Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4030/2025 03.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X8 qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): əsassız varlanma, əsassız varlanmadan irəli gələn tələb, qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisiallığı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X8 qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1439/2025 nömrəli, 2 oktyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 3 fevral 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Azərbaycan Respublikası Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 1096 nömrəli, 5 iyul 2013-cü il tarixli Sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində salınmış ticarət cərgəsindəki 150 kv metr torpaq sahəsində X3 tərəfindən inşa ediləcək mağazanın yerləşdirilməsinə (lahiyələndirilməsinə) icazə verilməsi, Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə inşaat pasportunun hazırlanmasının təmin edilməsinin tapşırılması, Bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsas olduğunun sifarişinin nəzərinə çatdırılması, layihələndirilmə başa çatdıqdan sonra müvafiq qaydada razılaşdırılaraq təsdiq edild ikdən və torpaq sahəsinin ayrılması rəsmiləşdirildikdən sonra tikintiyə icazə alınması üçün aidiyyəti üzrə müraciət olunması və Sərəncamın icrasına nəzarət Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının müavininə həvalə edilməsi qərara alınmışdır;
2. Azərbaycan Respublikası Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 1086 nömrəli, 15 iyul 2013-cü il tarixli Sərəncamının surətindən görünür ki, Gəncə şəhəri Ə.Əliyev və Şəhriyar küçələrinin kəsişməsindəki 75,0 kv metr torpaq sahəsində İddiaçı tərəfindən inşa ediləcək “Gözəllik salonu”nun yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi, Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə inşaat pasportunun hazırlanmasının təmin edilməsinin tapşırılması, bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsas olduğunun sifarişçinin nəzərinə çatdırılması, layihələndirilmə başa çatdıqdan sonra müvafiq qaydada razılaşdırılaraq təsdiq edildikdən və torpaq sahəsinin ayrılması rəsmiləşdirildikdən sonra tikintiyə icazə alınması üçün aidiyyəti üzrə müraciət olunması və Sərəncamın icrasına nəzarətin Nizami Rayon İcra Hakimiyyəti Başçısının müavininə həvalə edilməsi qərara alınmışdır; 3. 20 dekabr 2020-ci il tarixli, 8İ-3573 reyestr nömrəli, **********573 nömrəli notarial qaydada təsdiq edilmiş ərizədə İddiaçı qeyd etmişdir ki, X8 8000 ABŞ dolları və 15000 manat pul vermişdir. Həmin məbləğdən 6276 (altı min iki yüz yetmiş altı) manat X6 qohumları tərəfindən ona ödənilmişdir. Odur ki, ona ödənilmiş 6276 (altı min iki yüz yetmiş altı) manat pulla bağlı heç bir şikayət və tələbi yoxdur. Gələcəkdə də o lmayacaq. Yuxarıda göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir; 4. 3 avqust 2022-ci il tarixli, 8İ-2649 reyestr nömrəli, **********649 nömrəli notarial qaydada təsdiq edilmiş ərizədə İddiaçı qeyd etmişdir ki, X8 8000 ABŞ dolları və 15000 manat pul vermişdir. Həmin məbləğdən 6276 (altı min iki yüz yetmiş altı) manat X6 qohumları tərəfindən ona ödənilmiş və ödənilmiş 6276 (altı min iki yüz yetmiş altı) manat pulla bağlı heç bir şikayəti və tələbi olmadığına dair xx.xx.2020-ci ildə Gəncə şəhəri 2 saylı notariat ofisində 8İ-3573 saylı reyestrlə təsdiq edilmiş ərizə vermişdir. Sonradan 15000 (on beş min) manat puldan isə X6 qohumları tərəfindən ona yalnız 3000 (üç min) manat pul ödənilmişdir. Odur ki, bu günkü tarixdə X6 ona olan borcu 12000 (on iki min) manat təşkil edir.
5. Gəncə Ağır Ci nayətlər Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli 1(100)-34/2022 nömrəli hökmündən görünür ki, X1 şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 27 iyun 2012-ci ildən Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti bölməsinin müdiri vəzifəsində işləyən X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, 2013-cü ilin iyul ayında Gəncə şəhəri, Nizami rayonu, Ə.Əliyev və Şəhriyar küçələrinin kəsişməsində yerləşən ərazidə 75 kv metr ölçüdə dövlət mülkiyyətində olan torpaq sahəsini Gəncə şəhər sakini İddiaçı adına sənəd ləşdirilməklə istifadəsinə verilib sonuncunun orada aparacağı tikintiyə İcra hakimiyyətində müvafiq rəy verilməklə sənədləşdirmə aparılıb icazə verilməsi üçün Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı kimi özünə və Əli Rüstəmliyə xidməti vəzifələrinin icrası ilə əlaqədar İddiaçı xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla şəxsən 7000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirib, həmin məbləğin rüşvət qismində verilməsinə İddiaçı razılığını alaraq özləri barəsində onda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək onunla sövdələşib, həmin niyyətlə İddiaçı Əli Rüstəmli vasitəsilə sonuncunun Gəncə şəhəri, Heydər Əliyev adına meydanda yerləşən Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasındakı xidməti otağında 6 iyul 2013-cü il tarixdə 8000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 6276 manat məbləğində pul vəsaitini alıb, həmin pul vəsaitini Əli Rüstəmli ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, səlahiyyəti olmadığı halda Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısı kimi Gəncə şəhəri, Nizami rayonu, Ə.Əliyev və Şəhriyar küçələrinin kəsişməsində yerləşən ərazidə 75 kv metr torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilməsi haqqında tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək rəsmi sənəd sayılan 916 nömrəli 25 iyun 2014-cü il tarixli sərəncam verməklə, Əli Rüstəmli ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə saxtakarlığı törətmiş, ümumilikdə qeyd edilən qaydada Əli Rüstəmli ilə qabaqcadan əl bir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə İddiaçı 6276 manat məbləğində - xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar İddiaçı xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla şəxsən maddi nemətin rüşvət qismində verilməsinə Əli Rüstəmli ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində İddiaçı təkrarən təhrik etmişdir;
6. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli 1(100)-34/2022 nömrəli hökmü ilə X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4, 312.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib CMnin 66.3 və 66.4-cü maddələrinə əsasən qəti olaraq 3 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdehə 8000 ABŞ dolları və 15000 manat pul vermişdir. Cavabdeh onu aldatdığından onun barəsində Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiya İdarəsində barəsində cinayət işi aparılan zaman onun qohumları tərəfindən ona cavabdehə verdiyi 8000 ABŞ dolları pulun ona verdiyi məzənnəyə uyğun olaraq 6276 manat pul və 15000 manat puldan isə 3000 manatı qaytarılmışdır. Buna dair onun tərəfindən cavabdehin qohumlarına səlahiyyətli orqanların adına yazılmış ərizə verilmişdir. Həmin ərizəni iddia ərizəsinə əlavə etmişdir. Cavabdeh dəfələrlə onu aldatmış və ona olan borcunu ödəməmişdir. Bu baxımdan cavabdehə verdiyi pulun qaytarılması cavabdeh və onun yaxın qohumları tərəfindən təmin edilmədiyindən məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. O, özü ahıl və xəstə olduğundan həmin pulları özünün qocalığı üçün toplamış, lakin, cavabdeh isə həmin pulları ondan aldadaraq aldığından o, cavabdehin barəsində şikayət etdikdən sonra cavabdehin qohumları tərəfindən ərizəsində də göstərdiyi kimi o na qeyd etdiyi məbləğdə qaytarmışlar. Lakin, hazırda ona olan cavabdehin borcu tam ödənilməmişdir.
9. Cavabdeh iddia tələbini qəbul etməyərək məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə vermiş və iddiaya etirazında bildirmişdir ki, iddiaçı tərəfindən cavabdehə yalnız 8000 ABŞ dolları məbləğində pul verilmiş və həmin pul iddiaçıya geri qaytarılmışdır. Bu fakt Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmündə də öz əksini tapmışdır. Qalan məbləğin verilməsi istintaqla müəyyən edilməmişdir. Eyni zamanda iddiaçı həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmamışdır. O cümlədən 15000 manat məbləğində pulun iddiaçı tərəfindən cavabdehə verilməsi sübut olunmamışdır. Həmçinin pul verilmiş olsaydı belə pulun verilməsi 2013-cü ilin iyun ayında baş verdiyindən həmin pulun qaytarılması ilə bağlı iddia müddəti ötürülmüşdür. Odur ki, iddia ərizəsi iddia müddəti ötürülərək verildiyindən və iddia tələbi sübuta yetirilmədiyindən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir.
10. Gəncə Şəhər Məhkəməsinin 16 iyul 2024-cü il tarixli 2(125)-574/2024 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov) İddiaçı cavabdeh X8 qarşı “pul və əmlak” tələbinə dair iddiasının rədd olunması, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.
11. Məhkəmə ilk öncə iddia tələbinin uğurluluğu baxımdan qeyd etmişdir ki, iddiaçı cavabdehə mağaza tikintisi üçün icazənin verilməsi məqsədilə rüşvət qismində verdiyi 15000 manatdan qalıq qalan 11000 manat məbləğində pulu qaytarmalı olduğunu iddia etsə də, sübutetmə vəzifəsinin bölgüsü baxımınd an iddiaçı tərəfindən cavabdehə pulun verildiyini və verilən pulların məbləğini sübut etmək yükü qanunla iddiaçının üzərinə düşür. Lakin, iddiaçı həmin pulların məbləğini, cavabdehə verilməsinə dair sübutları iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı iddianı təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-34/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmündə də iddiaçının cavabdehə 2013-cü ildə mağaza tikintisi üçün rüşvət qismində 15000 manat məbləğində pulu verməsi epizodu öz əksini tapmamışdır.
12. Bundan başqa iddia tələbinin hüquqi əsası baxımından məhkəmə qeyd etmişdir ki, iddiaçının iddiasında iddia etdiyi, yəni onun tərəfi ndən 15000 manat məbləğində pulun cavabdehə verilməsinin heç bir hüquqi və müqavilə əsası olmadığından tərəflər arasında olan münasibət əsassız varlanma kimi qiymətləndirilməli və mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı normaları tətbiq olunmalıdır.
13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mövcud iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Hazırkı iş üzrə iddia müddətinin axımının dayandırılmasına səbəb olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379-cu maddəsində qeyd edilmiş hallar müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia müddətinin axımının iddiaçının qeyd etdiyi kimi pulun verildiyi 2013-cü ilin iyun ayından hesablanmağa başlaması nəzərə alındıqda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, qanunla müəyy ən edilmiş iki illik iddia müddətini ötürmüşdür.
14. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1, 372.2, 373.1, 373.2, 373.3, 373.4, 374.1, 374.2, 373.5, 375.1, 375.2, 377.1, 377.2, 1091.1, 1091.2, 1092.2, 1092.1.1, 1092.1.2, 1092.3 və 1095-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətinin bir sıra dəlilləri iddia ərizəsinin dəlilləri və iddiaçının birinci instansiya məhkəməsində verdiyi izahatı ilə eynilik təşkil etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının po zulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə əsassız olaraq iddia müddətinin keçməsi əsası ilə iddia tələbini rədd etmişdir. İlk dəfə məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh tərəf 2020-ci ildə ona 6276 manat, bir müddət sonra isə 4000 manat pul qaytarmışdır. İddia ərizəsi məhkəmənin icraatında olanda isə cavabdeh 1500 manat pulu qaytarmışdır. Bununla da cavabdeh borcu etiraf etmişdir. Nəticədə iddia müddətinin axımı kəsilmişdir.
9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1879/2024 nömrəli mülki iş üzrə 19 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Günay Cavadova və Loğman Süleymanov) iddiaçı tərəfindən verilmi ş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı işdə Mülki Məcəllənin 1091-ci maddəsinin dispozitiv şərtlərinin mövcudluğu sübut olunmamışdır. İddiaçı cavabdehə mağaza tikintisi üçün icazənin verilməsi məqsədilə 15000 manat verdiyini və həmin məbləğdən ümumilikdə 4000 manat məbləğini geri qaytardığını bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, qanuni qüvvədə olan hökmlə müəyyən edilmiş hallara əsasən iddiaçının cavabdehə 2013-cü ildə mağaza tikintisi üçün 15000 manat məbləğində pul verməsi epizodu öz təsdiqini tapmamışdır.
12. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş hökmlə iddiaçının tələbində əsaslandırdığı halların müəyyən edilməməsi hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır və həmin halın məhkəmə tərəfindən yenidən araşdırılmasına zərurət yoxdur.
13. İddiaçı tərəfin “cavabdehə 8000 ABŞ dolları və 15000 manat pul verməsi, həmin məbləğdən 6276 manat ona ödənilməsi və sonradan 15000 manat puldan isə cavabdehin qohumları tərəfindən ona 3000 manat pul ödənilməsi halının cavabdehin borclu olmasına dəlalət etməsi” barədə arqumentlərinə hüquqi qiymət verərək qeyd etmişdir ki, həmin arqumentlər əsassızdır. Belə ki, iddiaçının göstərdiyi həmin hal başqa sübutlarla təsdiq olunmamışdır. Hə mçinin məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında həmin halı təkzib etmişdir.
14. Apellyasiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091 və 1092-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
15. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1091-ci maddəsinin dispozitiv şərtlərinin mövcudluğunun sübut olunmadığı qənaətinə gələrək, qeyd etmişdir ki, iddiaçı cavabdehə mağaza tikintisi üçün icazənin verilməsi məqsədil ə 15000 manat verdiyini və həmin məbləğdən ümumilikdə 4000 manat məbləğin geri qaytarıldığını bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Apellyasiya məhkəməsi qərəzli olaraq qətnaməsində iddiaçının ikinci ərizəsini göstərməmişdir. Amma birinci instansiya məhkəməsinin qətnaməsində məhkəmə bu ərizəyə də istinad etmişdir. Bundan başqa hökmdən aydın görünmüşdür ki, cavabdeh həmin vəzifədə işləyərkən bir çox insanları aldadaraq torpaq sahəsi verilməsi barədə sərəncam verilərkən onlardan pul almışdır. Apellyasiya məhkəməsi qərəzli olaraq ərizədə iddiaçının cavabdehə 8000 ABŞ dolları və 15000 manat pul verdiyini göstərməsini qeyd etməmişdir. Ərizədə yalnız 6276 manat pulun cavabdeh tərəfindən qaytarıldığı, ödənilmiş həmin pulla bağlı iddiaçının heç bir şikayət və tə ləbinin olmadığı qeyd edilmişdir. Cavabdeh həbs edildiyi üçün onun qohumları zərərçəkəndən barışıq ərizəsi almışlar (ərizədə bu barədə göstərilmişdir). Cavabdehin qohumları ərizədə göstərilən 15000 manat pula dair etirazlarını bildirməmişlər, əksinə iddiaçıya söz vermişlər ki, pul düzəldən kimi 15000 manatı da qaytaracaqlar. Bundan xeyli sonra 2022-ci ilin avqust ayında onlar cavabdehə əlavə 3000 manat pul qaytarmışlar. Bu fakt iddiaçının ikinci ərizəsindən təsdiq edilmişdir. İddiaçı 80 yaşında gözdən birinci dərəcəli əlildir. Qeyd edilən ərizələr də cavabdeh tərəfə lazım olduğu üçün onlar notariat kontorunda təsdiq etdirmişlər. Apellyasiya məhkəməsi isə ərizəni sübut kimi qəbul etməyərək göstərmişdir ki, ərizə iddiaçı tərəfindən verilmişdir. Apellyasiya məhkəməsi göstərmişdir ki, hökmlə müəyyən edilmiş hallara əsasən iddiaçının cavabdehə 2013-cü ildə mağaza tikintisi üçün 15000 manat məbləğində pul verməsi epizodu öz təsdiqini tapmamışdır. Bununla belə Ağır Cinayətlər Məhkəməsinin iddiaçının birinci ərizəsi əsasında hökm çıxarmasını qəbul etmişdir. Apellyasiya məhkəməsinin sorğusu əsasında alınmış cavabdeh barədə cinayət işində olan iddiaçının ərizəsində (həmin vaxt zərərçəkmiş) və “Sübutlara qiymət verilməsi barədə” Qərarda onun cavabdehdən 8000 ABŞ dolları və 15000 manat pul tələbi olduğu qeyd edilmişdir. Hökmdə 15000 manat pulun verilib-verilməməsi barədə heç bir söz yazılmamışdır, məhkəmə bu epizoda münasibət bildirməmişdir. İddia ərizəsini məhkəməyə verəndə iddiaçı əvvəldən 12000 manat tələbi qoymuşdur. İddiaçı cavabdehə onu məhkəməyə verəcəyini bildirəndə cavabdeh ona 1000 manat pul göndərmişdir. Ona görə də iddianın məbləğini iddiaçı 11000 manat göstərmişdir. Göstərilən bu səbəblərdən birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsində qeyd edilmişdir ki, iddiaçının göstərdikləri ağlabatan olduğuna görə nəzərə alınmalı, cavabdehdən 11000 manat alınaraq iddiaçıya qaytarılmalıdır. xx.xx.2024-cü il tarixdə eyni hakim yenidən həmin iddiaya baxarkən iddia müddətinin keçməsi səbəbindən qeyri-qanuni olaraq iddianı rədd etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən yenidən iddiaçıya 1500 manat pul vermişlər. İddiaçı son dəfə 9500 manat pul tələb etmişdir. İddiaçının verdiyi apellyasiya şikayətinə baxılarkən məhkəmə qətnaməsində qeyd etmişdir ki, iddiaçının arqumentləri əsassızdır, sübutlarla təsdiq edilməmişdir. Ona görə də şik ayəti təmin etməmişdir. Həmin şikayətə baxılarkən iddia müddətinin keçməsi barədə məsələ müzakirə predmeti olmamışdır. Beləliklə, məhkəmə qeyri-qanuni, əsassız qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsində MPM-in 82.4-cü maddəsinə istinad edərək göstərmişdir ki, müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir. Buna əsasən hökmdə 15000 manat pul barədə epizodun olmadığına əsaslanaraq məhkəmə bu məbləğ barədə sübutun olmadığını göstərmişdir. Əslində hökmdə 15000 manat pulun verilib-verilməməsi barədə heç bir söz yazılmamışdır. Bu o demək deyil ki, iddiaçı cavabdehə bu pulu verməmişdir. Bir halda ki, bu pulun barəsində heç nə y azılmayıb, bununla əlaqədar həmin hökmün preyudisial əhəmiyyəti yoxdur. İddiaçı ona görə də 15000 manata dair mülki qaydada iddia ərizəsi vermişdir.
17. İddiaçı şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-1069/2025 saylı qərarı ilə (Vüsalə Baxışova (məruzəçi), hakimlər – Zaur Əliyev və Zəki Babayev) kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1879/2024 nömrəli, 19 noyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
19. Kassasiya instansiyası məhkəmə si gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən həm MM-nin 1095-ci maddəsində nəzərdə tutulmuş iki illik iddia müddətinin ötürüldüyünə, həm də iddianın əsaslı olduğunun, yəni iddiaçı tərəfindən 15000 manat pulun cavabdehə verildiyinin sübutlarla təsdiq edilmədiyinə istinad etmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlasa da, qətnamənin əsaslandırıcı hissəsində iddia müddətinin keçdiyini qeyd etməmiş, iddiaçı tərəfindən cavabdehə 15000 manat məbləğində pulun verilməsi barədə epizodun Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-34/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmündə öz əksini tapmadığına əsaslanaraq MPM-nin 82.4-cü maddəsinə əsasən həmin hökmün hazırkı mübahisə üzrə preyudisial xarakter daş ıdığını, buna görə də iddianın təmin edilməli olmadığını qeyd etmişdir. İddia tələbinin qanuni əsası kimi yalnız əsassız varlanma ilə bağlı normalara istinad edilmiş, iddiaçının tələbi delikt nəticəsində vurulmuş zərərin ödənilməsinə dair münasibətləri tənzimləyən normalar əsasında yoxlanılmamışdır.
20. Mübahisəni həll etmiş birinci instansiya məhkəməsi tərəfindən qətnaməsində hazırkı tələblə bağlı iddia müddətinin ötürüldüyü qeyd edildiyindən və bu qətnamə yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanıldığından maddi hüquq normalarının tətbiqində səhvə yol verildiyi müəyyən edilir.
21. Ali Məhkəmə eyni zamanda hesab etmişdir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-34/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmünün hazırkı iş üzrə preyudusial xarakter daşıyan məhkəmə aktı olub-olmadığına qiymət verilməsi üçün Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinin dispozisiyasındakı şərt mövcud olmalı idi. Həmin normada qeyd edilir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni əgər hökmdə iddiaçı tərəfindən cavabdehə 15000 manat məbləğində pul vəsaitinin verilməsi epizodu ilə bağlı araşdırma aparıldığı və bu faktın təsdiq edilmədiyi qeyd edilsəydi o zaman bu hökm mübahisənin həlli üçün preyudisial xarakter daşımış olardı. Hazırkı halda apellyasiya instansiyası məhkəməsi hökmün hansı hissəsinin preyudisial xarakter daşıdığı əsaslandırmamışdır.
22. Gəncə Ağır Ci nayətlər Məhkəməsi tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin sorğusu əsasında təqdim edilmiş “sübutların qiymətləndirilməsi” haqqında qərardan görünür ki, İddiaçı şahid qismində istintaq orqanına ifadə verərkən X8 8000 ABŞ dollarından əlavə eyni zamanda 15000 manat pul verdiyini göstərmişdir.
23. İş materiallarına əlavə edilmiş hökmdə İddiaçı tərəfindən təqdim edilmiş ərizəyə istinad edilərək X9 tərəfindən 6276 manat məbləğin zərərçəkənə ödənildiyi qeyd edilmiş, bu hal X8 cəza təyin edilərkən məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınmışdır. Hökmdə ərizənin tarixi xx.xx.2020-ci il göstərilsə də, hazırda iddiaçının iddia ərizəsinə əlavə etdiyi ərizələrin tarixləri xx.xx.2020-ci il və xx.xx.2022-ci ildir.
24. Belə olan halda iddiaçının iddia ərizəsinə əlavə etdiyi ərizə ilə Gənc ə Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş ərizənin eyni olub-olmadığı (ərizənin tarixinin hökmdə texniki səhvə yol verilərək yanlış qeyd edildiyi ehtimal edilərək) tərəflərlə müzakirə edilərək araşdırılmalı, tərəflərin vəsatəti olarsa cinayət işi materiallarına əlavə edilmiş ərizənin surətinin təqdim edilməsi üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə sorğu verilməlidir.
25. Məhkəmə tərəfindən cinayət işi üzrə təqdim edilmiş ərizənin iddia ərizəsinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli ərizə ilə eyni olduğunun müəyyən edilməsi ilə iddiaçının X8 yalnız ödənilmiş 6276 manat pulla bağlı hər hansı şikayət və tələbi olmadığı, 15000 manat məbləğlə bağlı isə tələbindən imtina etmədiyi təsdiq edilə bilər.
26. Ali Məhkəmə eyni zamanda hesab etmişdir ki, iddia tələbinin əsaslı olubolmadığına obyekt iv qiymət verilməsi üçün məhkəmə tərəfindən bu ərizənin cinayət işi üzrə araşdırma zamanı kim tərəfindən təqdim edilməsinin araşdırılması da əhəmiyyətlidir. Kassasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, bu ərizələri cavabdehin qohumları ondan barışıq və ödədikləri məbləğin təsdiqi üçün ondan almışlar. Sözügedən ərizə cavabdeh tərəfindən məzmununa hər hansı etiraz bildirilmədən cinayət işi üzrə zərərçəkənlə barışığı təsdiq edən sübut qismində təqdim edilmişsə bu hal tərəflərlə müzakirə edilməklə cavabdehin iddiaya etirazının dəlilləri məhkəmə tərəfindən yenidən qiymətləndirilməlidir.
27. Ali Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1, 1092.2, 1095, 1096.1, 1096.2, 1097.1, 373.1 və 377.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 217.2 və 407.2-ci maddələrinə istinadən əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
28. İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər.
29. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1439/2025 nömrəli mülki iş üzrə 2 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Mamedov (sədrlik edən və məruzəçi), R.Məcidov və A.İsgəndərova) apellyasiya şikayəti təmin edilməyərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)-574/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
30. Apellyasiy a məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb yalnız işin hallarına uyğun olaraq müvafiq qiymətləndirmə nəticəsində bu şərtlər mövcud olduğu təqdirdə təmin edilə bilər. Hazırki işin hallarından isə cavabdeh tərəfindən iddiaçıdan qeyd olunan 8000 ABŞ dollarından əlavə 15000 manat pulun alınması faktı iş materiallarında olan sübutlarla təsdiq edilmir. Həmçinin cavabdeh də bu faktı qəbul etmir. İddiaçı isə onun tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, 8İ-3573 reyestr nömrəli və xx.xx.2022-ci il tarixli, 8İ-2649 reyestr nömrəli notarial qaydada təsdiq edilmiş ərizələrə istinad edərək iddia tələbinin təmin olunmasını tələb edir. 31. xx.xx.2020-ci il tarixli, 8İ-3573 rey estr nömrəli notarial qaydada təsdiq edilmiş ərizənin cavabdeh tərəfindən məzmununa hər hansı etiraz bildirilmədən cinayət işi üzrə zərərçəkənlə barışığı təsdiq edən sübut qismində olub-olmamasına münasibətdə qeyd edir ki, iddiaçı heç sözü gedən cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmamışdır. İddiaçı bu statusu daşımadığından, cinayət mühakimə icraatında onunla təqsirləndirilən şəxs (cavabdeh) arasında barışığın əldə olunması hüquqi cəhətdən mümkün deyildir. Nəticə etibarilə, sözügedən notarial ərizə cinayət işi üzrə barışığın mövcudluğunu təsdiqləyən sübut kimi hüquqi qüvvəyə malik deyildir və mülki iş üzrə cavabdeh tərəfindən borcun etirafı kimi də qiymətləndirilə bilməz.
32. Məhkəmə hesab etmişdir ki, “ərizə” məzmun etibarilə müraciət, bəyanat və ya məlumat xarakterli yazılı s ənəd olub, adətən şəxsin müəyyən orqana və ya digər şəxsə yönəltdiyi iradə ifadəsini əks etdirir. Bu mənada, iş materiallarında olan 20 dekabr 2020-ci il tarixli, 8İ-3573 saylı və 3 avqust 2022-ci il tarixli, 8İ-2649 saylı notarial qaydada təsdiqlənmiş ərizələr İddiaçı birtərəfli iradə bəyanatı olmaqla, onların məzmunu cavabdeh tərəfindən imzalanmamış, təsdiqlənməmiş və qəbul edilməmişdir. Buna görə də qeyd olunan ərizələr cavabdehə münasibətdə hüquqi öhdəlik yaradan və ya onun borcunu etiraf edən sənəd kimi hüquqi qüvvəyə malik deyildir və yalnız iddiaçının subyektiv mövqeyini əks etdirən məlumat xarakterli sənəd hesab edilməlidir.
33. İddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşsə də, iddiaçı öz tələblərini sübuta yetirə bilmədiyi üçün birinci instansiya məhkəməsi iddianı rə dd etməkdə düzgün nəticəyə gəlmişdir.
34. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 21.1, 21.2, 386.1, 1096.1, 1096.2 və 1097.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 88 və 217.3-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin 2 oktyabr 2025-ci il tarixli 2(104)-1439/2025 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsində göstərilmişdir ki, iddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmamışdır. Söz ügedən notarial ərizə cinayət işi üzrə barışığın mövcudluğunu təsdiqləyən sübut kimi hüquqi qüvvəyə malik deyildir və mülki iş üzrə cavabdehin borc etirafı kimi də qiymətləndirilə bilməz. hökmdə həmin ərizə əsasında təqsirləndirilən şəxsin zərərçəkənlə barışması və zərərin ödənilməsi yüngülləşdirici hal kimi göstərilmişdir. Bu da cəza təyin edilərkən nəzərə alınmışdır.
37. Bundan başqa apellyasiya məhkəməsi hesab etmişdir ki, “ərizə” məzmun etibarilə müəyyən orqana və ya digər şəxsə yönələn iradə ifadəsidir. Yəni sözügedən ərizələr iddiaçının birtərəfli iradə bəyanatı olmaqla cavabdeh tərəfdən imzalanmamış, təsdiqlənməmiş və qəbul edilməmişdir. Əvvəla notariat ofisində ziyanın ödənilməsi barədə barışıq ərizələri bir tərəfli qaydada təsdiq olunur. Bu qaydada təsdiq edilmiş ərizələri bütün məhkəmələr qəbul edir. Necə ki, Gəncə Ağır Cinayətlər məhkəməsi də onu cavabdeh tərəfindən qəbul edilmiş ərizə kimi tanımışdır. Əks təqdirdə cavabdeh tərəf ərizəni məhkəməyə təqdim etməzdi. Cavabdeh ərizədə göstərilənlərlə razılaşmış və ona etirazını bildirməmişdir. Notarius heç vaxt pulun ödənilməsi barədə ikitərəfli qaydada imzalanmış ərizələri təsdiq etmir, yalnız borc müqaviləsini təsdiq edir. O da ancaq borc pul onun depozitinə qoyularsa. Apellyasiya məhkəməsi nəticədə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.
38. Birinci instansiya məhkəməsi iki illik iddia müddətinin keçməsi səbəbi ilə iddianı təmin etməmişdir. Kassasiya instansiyasının qərarında isə qeyd edilmişdir ki, iddia müddətinin keçib-keçmədiyinin müəyyənləşdirilməsi üçün ilk növbədə hüquq pozuntusu faktının mövcudluğu və bu pozuntunun hansı tarixdən başlandığı müəyyən edilməlidir. Əgər hüquq pozuntusu faktı təsdiq olunmazsa mübahisə üzrə iddia müddətinin tətbiqi istisna olunur. Apellyasiya məhkəməsi hər vəchlə cavabdeh tərəfindən iddiaçıdan 15000 manat rüşvətin alınmadığını, yəni hüquq pozuntusunun olmadığını sübut etməyə çalışmış, eyni zamanda müddətin ötürüldüyünü qəbul etmişdir. Əslində isə mübahisəyə kassasiya məhkəməsinin göstərişinin əksinə olaraq yalnız əsassız varlanma kimi yanaşılsa da müddət ötürülməmişdir. Cavabdeh tərəf 2022-ci ildə 15000 manat pulun 3000 manatını, iddiaçı məhkəmədə iddia qaldıran zaman isə 1000 manatını qaytarmışdır. Beləliklə, MMnin 380.1-ci maddəsinə əsasən iddia müddətinin axımı kəsilmişdir. Təkcə bir faktın mövcudluğu cavabdeh tərəfindən 15000 manat pulun alındığını göstərən mötəbər sübutdur. Belə k, məhkəmələr 75 kv metr torpaq sahəsinə görə cavabdehin iddiaçıdan 8000 ABŞ dolları almasını qəbul edirlər. Bəs onda cavabdeh nəyə görə 150 kv metr torpaq sahəsini iddiaçıya pulsuz verməli idi. Halbuki, hökmdən aydın görünür ki, cavabdeh həmin vəzifədə işləyərkən bir çox insanları aldadaraq torpaq sahəsi verilməsi barədə sərəncam verilərkən onlardan külli miqdarda pul almışdır. Necə ola bilər ki, o, iddiaçıya 75 kv metr torpaq sahəsi verəndə pul alır, amma Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində iddiaçıya verdiyi 150 kv metr torpaq sahəsinə görə ondan pul almır. Bundan başqa kassasiya instansiya məhkəməsinin də qeyd etdiyi kimi Gəncə Ağır Cinayətlər məhkə məsinin təqdim etdiyi” sübutların qiymətləndirilməsi” haqqında qərardan görünür ki, iddiaçı şahid qismində məhkəmədə ifadə verərkən cavabdehə 8000 ABŞ dollarından əlavə eyni zamanda 15000 manat pul verdiyini göstərmişdir. Beləliklə apellyasiya instansiya məhkəməsi qərəzli olaraq ədalətsiz, qeyri-obyektiv qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
40. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
41. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zə rərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
42. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
43. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
44. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
45. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
46. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətb iq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmama sını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq norma larının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
59. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya və kassasiya şikayətlərində, həmçinin işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
60. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınl aşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
61. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlillə ri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 oktyabr 2025-ci il tarixli 2(104)-1439/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.