Məhkəmə qərarları › İş №2(102)-4038/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4038/2019

21.06.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4038/2019 21.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, iddiaçılar İddiaçı3,İddiaçı2, İddiaçı1, İddiaçı4, üçüncü şəxs X, iddiaçının vəkili X9, cavabdehin nümayəndəsi X7, vəkili X8 iştirakı ilə, İddiaçılar İddiaçı3,İddiaçı2, İddiaçı1,İddiaçı4, üçüncü şəxs X Cavabdehna qarşı yaşayış sahəsi ilə təmin edilmə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 yanvar 2019-cu il tarixli qətnaməsindən iddiaçılar İddiaçı3,İddiaçı2, İddiaçı1 və üçüncü şəxs X tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.Bağırova) İddiaçı3,İddiaçı2, İddiaçı1,İddiaçı4, üçüncü şəxs X Cavabdehna qarşı yaşayış sahəsi ilə təmin edilmə tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən R.Qurbanov, hakimlər E.Nəbiyev və A.Hüseyn) Səbail rayon Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçılar İddiaçı3,İddiaçı2, İddiaçı1, üçüncü şəxs X kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya mür aciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 yanvar 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı3, İddiaçı2, İddiaçı1, İddiaçı4 cavabdeh X qarşı iddia verərək, onlara başqa yaşayış sahəsi verilmədən onların məskunlaşdıqları yaşayış sahəsindən çıxarılmaları tələbindən ibarət mənzil hüquqlarının pozulması təhlükəsini yaradan hərəkətlərinə son qoyulması və onların «xxxx» MMC tərəfindən ünvan 1 ünvanında X aspirantlar yataqxanasında məskunlaşmış sakinlər üçün tikilən yeni binalarda yaşayış sahəsi ilə təmin olunmalarının X tələb edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X cavabdeh X qarşı iddia verərək, X başqa yaşayış sahəsi verilmədən onun məskunlaşdığı yaşayış sahəsindən çıxarılması tələbindən ibarət mənzil hüququnun pozulması təhlükəsini yaradan hərəkətlərinə son qoyulması və X «xxxx» MMC tərəfindən ünvan 1 ünvanında X aspirantlar yataqxanasında məskunlaşmış sakinlər üçün tikilən yeni binalarda yaşayış sahəsi ilə təmin olunmasının X tələb edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edil mişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qəbul etdiyi qətnaməsi işin aşağıda qeyd edilən halları ilə əsaslandırmışdır. İş materiallarından görünür ki, XX5 07.12.2016-cı il tarixli qərarı ilə mənzil məsələləri üzrə komissiya yaradılmış və komissiyaya X ilə “xxxx” MMC arasında bağlanmış 14.11.2012-ci il tarixli podrat müqaviləsinə əsasən ünvan 2 ünvanda yerləşən yataqxananın ərazisində yeni inşa edilən binalardan X ayrılmış mənzillərə həmin yataqxanada yaşayan və X-da işləyən elmi işçilərin köçürülməsi məsələsində yaranmış vəziyyətin ətraflı araşdırıl ması tapşırılmışdır. Həmin komissiya tərəfindən aparılmış araşdırma nəticəsində 16.05.2017-ci il tarixli arayış tərtib edilmiş və həmin arayış akademiyanın Rəyasət Heyətinə təqdim edilmişdir. Rəyasət Heyətinin 24.05.2017-ci il tarixli qərarı ilə X Rəyasət Heyətinin 07.12.2016-cı il tarixli qərarı ilə yaradılmış mənzil məsələsi üzrə komissiyanın 16.05.2017-ci il tarixli arayışı qənaətbəxş hesab edilmiş və həmin arayışdakı təkliflər nəzərə alınmaqla komissiyanın fəaliyyətinə xitam verilmiş, eyni zamanda mənzillərin bölüşdürülməsi komissiyası yaradılmışdır. X 24.05.2017-ci il tarixli qərarı ilə yaradılmış mənzillərin bölüşdürülməsi komissiyası tərəfindən inşa edilmiş binalardan X ayrılmış mənzillərin Aspirantlar yataqxanasında qeydiyyatda olan və hazırda orada yaşayan, qanunvericiliyə müvafiq qaydada mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan X əməkdaşlarına və onların ailə üzvlərinə ilkin bölgüsünə baxılmışdır. Buna baxmayaraq komissiyanın işindən narazı qalan vətəndaşlar tərəfindən X çoxsaylı şikayətlər daxil olmuş və mənzillərin bölgüsünün mövcud qanunvericiliyə uyğun qaydada tam obyektiv aparıldığının bir daha təsdiq edilməsi və şikayətlərin əsaslı olub-olmamasının müəyyən olunması məqsədi ilə X Rəyasət Heyətinin 05.07.2017-ci il tarixli qərarı ilə X ayrılmış mənzillərin bölgüsü üzrə yaradılmış komissiyanın tərkibinə əlavə komissiya üzvlərinin cəlb edilməsi qərara alınmışdır. Eyni zamanda komissiyaya X ayrılmış mənzillərin bölgüsünün daxil olmuş şikayətlər nəzərə alınmaqla qanunvericiliyə uyğun qaydada bir daha nəzərdən keçirilməsi, daxil olmuş şikayətlərə baxılma sı, onların cavablandırılması və bölgünün nəticələri barədə komissiya tərəfindən son mərhələdə qəbul ediləcək qərarın təsdiq olunması üçün X-nın Rəyasət Heyətinə təqdim edilməsinin təmin edilməsi tapşırılmışdır. X 24.05.2017-ci il tarixli və 05 iyul 2017-ci il tarixli qərarları ilə yaradılmış X mənzillərin bölüşdürülməsi Komissiyasının 15.09.2017-ci il tarixli qərarı ilə X ünvan 2 ünvanda yerləşən Aspirantlar yataqxanasında qeydiyyatda olan, daimi və fasilələrlə yaşayan, yataqxanada yaşadıqları müddətdə Bakı şəhərində ər və ya arvadın adına mənzil olmuş və ya olan sakinlərin (ailələrin) mənzillə təmin edilməməsi qərara alınmışdır. İddiaçılar bildirirlər ki, 22 fevral 2011-ci il tarixdə X mərhum prezidenti X və X ünvan 1 ünvanında yerləşən aspirantlar yataqxanasının sakinləri, o cümlədən hə min sakinlər sırasında hazırkı iş üzrə iddiaçılar Azərbaycan Respublikasının Prezidentinə məktubla müraciət edərək yataqxanada yaşayan sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə mənzillə təmin olunmalarını və yaxud həmin yataqxananın özəlləşdirilərək orda yaşayan sakinlərin xüsusi mülkiyyətinə verilməsinə köməklik göstərilməsini xahiş etmişlər. Bu məktuba müsbət cavabdan sonra 08 noyabr 2012-ci il tarixdə aspirantlar yataqxanası ərazisinin yaşayış evlərinin tikintisi üçün özəl bir şirkətə verilməsi və qarşılığında tikiləcək evlərdə yataqxanada məskunlaşmış sakinlər üçün yeni mənzillər alınması ilə bağlı iclas keçirilmişdir. Həmin iclasda yuxarıda göstərilən məsələ müzakirə edilərək aşağıdakılar barədə qərar qəbul olunmuşdur: aspirantlar yataqxanasında yerləşən hər bir mən zil üçün yeni tikilən binada ən azı 65 kv.m-dən ibarət iki otaqlı mənzillərin tam təmir olunub sakinlərin ixtiyarına verilməsi; sakinlərin elmi dərəcə və ailə tərkibinin nəzərə alınması ilə onlara əlavə yaşayış sahəsinin verilməsi; yeni binanın tikilməsi ilə bağlı komissiyanın şirkətlə əməkdaşlığı və X rəhbərliyi ilə müntəzəm əlaqə saxlanılması və yataqxana sakinlərinin məlumatlandırılması. İclasın verdiyi yekun qərara müvafiq olaraq 14 noyabr 2012-ci il tarixdə “xxxx” MMC və X arasında podrat müqaviləsi bağlanmış və 09 iyul 2015-ci il tarixdə adı çəkilən tərəflər arasında həmin müqaviləyə əlavələr protokolu imzalanmışdır. “xxxx” MMC sözügedən podrat müqaviləsinin 1.1-ci bəndinə müvafiq olaraq X məxsus 0.66 ha torpaq sahəsində akademiya əməkdaşları və sakinlər üçün 1 ədəd 4 girişli 16 mərt əbəli yaşayış binasının layihə sənədlərinə uyğun olaraq tikintisini, həmin podrat müqaviləsinin 1.3-cü bəndinə müvafiq olaraq aspirantlar yataqxanasında yaşayan akademiya əməkdaşları və sakinlər üçün öz vəsaiti hesabına inşa etdiyi 1 girişli 16 mərtəbəli yaşayış binasını ödənişsiz əsaslarla sifarişçiyə təhvil verməyi, həmin podrat müqaviləsinin 2.1.2-ci bəndinə müvafiq olaraq tikintinin norma və qaydalarını gözləməklə müqaviləyə əlavə olunan layihə sənədlərinə tam uyğun olaraq binanı öz gücü hesabına nəzərdə tutulan vaxtda, 2 il müddətinə tikib başa çatdırmağı və sifarişçi X təhvil verməyi öz öhdəsinə götürmüşdür. X sözügedən podrat müqaviləsinin 2.2.1-ci bəndinə müvafiq olaraq yerinə yetirilmiş işləri layihə sənədlərində nəzərdə tutulmuş şərtlərə uyğun olaraq qəbul etməyi və həmin podrat müqaviləsinin 3.5-ci bəndinə müvafiq olaraq X əməkdaşları üçün ayrılmış mənzillərin sakinlərə təhvil verilməsini öz üzərinə götürmüşdür. 09 iyul 2015-ci il tarixli podrat müqaviləsinə əlavələr protokolunun qərar hissəsinin 1-ci bəndində göstərilir ki, “xxxx” MMC-nin vəsaiti hesabına tikilməkdə olan yaşayış kompleksində 5000 kv.m sahə ödənişsiz əsaslarla X verilsin və X veriləcək mənzillərin yerləşdiyi mərtəbə, otaqların sayı, ümumi və yaşayış sahələri göstərilməklə təsdiq edilmiş siyahısı “xxxx” MMC tərəfindən X təqdim edilsin. 19 dekabr 2012-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) X “aspirantlar yataqxanası binasının sökülüb, yenidən tikintisinin layihələşdirilməsinə” icazə verilməsi haqqında 564 saylı Sərəncam vermişdir. Həmin sərəncamda aspirantlar yataqxanasının sakinlərinin m ənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə yaşayış binasının tikintisinin layihələşdirilməsi üçün icazə verildiyi göstərilmişdir. Hazırda iddiaçılar yaşayan sözügedən aspirantlar yataqxanası sökülmədən podratçı “xxxx” MMC tərəfindən həmin yataqxananın ətrafında yeni binaların tikintisi başa çatdırılmış və bu binalarda olan mənzillər X tərəfindən əksəriyyət etibarı ilə məskunlaşdırılmışdır. Lakin iş üzrə iddiaçılar daxil olmaqla aspirantlar yataqxanasında yaşayan sakinlərin müəyyən qismi nəinki yeni tikilən yaşayış sahələrində məskunlaşdırılmamış və hətta onlardan başqa yaşayış sahələri ilə təmin olunmadan məskunlaşmış olduqları yataqxana ərazisini tərk etmək tələb olunmuşdur. Beləliklə, bu sakinlər məskunlaşmış olduqları binanın sökülərək yerində başqa yaşayış binalarının tikintisinə v ə həmin yeni yaşayış binasında məskunlaşdırılacaqlarına razılıq verdikləri və buna təminat aldıqları halda, yaşayış sahəsindən məhrum edilmə təhlükəsi ilə üzləşməklə mənzil hüquqlarının pozulmasına məruz qalmışdır. Göstərilənlərlə bağlı 18 iyul 2017-ci il tarixli vəkil sorğusu ilə X rəhbərliyinə müraciət olunmuş və həmin sorğuya cavab olaraq X işlər idarəsinin təqdim etdiyi 18.08.2017-ci il tarixli məktubda göstərilmişdir ki, X əvvəlki rəhbərliyi ilə “xxxx” MMC arasında 14 noyabr 2012-ci il tarixdə bağlanmış müqavilədə ünvan 3 ünvanında yerləşən yataqxananın ərazisində yeni inşa edilən binalardan X ayrılacaq mənzillərin yataqxanada qeydiyyatda olan və yataqxanada yaşayan X əməkdaşlarına ayrılması nəzərdə tutulmuşdur, sorğuda adları qeyd olunan İddiaçı3, İddiaçı2, İddiaçı1, və İddiaçı4 X işləmədiklərinə görə onlara X tərəfindən mənzil ayrılması qanunvericiliyə əsasən mümkün deyildir, bu şəxslər həmin ünvanda tikilən evlərdən mənzil almaq məqsədi ilə məhkəməyə iddia ilə müraciət etmişlər və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 sentyabr 2014-cü il tarixli 2(004)4349/2014 saylı qətnaməsi ilə iddiaları rədd edilmişdir. İddiaçılar hesab edirlər ki, həmin cavab məktubu əsassızdır. Belə ki, X ilə “xxxx” MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqavilədə ünvan 1 ünvanında yerləşən yataqxananın ərazisində yeni inşa edilən binalarda yalnız hazırda X əməkdaşları deyil, yataqxanada qeydiyyatda olan və yataqxanada yaşayan bütün sakinlərin məskunlaşdırılması nəzərdə tutulmuşdur. Bundan başqa, qeyd olunan iddia X qarşı deyil, “xxxx” MMC-yə qarşı irəli sürülmüş və məhkəmə baxış predmeti də hazırkı iddia ərizəsinin tələblərindən fərqli olmuşdur. Bundan başqa, qüvvədə olan qanunvericilik iş üzrə iddiaçıların başqa yaşayış sahəsi ilə təmin edilmədən məskunlaşdıqları yaşayış sahəsindən çıxarılmalarına yol vermir. 3-cü şəxs bildirir ki, o, 1995-ci ildən hazırkı dövrə kimi X X2 işləyir, 1992-ci ildən X-nın yataqxanasında yaşayır, 2002-ci ildən etibarən həmin yataqxanaya daimi pasport qeydiyyatına götürülmüş və ona order verilmişdir. Belə olan halda qanunvericiliyə əsasən onun başqa yaşayış sahəsi ilə təmin olunmadan məskunlaşmış olduğu yaşayış sahəsindən çıxarılması yolverilməzdir. Göstərilənlərlə bağlı vəkil sorğusuna X-nın işlər idarəsinin 18.08.2017-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, X-nın əvvəlki rəhbərliyi ilə “xxxx” MMC arasında 14.11.2012ci il tarixində bağlanmış müqavilədə ünvan 1 ünvanında yerləşən yataqxananın ərazisində yeni inşa edilən binalardan X-ya ayrılacaq mənzillərin yataqxanada qeydiyyatda olan və yataqxanada yaşayan X əməkdaşlarına ayrılması nəzərdə tutulmuşdur. O, Xda işləyir. X1 Bakı şəhərində 3 mənzili olmuşdur. Həmin mənzillərin birini 2010-cu ildə, qalan ikisini isə 2014-cü ildə özgəninkiləşdirmişdir. onun ailəsinin Bakı şəhərində mənzili olduğu üçün yataqxanada yaşayış sahəsinə hüququnu itirmişdir. Qeyd olunan məktubda göstərilən dəlillər təhrif olunmuş, həm də qanunvericiliyin tələblərinə zidd olmaqla əsassızdır. Belə ki, onun arvadı X adına Bakı şəhərində 3 deyil, 2 mənzil olubdur və bu mənzillərin çıxarışları onun adına olsa da, həmin mənzillər faktiki olaraq anasının olmuş və bu mənzillərdə onun anası yaşamışdır. O, 1992-ci ildən və 2008-ci ildə nikaha daxil olduqdan sonra ailə üzvləri ünvan 4 ünvanında yaşamışlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30.01.2018-ci il tarixli qətnaməsi ilə onların nikahına xitam verilmiş, 29.03.2013-cü il tarixdə birgə nikahdan olan övladları X6 atası X yanında qalması qət olunmuşdur. Ona görə də, onun arvadının adına Bakı şəhərində mənzilin olması səbəbindən yataqxanada yaşayış sahəsinə hüququnu itirməsi barədə cavabdehin gətirdiyi dəlillər tam əsassızdır. Belə ki, qanunvericiliyə müvafiq olaraq ailə üzvlərindən birinin adına başqa bir mənzilin olması ailə üzvlərinin faktiki qeydiyyatda olduqları və yaşadıqları yaşayış sahəsinə olan hüquqlarını itirmələrinə əsas yaratmır. Bundan başqa onların nikahına xitam verilmişdir. Digər tərəfdən, şəxsin yaşay ış sahəsinə olan hüququnu itirməsinə yalnız məhkəmə qərar verir. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddiaya etiraz etmiş və bildirmişdir ki, X Rəyasət Heyətinin 24 may 2017-ci il tarixli qərarı ilə «xxxx» MMC tərəfindən inşa edilmiş və X ayrılmış mənzillərdən ilk növbədə sözügedən yataqxanada qeydiyyatda olub X daimi və uzun müddət çalışan və mənzil şəraitini yaxşılaşdırmağa daha çox ehtiyacı olan şəxslərə elmi dərəcələri də nəzərə alınmaqla mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Komissiya tərəfindən İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 X işləmədiklərinə görə onlara X tərəfindən mənzil ayrılması qanunvericiliyə əsasən mümkün deyil. Bu şəxslər həmin ünvanda tikilən evlərdən mənzil almaq məqsədilə məhkəməyə iddia ilə müraciət etmişlər və Bakı şəhəri Yasamal Rayo n Məhkəməsinin 19 sentyabr 2014-cü il tarixli 2(004)-4349/2014 nömrəli qətnaməsi ilə iddiaları rədd edilmişdir. İddiaçı X isə X işləyir, lakin onun X1 adına Bakı şəhərində 3 mənzil olmuşdur. Həmin mənzillərdən birini 2010-cu ildən qalan ikisini isə 2014-cü ildə özgəninkiləşdirmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən X ailəsinin Bakı şəhərində mənzili olduğu üçün yataqxanada yaşayış sahəsinə hüququnu itirmişdir. Odur ki, onun ailəsinə mənzil ayrılması məsələsinə baxılmamışdır. Apellyasiya baxışında cavabdehin nümayəndəsi X12 iddianı qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etmiş və bildirmişdir ki, iddiaçıların iddia tələbində qeyd etdikləri 18.08.2017-ci il tarixli məktubda iddiaçıların X işləmədiklərinə görə onlara X tərəfindən mənzil ayrılması mümkün deyil” ifadəsi on ların hal-hazırda yataqxanadan çıxarılması anlamına gəlmir. Həmin məktubla iddiaçılara yeni inşa edilən binalardan X ya ayrılacaq mənzillərin yataqxanada qeydiyyatda olan və orada yaşayan X əməkdaşlarına ayrılmasının nəzərdə tutulduğu bildirilmişdir. Yəni hal-hazırda yataqxanada yaşayan bütün sakinlərin yeni mənzillə təmin edilmələri mümkün deyil. Hazırda iddiaçıların yaşadıqları yataqxana sökülmür və bununla əlaqədar iddiaçıların yaşadıqları mənzillərdən çıxarılması ilə bağlı onlara qarşı heç bir tələb irəli sürülməmişdir. Yataqxana söküldüyü təqdirdə iddiaçıların yaşadıqları mənzillərdən digər yaşayış sahəsi verilib-verilmədən çıxarılması məsələsi qanunvericiliyin tələbləri üzrə həll ediləcəkdir. Beləliklə, tərəflərin izahatlarına və iş materiallarına əsasən mübahisəsiz qaydada müəyyən o lunur ki, iddiaçılar və 3-cü şəxs Xn yataqxanasında yaşayırlar və faktiki olaraq hal-hazırda X Ümumi Yığıncağı tərəfindən onların mənzildən çıxarılması ilə bağlı hər hansı bir qərar qəbul edilməmiş və bununla bağlı iddiaçılar və 3-cü şəxsə qarşı hər hansı bir tələb irəli sürülməmişdir. Bununla yanaşı iddiaçılar və 3-cü şəxs X tərəfindən onların mənzil hüquqlarının pozulması təhlükəsini yaradan hərəkətlərinə son qoyulması barədə tələb irəli sürmüşlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 7-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinin tələblərinə görə isə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də ma raqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bundan başqa, iddia icraatı qaydasında hansı növ tələblərin irəli sürülməsinin mümkünlüyünü Mülki və Mülki Prosessual Məcəllənin ayrı-ayrı maddələrindən aydın şəkildə müəyyən etmək olur. Məsələn əmlakın alınması, pul vəsaitlərinin tutulması, müqavilənin ləğv və ya etibarsız hesab edilməsi, dəyişdirilməsi, əmlakın bölünməsi, naturada ayrılması, cavabdehi müəyyən hərəkətləri etməyə məcbur etmə, alimentin alınması, zərərin əvəzinin ödənilməsi və s. Qanunvericiliyin tələblərindən də göründüyü kimi məhkəmələr gələcəkdə pozulması ehtimal edilən hüquqların bərpası məsələsini deyil, artıq pozulmuş hüquqların müdafiəsi məsələsini həll edir. Həmçinin mülki prosesdə iddia icraatı qaydasında irəli sürülən tələblər xarakter etibarı ilə konkret və dəqiq olur. Lakin iddiaçılar və 3-cü şəxs tərəfindən irəli sürülmüş cavabdeh tərəfindən onların mənzil hüquqlarının pozulması təhlükəsini yaradan hərəkətlərinə son qoyulması barədə iddia artıq pozulmuş hüquqların bərpası məqsədi ilə deyil, gələcəkdə pozulması ehtimal edilən hüquqların indidən bərpası məqsədi ilə verilmişdir. Bundan başqa həmin tələb yuxarıda qeyd olunan məqsədləri daşımır və qeyri-müəyyən və qeyri-dəqiq olmaqla yanaşı, mülki qanunvericilikdə nəzərdə tutulan heç bir növ iddia tələblərinə aid deyildir. Ümumiyyətlə, iddia icraatı qaydasında hələ pozulmamış və gələcəkdə pozulması təhlükəsi olan hüquqların müdafiəsi tələbi özü-özlüyündə ayrıca iddia olaraq irəli sürülə bilməz. Bu baxımdan kollegiy a hesab edir ki, ümumiyyətlə, hazırda iddiaçıların hər hansı mənzil hüquqlarının pozuntusu baş vermədiyindən iddia tələbləri sübutlar araşdırılmadan rədd edilməlidir. Sübutlar araşdırıldığı halda da iddiaçıların və 3-cü şəxsin istinad etdiyi hallar öz təsdiqini tapmır. Belə ki, onlar X tərəfindən onların ünvan 1 ünvanında X aspirantlar yataqxanasında uzun müddət məskunlaşdıqları yaşayış sahəsindən çıxarılmaları tələbindən ibarət mənzil hüquqlarının pozulması təhlükəsini yaradan hərəkətlərinə son qoyulması barədə tələb irəli sürsələr də, cavabdeh tərəfindən həmin hərəkətlərin törədilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. İddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş X İşlər İdarəsinin müdir müavini X tərəfindən ünvanlanmış 18.08.2017-ci il tarixli məktubu isə bunu təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin məktubla bağlı cavabdehin nümayəndəsi də bildirmişdir ki, iddiaçıların və 3cü şəxsin həmin yataqxanadan çıxarılması ilə bağlı qərar yalnız X Ümumi Yığıncağı tərəfindən qəbul edilə bilər ki, hazırda bu barədə hər hansı bir qərar qəbul edilməmişdir. Həmçinin iddiaçıların yaşadıqları mənzillərdən çıxarılması ilə bağlı onlara qarşı hər hansı tələb irəli sürülməmiş və yataqxana söküləcəyi təqdirdə iddiaçıların yaşadıqları mənzillərdən digər yaşayış sahəsi verilib-verilmədən çıxarılması məsələsinin qanunvericiliyin tələbinə uyğun həll ediləcəkdir. Ümumiyyətlə, “xxxx” MMC tərəfindən inşa ediləcək binada olmasa belə, iddiaçılara başqa mənzil sahəsi verilmədən onlar yataqxanadan çıxarılmayacaqlar. Göründüyü kimi tərəflər arasında hal-hazırd a mənzillə bağlı hər hansı mübahisə mövcud deyildir və iddiaçıların mənzil hüquqları cavabdeh tərəfindən pozulmamışdır. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı3,İddiaçı2, İddiaçı1, üçüncü şəxs X kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar