Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4038/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı1, cavabdeh Cavabdeh və vəkili Dadaşov Vüsal İmamverdi oğlunun iştirakları ilə, cavabdeh Cavabdeh və vəkili Şirinov Nəriman Canış oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2020-ci il tarixli, 2(103)-758/2020 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəm əsinin 2(004)-3971019 saylı, 02 avqust 2019cu il tarixli qətnaməsi ilə (hakim A.S.Məmmədov) iddia qismən təmin edilərək cavabdehdən 35.369 manat məbləğində pul, habelə gecikdirilmiş pul məbləğinin illik 5 faizi, yəni 4.418 manat olmaqla, cəmi 39.787 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq, iddiaçıların xeyrinə müştərək qaydada ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2020-ci il tarixli, 2(103)758/2020 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi F.F.Babayev, X.A.Mərdanova və E.M.Həsənov) cavabdeh Cavabdeh apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3971/19 saylı, 02 avqust 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə də yişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 35.369 manat pulun, həmçinin həmin pulu ələ keçirib qanunsuz istifadə etməklə əsassız varlanmağa, iddiaçıları mülki dövriyyədən və əldə edəcəyi gəlirdən məhrum etdiyinə görə illik 5 % olmaqla 2 il 6 ay üçün 12,5 %, yəni 11053 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçılara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehi uzun illər tanıdıqlarından və aralarında gediş-gəliş olduğundan ona etibar edtmişlər. 2015-ci ilin ortalarından başlayaraq, Cavabdeh onun (İddiaçı2) təqaüddə olduğunu biləndən sonra onlara müxtəlif vədlər verməyə, özünün açacağı xəmi r məmulatları sexində onunla birgə işləməyi, qazancı böləcəyi, bundan ötrü ona pul verməyini təklif etməyə başlamışdır. Bildirmişdir ki, onları sexinə şərik edəcəkdir. Onları buna inandırdığından onunla birgə işləməyə və pul verməyə razılaşıblar. Bu məqsədlə 19 dekabr 2015-ci il tarixdə qızıyla birlikdə Cavabdeh 15.500 manat vermişlər. Cavabdeh söz vermişdir ki, əgər iş alınmasa aldığı pulu 1 ay müddətində geri qaytaracaq. Hətta həmin tarixdə pulu onlardan alarkən qəbz yazıb imzalayıb verib və qəbzdə qeyd etmişdir ki, İddiaçı2 15.500 manat pulu birgə biznes açmaq, öz sexinə şərik etmək məqsədi ilə aldı, əgər iş alınmazsa 1 ay içində pulu geri qaytaracaqdır. Xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh dediyi biznesdən xəbər çıxmamış, pulu tələb etdikdə bildirmişdir ki, iş hələ baş tutmayıb. Bir dəfə də Cavabdeh evlərində olarkən söhbət əsnasında bildirmişdir ki, yeni tikilən binalardan birində özlərinə ev almaq istəyir, çünki, mənzili satmışlar. Cavabdeh bildirmişdir ki, daha yaxşı, o, yeni tikilidə onlara mənzil tapıb alar, əvvəl verdikləri 15.500 manat pulu da alacaqları mənzilin pulu kimi banka ödəyər. Mənzilin pulunun əvvəlcədən bir hissəsini nağd şəkildə ona verməyi, qalanını isə hər ay hissə-hissə ödəyəcəyini bildirmişdir. Cavabdeh inanıb satdığı mənzilin pulu olan 41.500 manat pulu da 19 oktyabr 2016-cı il tarixdə evlərində Cavabdeh vermişlər. Beləliklə də, Cavabdeh cəmi 57.000 manat pul vermişlər. Cavabdeh həmin tarixdə yenə qəbz yazıb imzalayıb verərək qeyd etmişdir ki, İddiaçı2 və İddiaçı1 satılmış mənzilin pulunu – 41.500 manatı Gülsüm üçün yeni tikili binadan mənz il almaq məqsədi ilə məbləğin yarısını da apardı. Əgər ev alınmasa bu məbləği qaytarmasa qanun qarşısında cavab verəcəkdir. Lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, Cavabdeh bu günədək nə onlara mənzil alıb verməyib, nə də aldığı pulu qaytarmayıb. Sonda məcbur qalıb Nərmanov rayon Polis İdarəsinə Cavabdeh şikayət etmişlər. Cavabdeh orada da etiraf etmişdir ki, həqiqətən onlara göstərdiyi məbləğdə borcu var. Həttə xəttşünaslıq ekspertizası təyin edilərək rəy alınıb və təsdiq olunub ki, 19.12.2015-ci il və 19.12.2016-cı il tarixli qəbzlər cavabdehin özü tərəfindən yazılmış və imzalanmışdır. Yazılar qeyri-adi psixofizioloji vəziyyətdə (stress, həyəcanlı, təzyiq altında və s.) icra olunmayıb. Araşdırma zamanı yalnız 21.631 manat dəyərində qızıl-zinyət əşyaları və pul qaytarıb, yen ə 35.369 manat borclu qalıb. Hətta 14.05.2019-cu ildə qeydiyyatdan da çıxıb onlardan gizlənməyə başlamışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 dekabr 2018-ci ildə qərar qəbul edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq cavabdeh Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Cavabdeh Cavabdeh və vəkili Şirinov Nəriman Canış oğlu kassasiya şikayə tini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası təqdim olunan iddiaçıların öz əlyazmaları və səsyazılarını nəzərə almamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh və vəkili Dadaşov Vüsal İmamverdi oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı1 vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Pro ssesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı2 üzrlü səbəb olmadan iştirak etməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, cavabdeh Cavabdeh və vəkili Dadaşov Vüsal İmamverdi oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdeh Cavabdeh kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apelyasiya şikayətinin təmin edilməli olmamasına dair apelyasiya instansiyası məhkəməsinin qətnaməsi işin aş ağıdakı müəyyən olunmuş halları üzrə əsaslandırılmışdır. İddiaçı cavabdehə pulun verilməsini təsdiq edən sübut qismində məhkəməyə Bakı şəhəri Nərimanov rayon Polis idarəsinin İstintaq Şöbəsinin müstəntiq polis kapitanı Ceyhun Cəlalov tərəfindən çıxarılmış 17 dekabr 2018-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarının surətini, cavabdeh tərəfindən yazılmış qəbzləri təqdim etmişdir. Cavabdeh tərəfindən yazılmış 19.12.2015-ci il tarixli qəbzdən görünür ki, cavabdeh İddiaçı2 15.500 manat pulu birgə biznes açmaq, öz sexinə şərik etmək məqsədi ilə almış, əgər iş alınmazsa 1 ay içində pulu geri qaytaracağına dair öhdəlik götürmüşdür. 19.10.2016-cı il tarixli qəbzdən isə məlum olur ki, cavabdeh Cavabdeh İddiaçı2 və İddiaçı1 satılmış mənzilin pulunu – 41.500 manatı Gülsü m üçün yeni tikili binadan mənzil almaq məqsədi ilə məbləğin yarısını da aparmış, əgər ev alınmasa bu məbləği qaytarmasa qanun qarşısında cavab verəcəyinə dair öhdəlik götürmüşdür. Bakı şəhəri Nərimanov rayon Polis idarəsinin İstintaq Şöbəsinin müstəntiq polis kapitanı Ceyhun Cəlalov tərəfindən qəbul edilmiş 17 dekabr 2018-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, cavabdeh araşdırma çərçivəsində verdiyi izahatında İddiaçı2 birgə biznes açmaq və yeni tikilidə ev almaq üçün pul almadığını, borcunun İddiaçı2 ilə qızıl alveri nəticəsində yarandığını bildirmişdir. Apelyasiya baxışı zamanı cavabdeh tərəfin vəsatətinə əsasən məhkəmənin sorğusu əsasında İddiaçı2 X.ya qarşı şikayət ərizəsi əsasında toplanmış material Nərimanov rayon Polis İdarəsi tərəfin dən məhkəməyə təqdim olunmuşdur. Araşdırma materialından da cavabdehin bildirdikləri öz təsdiqini tapmamışdır. Materialdan müəyyən olunur ki, araşdırma gedişatında xəttşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Məhkəməsinin 11 mart 2019-cu il tarixli, 4808 saylı rəyi ilə 19.12.2015-ci il və 19.12.2016cı il tarixli qəbzlərin cavabdehin özü tərəfindən yazılıb imzalandığını, yazıların qeyri-adi psixofizioloji vəziyyətdə (stress, həyəcanlı, təzyiq altında və s.) icra olunmadığı müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiya sı məhkəməsinin gəlmiş olduğu nəticəni aşağıda göstərilənlərə əsasən qanuni və əsaslı hesab etmir. Apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi cavabdeh tərəfindən yazılmış 19.12.2015-ci il tarixli qəbzdə aşağıdakılar qeyd olunmuşdur: “Mən, Cavabdeh qızı 19 dekabr 2015-ci il tarixdə uzun müddət tanıdığım İddiaçı2 etibarından sui-istifadə edərək onun özünə məxsus 15.500 AZN (on beş min beş yüz manat) məbləğində pulunu birgə biznes açmaq, yəni öz seximə şərik etmək məqsədilə aldım. Əgər biznes işi alınmasa mən apardığım bu məbləği 1 ay içində qaytarmalıyam. Əks halda bir dələduz kimi cinayət məsuliyyətinə cəlb olunmağa hazıram. Özüm yazdım, doğruluğunu imzamla təsdiq edirəm ”. Apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi 19.10.2016-cı il tarixli qəbzdə isə aşağıdakılar qeyd olu nmuşdur: “Mən, Cavabdeh qızı uzun müddət tanıdığım İddiaçı2 və İddiaçı1 etibarından istifadə edərək Gülsüm xanımın satdığı mənzilin pulunu 41.500 manatı (qırx bir min beş yüz manatı) onun üçün yeni tikili binada mənzil almaq məqsədi ilə məbləğin yarısını da apardım. Əgər ev alınmasa və məbləği qaytarmasam qanun qarşısında cavab verməyə hazıram. Yuxarıdakıları könüllü olaraq özüm yazdım “. Cavabdehin apelyasiya şikayətinin dəlili kimi aşağıdakılar qeyd olunmuşdur:”... mən təxminən 7-8 il əvvəl tanıdığım Nabat adlı qadın vasitəsi ilə İddiaçı2 və qızı İddiaçı1 nisyə, uzun müddətli ödənişlə qızıl-zinət əşyalarını satdığını bilmişəm və Nabat mənə onlardan qızıl almağı təklif etmişdir. Mən razılıq verdikdən sonra Nabat ilə birlikdə İddiaçı2 və qızı İddiaçı1 evinə getmişik. Bu şəxslər mənə qızıl- zinət əşyalarının alveri ilə məşğul olduqlarını bildirmişlər və mənə baxmaq üçün bir neçə qızıl gətirib göstərmişlər. Əvvəlcə özüm üçün daha sonra isə anam, bacım və qardaşımın toyu üçün onlardan qızıl aldım. Aldığım qızılların pullarını faizi ilə birlikdə hissə-hissə ödəməyə razılşamışdıq və buna görə də qəbz yazıb vermişdim. Sonra müxtəlif tarixlərdə də onlardan qızıllar almışam və faizi ilə birlikdə ödəmişəm. Daha sonra onlardan qardaşım üçün faizə pul verilməsini xahiş etmişdim, lakin onlar pulu ancaq qızıl vasitəsi ilə verə biləcəklərini demişlər. Ona görə də yenidən onlardan qızıl aldım və həmin qızılların da pullarını ödədim. Ölkədə dolların qiyməti dəyişdikdən sonra aramızda problemlər yaşanmağa başladı. Onlar məndən əlavə pullar tələb etməyə başladılar. Məni daima polislə hədələyi rdilər. Daha sonra da polisə müraciət edərək mənə şər atdılar. Yalandan izahatlar veriblər ki, güya aramızda biznes və ya başqa razılaşmalar olmuşdur. Bizim aramızda hər hansı biznes və ya razılaşmalar olmamışdır. İzahatlarında yazmışlar ki, mən qeydiyyatdan çıxıb onlardan gizlənməyə başlamışam. Halbuki, məni qeydiyyatdan qaynanamın müraciəti ilə məhkəmə qətnaməsi əsasında çıxarılmışam”. Apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar cavabdehin nümayəndəsi və vəkili Səbuhi Həmidov tərəfindən qızıllar haqqında məlumat əks olunan 04.12.2014-cü il tarixli və 06.09.2015-ci il tarixli sənədlərdəki yazıların İddiaçı1 aid olub-olmamasını müəyyənləşdirmək üçün məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsi haqqında 25.12.2019-cu il tarixdə vəsatət verilmiş və yuxarıda qeyd olunan həmin tarixli əlyazmaları məhkəməyə təqdim olunmuşdur (i/v 99-101). Bununla əlaqədar apelyasiya instansiyası məhkəməsinin 16.01.2020-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, cavabdehin həmin nümayəndəsi və vəkilinin sualına cavab olaraq İddiaçı1 bildirmişdir ki, cavabdehlə aralarında qızıl alqı-satqısı olub, qızılların bir qismini 2014cü il tarixində, qalan hissəsini isə 2015-ci ildə satmış, 2014-cü ildə satdığı qızılın məbləği 10.000 manat məbləğində olmuşdur, lakin bu məsələyə qızılların aidiyyatı yoxdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin ape lyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanlara əsasən həmin maddənin tələbləri baxımından Cavabdeh 19.12.2015-ci il və 19.10.2016-cı il tarixli əlyazmalarına düzgün hüquqi qiymət verməmiş, həmin yazıların məzmunundakı cavabdehin iradəsi ilə bağlı qeyri-müəyyən ifadələri nəzərə almamış, sonuncu əlyazmanın isə məntiqi baxımından iddiaçıların təkidi ilə onların özlərinin müəyyənləşdirdiyi ümumi borc məbləği ilə əlaqədar yazılıb-yazılmamasını aydınlaşdırmamış, bununla əlaqədar ümumi borc məbləğinin müəyyənləşdirilməsinə dair düzgün hüquqi nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətlənd irilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işi n müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2020-ci il tarixli, 2(103)-758/2020 saylı qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4038/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4038/2020
06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver