Məhkəmə qərarları › İş №2(102)-4034/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-4034/2025

11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4034/2025 11.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 oktyabr 2025-ci il tarixli, 2(105)-1191/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Sumqayıt Şəhər Məhkəməsində baxılmış 2(060)-2215/2024 nömrəli mülki iş üzrə məhkəmə araşdırması zamanı Cavabdeh izahatından, habelə “whatsapp” yazışmalarından müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 15000 manat borc pul almış, həmin pulu XXX adlı şəxsə vermiş, XXX adlı şəxs əvvəlcə həmin pulun 10000 manatını Cavabdeh qaytarmış, lakin sonuncu həmin vəsaiti İddiaçı qaytarmamışdır. Sonradan XXX adlı şəxs qalan - 5000 manat borcu Cavabdeh atasının göstərişi ilə X3 qaytarmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10000 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 120 manatın tutularaq, iddiaçıya ödənilməsi barədə qətn amə qəbul edilməsini xahiş etmişdir.

3. İddia belə əsaslandırılmışdır ki, cavabdehin XXX adlı dostuna 15000 manat pul lazım olduğu üçün Cavabdeh iddiaçıya müraciət etmişdir. O, cavabdehə 15000 manat pulun olmadığını və kömək edə bilməyəcəyini bildirmişdir. Sonradan cavabdeh X1 müraciət etmişdir. Sonuncu da cavabdehlə razılaşmış və demişdir ki, 15000 manat borc pul verir, işini həll edib qaytarar. Bu səbəbdən o, XXXdan xahiş etmişdir ki, 15000 manat pulu Cavabdeh versin, bu barədə cavabdehliyi o daşıyacaqdır. Bu hala Cavabdeh da şahid olmuş, o, pulu XXXdan alıb cavabdehə vermişdir. Cavabdeh ona demişdir ki, XXXdan narahat olmasın, o, dəqiq adamdır, pulu qaytaracaqdır. Bir müddət keçdikdən sonra cavabdeh ona demişdir ki, XXX 15000 manatdan 10000 manatı qaytarıb, pul da ondadır. Cavabdeh onda n xahiş etmişdir ki, 10000 manat özündə qalsın, işlərini görüb ona qaytaracaq. Bir müddət sonra cavabdeh zəng edərək demişdir ki, XXX yerdə qalan 5000 manatı vermək istəyir. O da bildirmişdir ki, burada yoxdur, pulu versin XXXa. XXXın qardaşı XXXla görüşərək 5000 manatı XXXa vermiş və bildirmişdir ki, qardaşı XXXın onlara borcu yoxdur, 10000 manat isə cavabdehdədir. XXX bildirmişdir ki, Azad cavabdehlə danışıb, cavabdeh də təsdiq edib ki, 10000 manat ondadır və qaytaracaqdır. Lakin bundan sonra Cavabdeh heç bir ödəniş etməmişdir. Bu barədə “whatsapp” yazışması vardır və işin bu halları Sumqayıt Şəhər Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(060)-2215/2024 nömrəli qətnaməsində öz təsdiqini tapır.

4. Abşeron Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, e-2(012)-670/2025 nömrəli qətnaməsi ilə (hakim M.Abbasova) iddia təmin edilmişdir.

5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasındakı münasibətlər borc münasibətləri olsa da, borcun verilməsinin qanunvericiliklə müəyyən edilmiş formasına, yəni yazılı müqaviləyə riayət edilməmiş, borc müqaviləsi notarial qaydada təsdiq edilməmişdir. Bununla belə, borcun verilməsi məhkəmə iclasında öz təsdiqini tapmışdır.

6. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflər arasındakı əqd etibarsız əqd hesab edilməli, tərəflər arasındakı münasibətlərə Mülki Məcəllənin 337.5-ci maddəsi tətbiq edilməklə verilmiş və ödənilməmiş 10000 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

7. Bundan əlavə, qanunla nəzərdə tutulmuş müqavilə olmadan borc verilmiş məbləğlərlə bağlı mübahisələr üzrə vahid məhkəmə təcrübəsi olmasa da, bu mü bahisəyə Mülki Məcəllənin əsassız varlanma institutu (maddə 1092) tətbiq edilsə belə, iddianın əsaslı olması şübhə doğurmur.

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5, 385.1, 390.1 və 739.2-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh 17 fevral 2022-ci il tarixdə həbs olunmuş və Penitensiar Xidmətdə saxlanılır. Bu barədə nümayəndəsi elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsini məlumatlandırsa da, hakim məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə etməklə qoşulmağını təmin etməmiş dir. Bununla da, iddiaçıya üstünlük verərək, cavabdehi dinləmədən iddianı təmin etmişdir. Məhkəmədə iştirakı məhdudlaşdırıldığından özündən asılı olmayan səbəblərdən (həbs yerində olduğundan) yeni sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bununla da məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, birinci instansiya məhkəməsi 13 iyun 2024-cü il tarixli, 2(060)-2215/2024 nömrəli qətnamədəki borc mübahisəsinin olduğunu anlasa da, lakin borc öhdəliyinin kimə aid olduğunu və niyə icra etmədiyini, öhdəliyi icra etmək hər hansı sübutla təsdiq edə bilməmişdir. Sadəcə olaraq borcun olduğunu görüb işi araşdırmadan formal qətnamə çıxarmışdır. Məhkəmə faktiki halların əvəzinə, qətnaməni qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq et mişdir. Bundan əlavə həm də məhkəmə cavabdehlə iddiaçının qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 oktyabr 2025-ci il tarixli, 2(105)-1191/2025 nömrəli qətnaməsi ilə (hakim S.A.Qafarinin sədrliyi və məruzəsi ilə, hakimlər F.Məmmədov və A.Süleymanova) apellyasiya şikayəti qismən təmin edilmiş, yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilmiş, Cavabdeh 10.000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

12. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehə borc şəklində 15000 manat borc pul verdiyini iddia etsə də, tərəflər arasında yazılı formada hər hansı borc müqaviləsi bağlanmamışdır.

13. Göründüyü kimi tərəflər arasında yazılı borc müqaviləsi bağlanmadığından, mövcud mübahi səyə Mülki Məcəllənin 739-cu maddəsinin tətbiqi yolverilməzdir.

14. Nəzərə alınmalıdır ki, iddianın faktiki əsaslarını göstərmək iddiaçının vəzifəsi olduğu kimi, iddianın qanuni əsasını müəyyən etmək isə məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin iddia ərizəsində və ya apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından, tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Qeyd olunmalıdır ki, iddianın faktiki əsaslarını göstərmək iddiaçının vəzifəsi olsa da, iddianın qanuni əsasını müəyyən etmək isə məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin iddia ərizəsində və ya apellyasiya şikayətində ək s olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından, tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.

15. Bu baxımdan mövcud iddia tələbi cavabdehin əsassız əldə etdiyi pulun qaytarılması təşkil etdiyindən, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 1091.1, 1092.1-ci maddələri nəzərdən keçirilə bilər.

16. Göründüyü kimi tərəflər arasında borc münasibətləri deyil, cavabdehin əsassız varlanma nəticəsində əldə etmiş olduğu pulun qaytarılmayan 10000 manatını tələb edilməsidir. Cavabdeh həmin pulu iddiaçıya borclu olmadığına dair iddiaya etiraz etsə də, bunu təsdiq edən heç bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir.

17. Əksinə qüvvədə olan Sumqayıt Şəhər Məhkəməsinin 13 iyun 2024-cü il tarixli qətnaməsində işin m übahisəsiz halı kimi Cavabdeh İddiaçı 15.000 manat borca pul aldığı, həmin pulu XXX adlı şəxsə verdiyini, sonuncunun əvvəlcə həmin pulun 10.000 manatını Cavabdeh qaytardığı, lakin Cavabdeh həmin pulu İddiaçı qaytarmadığı, sonradan XXX adlı şəxsə qalan 5000 manat borcu Cavabdeh atasının göstərişi ilə XXX Səlimova qaytarması müəyyən edilmişdir.

18. Apellyasiya kollegiyası hesab etmişdir ki, cavabdeh əslində hüquqi əsas olmadan iddiaçının hesabına 15000 manat pul vəsaiti əldə edib, həmin puldan 5000 manatını geri qaytarsa da, yerdə qalan 10000 manatını geri qaytarmamaqla bu cür varlanmaya haqq qazandıran qanuni və müqavilə əsası olmadan iddiaçının hesabına əsassız varlanmışdır. Belə olan halda əsassız varlanmış şəxs kimi cavabdeh, əldə etdiyi 10000 manat pul vəsaitini məhrum olanın, yəni id diaçının hazırkı tələbi ilə ona geri qaytarmağa borcludur.

19. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 439.4, 739, 1091.1, 1092.1-ci, Mülki Prosessual Məcəllənin 82.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

20. Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 oktyabr 2025-ci il tarixli, 2(105)-1191/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 739, 439.4, 337.5-ci, Mülki Prosessual Məcəllənin 9, 14, 76, 77, 87, 387.1, 387.2.4-cü maddələrinin tələbləri pozulmuşdur.

22. Belə ki, mübahisəli borcla bağlı 3 tərəfin iradə ifadəsi əsasında 01 fevral 2022ci il tarixində müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci yarımbəndinə əsasən Alıcı Təminatçıya 20 aylıq 15.000 manat borc pul verməyi öhdəsinə götürür. Həmin müqavilənin 5.1-ci yarımbəndinə əsasən 1.1-ci yarımbənddə göstərilən məbləği “Satıcı” 20 ay ərzində ayda 750 manat alıcıya qaytarmağı həyata keçirdir. Həmin müqavilənin 1.6-cı yarımbəndinə əsasən, Təminatçı 21 yanvar 2020-ci il tarixli borc müqaviləsinə əsasən alıcı tərəfindən Cavabdeh verilmiş 5600 manat borcdan qalıq qalmış 5000 manat hissəsini “Alıcı” öhdəsinə götürür. 09 sentyabr 2025-ci il tarixində müqavilələr sənədlər apellyasiya instansiyası məhkəməsindəki elektron kabinetinə yerləşdirilmişdir. Məhkəmə qeyd edilən müqavilədə iddia edilən borc öhdəl iyinin sahibini işdə iştirak etməyə cəlb etməmiş, hüquq və vəzifələrinə dair onun hüquqlarının pozulmasına səbəb olan qətnamə çıxarmışdır. Qətnamədə cavabdehin borclu olmadığına dair hər hansı sübut təqdim etmədiyi bildirilmişdir. İddiaçı özü 15.000 manat borc pul verdiyini qeyd edir, lakin hakim bunu əsassız varlanmaya yönləndirir və bu məhkəmə qərarı ilə təsdiqlənib. Yəni həm iddiaçı borc verdiyi deyir, həm yazılı müqavilədə borcun verildiyi və alındığı iradə ifadələri ilə təsdiq edilir. Qanuni qüvvəyə minmiş 13 iyun 2024-cü il tarixli Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinə istinad etsə də, orada borcun alınıb və verildiyinə yenə istinad etməmişdir. Yəni son müqavilədə göstərilənlər 13 iyun 2024-cü il tarixli qanuni qüvvəsini almış məhkəmə qərarında öz əksini tapmışdır. Bundan əlavə, ge ri qaytarılan 5000 manat müqavilənin 1.6-cı yarımbəndinə əsasən 21 yanvar 2020-ci il tarixli borc müqaviləsinin tam ödənişidir. Əslində borc 10000 manat deyil, daha çoxdur və ödənişlər iddiaçının kartına ödənilib. 13 iyun 2024-cü il tarixli qətnamədə göstərilir ki, cavabdehin atası 5000 manatı X3 ödəyib. Qeyd edilən borc öhdəlikdən kənar deyil, öhdəlik üzrə yazılı müqavilə ilə iradə ifadəsi əsasında formalaşmışdır. Borcu alan müqavilə üzrə Cəfərov Zəkram, geri qaytarmaq öhdəliyi isə "xxxx" MMC-nin olmuşdur. Bunun bir hissəsi ödənsə də, 10000 manadan çox hissəsi "xxxx" MMC tərəfindən ödənməmişdir. Lakin öhdəlik qanunsuz olaraq Cavabdeh üzərinə qoyulmuşdur.

23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

24. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

25. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırmas ı hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

26. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarını n hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1 və 1092.1.1-ci maddələrinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsas ən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntus u hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarına və cavabdehin hazırkı kassasiya şikayətinin dəlillərinə uyğun apellyasiya şikayətinə hüquqi qiymət verilmiş və toplanmış sübutlara səlahiyyətləri çərçivəsində qiymət verməklə, tərəflər arasında etibarlı borc müqaviləsinin mövcud olmamasını əsas götürməklə, Mülki Məcəllənin 1091, 1092-ci maddəsi tətbiq edib, yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.

31. Kassasiya şikayətinin dəlilləri 01 fevral 2022-ci il tarixli müqavilənin məhkəmə tərəfindən nəzərə alınmaması ilə bağlıdır.

32. Halbuki, iddiaya birinci instansiya məhkəməsində baxılarkən, həmin müqaviləyə istinad etməmiş və müqavilə işin faktiki hallarını araşdıran həmin məhkəməyə mülki prosessual qanunvericiliyi i lə müəyyən olunmuş müddətlərdə və qaydada təqdim edilməmişdir.

33. Həmçinin, cavabdeh hazırda Sumqayıt Şəhər Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(060)-2215/2024 nömrəli qətnaməsinə istinad etsə də, həmin qətnamənin məzmunundan da, onun qeyd etdiyi müqaviləni təqdim etməsi və dəlillərinin əsasını bu müqavilə təşkil etməmişdir.

34. İşin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməs inin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməm əli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 oktyabr 2025-ci il tarixli, 2(105)-1191/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar