(102)-4027/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-4027/2024

21.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4027/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilin boşaldılması və pul tələbinə” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 avqust 2024-cü il tarixli, 2(103)518/2024 nömrəli qətnaməsindən cavabdeh tə rəfindən verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 8 saylı mənzilin iddiaçıya məxsus 13,5 kv.m hissəsinin boşaldılaraq ona təhvil verilməsi, mənzilin kirayəyə verilməsindən əldə edilmiş 2.000 manat qazancın 1.000 manatının Cavabdeh1 tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, e-2(006)2248/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 avqust 2024-cü il tar ixli, 2(103)518/2024 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, e-2(006)- 2248/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, ünvan 1 ünvanda yerləşən 8 saylı mənzilin 13 kv.m hissəsinin (8a №-li mənzilin) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Həmin qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermiş və kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiy a şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 407.4-cü maddəsinə əsasən kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə edilməlidir. 408.1.3-cü maddəsinə əsasən isə kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməmişsə, kassasiya şikayəti qaytarılmalıdır. 6. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən dövlət rüsumu - dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). 8.1.6-cı maddəsinə əsasən fiziki şəxs tərəfindən mülk iyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

7. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olmuşdur ki, cavabdehin kassasiya şikayətin ə görə qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmişdir.

8. Belə ki, iş materiallarından müəyyən olunur ki, hazırkı iddia 2 tələbdən ibarət olmuşdur: 1. iddiaçının mənzilinin boşaldılması və 2. 1000 manat pulun ödənilməsi. Apellyasiya instansiyası məhkəməsi birinci tələbi təmin etmişdir.

9. Göründüyü kimi, birinci tələb fiziki şəxsin mülkiyyətində olması iddia edilən mənzil ilə bağlı olduğundan “Dövlət rüsumu haqqında” Qanunun 8.1.6 və 8.6-cı maddələrinin tələblərinə görə birinci instansiya məhkəməsinə ödənilməli olan dövlət rüsumunun məbləği 100 manat, apellyasiya və kassasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği isə 50 manat təşkil etməlidir.

10. Lakin, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən hazırkı kassasiya şikayətini verən cavabdeh Qanunun bu normalarını pozmuş və cəmi 15 manat məbləğində dövlət rüsumu ödəmişdir.

11. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırkı işdə iddiaçının iddia verərkən düzgün olmayaraq, yalnız 1000 manat pul tələbinə münasibətdə 30 manat dövlət rüsumu ödəməsi cavabdehi kassasiya şikayəti verərkən qanunla tələb olunan məbləğdə rüsumu ödəmək öhdəliyindən azad etmir. Belə ki, Qanunun qeyd olunan maddələrinin qarşılıqlı təhlili göstərir ki, yuxarı instansiya məhkəmələrinə rüsum birinci instansiya məhkəməsinə rüsumun faktiki ödənilmiş məbləğinə münasibətdə deyil, qanunla ödənilməli olan məbləğə münasibətdə hesablanmalıdır.

12. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyasının qənaətinə görə, kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilmədiyinə görə icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

13. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, 2(103)-518/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar