Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4033/2019 21.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xəzər rayon şöbəsinin Bakı şəhəri Xəzər rayon şöbəsinin Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1450/2019 nömrəli iş üzrə 23 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim T.X.Əkbərov) 2(003)-2618/2018 nömrəli, 02 iyul 2018-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilməsi, Ərizəçi 1975-ci ilin dekabr ayından 1990-cı ilin may ayına kimi Laçın rayon Kommunal Təsərrüfat İdarəsində sürücü vəzifəsində işləməsi faktının müəyyən edilmiş hesab olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər A.Ə.Hüseyn (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və R.Ə.Qurbanov) 2(103)-1450/2019 nömrəli, 23 yanvar 2019-cu il tarixli qətnaməsi ilə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xəzər rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli 2(003)-2618/2018 sa ylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xəzər rayon şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən olunması”na dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 1992-ci ilin may ayına kimi Laçın rayonunda yaşamış, 1992-ci ildən öz ailəsi ilə birlikdə Qarabağ hadisələri ilə əlaqədar olaraq məcburi köçkün düşmüşdür. Laçın rayonunda yaşadığı zaman 1975-ci ilin dekabr ayından 1990-cı ilin may ayına qədər Laçın rayon Kommunal Təsərrüfat İdarəsində sürücü vəzifəsində işləmişdir. Sonra Laçın rayon Uşaq Xəstəxanasında işləmiş, hal-hazırda da həmin xəstəxanada işləyir. 1992-ci ildə Qarabağ hadisələri ilə ələ aqədar rayonu tərk etmiş və onun adına yazılmış əmək kitabçası Laçın rayon Uşaq xəstəxanasında qalmışdır. İş stajını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyinə görə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən, 1975-ci ilin dekabr ayından 1990-cı ilin may ayına kimi Laçın rayon Kommunal Təsərrüfat İdarəsində sürücü vəzifəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xəzər rayon şöbəsi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-1450/2019 nömrəli iş üzrə 23 yanvar 2019-cu il tar ixli qətnaməsinin ləğv edilməsi və ərizənin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında Ərizəçi vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyasında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat v ermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)1450/2019 nömrəli iş üzrə 23 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfində n sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan sənədlərdən görünür ki: Ərizəçi 07 avqust 1954-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Seriya AA № 303231 saylı məcburi köçkün vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi 1992-ci ildən Laçın rayonunu məcburi tərk etmiş və hal-hazırda Xəzər rayonunda məskunlaşmışdır. Bu barədə Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Xəzər rayonu üzrə sektoru tərəfindən verilmiş 29.05.2018-ci il tarixli arayışda da qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər Rayon Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 25 may 2018-ci il tarixli məktubda qeyd edilir ki, onun pensiya təyinatı ilə bağlı ərizəsinə baxılmış və ona cavab olaraq bildirilmişdir ki, Laçın rayonunun işğalınadək olan dövrdə iş stajını təsdiq edən sənəd təqdim etmədiyinə görə həmin dövrə aid iş stajının pensiyasına hesablanmasında nəzərə alınması mümkün deyil. Şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Ərizəçi 19 75-ci ilin dekabr ayından 1990-cı ilin may ayına kimi Laçın rayon Kommunal Təsərrüfat İdarəsində sürücü vəzifəsində işləmişdir. Şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, 1965-ci ildən Kommunal Xidmətlər Şöbəsində işləmişdir. Ərizəçi 1975-ci ilin dekabr ayından 1990-cı ilin may ayına qədər Kommunal Xidmətlər Şöbəsində sürücü işləmişdir. O, 1992-ci ilin may ayının 17-də Laçın rayonundan çıxmışdır. O, da əmək kitabçasını götürə bilməmişdir. Daha sonra əmək kitabçasının dublikatını almışdır. Məhkəmə Kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 307.1, 307.2.11, 308, 311-ci maddələrinin tələblərini nəzərə alaraq apellyasiya instnasiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim et dikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymə tləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə ola n sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1450/2019 nömrəli iş üzrə 23 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xəzər rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1450/2019 nömrəli iş üzrə 23 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4033/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4033/2019
21.06.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver