Məhkəmə qərarları › İş №2(102)-4036/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4036/2019

20.06.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4036/2019 20.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Rnun, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxx il tarixli, 2(103)-4691/2018 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin (hakim F.Məmmədov) xxx il tarixli, 2(011)-169/2018 nöm rəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə yaşayış hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şirinov, T.Səmədov, E.Kazımov) xxxil tarixli, 2(103)-4691/2018 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xxx il tarixli, 2(011)-169/2018 nömrəli qətnaməsinin onun apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şirinov, T.Səmədov, E.Kazımov) xxx il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxxil tarixli, 2(103)4691/2018 s aylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçı və vəkili R iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxx il tarixli qərardadından kassasiya şikayətləri vermişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili R kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin surətini iddiaçı 06.07.2018-ci il tarixdə poçt xidməti vasitəsi ilə rəsmi qaydada almış, 23.07.2018-ci il tarixdə Ali Məhkəməyə kassasiya şikayəti tərtib edilməsi və işə Ali Məhkəmədə baxılması üçün dövlət hesabına vəkillə təmin olunması barədə ərizə ilə o, apelyasiya məhkəməsinə müraciət etmiş, 13.08.201 8-ci il tarixli qərardadla ərizəsi təmin edilmişdir. Bir müddət sonra onun dövlət hesabına vəkillə təmin olunması barədə qərardad Vəkillər Kollegiyasının Rəyasət Heyətinə göndərilmiş, 07.09.2018-ci il tarixdə Vəkilləri Kollegiyasının Rəyasət Heyəti işi 13 saylı Hüquq Məsləhətxanasına göndərmiş və həmin gün 13 saylı Hüquq Məsləhətxanası vəkil Ramil Qocayevə order vermişdir. 08.09.2018-ci il tarixdə vəkil tərəfindən kassasiya şikayəti tərtib edilmiş və 09.09.2018-ci il tarixdə kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçının dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizəsinə tez müddətdə baxılması, tez müddətdə qərardad qəbul edilməsi, həmin qərardadın icra olunaraq hər hansı vəkilə tapşırılması iddiaçının iradəsindən asılı deyildir. Ona görə də onlar, iş üzr ə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxx il tarixli qərardadının, 2(103)-4691/2018 saylı qərardadının ləğv edilməsini, iddiaçının şikayətinə kassasiya qaydasında baxılması üçün işin Ali Məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili R kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəm ə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onların izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi xxx il tarixli qərardadından görünür ki, apelyasiya instansiyası məhkəməsi məlum qətnamənin iddiaçıya 14.06.2018-ci il tarixdə göndərildiyinə, 08.07.2018-ci il tarixdə imza etməklə onun tərəfindən qətnamənin qəbul edildiyinə, kassasiya şikayəti vermək üçün iddiaçının 25.07.2018-ci il tarixdə məhkəməyə müraciət etdiyinə, məhkəmənin 13.08.2018-ci il tarixli q ərardadı ilə ərizəsinin təmin edildiyinə, bundan sonra iddiaçı tərəfindən kassasiya şikayətinin 15.09.2018-ci il tarixdə verildiyinə istinad edərək, iddiaçı tərəfindən 2 aylıq şikayətvermə müddətinin ötürülməsi əsası ilə kassasiya şikayətinin geri qaytarılması qənaətinə gəlinmişdir. Kassasiya kollegiyası aşağıda göstərilən əsaslara görə, apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, həqiqətən də iş materiallarından və iddiaçının özü tərəfindən qərardaddan vermiş olduğu şikayət üzrə etirafından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xxxil tarixli, 2(103)-4691/2018 saylı qətnaməsi 14.06.2018-ci il tarixdə poçt xidməti vasitəsi ilə iddiaçıya ünvanlanmış, iddiaçı 08.07.2018-ci il tarixdə imza etməklə qətnaməni qəbul etmişdir. Bundan sonra iddiaç ı müddət itirmədən, yəni 23.07.2018-ci il tarixdə dövlət hesabına vəkillə təmin olunması barədə ərizə ilə apelyasiya instansiyası məhkəməsinə müraciət etmiş, ərizə məhkəməyə 25.07.2018-ci il tarixdə daxil olmuş, məhkəmənin 13.08.2018-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, 07.09.2018-ci il tarixdə Bakı şəhəri 13 saylı Vəkil Bürosu tərəfindən vəkil Rna İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinə hüquqlarının müdafiəsi məqsədilə order verilmiş, vəkil tərəfindən tərtib edilmiş kassasiya şikayəti isə 18.09.2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MPM-nin 405.0.1-ci maddəsinə əsasən, kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Həmin Məcəllənin 407.3-cü maddə sinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 408.1.3-cü maddəsinə əsasən, kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti geri qaytarılır. Göstərilənləri nəzərə alaraq kassasiya kollegiyası qeyd edir ki, qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi kassasiya şikayətinin verilə bilməsi üçün vəkilin olması mütləqdir. Əgər tərəfin vəkili olmazsa, bu hal onun tərəfindən verilmiş kassasiya şikayətinin qaytarılması üçün əsasdır. İşin halından da g örünür ki, iddiaçı kassasiya şikayəti tərtib edə bilməsi üçün vaxtında dövlət hesabına vəkillə təmin edilməsi üçün apelyasiya instansiya məhkəməsinə müraciət etmiş və müraciətinin nəticəsi üzrə heç bir müddət pozuntusuna yol vermədən kassasiya şikayəti tərtib edilib apelyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir. Kassasiya kollegiyası, kassasiya şikayətinin dəlilləri ilə razılaşır və onları əsaslı hesab edərək hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxx il tarixli qərardadı ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv e dib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 405-408, 416-417, 418.1,420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxx il tarixli, 2(103)-4691/2018 nömrəli qərard adı ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar