Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4032/2025 29.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 sentyabr 2025-ci il tarixli, 2(105)-1045/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 29 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul e tdi. İşin halları 1. xx.xx.2023-cü il tarixli etibarnaməyə əsasən Cavabdeh “Shacman Sx331 Yük” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı istifadəsinə vermiş və avtomobil 2023-cü ilin noyabr ayından 2024-cü ilin fevral ayınadək İddiaçı istifadəsində olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı (bundan sonra- iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra- cavabdeh) 6.998 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, keçən ilin noyabr ayında Cavabdeh icarəyə “Shagman” markalı yük maşını almışdır. Cavabdeh əvvəlcədən tanımamış, onlar ortaq tanışları vasitəsilə tanış olmuşlar. Aylıq ödənişi 2.000 manata, ancaq ma şının təmirə ehtiyacı olduğu üçün aralarında şifahi olaraq razılaşmışlar ki, 1.500 manat ödəsin, qalan 500 manatı isə maşının təmir xərci kimi ödəniləcək. Razılaşmaya əsasən maşını götürmüşdür. Onun təmirinə başlamışdır. O, ümumilikdə zəhmət haqqını çıxmaqla 11.000 manat təmirə pul xərcləmişdir. Bu pul məbləğinin içində 2.700 manat icarə pulu vermişdir. Bu ilin yanvarında razılıq əsasında başqa Şirkətə icarəyə vermişdir. Buna Cavabdeh razılıq vermişdir. Şirkət əmək haqlarını gecikdirdiyinə görə o da icarə pulunu ödəyə bilməmişdir. Buna görə də, Cavabdeh ondan maşını geri tələb etmişdir. Maşının mülkiyyətçisi Cavabdeh oğlu Tural Məmmədovdur. Rahimdə isə Turalın verdiyi baş (əsas) etibarnamədir. Tural həbsdə olarkən ona zəng vurmuş və bu barədə ona da məlumat vermişdir. Pul ödənişi barədə ar alarında razılaşmışlar. Ancaq razılaşmaya əməl etməmişlər. Maşını ondan Rahim və digər oğlu Turqul gəlib bu ilin mart ayının 1-də götürmüşlər. Onlar maşını ondan geri almışlar və çəkilən xərci də ödəməkdən imtina etmişlər. Hal-hazırda Cavabdeh ona 6.998 manat verməlidir. Bundan əlavə də ona pul verməlidirlər. Lakin rəsmi olanı qaimə vasitəsilə 6.998 manat təşkil edir. Maşının təmiri zamanı telefon vasitəsilə video lentə almışdır. Sübut kimi diskə də köçürmüşdür. Onun təmirə xərclədiyi pulu geri qaytarmaları üçün dəfələrlə telefonla əlaqə saxlamış, evlərinə getmişdir. Lakin Cavabdeh təmirə xərclədiyi pul vəsaitini ona geri qaytarmaqdan imtina etmişdir. O da məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir.
4. Quba Rayon Məhkəməsinin 8 aprel 2025-ci il tarixli, 2(027)-515/2025 saylı qətnaməsi ilə (hakim Aydın Babayev) iddia təmin edilərək, cavabdehdən 6.998 manatın tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
5. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli etibarnamə əsasında cavabdeh tərəfindən “Shacman SX-331 Yük” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının istifadəsinə verilmişdir. Tərəflər avtomobilin aylıq icarə haqqını 2.000 manata razılaşsalar da, avtomobildə olan nasazlıqların aradan qaldırılmasını iddiaçı öz öhdəsinə götürdüyü üçün avtomobilin aylıq icarə haqqı 1.500 manata razılaşdırılmışdır. Daha sonra iddiaçı istifadəsinə verilmiş həmin avtomobildə yaranmış nasazlıqların aradan qaldırmaq üçün ümumilikdə 6.328 manat vəsait xərcləmişdir. Avtomobilin motorunun, təkərlərinin və digər ehtiyyat hissələrinin təm ir edilməsini məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərdə təsdiq etmişlər.
6. Həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “DVD” diskə əlavə edilmiş fotoşəkillərə və videolara baxış keçirilən zaman müəyyən olunmuşdur ki, avtomobil iddiaçının istifadəsinə verilərkən nasaz vəziyyətdə olmuşdur.
7. Məhkəmə qeyd etmişdir ki, İddiaçı lazımi vicdanlılıqla fəaliyyət göstərdiyindən, ödənişlərlə bağlı sübutlar nəzərə alınmaqla iddia təmin edilməlidir.
8. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 700.1, 700.3, 680.1, 680.2 və 1090.1-ci, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 119, 216-220, 227. 233-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti v erərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. İşin obyektiv həllinə kömək etmək üçün öz səlahiyyətləri daxilində araşdırmalar aparmamışdır. Məhkəmə heç bir əsaslı araşdırma aparmadan, iş üzrə hər hansı əsaslı sübut olmamasına baxmayaraq, iddia tələbini təmin etmişdir. Tərəfindən təqdim olunan sübutlara məhkəmə tərəfindən qərəzli baxılmış, eyni zamanda obyektiv yanaşılmamış, qətnamənin əsasına işin halları və faktlarla uyğunlaşmayan fərziyyələr qoyulmuşdur. Məhkəmə araşdırması zamanı heç bir əsas olmadan əsassız şahid ifadələri işin mahiyyəti üzrə həllində əsas sübut kimi qiymətləndirilmişdir. İş materiallarına nəzər saldıqda məhkəmə tərəfindən prosesual hüquq normasının tələblərinin pozulduğu görünür.
11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-1045/2025 saylı qətnaməsi ilə (hakimlər Almaz Süleymanova (sədrlik edən, məruzəçi), Lalə Rəhimli və Səyyad Qafari) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Quba Rayon Məhkəməsinin 8 aprel 2025-ci il tarixli, 2(027)-515/2025 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul olunmaqla iddia rədd olunmuşdur.
12. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflərin izahatlarından görünür ki, onlar arasında şifahi icarə müqavilə münasibətləri yaranmış, 2023-cü ilin noyabr ayında cavabdeh iddiaçının istifadəsin ə aylıq icarə haqqı 1.500 manata razılaşdırılmaqla “Shacman Sx331 Yük” markalı avtomaşın vermişdir. İcarəçi tərəfindən öhdəlik lazımınca yerinə yetirilmədiyi üçün 2024-cü ilin fevral ayında tərəflər arasında icarə münasibətlərinə xitam verilmiş, avtomobil mülkiyyətçi tərəfindən geri götürülmüşdür. İcarə müddətində icarəçi (iddiaçı) tərəfindən icarəyə verənə (cavabdehə) cəmi 2.700 manat icarə haqqı ödənilmişdir.
13. Eləcə də tərəflər arasında ilkin olaraq aylıq icarə haqqının 2.000 manat olması barədə daşıqlar olsa da, nəticədə tərəflər avtomobilin istifadəsi ilə bağlı təmir xərclərinin icarəçi tərəfindən ödəniləcəyi halda aylıq icarə haqqını 1.500 manata razılaşmış, icarə münasibətləri qeyd olunan şərtlərlə baş tutmuşdur.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin mubahisələndirilən ha lı avtomaşına çəkilmiş təmir xərcləri və əvəzinin ödənilməsi ilə bağlıdır. İddiaçı avtomaşının ona qüsurlu vəziyyətdə təhvil verildiyini, onun istifadəsində olduğu müddətdə avtomobilin təmirinə cəmi 6.998 manat xərclədiyini və avtomaşın geri qaytarıldığından həmin məbləğin icarəyə verən (cavabdeh) tərəfindən ona ödənilməli olduğunu iddia edir, tələbinin əsası olaraq iddia ərizəsinə əlavə edilmiş qaimə fakturalara istinad edir.
15. Cavabdeh iddia tələbinə etiraz edərək avtomobilin iddiaçının istifadəsinə yararlı vəziyyətdə verildiyini, təmir xərclərinin icarəçi (iddiaçı) tərəfindən ödənilməli olduğunu, bu barədə aralarında razılaşma olduğunu, məhz bu razılaşmaya görə icarə haqqını 2.000 manata deyil, 1.500 manata razılaşdıqlarını bildirmişdir.
16. Məhkəmə kollegiyası ilk öncə vurğulamışdır ki, iddiaçı avtomaşının onun istifadəsinə qüsurlu verildiyini iddia etsə də, bu barədə heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və tədqiq edilmiş video diskdəki görüntülər isə güvənli nəticəyə gəlmək üçün yetərli sübut kimi qiymətləndirilə bilməz.
17. Həmçinin, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş şahid ifadələrini yoxlayaraq qeyd etmişdir ki, həmin ifadələr iddianın təmin edilməsi üçün əsaslı şübhədən kənar sübut növü olaraq qəbul edilə bilməz.
18. Bundan əlavə, məhkəmə kollegiyası qeyd etmişdir, mülki qanunvericiliyin tələbinə görə əgər kirayəyə götürülən əşyanın müqaviləyə uyğunsuzluğu kirayəçiyə müqavilə bağlanarkən məlum olmuşsa, qüsuru bilə-bilə müqavilənin şərtl ərinə uyğun gəlməyən əşyanı qəbul etmişsə, bu halda kirayə verənin kirayəçi qarşısında kirayəyə verilmiş əşyanın qüsurları üçün məsuliyyəti istisna olunur.
19. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tərəfindən icarə müddətində müəyyən etdiyi hər hansı qüsur barədə icarəyə verənə (cavabdehə) bildiriş verilməmiş və məlumatlandırılmamışdır.
20. Bundan əlavə, məhkəmə araşdırması zamanı iddiaçı izahat verərək göstərmişdir ki, “işləyə-işləyə yaranan qüsurları” təmir etdirmişdir, ona görə də təqdim etdiyi qaimə fakturalar ayrı-ayrı aylara aiddir.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı iddia tələbində avtomaşının ona qüsurlu vəziyyətdə verildiyini və çəkilmiş xərclərə görə maddi zərərin ödənilməsini iddia etsə də, işin müəyyən edilmiş hallarından, iddiaçının izahat ında verdiyi məlumatlardan, təqdim olunan sübutlardan görünür ki, iddiaçı tərəfindən təmirə çəkilmiş xərclər avtomaşının istifadə olduğu müddətdə yaranan qürsurların aradan qaldırılması ilə bağlı olmuşdur ki, həmin xərclərin ödənilməsi öhdəliyi də tərəflərin razılaşmasına görə iddiaçının üzərində olmuşdur.
22. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 680.1, 700.1, 700.3-cü, habelə MPM-nin 14.2, 77.1, 88-ci maddələrinin tələblərinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi bar ədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı apellyasiya şikayətinə etiraz edərək izahatında 6.998 manat xərci avtomobilin işlək vəziyyətə gətirilməsi üçün xərclədiyini bildirsə də, qətnamədə səhvən qeyd edilmişdir ki, o, avtomaşını icarə müddətində hissə-hissə, avtomaşın işləyə-işləyə yaranan qusurları təmir etdirmişdir. Məhkəmədə aparılan səs və video yazıda iddiaçının izahatı buna sübutdur. Məhkəmə kollegiyasının qənaətincə apellyasiya şikayətinin dəlilləri yoxlanılarkən birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymət verilmədiyi, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün təfsir olunmaması, işin hallarının hərtərəfli, tam və obyektiv araşd ırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verildiyi müəyyən edilmişdir. Lakin hansı maddi hüquq normalarının düzgün təfsir olunmaması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı hansı prosessual hüquq normalarının pozulmasına yol verilməsini qeyd etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə 680.1. Kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri aid deyildir.
28. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
29. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmama sına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
39. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə ra zılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
40. İddiaçı, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
41. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, tərəflərin izahatlarından görünür ki, onlar arasında şifahi icarə müqavilə münasibətləri yaranmış, 2023-cü ilin noyabr ayında cavabdeh iddiaçının istifadəsinə aylıq icarə haqqı 1.500 manata razılaşdırmaqla “Shacman Sx331 Yük” markalı avtomaşın vermişdir. İcarəçi tərəfindən öhdəlik lazımınca yerinə yetirilmədiyi üçün 2024-cü ilin fevral ayında tərəflər arasında icarə münasibətlərinə xitam verilmiş, avtomobil mülkiyyətçi tərəfindən geri götürülmüşdür. İcarə müddətində icarəçi (iddiaçı) tərəfindən icarəyə verənə (cavabdehə) cəmi 2.700 manat icarə haqqı ödənilmişdir.
42. Eləcə də tərəflər arasında ilkin olaraq aylıq icarə haqqının 2.000 manat olması barədə danışıqlar olsa da, tərəflər avtomobilin istifadəsi ilə bağlı təmir xərclərinin icarəçi tərəfindən ödəniləcəyi halda aylıq icarə haqqını 1.500 manata razılaşmış, ic arə münasibətləri qeyd olunan şərtlərlə baş tutmuşdur.
43. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin mubahisələndirilən halı avtomaşına çəkilmiş təmir xərcləri və əvəzinin ödənilməsi ilə bağlıdır. İddiaçı avtomaşının ona qüsurlu vəziyyətdə təhvil verildiyini, onun istifadəsində olduğu müddətdə avtomobilin təmirinə cəmi 6.998 manat xərc çəkdiyini və avtomaşın geri qaytarıldığından həmin məbləğin icarəyə verən (cavabdeh) tərəfindən ona ödənilməli olduğunu iddia edir və tələbinin əsası kimi iddia ərizəsinə əlavə edilmiş qaimə fakturalara istinad edir.
44. Cavabdeh, iddia tələbinə etiraz edərək avtomobilin iddiaçının istifadəsinə yararlı vəziyyətdə verdiyini, təmir xərclərinin icarəçi (iddiaçı) tərəfindən ödənilməli olduğunu, bu barədə aralarında razılaşma olduğunu, məhz bu raz ılaşmaya görə icarə haqqını 2.000 manata deyil, 1.500 manata razılaşdıqlarını bildirmişdir.
45. Apellyasiya instansiyası məhkəməsi, ilk öncə vurğulamışdır ki, iddiaçı avtomaşının onun istifadəsinə qüsurlu verildiyini iddia etsə də, bu barədə heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və tədqiq edilmiş video diskdəki görüntülər güvənli nəticəyə gəlmək üçün yetərli sübut kimi qiymətləndirilə bilməz.
46. Həmçinin, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş şahid ifadələrini yoxlayaraq qeyd etmişdir ki, həmin ifadələr iddianın təmin edilməsi üçün əsaslı şübhədən kənar sübut növü kimi qəbul edilə bilməz.
47. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdi r, mülki qanunvericiliyin tələbinə görə əgər kirayəyə götürülən əşyanın müqaviləyə uyğunsuzluğu kirayəçiyə müqavilə bağlanarkən məlum olmuşsa, qüsuru bilə-bilə müqavilənin şərtlərinə uyğun gəlməyən əşyanı qəbul etmişsə, bu halda kirayə verənin kirayəçi qarşısında kirayəyə verilmiş əşyanın qüsurları üçün məsuliyyəti istisna olunur.
48. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tərəfindən icarə müddətində müəyyən etdiyi hər hansı qüsur barədə icarəyə verənə (cavabdehə) bildiriş verilməmiş və məlumatlandırılmamışdır.
49. Məhkəmə araşdırması zamanı iddiaçı izahat verərək göstərmişdir ki, “işləyə-işləyə yaranan qüsurları” təmir etdirmişdir, ona görə də təqdim etdiyi qaimə fakturalar ayrı-ayrı aylara aiddir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tələbind ə avtomaşının ona qüsurlu vəziyyətdə verildiyini və çəkilmiş xərclərə görə maddi zərərin ödənilməsini iddia etsə də, işin müəyyən edilmiş hallarından, iddiaçının izahatından və təqdim edilmiş sübutlardan görünür ki, iddiaçı tərəfindən təmirə çəkilmiş xərclər avtomaşının istifadə olduğu müddətdə yaranan qürsurların aradan qaldırılması ilə bağlı olmuşdur ki, həmin xərclərin ödənilməsi öhdəliyi də tərəflərin razılaşmasına əsasən iddiaçının üzərində olmuşdur.
50. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və pr osessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 sentyabr 2025-ci il tarixli, 2(105)-1045/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.