Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4037/2019 12.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X28 oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X3, vəkili Vəkil iştirakları ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsindən çıxarılma, torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi və mübahisəli torpaq sahəsinin əvvəlk i vəziyyətdə təhvil verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.12.2018-ci il tarixli, 2(103)-13143/2018 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair ilk iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsində yerləşən 0,09 ha torpaq sahəsindən ibarət olan 989 «a» saylı bağ evi torpaq sahəsi ilə birlikdə onun xüsusi mülkiyyətindədir. Bu barədə onun adına 28.08.2014cü il tarixdə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş dövlət reyestrindən çıxarış vardır. Cavabdehlə aralarında qarşılıqlı raz ılaşma əsasında bölgü sxem də tərtib edilmişdir. 1995-ci ildə onun qayınatası X1 bələdiyyə sənədi ilə ona Maştağa qəsəbəsi, Albalılıq-2 bağlar massivində 12 sot torpaq sahəsi pay vermişdir. Qayınatası ona torpaq sahəsini verəndə həmin torpaq sahəsinin 03 sotunu oğlu X2ə verməyini bildirmişdir. Qayınatası vəfat edəndən sonra onun dediyi kimi ona verdiyi torpaq sahəsinin 03 sotunu X2ə vermək istəyəndə, X2 torpaq sahəsini istəməmiş və bildirmişdir ki, onun payına düşən 03 sot torpaq sahəsini qardaşı X4ə versin. O, da 2014-cü ildə ona verilmiş 12 sot torpaq sahəsinin 03 sotunu qaynı X3ə vermişdir. Lakin buna baxmayaraq X4 onun 09 sot torpaq sahəsinin 335 kv.m-ni zəbt edərək daş hasara alarkən bölgünü düzgün aparmamışdır. O, dəfələrlə cavabdehə qanunsuz hərəkətlərinə son qoymağı və onun torpaq sahəsindən çıxmağı tələb etsə də, o buna məhəl qoymamış və onu təhqir etmişdir. Torpaq sahəsinin zəbt olunması ilə bağlı o, Sabunçu rayon Polis İdarəsinə ərizə ilə şikayət etmişdir. Sabunçu RPİ-nin istintaq şöbəsində bu iş araşdırılmış, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə sorğu göndərilmiş və müəyyən edilmişdir ki, həqiqətən də onun mülkiyyətində olan 900 kv.m torpaq sahəsinin 335 kv.m-ni cavabdeh zəbt etmişdir. Hal-hazırda onun torpaq sahəsi 565 kv.m qalmışdır. Lakin Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi X4in qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Belə ki, həmin qərarda bu işin mülki xarakter olduğu və cəlb etmə müddəti keçdiyi üçün cavabdeh haqqında cinayət işnin başlanmadığı bildirilir. Ona görə də o, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməyi qərara almışdır. Qe yd edilənlərə əsasən məhkəmədən Cavabdeh onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsində yerləşən 0,09 ha torpaq sahəsindən ibarət olan 989 «a» saylı bağ sahəsinin zəbt etdiyi 335 kv.m-dən çıxarılması, həmin torpaq sahəsinin ona təhvil verilməsi, cavabdeh tərəfindən zəbt etdiyi 335 kv.m torpaq sahəsinə görə aradan hördüyü daş hasarın cavabdehin hesabına sökülərək qanuni vəziyyətinə qaytarılmaqla daş hasarın onun torpaq sahəsinin texniki pasportunda göstərilən sərhədindən cavabdehin hesabına çəkilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, son radan iddia ərizəsinə əlavə verərək, çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsindən çıxarılma, torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi və mübahisəli torpaq sahəsinin əvvəlki vəziyyətdə təhvil verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsində yerləşən 989 №-li bağ torpaq sahəsi 40 sot olmaqla 1960-cı ildən atası X1 və istifadəsində olmuş, sonradan həmin torpaq sahəsinin 16 sotu dövlət ehtiyacları üçün alınmışdır. Təxminən 1994-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi massivində yerləşən 989 №-li 24 sot bağ torpaq sahəsinin atası X2 və ifadəsinə verilməsi barədə Bakı ŞİHB Aparatının Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə müvafiq müqavilə bağlanmışdır. Daha sonra, atası M.Cavabdeh sahibliyində və istifadəsində olan 24 sot bağ torpaq sahəsinin 12 sot hissəsi anası X13, 9 sot hissəsi isə hazırki mülki mübahisə üzrə cavabdeh İddiaçı mülkiyyətinə keçmişdir. Qeyd olunan 24 sot bağ torpaq sahəsinin addan-ada keçməsində nə onun, nə də digər ailə üzvlərinin məlumatı olmuş, nə də həmin şəxslər bu sənədlərə imza etmişdir. Hesab edir ki, cavabdeh İddiaçı atası M.Cavabdeh sahibliyində və istifadəsində olmuş Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsində yerləşən 989 №-li bağ torpaq sahəsini saxta imza və sənədlərlə iki hissəyə bölmüş və həmin torpaq sahəsinin 0.09 ha hissəsinə 989a №-li ünvan verməklə özbaşınalıq edərək öz mülkiyyətinə keçirmişdir. Qeyd etmişdir ki, məlum saxta sənədlər əsasında Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsində yerləşən 0.09 ha olan 989a №-li bağ torpaq sahəsinin cavabdeh İddiaçı mülkiyyəti kimi qeydiyyata alınması barədə AR ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən RX seriyalı ******* saylı 28.08.2014-cü il tarixli Çıxarış verilmişdir. Məlumat üçün onu qeyd edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka2 sahəsi massivində yerləşən 989 №-li bağ torpaq sahəsi ilə bağlı Bakı ŞİHB Aparatının Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə anası X21 arasında 4920 saylı 26.02.2007-ci il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə anası imza etməmiş, nə o, nə də digər ailə üzvləri məlum torpaq sahəsinin addan-ada keçməsinə razılıq vermişlər. Qeyd edilməlidir ki, hansı səbəbdənsə məlum müq avilədə ailə üzvü kimi yalnız hazırki mülki mübahisə üzrə cavabdeh İddiaçı həyat yoldaşı olan qardaşı X6in adı qeyd edilmişdir. Halbuki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi massivində yerləşən 989 №-li 24 sot bağ torpaq sahəsinin atası X2 və istifadəsinə verilməsi barədə Bakı şəhəri İHB Aparatının Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə təxminən 1994-cü ildə bağlanmış məlum müqavilədə onun və digər ailə üzvlərinin adları qeyd edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsində yerləşən 989 №-li bağ torpaq sahəsinin X9 ayrılması ilə bağlı və həmin ünvanda yerləşən 989a №-li bağ torpaq sahəsinin İddiaçı ayrılması və məlum torpaq sahəsinin sonuncunun mülkiyyəti kimi qeydiyyata alınmasına əsas olmuş sənədlərin təsdiqlənmiş sürətlərinin təqdim edil məsi barədə Bakı şəhəri 9 saylı Hüquq məsləhətxanasından AR ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə 671 saylı 24.11.2017-ci il tarixli sorğu ilə müraciət edilmiş, lakin həmin idarə **********50 saylı 08.12.2017-ci il tarixli məktubu ilə sözügedən sənədlərin təqdim edilməsindən imtina etmişdir. Onu da qeyd edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi massivində yerləşən 989 №-li bağ torpaq sahəsinin bölünməsi və həmin torpaq sahəsinin 0.09 ha hissəsinin 989a №-li bağ evi ünvanı verilməklə cavabdeh İddiaçı adına özəlləşdirilməsi barədə faktları 2014-cü ildə ünvan 1 ünvanda yerləşən 5 saylı mənzilin real bölgüsü ilə bağlı mübahisə zamanı ona məlum olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmədən, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, bağ evi № 989a ünvanda yerləşən 0.09 ha torpaq sahəsinin cavabdeh İddiaçı mülkiyyəti kimi qeydiyyata alınması barədə AR ƏMDK yanında DƏDRX-nun Bakı Şəhər Ərazi İdarəsinin verdiyi RX seriyalı ******* saylı 28.08.2014-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi, zəbt olunmuş 0.09 ha torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsində inşa edilmiş bütün tikililərin onun hesabına sökülməsi və məlum torpaq sahəsinin əvvəlki vəziyyətdə ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli, 2(008)-668/2018 saylı qətnaməsi ilə (hakim M.C.Qarayev) ilkin iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsində yerləşən 0,09 ha torpaq sahəsindən ibar ət olan 989 “a” saylı bağ sahəsinin zəbt etdiyi 335 kv.m-dən çıxarılaraq torpaq sahəsinin İddiaçı təhvil verilməsi, Cavabdeh tərəfindən İddiaçı qızının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsində yerləşən 0,09 ha torpaq sahəsindən ibarət olan 989 “a” saylı bağ sahəsinin zəbt etdiyi 335 kv.m torpaq sahəsində aradan hördüyü daş hasarın Cavabdeh hesabına sökülməsi, ilkin iddianın qalan hissədə və qarşılıqlı iddianın rədd edilməsi, Cavabdeh ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (Cəfərov Namiq Şamil oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X16 və X17) 26.12.2018-ci il tarixli, 2(103)-13143/2018 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin olunmayaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh və vəkili Vəkiliş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.12.2018-ci il tarixli, 2(103)-13143/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi 26.12.2018-ci il tarixli qətnaməni qəbul edərkən Cavabdeh, onun qardaşı və nümayəndəsi Əskərov X2 Mirsattar oğlu, anası X21 və bacısı X4 Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsində yerləşən 0,09 ha olan 989 a №-li bağ torpaq sahəsi ilə bağlı əmlak hüquqlarını kobud şəkildə pozmuşdur. Sözügedən torpaq sahəsi barədə İddiaçı ilə cavabdehin atası X14 arasında istifadə və icarə hüquqlarının satılması haqqında müqavilə bağlanmamış, həmin müqavilə notarial qaydada təsdiq edilməmiş və ailə üzvlərinin razılığı alınmamışdır. Apellyasiya instansiyası məhkəməsi sözügedən sənədlərdəki imzaların saxta olub-olmamasının müəyyən edilməsi məqsədi ilə verilmiş vəsatəti təmin etməmiş və müvafiq xətşünaslıq ekspertizası təyin etməmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.12.2018-ci il tarixli, 2(103)-13143/2018 nömrəli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. PROSESSUAL MƏSƏL ƏLƏR: İddiaçı Cavabdeh nümayəndəsi X2 və vəkili Vəkil məhkəmə kollegiyası iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında İddiaçı vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPMnin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə digər şəxslərə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublika sı MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, “bağın icarəyə verilməsi haqqında” 26 sentyabr 1964-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 massivində 0,25 ha torpaq sahəsi iddiaçının mərhum qayınatası, cavabdehin atası olmuş X9 icarəyə verilmişdir. Sonradan müqavilənin müddətləri uzadılmışdır. X14 09 yanvar 1995-ci il tarixli ərizəsində icarəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 989a saylı bağ sahəsinin 0,25 ha torpaq sahəsinin 0,12 ha hissəsini oğlu X6 Əsgərovun həyat yoldaşı iddiaçı X7nın adına keçirilməsini xahiş etmişdir. Torpaq sahəsinin İddiaçı verilmə sinə iş üzrə üçüncü şəxslər X22 və X10, habelə cavabdeh X11 09 yanvar 1995-ci il tarixli ərizələrlə razılıqlarını bildirmişlər. Bununla da Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 (Albalılıq-2) bağ sahəsi, 989a nömrəli bağ evi ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və ümumi sahəsi 63,57 kv.m olan bağ evi keçmiş Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə bağlanmış 23 mart 2005-ci il tarixli 25802 nömrəli müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 21 may 2010-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında 16 iyun 2010-cu il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 (Albalılıq-2) bağ massivində yerləşən 989 nömrəli bağ sahəsi ünvanında yerləşən qalan 0,12 hektar torpaq sahəsi isə keçmiş Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə bağlanılmış 26 fevral 2007-ci il tarixli 4920 nömrəli müqavilə əsasında 15 dekabr 2009-cu il tarixdə iş üzrə üçüncü şəxs X13 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri 37 saylı dövlət notariat kontorunda 08 yanvar 2011-ci il tarixdə 4Ə-1/02 reyestr nömrəsi ilə qeydiyyata alınmış bağışlanma müqaviləsinə əsasən 989 nömrəli bağ sahəsi 27 yanvar 2011-ci il tarixdə qızı iş üzrə üçüncü şəxs X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra 25.07.2014-cü ildə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində yerləşən 989a nömrəli bağın 0,12 ha torpaq sahəsinin 0,03 ha hissəsini 4 saylı “ASAN xidmət” mə rkəzi notariat kontorunda bağlanılmış 25 iyul 2014-cü il tarixli, 4Ə-305 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən qaynı X6 bağışlamışdır. Həmin 0,03 ha hissə cavabdeh X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yerdə qalan 0,09 hektar torpaq sahəsi və ümumi sahəsi 63,57 kv.m olan 989a nömrəli bağ evi 28 avqust 2014-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Apellyasiya instansiya məhkəməsi ilk iddia üzrə müəyyən etmişdir ki, bağ sahəsi iddiaçının mülkiyyətindədir, həmin bağın 335 kv.m torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilərək, zəbt edilmiş hissədə arada daş hasar tikilməsi iş üzrə keçirilmiş məhkəmə tikinti texniki ekspertizasının 31.05.2018-ci il tarixli rəyi vardır. Buna görə də, iddiaçının tələbi Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsi nə əsasən əsaslıdır. Qarşılıqlı iddianı isə əsassız hesab edərək, apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddiada etibarsız hesab edilməsi tələb edilən reyestr çıxarışı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd əsasında verildiyindən, həmin qeyd isə daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasına əsas verən hüquqi aktlar əsasında aparıldığından hüququn yaranmasına əsas verən əqd və ya akt mübahisələndirilmədən reyestr qeydinin etibarsızlığı mümkün deyildir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İlkin iddia tələbinin qanuni əsasını Mülki Məcəllən in 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyanın mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyanın cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırki iş üzrə hər 3 dispozisiya şərti mövcuddur, buna görə də, məhkəmələr tərəfindən ilkin iddianın təmin edilməsi qanuni və əsaslıdır. Məhkəmə kollegiyası qarşılıqlı iddia ilə bağlı qeyd edir ki, mübahisəli bağ sahəsi İddiaçı verilən zaman qarşı tərəfin razılıqları olmuş, bağ sahəsi 1995-ci ildən İddiaçı fasiləsiz istifadəsində olmuş, qanunvericiliklə müəyyən edilmiş qaydada öz əlləşdirilmiş, bu vaxta kimi tərəflər arasında bağ sahəsi ilə bağlı mübahisələri olmamış, 23 il ərzində torpaqdan istifadə ilə bağlı qarşı tərəfə heç bir tələb irəli sürülməmiş, bununla da, iradə ifadəsinin könüllü olduğunu nümayiş etdirmişdir. Hətta 2014-cü ildə bağ sahəsinin 0,03 ha hissəsi X6 bağışlanan zaman da tərəflər arasında mübahisə yaşanmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Qarşılıqlı iddia üzrə etibarsızlığı tələb edilən 989a saylı bağ sahəsində dair S.Əskərzadənin adına daşınmaz əmlakın dövlət reyestrində qeyd Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə bağlanmış 23 mart 2005-ci il tarixli 25802 nömrəli müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 21 may 2010-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında 16 iyun 2010-cu il tarixdə aparılmışdır. Hüququn əmələ gəlməsi barədə həmin əqd qüvvədə olduğundan onun əsasında aparılmış qeydin etibarsızlığı üçün əsas yoxdur. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası apellyasiya məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədə n saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.12.2018-ci il tarixli, 2(103)13143/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4037/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4037/2019
12.06.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver