Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4033/2020 30.07.2020 ALİ MƏHKƏMƏ İddiaçılar: İddiaçı1, İddiaçı2, İddiaçı3, X5 və İddiaçı5 Cavabdeh: «XXXı» X7 İddia tələbi: öhdəliklərin yerinə yetirilməsi, əlavə məbləğin və mənəvi zərərin tutulması (Açar sözlər: müqavilənin birtərəfli dəyişdirilməsinin yolveriməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, İddiaçı1, onun və digər iddiaçıların vəkili Vəkil1, cavabdehin nümayəndəsi X3 və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-14877/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il t arixli qətnaməsindən iddiaçılar tərəfindən birgə və cavabdeh tərəfindən ayrılıqda verilmiş kassasiya şikayətlərinə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları “XXXı” X4 (bundan sonra – cavabdeh və ya Bank) Yasamal filialı ilə bağlanmış xx.xx.2013-cü il tarixli, 452/0 nömrəli müqaviləyə əsasən (xx xxxxxx 2023-cü il tarixədək qüvvədə olmaq şərti ilə), İddiaçı3 120 ay müddətinə, 21,1%-lə, 127500 ABŞ dolları məbləğində pulunu; xx.xx.2013-cü il tarixli, 533/S nömrəli müqaviləyə əsasən (xx xxxxxx 2024-cü il tarixədək qüvvədə olmaq şərti ilə) İddiaçı3 120 ay müddətinə, 12%-lə, 100000 ABŞ dolları məbləğində pulunu; xx.xx.2013-cü il tarixli, 519/S nömrəli müqaviləyə əsasən (xx xxxxxx 2023-cü il tarixədək qüv vədə olmaq şərti ilə) İddiaçı5 120 ay müddətinə, 12,5 %-lə, 300000 ABŞ dolları məbləğində pulunu; xx.xx.2013-cü il tarixli, 491/0 nömrəli müqaviləyə əsasən (xx xxxxxx 2023-cü il tarixədək qüvvədə olmaq şərti ilə) İddiaçı1 120 ay müddətinə, 11,6 %-lə, 32000 GBP məbləğində pulunu; xx.xx.2013-cü il tarixli, 492/0 nömrəli müqaviləyə əsasən (xx xxxxxx 2023-cü il tarixədək qüvvədə olmaq şərti ilə) İddiaçı1 120 ay müddətinə, 11,6 %-lə, 15000 avro məbləğində pulunu; 3.10.2014-cü il tarixli, A/135 nömrəli müqaviləyə əsasən İddiaçı3 120 ay müddətinə, 11,6%-lə, 20500 avro məbləğində pulunu; xx.xx.2014-cü il tarixli, C/271 nömrəli müqaviləyə əsasən (xx xxxxxx 2024-cü il tarixədək qüvvədə olmaq şərti ilə) İddiaçı3 120 ay müddətinə, 11,6%-lə, 25754 GBP məbləğində pulunu; xx.xx.2015-ci il tarixli, c/125 nömrəli müqaviləyə əsasən (xx xxx 2025-ci il tarixədək qüvvədə olmaq şərti ilə) İddiaçı3 120 ay müddətinə, 12 %-lə, 100000 ABŞ dolları məbləğində pulunu; xx.xx.2015-ci il tarixli, c/126 nömrəli müqaviləyə əsasən (xx xxx 2025-ci il tarixədək qüvvədə olmaq şərti ilə) X5 120 ay müddətinə, 12 %-lə, 100000 ABŞ dolları məbləğində pulunu; xx.xx.2015-ci il tarixli, c/124 nömrəli müqaviləyə əsasən (xx xxx 2025-ci il tarixədək qüvvədə olmaq şərti ilə) İddiaçı5 120 ay müddətinə, 12 %-lə, 100000 ABŞ dolları məbləğində pulunu; xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən (xx xxx 2032-ci il tarixədək qüvvədə olmaq şərti ilə) X2 204 ay müddətinə, 19 %-lə, 10000 ABŞ dolları məbləğində pulunu Banka müddətli depozitə qoymağı, Bank isə həmin pulları əmanətçilərdən qəbul edərək, bu müqavilələrin şərtlərinə uyğu n qaydada əmanətçilərə faizlərin hesablanmasını, ödənilməsini və onların tələbinə əsasən qaytarılmasını öhdələrinə götürmüşlər. Bank xx xxxxxx 2017-ci il tarixli məktublarla iddiaçılara bildirmişdir ki, xx xxxxxx 2017-ci ildən başlayaraq ABŞ dolları ilə əmanət müqavilələri üzrə illik faizlər 2 faizlə, avro və funt sterlinq üzrə əmanətlərə isə 0,1 faiz hesablanacaqdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmanət müqavilələri üzrə cavabdehin faiz dərəcələrini azaltmasının qanunsuz hesab edilməsi, həmin müqavilələr üzrə müqavilədə göstərilən faizlərlə hesablanmış məbləğlərin üzərinə hər gecikdirilmiş günə görə 1% əlavə olunmaqla məbləğlərin iddiaçıların xeyrinə tutulması, hər bir iddiaçının xeyrinə 10000 manat məbləğində mənəvi ziyanın əvəzinin tutulması, hüquqi müdafiə və məhkəmə xərclərinin cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, qanuna və müqavilə şərtlərinə zidd olaraq cavabdeh 2017-ci ilin noyabr ayından başlayaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və əmanətə görə faizləri ödəməmişdir. Belə ki, əmanət faizlərinin azaldılması barədə Bankın məktubları müqavilələrin və qanunun tələblərinə ziddir. Cavabdehin məktubuna yazılı etiraz verilmiş, Banka, onun rəhbər orqanlarına müraciətlərinə cavab verilməmişdir. Nə qanunda, nə də ki, bağlanılmış əmanət müqavilələrində Bank tərəfindən əmanət faizlərinin azaldıla bilməsi imkanı nəzərdə tutulmamışdır. Bank müqaviləni birtərəfli qaydada heç bir əsasla dəyişdirməyə və faiz dərəcələrini aşağı salmağa hüquqlu deyildir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-1135/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Qafarova) iddia qismən təmin edilmiş, Bankın əmanət müqavilələri üzrə faiz dərəcələrini azaltması qanunsuz hesab edilmiş, həmin müqavilələrdə göstərilən faizlərlə hesablanmış məbləğlərin üzərinə hər gecikdirilmiş günə görə 1% əlavə olunmaqla məbləğlərin iddiaçıların xeyrinə tutulması, mənəvi zərərin əvəzi olaraq hər bir iddiaçının xeyrinə cavabdehdən 500 manat məbləğində pulun tutulması, 25 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiy asının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-14877/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – R.Eyvazov (sədrlik edən və məruzəçi), Z.Əliyev və F.Talışinski) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi «hər gecikdirilmiş günə görə 1% əlavə məbləğlərin cavabdehdən iddiaçıların xeyrinə tutulması» hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin olunmamış, qətnamə qalan hissədə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi iddia ərizəsinin qismən təmin olunduğuna, iddiaçıların qətnaməni mübahisələndirmədiyinə əsaslanıb cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsini yoxlamış, işin hallarına Azərbaycan R espublikası Mülki Məcəlləsinin 6, 390.1, 421.1, 423.2, 463, 944, 948.3-cü maddələrini tətbiq edib ilkin olaraq qeyd etmişdir ki, tərəflər arasında 2013-2015-ci illər arasında iddia tələbində göstərilən müvafiq əmanət (depozit) müqavilələrinin bağlanması işin mübahisə olunmayan hallarıdır. Mübahisəli məsələ cavabdeh tərəfindən müqavilə şərtinin (faizlərin) birtərəfli qaydada dəyişdirilməsi ilə bağlı sahədə yaranmışdır. Məhkəmələr müəyyən etmişlər ki, xx.xx.2017-ci il tarixədək əmanət (depozit) müqavilələri üzrə faizlər müqavilə şərtlərinə uyğun hesablansa da, 2017-ci ilin noyabr ayından başlayaraq müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən yerinə yetirməmiş, əmanətə görə faizlər ödənilməmişdir. Cavabdeh etirazında Bankda illik 5% və daha yuxarı olan faiz dərəcəsi ilə xarici valyutada depo zit yerləşdirməsinə, müqavilə bağlandıqdan ötən dövr ərzində ölkə iqtisadiyyatında, o cümlədən bank-maliyyə sektorunda baş vermiş əhəmiyyətli dəyişikliklər nəticəsində 2016-cı il ərzində Bankın maliyyə vəziyyəti ciddi dərəcədə pisləşməsinə, mövcud müqavilələr bağlanarkən əsas götürülmüş (xüsusilə Bank tərəfindən) şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə, hazırda bank bazarında (oxşar banklar üzrə) Avroda qəbul edilən əmanətlər üzrə faiz dərəcəsinin tətbiq edilməməsinə, müqavilələrin faizlərlə bağlı şərtlərinin Bank tərəfindən xx.xx.2017-ci il tarixdən etibarən Mülki Məcəllənin 422-ci maddəsinə əsasən birtərəfli qaydada dəyişdirilməsinə və müqavilələr üzrə avro ilə olan depozitin illik faiz dərəcəsinin 0,1 faizə endirilməsinə istinad etmişdir. Məhkəmələr hesab etmişdir ki, cavabdeh xx.xx.2 017-ci il tarixdən etibarən müqavilələrin faizlərlə bağlı şərtlərinin Mülki Məcəllənin 422-ci maddəsinə əsasən birtərəfli qaydada dəyişdirməkdə haqlı olmamış, bu barədə iddiaçılara ünvanlanmış xx.xx.2017-ci il tarixli məktublarında göstərilənlər həmin müqavilələrin şərtlərinə uyğun olmamışdır. Tərəflər arasında bağlanmış müqavilələrin heç birində onun şərtlərinin (faiz dərəcələrinin) birtərəfli qaydada, digər tərəfin ziyanına dəyişdilməsi imkanı nəzərdə tutulmamışdır. Eyni zamanda, mülki qanunvericiliklə də belə bir imkan müəyyən olunmamışdır. Tərəflərin müqavilənin faizlə bağlı şərtinin dəyişdirlməsi ilə bağlı tərəflərin (hazırkı vəziyyətdə iddiaçıların) qarşılıqlı razılığı olmamışdır. Həmçinin, əmanət müqavilələri müddətli olduğundan bank ödənilən faizlərin müqdarını birtərəfli qaydada a zaltmaqda haqlı olmamışdır. Qarşılıqlı razılıq olmadığı təqdirdə Bank müqavilənin dəyişdirilməsinə yalnız məhkəmə qaydasında tələb irəli sürməklə nail ola bilərdi. Əks hal (müqavilənin birtərəfli qaydada dəyişdirilməsi) digər tərəfin hüquqlarının əhəmiyyətli dərəcə pozulması ilə nəticələnmişdir ki, bu da yolverilməzdir. Apelyasiya instansiya məhkəməsi, həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçıların hər birinə 500 manat mənəvi ziyan tutmaqda da haqlı olmuşdur. Çünki, cavabdehin yuxarıda qeyd edilən qanunsuz hərəkəti nəticəsində iddiaçıların əmanət qoyuduqları pul vəsatlərinə görə müəyyən müddət ərzində faizlər ala bilməməsi və bunda ifadə olunan gözləntilərinin əhəmiyyətli dərəcədə azalması onlarda dərin mənəvi sarsıntı və iztirabların yaranmasına səbəb olmuşdur. Bu nunla yanaşı, Məhkəmə kollegiyası əmanət müqavilələri üzrə orada göstərilən faizlərlə hesablanmış pul vəsaitləri ilə yanaşı, həmçinin onların üzərinə hər gecikdirilmiş günə görə 1% əlavə məbləğlərin də cavabdehdən iddiaçıların xeyrinə tutulmasını əsassız hesab etmişdir. Çünki, tərəflər belə bir halı (hər gecikdirilmiş günə görə 1% əlavə ödəniş) müqavilələrdə razılaşdırmamışlar. İddiaçılar əmanət üzrə müqavilələrdə nəzərdə tutulmuş faizlərin vaxtında ödənilməməsi ilə bağlı onlara dəymiş ziyanı (real ziyan, əldən çıxmış fayda) ümumi qaydada tələb etmək hüququna malik olsalar da, belə bir tələb irəli sürməmişlər. Mülki qanunvericilik öhdəliklərin icrasının təmini üsullarını müəyyən etməklə, iddiaçıların qeyd edilən tələblərinə zahirən oxşar olan - dəbbə pulu (cərimə, penya) müəyyən etsə də, M ülki Məcəllənin 463-cü maddəsinin tələbinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Apelyasiya instansiyası iş üzrə ərazi aidiyyəti qaydalarının pozulması barədə cavabdehin dəlilini də əsassız hesab etmiş və qeyd etmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı ərazi aidiyyəti məsələsi mübahisələndirilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qərardadı ilə mülki iş baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmiş, bu səbəbdən də işə həmin məhkəmədə mahiyyəti üzrə baxılaraq yekun məhkəmə aktı çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclası nda tərəflərin iştirakı və izahatları İddiaçılar (Vəkil1) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilərək yaxud iddianın təmin edilməməsi hissəsində qismən ləğv edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçıların kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Cavabdeh (Vəkil2) də kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və aidiyyət qaydaları pozulduğuna görə işin icraatına xitam verilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apely asiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş, səhv tətbiq və təfsir edilmişdir. Cavabdehin hüquqi ünvanı Bakı Şəhəri Nəsimi rayonunun ərazisi olsa da Bakı Şəhəri Səbail Rayon Məhkəməsi işi ərazi aidiyyəti qaydalarını pozmaqla icraata qəbul edib, qətnamə çıxarmaqla kobud prosessual pozuntuya yol vermişdir ki, bu da məhkəmə qətnaməsinin ləğv edilib iş üzrə icraata xitam verilməsi üçün əsasdır. İddiaçı1 cavabdehin kassasiya şikayətinə qarşı yazılı etiraz verərək cavabdehin kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İddiaçıların kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1, onun və digər iddiaçıların vəkili iddiaçıların kassasiya şikayətinin əsaslı, cavabdehin kassasiya şikayətinin əsassız olduğunu bi ldirdilər və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilərək, yaxud iddianın təmin edilməməsi hissəsində qismən ləğv edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi və vəkili ayrı-ayrılıqda iddiaçıların kassasiya şikayətinin əsassız olduğunu, cavabdehin kassasiya şikayətinin əsaslı olduğunu bildirərək, cavabdehin kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və aidiyyət qaydaları pozulduğuna görə işin icraatına xitam verilməsinə dair qərar qəbul olunmasını xahiş etdilər. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilməsi hissədə yoxlamış apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçılar və cavabdehin kassasiya şikayətləri əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcə lləsi Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (maddə 6). Fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər (maddə 390.1). Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (maddə 421.1). Fiziki şəxs əmanəti müəyyən müddət qurtardıqdan sonra və ya müqavilədə nəzərdə tutulan hallar baş verdikdə qaytarılmaq şərtləri ilə qoyduqda əmanət üçün faizlərin bank əmanəti müqaviləsində müəyyənləşdirilmiş miqdarı bank tərəfindən birtərəfli qaydada azaldıla bilməz. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, bankın h üquqi şəxslə bağladığı bu cür bank əmanəti müqaviləsi üzrə faizlərin miqdarı birtərəfli qaydada dəyişdirilə bilməz (maddə 948.3). Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər (maddə 423.2). Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur (maddə 463). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tən zimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. İddiaçıların kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsinə əsas deyil. Cavabdehin kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bununla bağlı əsaslandırılması ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-14877/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4033/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4033/2020
30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver