Məhkəmə qərarları › İş №2(102)-4029/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4029/2020

20.07.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4029/2020 20.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X2 ilə, Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)1084/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Fərid Əyyubov) xx xxxxxxx 2019-cu il tarixli 2(004)-5898/2019 saylı qətnaməsi ilə iddia təmin edil ərək ünvan 1 ünvanında yerləşən 806 saylı mənzilin açıq hərracda satılması, mənzilin satışından əldə olunacaq vəsaitin paylara mütənasib olaraq paylı mülkiyyətçilər arasında bölünməsi, Cavabdeh1 (1/8 hissə), İddiaçı (6/8 hissə) və Cavabdeh2 (1/8 hissə) miqdarında satışdan əldə edilən pul vəsaitinin ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Raqib Qurbanov - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Aida Hüseyn) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iləCavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmı şdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüquqi ilə 6/8 pay hissəsi iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən 806 saylı mənzilin açıq hərracda satılması və həmin satış məbləğindən iddiaçıya məxsus pay hissəsi (6/8 hissə) müqabilində pulun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, a pellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: İddiaçı və onun vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olm adan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilm əməlidir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini, iddiaçının və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, ünvan 1, 806 saylı mənzilin 61,6 kvadrat metr sahəsinin 1/8 hissəsi Cavabdeh1, 6/8 hissəsi İddiaçı və 1/8 hissəsi Cavabdeh2 mülkiyyətindədir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-691/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilin naturada bölünməsi tələbinə dai r ilk iddia ərizəsi təmin edilməmiş, qarşılıqlı iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh1 ünvan 2 ünvanında yerləşən 806 saylı mənzildən istifadə hüququ tanınmış, qətnamə qanuni qüvvəyə minmişdir. İddiaçı hazırki tələbində həmin mənzilin açıq hərracda satılması və satış məbləğindən ona məxsus 6/8 hissə müqabilində pulun ona ödənilməsini tələb edir. Cavabdeh1 iddiaya etiraz edərək bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-691/2019 saylı qətnaməsi ilə onun mübahisəli mənzilə istifadə hüququ tanınmışdır. Belə olduğu halda o və ailəsi yaşadıqları mənzildən çıxa bilməzlər. Ona görə də, mübahisəli mənzil açıq hərracda satışa çıxarıla bilməz, mənzil satıldığı halda isə başqa yaşayış sahəsi ilə təmin edilməlidir. Həmin mənzil ailəsi üçün yeganə yaş ayış sahəsidir. İddiaçıya məxsus payın dəyərini hissə-hissə 5-6 il müddətində ödəməyə razıdır. Cavabdeh2 iddia tələbini etiraf etmiş və bu barədə ərizə verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 220-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (maddə 220.2). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz pay ının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (maddə 220.3). Normadan göründüyü kimi paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (maddə 220.4). Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı payahüququnu itirir (maddə 220.5). Mülki Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (maddə 220.6). Qeyd olunan normalardan görünür ki, mülki qanunvericilik ümumi paylı mülkiyyətdə olan əmlakın hərracdan satılaraq paylı mülkiyyətçilər arasında bölünməsi qaydasını mərhələli formada müəyyən etmişdir. Həmin qaydaya görə ümumi paylı mülkiyyətdə olan əmlakın bölünməsini tələb edən paylı mülkiyyətçi əvvəl ümumi əmlakdan payının ayrılması tələbi i rəli sürə bilər, payın ayrılması mümkün olmadıqda, payının əvəzinə digər mülkiyyətçilər tərəfindən ona kompensasiya ödənilməsini tələb edə bilər və yalnız digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsindən imtina olunduqda, mülkiyyətçi əmlakın hərracdan satılması və əldə olunan pulun paylara uyğun bölünməsi tələbini irəli sürə bilər. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı işdə də Mülki Məcəllənin 220.6-cı maddəsinin bütün dispozitiv şərtləri mövcuddur. Belə ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(004)-691/2019 saylı qətnaməsindən görünür ki, mübahisəli mənzilin naturada bölünməsi mümkün deyildir. Eyni zamanda məhkəmə baxışı zamanı cavabdeh bildirmişdir ki, onun iddiaçının payına uyğun olaraq bir dəfəyə kompen sasiya ödəməyə maddi imkanı yoxdur. O, yalnız hissəhissə olmaqla 5-6 il ərzində iddiaçıya kompensasiya ödəyə bilər. İddiaçı isə hissə-hissə kompensasiya verilməsinə razı olmadığını bildirmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı paylı mülkiyyətində olan mənzilin açıq hərracdan satılmasını tələb etməkdə haqlıdır. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərə dair apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, onun maddi və əmlak vəziyyəti iddiaçının Mülki Məcəllənin 220-ci maddəsində təsbit olunmuş hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. Cavabdehin mübahisəli mənzildə istifadə hüququnun olması isə mübahisənin həllinə heç bir təsir etmir. Çünki, onun mübahisəli mənzildə istifadə hüququndan da üstün olan paylı mülkiyyət hüququ mövcuddur ki, mülki qanunvericilik də ümumi paylı mülkiyyətdə olan əmlakın hərracdan satılaraq paylı mülkiyyətçilər arasında bölünməsi qaydasını mərhələli formada müəyyən etmişdir. Hazırki işdə də yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 220-ci maddəsinin bütün dispozitiv şərtləri mövcuddur. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkə mə kollegiyası Qərara alır: Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-1084/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar