Məhkəmə qərarları › İş №2(102)-4031/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4031/2019

10.06.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4031/2019 10.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı, vəkili X6, Cavabdeh nümayəndəsi X4 və vəkili X5 iştirakları ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 dekabr 2018-ci tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim F.Babayev, iş № 2( 004)-9446/17)İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, ************************** saylı mənzilin yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab olunması və cavabdehin həmin mənzildən çıxarılması tələbinə dair iddiası təmin edilməmiş, cavabdehin qarşılıqlı iddiası təmin olunaraq mübahisəli mənzilə dair iddiaçı ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynov-sədrlik edən və məruzəçi, X.Cəmilova və İ.Xəlilov, iş № 2(103)-2708/18) İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9446/2017 saylı iş üzrə 22 dekabr 2017-ci il tarixli qətn aməsi qarşılıqlı iddianın təmin olunması hissəsində dəyişdirilmiş, Bakı şəhəri, ************************** saylı mənzilə dair bağlanmış AN - İ seriyalı, ******* saylı, 03.06.2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilmiş 20100 (iyirmi min yüz) manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi və alqı-satqı müqaviləsinin etibarsızlığının nəticələri ilə pulun ödənilməsinin eyni vaxtda icra olunması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər A.İsgəndərov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov, İ.Dəmirov 2(102)-5858/17) İddiaçı və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 aprel 2018-ci il tarixli, 2(103)-2708/18 saylı qətnaməsi ləğv edilmiş və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2018-ci tarixli qətnaməsi ilə (hakimlər:N.Cəfərov (sədrlik edən və məruzəçi), Ş.Məmmədova, V.Həsənov; 2(103)-11280/2018) İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin saxlanılmışıdır. 22 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən İşin halları İddiaçı Cavabdeh qarşı məhkəmə iddia ərizəsi ilə müraciət edərək cavabdehin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi və cavabdehin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 03.06.20 16-cı il tarixdə ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin alqı-satqı müqaviləsini bağlamışlar. Mənzilə görə 20100 manat məbləğində pul vəsaitini bankda açılan hesab vasitəsi ilə cavabdehə ödəmişdir. Hazırda mənzilə dair mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmaqla, mənzilin çıxarışını almışdır. Cavabdeh mənzildə qeydiyyatda qalmış və mənzildə yaşamaqda davam edir. Cavabdeh sözü gedən mənzildə istifadə hüququnun itirmiş hesab edilməsi və mənzildən çıxarılmasını xahiş etmişdir. Məhkəmədə işə baxılarkən İddiaçı iddia ərzəsindən fərqli izahat verərək tələbini onunla əsaslandırmışdır ki, üçüncü şəxs X10 və ailəsi ilə əvvəllər münasibətləri yaxşı olmuş, sonradan münasibətləri pisləşmişdir. Belə ki, 2014-cü ilin axırlarında oğluna ev almaq üçün Bankdan 78000 ABŞ dolları - 60000 manat kredit götürmüşdür. Oğlu ona bildirmişdir ki, E6 oğlu A6 şirkət yaratmaq istəyir və həmin həmin şirkətə şərik olmaq istəyir, bununla bağlı ona pul lazımdır. Hesab edir ki, buna oğlunu, E6 oğlu A6 təhrik etmişdir. İddiaçı bankdan götürdüyü 60000 manatı 2014-cü ilin axırlarında A6ə borc vermiş, sonra ona məlum olmuşdur ki, şirkət açmaq məsələsi yalan imiş, şirkət həmin dövrdə bağlanmışdır. A6, iddiaçının Bankdan götürdüyü kredit borcundan bir il ərzində hər ay təxminən 1000-2000 manat pulu ödəmiş, qalanı hissəsini mənimsəmişdir. Daha sonra A6in xarici ölkəyə getdiyini eşidərək, atası E6a müraciət etmişdir. E6 bu işin oğluna aid olduğunu bildirmişdir. Təxminən bir il də keçəndən sonra borcu ödəmədiyi üçün polis orqanlarına ərizə ilə müraciət etmiş, ona məlum olmuşdur ki, ondan başqa al tı nəfər də A6 barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Bununla bağlı A6 barəsində cinayət işi açılmış, bir ildən sonra A6 Gürcüstanda tutularaq ölkəyə gətirilmişdir. A6 barəsində istintaq aparıldığı zaman, E6 ona qaynanasına məxsus Bakı şəhəri, ************************* saylı mənzili alqı-satqı yolu ilə ona verməsini təklif etmiş və oğlunun barəsində verdiyi şikayəti geri götürməyini xahiş etmişdir. E6la razılaşmışlar ki, E6 oğlunun ona olan borcunu bir il ərzində ödəyəcək, o, isə evi qaytaracaqdır. Lakin pul qaytarılmadı, iddiaçının həmin mənzilə heç bir marağı yoxdur, A6in ona olan borcun ödənilməsi ilə bağlı həmin evi almışdır. O, daha sonra göstərmişdir ki, evin hazırkı dəyəri 70000-75000 manatdır, evin alqı-satqı müqaviləsini bağladığı zaman evə baxmamışdır, bir neçə il bunda n əvvəl o, evdə yas mərasimində olduğu zaman evin içini görmüşdür. Evin alqı-satqı ilə bağlı E6ın dediyinə görə, qaynanası ilə razılaşdığına inanmış, ona görə də evin mülkiyyətçisi ilə əlaqə saxlamamışdır. E6ın oğlu A6in ona olduğu borcu E6 ödəməyi öhdəsinə götürdüyünü bildirdikdən sonra pulu ondan tələb etmişdir. Mənzilin alqı-satqısı ilə bağlı 20100 manat pulu Banka özü köçürtmüşdür. Hazırda banka olan borcu ödəmək üçün mənzili satmaq istəyir. A6 ona borclu olduğu pulu qaytaracağı halda, mənzili qaytarmağa hazırdır. Ona görə də iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehİddiaçı, üçüncü şəxs ünvan 3 qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, iddiaçı üçüncü şəxs X14 ilə arala rında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra o, qarşılıqlı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X8 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus olan Bakı şəhəri, ******************** saylı mənzil onun kürəkəni E6 verdiyi etibarnamə əsasında özgəninkiləşdirilmişdir. Mənzilin alqı-satqısı barədə ona 11.07.2017- ci il tarixdə aldığı məhkəmə bildirişindən sonra məlum olmuş və bu barədə kürəkəni E6a bildirmişdir. E6 mənzilin formal olaraq İddiaçı adına keçirtdiyini bəyan etmiş və söyləmişdir ki, nəvəsi A6in iddiaçı ya borcu olduğundan mənzili onun adına keçirtmiş, borcu qaytardıqdan sonra mənzili yenidən cavabdehin adına rəsmişlədirəcəkdir. Mənzilin qiyməti təxminən 100 000 manat olduğu halda, onda olan məlumata görə mənzilin alqı-satqısını 20100 manata rəsmişlədirmişlər. Pulu kürəkəni E6 özü banka qoyub, bankdan götürmüşdür. Cavabdeh nəvəsi X7 cavabdehə olan borcun təminatı kimi onun iradəsinə zidd olaraq həmin əqd rəsmiləşdirilmişdir. Bu səbəbdən bağlanmış əqd etibarsız hesab edilməlidir. İlkin iddia tələbi üzrə iddiaçı ziddiyyətli izahat vermişdir. Onun mənzili almaq niyyəti olmamışdır. Hesab edir ki, alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə zidd olaraq bağlanmışdır. İddiaçı qeyd edilən mənzilə baxış keçirməmiş və digər əqdi pərdələmək üçün bu əqdi bağlamışdır. O, evin alınması üçün pulu onun tərəfindən verildiyini bildirsə də bunu sübut edə bilməmişdir. Hesab edir ki, mənzilə dair alqı-satqı müqaviləsi formal bağlandığından etibarsız hesab edilməli və mənzilin çıxarışı ləğv edilməlidir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxs X10 izahat verərək göstərmişdir ki, iddiaçının qeyd etdikləri həqiqətə uyğun deyil. Belə ki, oğlanları dost və qonşu olmaqla, münasibətləri yaxşı olmuşdur. İddiaçı onun oğlundan şirkət açması ilə bağlı ona pul verəcəyi, bunun müqabilində oğlunu həmin şirkətə şərik etməsini xahiş etmişdir. Oğlu A6lə birlikdə iddiaçının oğlu taksi şirkəti yaratmışlar, mübahisəli mənzili Banka ipoteka ilə yüklü edib, Bankdan kredit götürüb avtomobillər almışl ar. Oğlu ilə N6 həmin şirkəti 3-4 ay işlətdikdən sonra ziyana düşmüşlər və şirkət bağlanmışdır. Həmin avtomobillər də Banka olan borca görə cərimə meydançasına aparılmışdır. Şirkət bağlanandan sonra iddiaçı onun oğlundan verdiyi pulu qaytarmasını tələb etmişdir. Oğlu N6 33157 ABŞ dolları pul ödəmişdir. Bu barədə N6 qəbz alınmışdır. Bundan əlavə özü də N6ə 5944 ABŞ dolları pul vermişdir., oğlu ilə birlikdə N6ə cəmi 49000,47 ABŞ dolları pul ödənilmişdir. Borc məsələləri onun xəbəri olmadan həyata keçirilmişdir. N6ə qonşu olduğunu və onun xəbəri olmadan nə üçün oğluna borc verdiyinə görə əsəbləşib, oğlundan pulunu tələb etməsini demişdir. Hətta qonşulardan biri məsələ ilə bağlı 1800 manat banka pulunu ödənilməsi üçün iddiaçıya vermişdir, qalan borcu da hər ay Banka özü ödəməyə başlamışdır. La kin buna baxmayaraq, N6 ondan xəbərsiz oğluna qarşı şikayət ərizəsi yazdırmışdır. X3 sərhəddən keçərkən saxlanıldığını və oğlu barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildiyini bilmişdir. Bundan sonra o, N6lə razılaşmaq üçün onun evinə getmiş, həyat yoldaşına məxsus qızıl-zinət əşyalarını, avtomobili iddiaçıya verərək, şikayətini geri götürməsini xahiş etmiş, lakin bu təkliflərlə iddiaçı razılaşmamışdır. Bundan sonra o, N6ə qaynanasının evini formal olaraq rəsmiləşdirilməsini, borcla bağlı hesablaşdıqdan sonra mənzilin yenidən qaynasının adına keçirməsi barədə razılığa gəlmişlər. Evə görə ödənilən pul N6in şəxsi pulu deyil, onun özü tərəfindən Bankdan götürülmüş puldur. Qaynanası Cavabdeh bildirmədən ondan etibarnamə almış və mənzilin formal alqı-satqısını həyata keçirmişdir. Qaynanası bundan xəbər tutaraq ona zəng etmişdir. Sonra o, N6in böyük qardaşı Ədalətlə əlaqə saxlamış, banka olan borcla bağlı məhkəmənin olmasını, məhkəmənin qərarından sonra nə qədər borc müəyyən olunarsa həmin məbləği banka ödəyəcəyini və N6ə ərizəsini geri götürməsini deməsini xahiş etmişdir. Evlə bağlı məhkəmədən qaynanası bildiriş aldıqdan sonra, qaynı evdə olmuşdur və bu məsələdən nəhayət xəbərləri olmuşdur. Bundan sonra qaynanası və qaynı ilə münasibətləri pisləşmışdır. O, daha sonra göstərmişdir ki, N6lə razılaşdıqdan sonra notariat kontoruna getmiş, orada onlara bildirmişlər ki, alqı-satqı olması üçün 20100 manat pul ödənilməlidir. Bankdan pul götürmüş və alqı-satqı edilməsi üçün pulu ödəmişdir, N6 ona alqı-satqı aparılması ilə bağlı heç bir məbləğ ödəməmişdir. Göstərilənləri nəz ərə alaraq, iddianın rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normlarının pozulması ilə çıxarılmış, işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması nəzərə alınmamış, nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinə etiraz Cavabdeh kassasiya şikayətinə etiraz ver ərək məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı Məhkəməkollegiyasınıniclasındaİddiaçı və vəkili X15 kassasiyaşikayətininməzmununauyğunizahatverərək, şikayətintəminedilməsinixahişetdilər. Məhkəməkollegiyasının iclasında Cavabdeh nümayəndəsi X11 və vəkili X12 apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahişetdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbayca n Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onuniştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması v ə onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, 01250174 nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşə n 448 saylı ümumi sahəsi 45.3 kv.m olan mənzil 27.02.2008-ci il tarixdə Cavabdeh mülkiyyətindədir. X4 ünvan 3 ünvanladığı 02.06.2016-cı il tarixli ərizədən görünür ki, etibarnamə əsasında təmsil etdiyi Cavabdeh adına olan ünvan 2 ünvanında yerləşən 448 saylı mənzili satmaq istəyir. X4 ünvan 3 ünvanladığı 03.06.2016-cı il tarixli ərizədən görünür ki, Cavabdeh adına olan ünvan 2 ünvanında yerləşən 448 saylı mənzili satılmasına dair ona etibarnamə verilmiş, həmin mənzili Cavabdeh əldə edərkən nikahda olmamışdır. AR-1 ********** nömrəli Bakı şəhəri 5 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş etibarnamədən görünür ki, Cavabdeh adına olan əmlakın özgəninkiləşdirilməsinə dair hüquqlarını X9 etibar etmişdir. İş materiallarında olan ********** saylı qəbzdən görünür ki, mənzilin alqı-satqıs ı üçün 20100 manat pul banka köçürülmüş və alınması barədə qəbzdə imza var. X1 ifadəsində göstərmişdir ki, X10 və İddiaçı çox mehriban qonşu olmuşlar. E6la N6 arasında borcla bağlı münasibətlərin pisləşməsindən xəbəri var. Bir gün artıq münasibətlər o dərəcədə pisləşdi ki, E6 mənzili N6ə formal olaraq satmalı oldu. E6 bununla bağlı ondan 13000 ABŞ dolları borc pul verməsini xahiş etmişdir. İstədiyi borc pulu ona vermiş və o, da həmin pulu iki gün sonra qaytarmışdır. O, daha sonra göstərmişdir ki, Cavabdeh öz evini satması barədə heç vaxt heç kəsdən eşitməmişdir. 29 saylı 28.11.2017-ci il tarixli “xxxx” MMC-nin rəyinə əsasən ünvan 4 ünvanında yerləşən 448 saylı mənzilin qiyməti 93 000 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhər 5 saylı notariat kontoru tərəfindən verilmiş AN-1 seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, ünvan 5 ünvanında yerləşən ********* saylı ümumi sahəsi 45.3 kv.m olan mənzil Cavabdeh tərəfindən İddiaçı 20100 manata satılmışdır. Müqaviləyə satıcı tərəfindən etibarnamə əsasında çıxış edən X11 tərəfindən imzalanmışdır. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli mənzilin mülkiyyətçisi olmuş Cavabdeh kürəkəni E6 etibarnamə vermişdir. E6 Cavabdeh iradəsinə və maraqlarına zidd olaraq həmin mənzili öz mənafəyi naminə, İddiaçı oğlu ilə aralarında olan razılaşmaya görə, iddiaçıya olan borcunu əvəzləşdirmək yolu ilə formal alqı-satqı müqaviləsi bağlayaraq, sonuncunun mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 43-cü maddələrə əsasən Azərbaycan Respubli kasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -324.4-cü maddəsinə əsasən müqavilə bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. -359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. -777.1-ci maddəsinə əsasən t apşırıq müqaviləsinə görə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. -778.1-ci maddəsinə əsaasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, alqı-satqı predmeti olan mənzilin real qiyməti 93000 manat civarında olduğu halda, mənzil real qiymətdən qat-qat aşağı qiymətə - 20100 manata satılmış, iddiaçı (alıcı) İddiaçı mənzili alarkən ona baxış keçirməmişdir, mənzilə marağı olmamış, uzun müddətdir ki, ona köçmək istəməmişdir, alqı-satqı etibarnamə əsasında c avabdehin kürəkəni tərəfindən həyata keçirilmiş, bu əqddən cavabdehin xəbəri olmamışdır və mənzil satışından əldə olunmuş pul cavabdehə verilməmişdir. Göründüyü kimi, üçüncü şəxs E6 İddiaçı oğlunun arasında bağlanmış 03.06.2016-cı il tarixli alqısatqı müqaviləsi mənzilin mülkiyyətçisi olmuş Cavabdeh mənafeyinə zidd olaraq bağlanmış yalan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1.-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Yuxarıda qeyd olunan maddi hüquq normasının mənasından göründüyü kimi müqavilənin etibarsız hesab edilməsi üçün həmin müqavilənin etibarlı olması üçün qanunla müəyyən olunan şərtə əməl edilməməsi, yəni qanunu tələbinin po zulmasının mövcud olması zəruridir. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin subyektiv tərkibinə aid edilən şərtə, əqdin məzmununa aid edilən şərtə, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərtə, əqdin formasına aid edilən şərtə tərəflər əməl etdikləri halda əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri nəticələr yaranır. Sadalanan bu şərtlərdən hər hansı birinin olmaması halı isə əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçiril məlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 40-cı maddəsinin 7ci bəndinə əsasən əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Yuxarıda qeyd olunan qanunun mənasından göründüyü kimi hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Beləliklə apellyasiya instansiya haqlı olaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, mübahisəli mənzilə dair 03.06.2016-cı il tarixdə bağlanmış müqavilə mülkiyyətçinin iradəsinə zidd (iradə qüsur u) olaraq bağlanmış yalan əqd olmaqla əhəmiyətsizdir, bu əqd iddiaçı H6 ücüncü şəxs E.6 arasında borc öhdəlikləri ilə bağlı münasibətləri tənzimləmək üçün, üçüncü şəxs E6 xeyrinə (etibar edilənin xeyrinə) bağlanmış əqddir. Bundan əlavə, Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir, yalan əqd əhəmiyyətsizdir. Alqı-satqı müqaviləsi başqa əqdi (ipoteka müqaviləsini) pərdələmək məqsədilə bağlandığından yalan əqddir. Belə ki, satıcının nəvəsi A6 alıcının qarşısında pul öhdəliyi olmuş, həmin pulu müqaviləsi bağlanarkən məqsəd ipoteka müqaviləsini pərdələmək olmuşdur. Alqı-satqı müqaviləsinin yalan əqd olduğu alıcının özünün yazdığı ərizə ilə təsdiq olunur. Belə ki, İddiaçı Nəsimi Rayon Prokurorluğuna yazdığı 03.06.2016-cı il tarixli ərizə də “...barəsində şikayət etdiyim X16 mənə borcunu mənzil şəkilində geri qaytarmışdır... ’’ məzmunlu ifadəsi vardır. Bu ərizədəki imzanın həqiqiliyi 1 saylı notariat kontorunun notariusu tərəfindən 03.06.2016-cı il tarixindən təsdiqedilməklə reyestrdə ************* nömrə ilə qeydə alınıb. Ərizənin və alqı-satqı müqaviləsinin tarixləri eynidir, hər ikisi 03.06.2016-cı il tarixində tərtib olunub. Bu ərizə alqı-satqı müqaviləsinin yalan əqd olduğunu təsdiq edən əsas sübutdur. Bununla yanaşı digər sübutlarla da müqavilənin yalan əqd olduğunu təsdiq edir. Belə ki, müqavilə oferta və aksept olunmamış, mənzili satan və alan şəxslər alqı-satqı müqaviləsi bağlanana qədər buna yönələn hərəkətlər edirlər: satıcı mənzilin satılması barədə elan verərək alıcı axtarır, alıcı satılması elan olunan mənzillə rə baxaraq münasib mənzil axtarır və s. Lakin nə satıcının, nə də alıcının belə hərəkətlər etdiyini təsdiq edən sübut məhkəməyə təqdim edilməyib. Satıcı bildirmişdir ki, o, heç vaxt mənzilin satılması barədə elan verməyib.Alıcı müştəri kimi onun mənzilinə baxmayıb. Alıcı bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim etməyib. Bu digər subutlarla birlikdə onu təsdiq edir ki, müqavilə yalan əqdir. İstənilən şəxs mənzilini satdıqda bunu zərurətdən edir: başqa yerə köçmək istəyir,həmin mənzilə ehtiyacı olmur, borcu olur və s. Lakin hazırkı işdə satıcının mənzili hansı zərurətdən satmaq istədiyinin izahı yoxdur. Həmin mənzil satıcının yeganə yaşayış yeridir, onun başqa yerə köçmək niyyəti olmayıb. Bu, digər sübutlarla birlikdə onu təsdiq edir ki, müqavilə yalan əqddir. Həmçinin müqaviləd ən görünür ki, mənzil 20.100 manata alqı-satqı olunmuşdur. Lakin alqı-satqı müqaviləsinin bağlandığı zaman mənzilin orta bazar dəyəri 93.000 manat təşkil etmişdir (bu barədə qiymətləndirmə hesabatı var). Müqavilə azadlığı tərəflərə istənilən qiymətə alqı-satqı müqaviləsi bağlamağa imkan verir, lakin normal münasibətlərin mövcud olduğu zaman heç kəs 93.000 manatlıq mənzili 20.100 manata satmaz. Satıcının nəyə görə 72.900 manat puldan (93.000 manat - 20.100 manat = 72.900 manat) imtina etdiyinin səbəbi aydın olmalıdır. Mənzillərin dəyərindən aşağı qiymətə satılması halları mövcuddur, lakin bunların hamısının ağlabatan izahı var: ağır xəstəlik səbəbindən pula ehtiyacın olması, təcili olaraq başa yerə köçüb getmək zərurəti və s. Lakin hazırkı işdə belə səbəblər müəyyən edilmir. Bu, digər sübut larla birlikdə onu təsdiq edir ki, müqavilə yalan əqddir. Eləcə də satıcı bu günə kimi mənzildə yaşayır. Alqı-satqı müqaviləsi 03.06.2016-cı il tarixində bağlansa da, alıcı satıcının mənzildən çıxarılması üçün 1 il 4 ay sonra - 10.10.2017-ci il tarixində məhkəməyə müraciət etmişdir. Əgər alıcının həqiqətən mənzil əldə etmək niyyəti olsayıdı o, qısa müddətdə mənzilin boşaldılmasını tələb edərdi. Bu, digər sübutlarla birlikdə onu təsdiq edir ki, müqavilə yalan əqddir. İş üzrə toplanmış sübutları tədqiq edib, onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi nəticəyə gəlmişdir ki, alqı-satqı müqaviləsi etibarsız hesab olunsa da 20.100 manatın (mənzilin qiymətinin) geri qaytarılması qət oluna bilməz. Belə ki, tərəflərin arasında alqı-satqı münasibəti olmayıb, ona görə də müqavilə də və müqaviləyə aid olan sənədlərdə 20.100 manat pulun “alıcı tərəfindən satıcıya ödənilən pul” kimi göstərilməsi həqiqəti əks etdirmir. Həmin pul depozit hesaba alıcının adından başqa şəxs tərəfindən (satıcının nümayəndəsi - üçüncü şəxs E6 ) tərəfindən yerləşdirilib. Belə ki, o, A6 (alıcının qarşında pul öhdəliyi olan şəxsin) atası olduğuna görə oğlunun mənafeyi naminə həmin pulun depozit hesaba yerləşdirilməsini təmin edib. Alıcı İddiaçı alqı-satqı müqaviləsinin bağlandığı gün (03.06.2016-cı il tarixində) Nəsimi Rayon Prokurorluğuna yazdığı ərizədə “...barəsində şikayət etdiyim X16 mənə borcunu mənzil şəkilində geri qaytarmışdır... ” məzmunlu ifadə var. Bu ifadə onu təsdiq edir ki, müqavilədə göstərilən 20.100 manat pul alıcıya məxsus olmayıb, çünki pul almalı olan şəxsin pul ödəməsi mə ntiqsizdir. Baləliklə apellyasiya instansiyası məhkəməsi düzgün olaraqbirinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, qarşılıqlı iddia təmin olunduğuna görə iddia tələbi rədd edilməlidr. Belə ki, iddia tələbi alqı-satqı müqaviləsinə əsaslanır, həmin müqavilə də etibarsız olduğundan iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Ona görə də alqı-satqı müqaviləsi mənzilə hüquq yaratmayıb. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğuna görə dəyişdirilmədənsaxlanılmalıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasını göstərmiş, işin hallarının tam araşdırılmadığını iddia etmişdir. Kassasiya şikayətini qeyd olunan dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd eir ki, Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qər arında şərh edilmişdir ki, məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunma dan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Belə yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Fimar Hacıyevanın Azərbaycana qarşı şikayəti ilə bağlı 22 sentyabr 2005-ci il tarixli qərarından da irəli gəlir. Həmin qərarda Avropa Məhkəməsi ərizəçinin şikayətini qeyri-məqbul hesab edərək göstərmişdir ki, ərizəçi Ali Məhkəməyə verdiyi kassasiya şikayətini əsaslandırmayaraq yalnız Apellyasiya Məhkəməsi tərəfindən prosessual pozuntulara yol verildiyini iddia etmişdir. Avropa Məhkəməsi müvafiq dəlili irəli sürməyi şikayətçinin borcu kimi qiymətlənd irərək kassasiya məhkəməsinin şikayətçinin dəlillərindən kənar araşdırma aparmaq vəzifəsinin olmaması qənaətinə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması dəlili ilə bağlı qeyd edir ki, həmin dəlil apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməs inin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 05 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar