Məhkəmə qərarları › İş №2(102)-4037/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-4037/2025

11.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4037/2025 11.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, əsassız varlanma, iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2025-ci il tarixli, 2(107)971/2025 nömrəli qətnaməsindən iddiaçının hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdeh 2015-ci il tarixdə 22600 manat pul vermiş, sonuncu həmin pulu qaytaracağını öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 22600 manat borcun və 158 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, 2015-ci ildə iddiaçı cavabdehə 22600 manat vermiş və müqabilində cavabdeh cücə ferması işlədərək gəlirin bölünməsi ilə iddiaçıya ödəmələr həyata keçiriləcəyinə dair vədlər vermişdir. İddiaçı cavabdehə müqavilənin öhdəliklərinin icra etməsi ilə bağlı dəfələrlə müraciətlər etmiş, lakin cavabdeh borc üzrə öhdəliyinə götürdüyü ödəməli olduğu 22600 manat pul məbləğini ödəməkdən qəsdən boyun qaçırır.

4. Cavabdeh birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək göstərmişdir ki, 2015-ci il tarixdə iddiaçı ona iş görməyi, gəlir əldə etməyi, əldə olunan vəsaitin bərabər bölünməsi ilə bağlı 22600 manat borc pul vermişdir. Keçən müddət ərzində iş qura bilmədiyi üçün iddiaçıya pulu qaytara bilməmişdir. İddiaçıya ziyan etdiyini dəfələrlə bildirmiş, 2015-ci ildən iddiaçı pulunu tələb etmişdir. Lakin, iddiaçı ona borc pul verdiyi vaxtdan 10 il keçməsinə, həmin pulu qaytara bilmədiyini, qaytara bilməyəcəyini bildiyinə baxmayaraq, yalnız 2025-ci ilin fevral ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələb üzrə iddia müdd ətini ötürmüşdür. Buna görə də, cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir.

5. Göyçay Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2(046)-729/2025 nömrəli qətnaməsi ilə (hakim İ.Fəttahov) iddia rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında şifahi olaraq bağlanmış borc müqaviləsi üzrə iddiaçı öz hüquqlarının pozulduğunu 2016-cı ildən bu günədək bilmiş, lakin 05 fevral 2025-ci il tarixdə məhkəmədə iddia qaldırmışdır. Bu da üç illik iddia müddətinin iddiaçı tərəfindən buraxılmasına dəlalət edir.

7. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3, 377.1, 377.2, 375.2, 442, 739.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 119.1, 217-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 37 3.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli Qərarına, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli Qərarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

8. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2025-ci il tarixli, 2(107)-971/2025 nömrəli qətnaməsi ilə (hakim T.Musayevin sədrliyi və məruzəsi ilə, hakimlər E.Mehdiyev və Ə.Məcidov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiası rədd edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin İddiaçı Cavabdeh qarşı “pul” tələbinin təmin edilməməsi barədə gəldiyi nəticə ilə razılaşmış, lakin hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarına istinad etməmiş, buna uyğun olaraq mübahisəli münasibətin hüquqi mahiyyətini və tətbiq edilməli iddia müddətini düzgün müəyyən etməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissəsi ilə müəyyən olunur, lakin qanunçuluğun maraqları baxımından məhkəmə şikayətin dəlillərindən kənara çıxmaq səlahiyyətinə m alikdir.

11. Apellyasiya kollegiyası qeyd etmişdir ki, tərəflər arasında yaranan münasibətlər əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləridir.

12. Apellyasiya məhkəməsi mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 740.2-ci maddəsinə istinad olunaraq qeyd edir ki, borc məbləği üç min manatdan çox olduğundan və tərəflər arasında heç bir yazılı müqavilə bağlanmadığından, hazırkı mübahisə borc münasibətlərindən irəli gələn mübahisə deyildir.

13. Belə ki, apellyasiya kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 2015-ci il tarixdə 22600 manat pul vermiş, cavabdeh həmin pulu qaytaracağını öhdəsinə götürmüşdür. İddiaçı iddia ərizəsində cavabdeh borc üzrə öhdəliyini məhkəməyə müraciət etdiyi vaxtadək yerinə yetirməyərək, borcun ödənilməsi ndən qərəzli olaraq yayındığını göstərmişdir. Tərəflər arasında bağlanmış etibarlı borc müqaviləsi mövcud olmamışdır. Əhəmiyyətsiz əqd üzrə hüquqları pozulmuş iddiaçı 22600 manat pul vəsaitinin qaytarılması ilə bağlı iddia ərizəsini 05 fevral 2025-ci il tarixdə Göyçay Rayon Məhkəməsinə təqdim etmiş və onun iddia ərizəsi elə həmin tarixdə, yəni 05 fevral 2025-ci il tarixdə Göyçay Rayon Məhkəməsində qeydiyyata alınmışdır.

14. Öyrənilən mülki işin təhlilindən belə aydın olur ki, cavabdeh əhəmiyyətsiz əqd üzrə iddiaçının hesabına 22600 manat məbləğində əsassız varlanmış, əhəmiyyətsiz əqd üzrə əldə etdiyi həmin vəsaitin iddiaçıya qaytarılmasını təmin etməmişdir.

15. Apellyasiya kollegiyası apellyasiya şikayətinin tərəflər arasında olan mübahisənin borc müqaviləsindən yaranan mübahisə olmaması, iddiaçı iddia ərizəsində bacanağı ilə şərikli ferma alıb, iş görüb, qazanc götürmək məqsədi ilə fermanın dəyərinin üçdə bir hissəsinin pulunu ödəyəcəyi, lakin cavabdehin 10 il müddətində onlara qazancdan pul vermədiyini bildirərək, fermaya qoyduğu 22600 manat pulun cavabdehdən alınıb ona verilməsini xahiş etməsi, birinci instansiya məhkəməsinin tərəflər arasındakı mübahisəni, verilmiş borcun qaytarılmaması kimi qiymətləndirməkdə məqsədi, 3 illik iddia müddətini tətbiq etmək olması və məhkəmə tərəfindən maddi hüquq normasının düzgün tətbiq edilməməsi, əslində iddiaçı cavabdehdən şərikli əmlakdakı paya yönəltdiyi pulun qaytarılmasını tələb etməsinə dair dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçı cavabdehdən borc olaraq verdiyi pulu tələb etmiş, lakin tərəflər arasında qanunvericilikdə nə zərdə tutulmuş etibarlı borc müqaviləsi mövcud olmamışdır. Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizəsində, eyni zamanda apellyasiya kollegiyasına ünvanladığı apellyasiya şikayətinə etiraz ərizəsində iddiaçıdan aldığı 22600 manat vəsaiti iş görmək üçün borc olaraq aldığını qeyd etmiş, iş materiallarında isə iddiaçının apellyasiya şikayətinin dəlillərini təsdiq edən hər hansı mötəbər sübut aşkar olunmamışdır.

16. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin iddiaçının məhkəmə prosesində işin faktiki hallarını bilən şahidlərin dindirilməsini xahiş etsə də, məhkəmə mübahisəyə mahiyyəti üzrə, yəni iddia tələbinin dəlilləri əsasında baxmadığına görə yalnız iddia müddətini tətbiq etməklə işi yekunlaşdırmasına dair dəlilini də əsaslı hesab etməyərək qeyd etmişdir ki, iş materiallarından iddiaçının birinci instansiya məhkəməsinə hər hansı bir şahidi təqdim etməsi halı müəyyən edilməmiş və məhkəmənin hazırlıq iclasında iddiaçı iştirak etsə də şahidlərin dindirilməsi ilə bağlı vəsatəti olmamışdır.

17. Apellyasiya kollegiyası apellyasiya şikayətinin prosessual hüquq normalarının tələblərinə məhkəmə tərəfindən düzgün əməl edilməməsi, prosessual hüquq normalarının tələblərinə əsasən məhkəmə tərəflərin təqdim etdiyi sübutları araşdırmalı, onlardan istifadə etməli, eyni zamanda hər tərəf məhkəmədə tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırıb, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməməsi dəlilini də əsaslı hesab etməyərək qeyd etmişdir ki, iddiaçı məhkəmə iclaslarında iştirak etməklə yanaşı ona iddia tələbini əsaslandırması, sübutlarını təqdim etməsi üçün kifayət qədər şərait yaradılmış, buna dair onun hüquq və vəzifələri izah edilmiş, məhkəmə prosesləri çəkişmə prinsipinə riayət edilməklə aparılmış, tərəflərə hər hansı bir qeyri-bərabər münasibət bəslənilməmiş, iddia tələbi üzrə onların diqqət çəkdikləri faktlar öyrənilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin maddi hüquq normalarının tələblərinin pozuntusu ilə çıxarılmasına dair dəlili ilə qismən razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının hazırkı iddia tələbinə cavabdehin buna dair ərizə təqdim etməsi də nəzərə alınaraq iddia müddətini tətbiq etməkdə doğru nəticəy ə gəlsə də mübahisəyə dair maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

19. Belə ki, iş materiallarından müəyyən edildiyi kimi tərəflər arasındakı münasibətlər əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləridir. Bu münasibət üzrə iddiaçı 2015-ci ildə cavabdehə 22600 manat pul vəsaitini ödəsə də, tərəflər arasında mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada borc müqaviləsi bağlanmamışdır. İddiaçının birinci instansiya məhkəməsinə vermiş olduğu izahatlardan müəyyən olunur ki, onun tərəfindən cavabdehə verilmiş pulu 2022-ci ildən tələb etməyə başlamış, cavabdeh isə müxtəlif bəhanələrlə aldığı pulu qaytarmaqdan imtina etmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında etibarlı borc müqaviləsi mövcud olmamaqla, iddiaçı tərəfindən 22600 man at pulun cavabdehə verilməsi ilə bağlı 2015-ci ildə tərəflər arasında əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri yaranmışdır. İddiaçı əhəmiyyətsiz əqd üzrə Cavabdeh ondan aldığı, lakin qaytarılmamış 22600 manat pul vəsaitini tələb edir. 21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarına istinad edən məhkəmə, iddiaçının birinci instansiya məhkəməsinə vermiş olduğu izahatından görünür ki, iddiaçı tərəfindən cavabdehə 22600 manat məbləğində pul 2015-ci il tarixdə verilmiş, bundan sonra müxtəlif vaxtlarda pulunu cavabdehdən tələb etmiş, nəhayət sonuncu dəfə 2022-ci ildə cavabdehlə telefon əlaqəsi saxlamış və ald ığı pulu Rusiyada yaşayan qardaşına verməsini bildirmiş, lakin cavabdeh aldığı pulu həmin vaxtdan məhkəməyə müraciət etdiyi vaxtadək qaytarmamışdır.

22. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdehlə şifahi qaydada razılaşdığı əhəmiyyətsiz əqd üzrə verdiyi 22600 manat məbləğində pulun qaytarılması ilə bağlı ən azından 2022-ci ildən öz hüquqlarının pozulduğunu bilmiş və yaxud bilməli olmuşdur. Yəni şəxsin əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı ilə bağlı əldə etdiklərinin qaytarılması üçün iddia müddətinin axımı əhəmiyyətsiz əqdin icrasına başlanıldığı gündən 2022-ci ildən başlanmışdır.

23. Göründüyü kimi, hazırkı iş üzrə iddia müddətinin axımı iddiaçının özünün etirafı nəzərə alınsa, 2022-ci ildən başlanmaqla 2023-cü ilin sonunda başa çatmış, iddiaçı hazırkı iddia əriz əsi ilə məhkəməyə müraciət edərkən qanunla iddianın verilməsi üçün nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürmüşdür.

24. Mülki iş materiallarına əlavə edilən 30 aprel 2025-ci il tarixdə məhkəməyə daxil olmuş iddia müddətinin tətbiq edilməsinə dair ərizəsindən görünür ki, cavabdeh məhkəmədən İddiaçı ona qarşı pul tələbinə dair iddiasının iddia müddətinin keçməsi səbəbindən rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbindən göründüyü kimi, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı ilə bağlı əldə edilmişlərin geri qaytarılması tələblərindən irəli gələn iddia müddəti 1 il təşkil edir, iddiaçı həmin müddəti üzrsüz səbəbdən ötürmüş və qanunvericiliklə müəyyən edilmiş 1 illik iddia müddəti ərzində məhkəmə müdafiəsindən istifadə etməmişdir, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 337.1, 337.3, 337.5, 354.1, 367, 372.1, 372.2, 373.4, 375.1, 375.2, 377.1, 380.1, 386.1, 739.1, 740.1, 740.2, 1091.2, 1092.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

26. İddiaçının hüquqi varisi XXX kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2025-ci il tarixli, 2(107)-971/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar, bu mümkün olmasa, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 337.1, 337.3, 337.5, 354.1, 367, 372.1, 372.2.2, 373.4, 375.1, 375.2, 377.1, 380.1, 386.1, 739.1, 740.1, 740.2, 1091.2 və 1092.1-ci maddələri pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsi apellyasiya baxışı zamanı iddiaçı tərəfin iştirakını formal yanaşma ilə təmin etmiş, apellyasiya şikayətinin dəlillərini və iş üzrə aydınlaşdırılmamış mühüm halları araşdırmamışdır. Halbuki, həm birinci instansiya məhkəməsinin qətnaməsindən, həm də apellyasiya şikayətinin dəlillərindən görünür ki, işə baxılarkən prosessual qanunvericiliyin tələblərinə əməl edilməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyətli olan faktiki hallar tam müəyyən edilməmişdir. Bu şəraitdə apellyasiya məhkəməsi faktiki halları natamam və qeyri-müəyyən araşdırmış, q ətnaməyə hüquqi qiymət verməklə tələsik qərar qəbul etmiş, birinci instansiya məhkəməsinin qeyrimüəyyən nəticəsinə sadəcə fərqli hüquqi əsaslar tətbiq etməklə işin mahiyyətini araşdırmadan icraata xitam vermişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin tərəflər arasındakı münasibəti səhvən borc müqaviləsi kimi qiymətləndirdiyi göstərilmişdir. Apellyasiya məhkəməsi bu dəlili qəbul etmiş və qətnaməsində mübahisənin borc münasibətindən deyil, əhəmiyyətsiz əqd üzrə əsassız varlanmadan irəli gəldiyini qeyd etmişdir. Apellyasiya məhkəməsinin bu nəticəsi düzgün deyildir. Belə ki, məhkəmə tərəflər arasında mövcud olmuş razılaşmanı əsassız olaraq əhəmiyyətsiz əqd kimi qiymətləndirmişdir. Halbuki tərəflər arasında bacanaqlıq münasibəti çərçivəsində, cavabdehin təklifi ilə şərikli fe rma alaraq birgə təsərrüfat fəaliyyəti və qazanc əldə etmək barədə razılaşma olmuşdur. İddiaçı 2015-ci ildə fermanın dəyərinin 1/3 hissəsinə uyğun 22.600 manat vəsaiti cavabdehə vermiş, cavabdeh isə fermadan əldə olunacaq gəlirdən iddiaçıya pay verməyi öhdəsinə götürmüşdür. Cavabdehin təsərrüfat fəaliyyətini lazımi qaydada qura bilməməsi səbəbindən gəlir əldə olunmamış, iddiaçı isə uzun müddət bu halı mübahisələndirməmişdir. Bir neçə il ərzində mübahisə həll olunmadığından iddiaçı 2022-ci ildən etibarən mübahisənin həlli üçün cavabdehə alternativ yollar təklif etmişdir. Fermanın bölünməsi və payının ayrılması, fermanın satılaraq vəsaitin bölüşdürülməsi və ya fermaya qoyduğu 22.600 manat vəsaitin qaytarılması. 2022-ci ildə iddiaçının həyat yoldaşı XXX birbaşa fermaya gedərək payların bölünm əsini tələb etmiş, bundan sonra tərəflər arasında telefon danışıqları aparılmışdır. Son razılaşmaya əsasən cavabdeh iddiaçıdan 2024-cü ilin dekabr ayınadək vaxt almış, bu müddətdə fermanı sataraq paya düşən vəsaiti ödəməyi, bu mümkün olmadığı halda isə 22.600 manat pulu qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh həmin öhdəliyi icra etmədiyindən iddiaçı 2025-ci ilin əvvəlində məhkəməyə müraciət etmişdir. Apellyasiya məhkəməsi qətnamənin 63-cü bəndində iddiaçının izahatına istinad edərək iddia müddətinin başlanğıcını 2022-ci ildən hesablamışdır. İddiaçının izahatında yer alan dəqiqləşdirilməmiş və qeyri-müəyyən ifadəyə əsaslanmaqla iddia müddətinin başlanğıcının müəyyən edilməsi əsassızdır. Çünki cavabdehin iddiaçının tələblərini konkret olaraq nə vaxt və hansı formada rədd etdiyi müəyyən edi lməmişdir. Əksinə, iş materiallarından və tərəflər arasında aparılmış danışıqlardan görünür ki, cavabdeh heç bir vaxt iddiaçının vəsaitinin qaytarılmasından imtina etməmiş, əksinə, problemi həll edəcəyini dəfələrlə bildirmişdir. Cavabdeh 2022-ci ildən etibarən vəsaitin qaytarılması ilə razılaşmış, bunu səsli mesajlarında da təsdiq edərək, iddiaçının pulunun mütləq qaytarılmalı olduğunu ifadə etmişdir.

28. Həmçinin, məhkəmə Mülki Prosessual Məcəllənin 9.1, 14.1, 14.2, 77.1, 88, 217.1, 217.2, 217.3,217.4 və 218.1-ci maddələrini pozmuşdur. Belə ki, cavabdeh öz etirazında 2015-ci ildə iddiaçıdan iş görmək və gəlir əldə etmək məqsədilə 22.600 manat vəsait aldığını, lakin təsərrüfat fəaliyyətini qura bilmədiyindən iddiaçıya pul ödəyə bilmədiyini və iddiaçının həmin vəsaiti uzun müddət tələb et diyini etiraf etmişdir. Eyni zamanda iddiaçı iddia ərizəsində cavabdehin aldığı 22.600 manat vəsaiti qaytaracağına dair öhdəlik götürdüyünü, lakin bu günədək həmin öhdəliyin icra edilmədiyini bildirmişdir. Həm birinci instansiya, həm də apellyasiya məhkəməsi tərəflərin bu izahatlarını araşdırmamış və qiymətləndirməmiş, sübutlardan istifadə etməməklə sübutların qiymətləndirilməsində səhvə yol vermiş, nəticədə qətnaməni işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələblərinə əməl edilməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir.

29. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

30. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

31. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən ol unması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

32. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətb iq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (mə hrum olanın) hesabına əmlak əldə etsin. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 34. “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur e dir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığ ını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclası nda tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

36. Məhkə mə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verməklə, cavabdehin əsassız varlanmadan irəli gələrək iddiaçıya öhdəliyinin yaranmasını müəyyən etmiş, lakin iddiaçının iddia müddətini ötürməsi qənaətinə gəlmişdir. M əhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.

38. Kassasiya şikayətinin dəlilləri işin həqiqi hallarının araşdırılmaması ilə bağlıdır. Halbuki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı hüquq i varisi XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2025-ci il tarixli, 2(107)-971/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar