Məhkəmə qərarları › İş №2(102)-4039/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4039/2023

06.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4039/2023 06.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı QƏRARİ (Açar sözlər: evə köçürülmə və maneənin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X3 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “evə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4248/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 06 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında y azılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Cavabdeh2 ilə X2 18 iyun 2010-cu il tarixdə rəsmi nikah bağlamış, nikah bağlandıqdan sonra arvada soyadı verilmişdir. Birgə nikahdan 14 may 2011-ci il tarixdə, Hacı-zadə Ayan Dəyanət qızı 12 sentyabr 2017-ci il tarixdə doğulmuşdur.

2. İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.

3. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı Bələdiyyəsinin 71 nömrəli 02 iyun 2022ci il tarixli məktubuna əsasən, X10 və X6 Kürdəxanı Bələdiyyəsi tərəfindən hər hansı torpaq sahəsi ayrılması barədə sənəd mövcud deyil. X5 torpaq və əmlak istifadəçisi kimi Kürdəxanı Bələdiyyəsinin vergi uçot sistemində qeydiyyatdadır. Belə ki, X19 xx.xx.2012-ci il tarixli ərizə ilə müraciət etmiş, uzun illər istifadəsində torpaq sahəsinin olmasını bildirərək, q eydiyyata alınıb torpaq vergisinə cəlb olunmasını xahiş etmişdir. Ərizəyə əlavə olunmuş üç bağ qonşusunun və F.Hacızadənin xahişi nəzərə alınaraq torpaq vergisinə cəlb olunmuşdur. Hazırda istifadəsində olan sözügedən torpaq sahəsi Kürdəxanı qəsəbəsinin xəritəsinə istinadən Kərəm Mirzəyev küçəsində yerləşir. Son ödənişi xx.xx.2020-ci ildə (torpaq 500 kv.m və 120 kv.m əmlak) tam ödənilmişdir.

4. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azəriqaz" İstehsalat Biriliyi (paylayıcı) ilə istehlakçı arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 11 iyun 2020-ci il tarixli 116080 nömrəli müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını (Kürdəxanı qəsəbəsi Ləhiş bağları) keyfiyyətli qazla təm in etməli, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməlidir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3012/2022 nömrəli 27 may 2022- ci il tarixli qərardadına əsasən, xx.xx.2011-ci il təvəllüdlü Hacı-zadə Tahir Dəyanət oğlunun və xx.xx.2017-ci il təvəllüdlü Hacı-zadə Ayan Dəyanət qızının saxlanılmaları üçün 27 may 2022-ci il tarixdən (alimentin müvəqqəti tutulmasına dair ərizə ilə məhkəməyə müraciət edildiyi vaxtdan) başlayaraq yekun məhkəmə aktı çıxarılanadək hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin cavabdeh X11ndan alınaraq İddiaçı xeyrinə tutulması qərara alınmışdır.

6. Kreditor-ipoteka saxlayan "xxxx" ASC, alıcı-ipoteka qoyan X14 və satıcı Cavabd eh1 arasında bağlanmış **********75213/1 nömrəli 26 aprel 2013-cü il tarixli alqısatqı və ipoteka müqaviləsinə əsasən satıcı, ümumi sahəsi 60 kv.m, yaşayış sahəsi 47 kv.m olan Bakı şəhəri Yasamal rayonu H.Zərdabi küçəsi ev 55 ünvanında yerləşən 132 nömrəli mənzili alıcı-ipoteka qoyanın mülkiyyətinə verir. Mənzilin satış qiyməti 65.000 manatdır, mənzilin dəyərinin 19.500 manatı alıcı-ipoteka qoyanın özü tərəfindən, 45.500 manatı isə kreditor ipoteka saxlayan tərəfindən **********75213 nömrəli 26 aprel 2013-cü il tarixli kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı (bundan sonra “iddiaçı”) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Sabunçu Ra yon Məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən faktiki sahibliyə yaradılan maneələrin aradan qaldırılması və azyaşlı uşaqları – xx.xx.2011ci il təvəllüdlü və xx.xx.2017-ci il təvəllüdlü X15 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Kərəm Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir..

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçının qaynanası, Cavabdeh2 isə həyat yoldaşıdır. İddiaçı Cavabdeh2 ilə nikaha daxil olduqdan sonra bir müddət Bülbülə qəsəbəsində yaşamışlar. Qayınatası və qayınanası həmişə yeni tikilən binalarda ev alıb sizi onları oraya köçürdəcəklərini deyirdilər.

9. Onlar ailə quran vaxt cavabdehlər Yasamal rayonu Qələbə dairəsi yaxınlığında Həsənbəy Zərdabi küçəsində 5 m ərtəbəli binada yaşayırdılar. 2 il Bülbülədə yaşadıqdan sonra onlar da həmin mənzilə köçmüşlər. 2014-cü ildə həmin mənzili satıb Yeni ünvan 3 ünvanda yeni tikilən binada hazırda yaşadıqları mənzili almışlar. 2015-ci ildə mənzilin təmirinə başlanılmışdır. Müvəqqəti olaraq iddiaçı həyat yoldaşı və uşaqlar atasıgildə, qayınanasıgil isə qızıgildə yaşamışlar. Təmir başa çatdıqdan sonra yeni mənzilə köçmüşlər. Mənzil iki otaqlı idi, ancaq yenidən planlaşdırılaraq mətbəxin hesabına üç otaqlı düzəldilmişdir. İkinci övladları Ayan həmin mənzildə dünyaya gəlmişdir.

10. Ayanın bir yaşı olanda valideynləri Dəyanətə onların Kürdəxanıda olan torpaq sahəsində ev tikib ora köçməyi məsləhət bilmişlər. Bundan sonra hazırda cavabdeh olan həyat yoldaşı Dəyanət Kürdəxanıda olan torpaq sahəsində ev tikməyə başl amışdır. Evin tikilməsinə onların ailəsi də köməklik edirdi. Hətta iddiaçıya toy hədiyyəsi olaraq verilmiş qızıl-zinət əşyaları da ümumi razılıqları əsasında satılıb evin tikintisinə sərf edilmişdir. Qiyməti daha yüksək olsa da, həmin vaxt Dəyanətin dediyinə görə qızıllar təxminən 5000 manata satılmışdır. 2020-ci ilin mart ayında Kürdəxanıda yeni tikilmiş evə köçmüşlər. İddiaçının bütün cehiz əşyaları da həmin evə yerləşdirilmişdir. Ev üç otaqdan, mətbəxdən və sanitar qovşağından ibarətdir. Atası tərəfindən hədiyyə olaraq iddiaçıya verilmiş 1500 manata mətbəx mebeli almışlar. Hazırda da həmin mebel mətbəxdə istifadədədir.

11. Birgə nikah dövründə iddiaçının cavabdehlər və ailə üzvləri ilə münasibətləri normal olmuşdur. İstər birgə yaşadıqları müddətdə, istərsə də ayrı yaşadıqları vaxtda ar alarında xırda söz-söhbət istisna olmaqla, hər hansı bir ciddi mübahisə, gərginlik olmamışdır. 2021-ci il iyun ayının 19-da iddiaçının qayınatası Hacı-zadə Tahir dünyasını dəyişmişdir. Yas mərasimi onların Kürdəxanıda yaşadıqları evdə keçirilmişdir. El adəti ilə iddiaçının valideynləri və qohum-əqrabası da yasda iştirak etmişlər. İddiaçı özü isə ailə üzvü və evin sahibəsi kimi yasda iştirak etmişdir.

12. Yas mərasiminin 40-cı günü qeyd ediləndən bir neçə gün sonra Yeni Yasamalda olan mənzildən pul itməsi məsələsi ortaya çıxmışdır. Dəyanət yaşadıqları evdə pul saxlamırdı. Bütün pullarını anasına verirdi, iddiaçı isə buna etiraz etmirdi. Bu məsələdən bir neçə gün sonra həyat yoldaşı Dəyanət iddiaya deyib ki, anası pulun onun tərəfindən götürüldüyünü iddia edir. İddiaçı xeyli müddətdir ki, mə nzildə olmadığını və oraya gedibgəlmədiyini bildirmişdir. Mənzildə Dəyanətin anası və qardaşının ailəsi yaşayır. Bacısı da bütün yas dövründə ailəsi ilə birlikdə orada yaşamışdır. Nə üçün anası onlardan şübhələnmir, orada olmadığı halda iddiaçını günahlandırmasını soruşmuş, demişdir ki, qoy versinlər polisə, polis araşdırsın. Onlar isə polisə müraciət etməmişlər. Mənzildə yaşamadığı, ora gedib gəlmədiyi halda pulu necə götürə bilər? Eyni zamanda bildirmişdir ki, 10 ildən çoxdur ki, ailəlidirlər, nə vaxtsa ondan belə bir hərəkət hiss etmişdirmi? Əgər o, mənzildə olsa idi və pulun yerə düşdüyünü belə, görsə idi onu götürüb anasına verərdi. Bu məsələ ətrafında getdikcə söz-söhbət böyüməyə başlamış və haqq-nahaq iddiaçını günahlandırmışlar.

13. Dəyanət 16 noyabr 2021-ci ildə iddiaçını və uşaql arını iddiaçının atasının evinə gətirmiş, sonradan onları evə aparmaq üçün gəlməmişdir. Telefonla zəng etdikdə bildirmişdir ki, anası sakitləşənə qədər bir müddət atasının evində qalsa yaxşı olar. Anası onu evdə görmək istəmir.

14. Yeni il qabağı, dekabr ayının 30-da Dəyanət atasının evinə, yanlarına gəlmiş və ona bildirmişdir ki, “pul məsələsini üstünə götür, etiraf elə, yoxsa məcbur olub boşanmalıyam”. Dəyanətə bildirmişdir ki, üstünə şər-böhtan götürə bilməz. Olmayan şeyi heç vaxt etiraf etməz. Bundan sonra 6 aya yaxın müddətdə Dəyanət onlarla maraqlanmamış, 20 may 2022-ci ildə isə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində nikahın pozulması barədə iddia qaldırmışdır. Nikahın pozulmasına etiraz edərək aliment tələbi irəli sürmüş və evə qayıtmaq istədiyini bildirmişdir. Dəyanət isə ona bildir mişdir ki, ev anasınındır, onun icazəsi olmadan ora girə bilməz. Sonradan iddiaçı evə getdikdə görmüşdür ki, evin giriş qapısının açarlarını dəyişdiriblər. İddiaçı başa düşmüşdür ki, bütün bu məsələlər ailəni dağıtmaq üçün bir qurğu imiş.

15. Hazırda Cavabdeh1 daimi olaraq, ailə üzvləri isə müəyyən vaxtlarda Kürdəxanıda iddiaçıya və Dəyanətə məxsus olan evdə yaşayırlar və iddiaçının cehiz əşyalarından istifadə edirlər.

16. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq uşaqları ilə birlikdə iş üzrə cavabdeh olan həyat yoldaşı Cavabdeh2 ilə birgə nikah dövründə inşa edərək yaşadıqları və əmlakının da hazırda da yerləşdiyi faktiki sahib olduğu evə köçmək istəyir.

17. Kürdəxanıda tərəflərindən inşa edilmiş evlə bağlı vəkillik qurumu tərəfindən Kürdəxanı Bələdiyyəsinə göndərilmiş sorğuya cavab olaraq Bələdiyyədən göndərimiş 02 iyun 2022-ci il tarixli 71 nömrəli cavab məktubunda Kürdəxanı Bələdiyyəsi tərəfindən vəkillik sorğusunun digər hissəsinə, torpaq sahəsində yaşayış evinin inşa edilibedilməməsi, inşa edildiyi halda yaşayışın olub-olmaması barədə arayış verilməsi hissəsinə cavab verilməmişdir.

18. Yuxarıda da qeyd etdiyi kimi iddiaçı uşaqları ilə birlikdə 9 aydan çoxdur ki, atasının evində yaşayır. Cavabdeh X11 tərəfindən nikahın pozulması barədə iddia qaldırıldıqdan sonra aliment tələbinə dair qarşılıqlı iddia əsasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə uşaqların saxlanılması üçün aliment ödənilməsi barədə qərar qəbul edilmişdir. Nikahın pozulması 11 noyabr 2022-ci ilə təyin edilmişdir. Müəyyən edilmiş aliment də uşaqların ata ları tərəfindən vaxtlı-vaxtında ödənilmir. Bütün yük iddiaçının yaşlı valideyinlərinin üzərinə düşmüşdür. Buna görə də birgə nikah dövründə inşa etdikləri və uzun müddət yaşayaraq hazırda da cehiz əşyalarının olduğu Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Kərəm Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evinə köçürülmələri zəruridir.

19. Bələdiyyənin cavab məktubunda göstərilir ki, axırıncı vergi ödənişi xx.xx.2020-ci ildə ödənilmişdir. Bu faktın özü də sübut edir ki, həmin ev onlara məxsusdur. Belə ki, onlar oraya 2020-ci ilin mart ayının axırında köçmüşlər. Buna görə də artıq ev onlara məxsus olduğu üçün Cavabdeh1 tərəfindən Dəyanət vergi ödəməyə məcbur edilməmişdir. Çünki, əvvəllər vaxtı çatan kimi vergini Dəyanətə ödətdirirdi. Dəyanət isə evə köçdükdən sonra nədənsə vergini ödəməm işdir. Göstərilən torpaq sahəsi və üzərində tərəflərindən birgə nikah dövründə ümumi vəsaitləri hesabına inşa edilmiş və uzun müddət yaşadıqları fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından cavabdehlərin iddiaçını uşaqları ilə birlikdə həmin mənzilə buraxmaması və iddiaçıya məxsus əmlaklardan qanunsuz istifadə edərək orada yaşamalarına maneələr törədilməsi əsassız olmaqla mülki qanunvericiliyin tələblərinə ziddir.

20. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcllənin 1, 14.1 və 18-ci maddələrinə istinad etmişdir.

21. Birinci instansiya məhkəməsində cavabdehlərin nümayəndəsi və vəkili iddiaya etiraz vermişdir. Etirazın dəlilləri: - həm torpaq sahəsi, həm də onun üzərində tikilmiş yaşayış evi Cavabdeh1 tərəfindən alınmış və tikilmişdir. Əgər iddiaçının iddia ə rizəsində qeyd etdiyi kimi bu torpaq sahəsi məhz Cavabdeh1 oğlu üçün verilməsi nəzərdə tutulmuş olsa idi, bu zaman sözügedən torpaq sahəsi elə alınan zaman Cavabdeh2 adına alınmış olardı; - Cavabdeh1 onurğasından əməliyyat olunduğu və bundan sonra ayağında axsama problemi yaşadıqdan sonra, həmçinin artıq təqaüdə çıxması ilə əlaqədar olaraq özü üçün onun istifadəsində bələdiyyənin qərarı ilə 2012-ci ildə almış olduğu torpaq sahəsində bağ evi inşa etmişdir. Belə ki, 26 aprel 2013-cü il tarixdə Cavabdeh1 ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 4 ünvanında yerləşən 132 nömrəli mənzili sataraq onun satışından əldə olunan vəsait hesabına Kürdəxanıda onun adına sözügedən bağ sahəsində ev inşa etməyə başlamışdır. 2014-cü ildə həyat yoldaşı Hacı-zadə Tahirin insult keçirməsi ilə evin i nşası yarımçıq saxlanılmış və 2014-2015-ci illərdə ailə bütün maddi gəliri məhz Hacı-zadə Tahirin səhhətinə sərf etmişdir. Yəni tikintinin inşasının yarımçıq qalma səbəbi maddi yükün həm səhhətə, həm də evin tikintisinə çatdırıla bilməməsi olmuşdur; - beləliklə, bir müddət sözügedən inşaat dayandıqdan sonra ailənin kiçik oğlu tərəfindən inşaat işləri şəxsən tamamlanmaqla və həmin ev təmir edilməklə ora kommunikasiya xətlərinin çəkilməsi ilə evin tamamlanması həyata keçirilmişdir. 2020-ci ildə qaz xətti çəkilmiş, ardınca isə su və digər xətlərin çəkilişi və rəsmiləşdirilməsi tamamlanmışdır. Daha sonra 2021-ci ildə Hacı-zadə Tahirin vəfat etməsi ilə tərəflər arasında qeyd edilən ailə münaqişəsi başlamışdır; - sözügedən fərdi yaşayış evinin tikintisinə sərf edilən vəsait birbaşa Cavabdeh1 v ə onun kiçik oğlu Hacı-zadə Taleh Tahir oğlunun vəsaiti olmuşdur. Belə ki, artıq 04 aprel 2019-cu ildən etibarən Cavabdeh2 işləməmişdir. Bunu isə X18 Xidmətinin vəkil sorğusuna vermiş olduğu cavabından aydınlaşdırmaq mümkündür. İddiaçı iddia ərizəsində qeyd edir ki, Cavabdeh2 uşaqlar üçün təyin edilmiş aliment məbləğini çətinliklə ödəyir. Belə olan halda necə olur ki, uşaqların alimentini çətinliklə ödəməyə vəsait tapan bir atanın ev tikintisi üçün vəsaiti meydana gəlir birdən-birə; - iddiaçının köçürülməsini tələb etdiyi evin istər tikintisinin, istərsə də təmirinin bilavasitə Cavabdeh1 və Hacı-zadə Taleh Tahir oğlu tərəfindən həyata keçirilmişdir. İddiaçının sözügedən mənzilə məhz orada 8 ay yaşadığı üçün köçürülməsi üçün hüququnun yaranması qanunvericiliklə də nəzərdə tutulmayıb; - evin qanunsuz tikili olması və torpağın qayınana – Cavabdeh1 qanuni istifadəsində olması, ona qanuni əsaslarla ayrılması işin mübahisəsiz halıdır. Belə olan halda hətta fərz olunsa ki, sözügedən mənzil qayınananın adına dövlət reyestrində qeydə alınmış olsa idi belə, yenə də iddiaçının iddia tələbinin təmin edilməsinə qanun yol verməyəcəkdi. İddiaçı ilə nikaha Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)3012/2022 nömrəli 11 noyabr 2022-ci il tarixli qətnaməsinə əsasən xitam verilmişdir.

22. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-673/2023 saylı, 23 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı azyaşlı uşaqları – xx.xx.2011-ci il təvəllüdlü Hacı-zadə Tahir Dəyanət oğlu və 12.09.201-ci il təvəllüdlü X15 ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Kərəm Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. (hakim Ş. Qədirova)

23. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı və Cavabdeh2 18 iyun 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahda olduqları və birgə yaşadıqları müddətdə, yəni 2020-ci ildə Bakı şəhəri Sabunçu rayonu Kürəxanı qəsəbəsi Kərəm Mirzəyev küçəsində fərdi yaşayış evi inşa etdirərək həmin evə köçmüşlər. Ailə münasibətlərinin pozulmasının nəticəsi olaraq, iddiaçının mübahisəli evdə yaşamasına cavabdehlər tərəfindən maneçilik törədilmiş və iddiaçı başqa yaşayış yeri olmadığından hüquqlarının təmin olunması məqsədi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Mübahisəli ev iddiaçı ilə cavabdehlərin yaşayış yeridir.

24. Birinc i instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, cavabdehlərin iddiaçını həmin evdə yaşamaqdan məhrum etmək səlahiyyətləri yoxdur və iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçının qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ vardır.

25. Birinci instansiya məhkəməsi işin müəyyən olunan hallarına əsasən hesab etmişdir ki, mübahisədə adı keçən ev müvafiq icazə sənədləri alınmadan inşa edilmişdir və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Həmin ev hər hansı bir hüquq müəyyənedici sənəd olmadığından özbaşına tikili sayılır.

26. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehlərin həmin tikili üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyi ndən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Buna görə də iddia tələbi evə köçürülmə hissəsində qanuni və əsaslı olduğundan təmin edilməlidir.

27. Birinci instansiya məhkəməsi cavabdehlər tərəfindən faktiki sahibliyə yaradılan maneələrin aradan qaldırılması hissəsində iddia tələbini əsassız hesab etmişdir. Belə ki, mübahisəli fərdi yaşayış evinin hüquqi qeydiyyatdan keçməsinə dair tərəflər hər hansı bir sübut təqdim etməmişlər, mövcud sübutlar isə həmin evin özbaşına tikili olmasına dəlalət edir. Belə olan halda, iddiaçı mübahisəli fərdi yaşayış evindən faktiki sahibliyə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlı deyildir.

28. Birinci instansiya məhkəməsi mübahisəli fərdi yaşayış evinin Cavabdeh1 və onun kiçik oğlu vəsaiti hesabına tikilməsinə dair cavabdeh tərəfin dəlillərini əsassız hesab edərək göstərmişdir ki, cavabdeh tərəf 26 aprel 2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri Yasamal rayonu H.Zərdabi küçəsi ev 55 ünvanında yerləşən 132 nömrəli mənzilin satışından əldə edilmiş vəsaitin bir hissəsinin mübahisəli fərdi yaşayış evinin tikintisinə sərf edildiyini, evin tikintisinə və təmirinə çəkilmiş yerdə qalan xərclərin isə Hacı-zadə Taleh Tahir oğlu tərəfindən ödənildiyini bildirsə də, məhkəmə araşdırması zamanı bu hallar öz təsdiqini tapmamışdır

29. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 25, 43-cü maddəsinin İ hissəsi, Mülki Məcəllənin 180.1, 180.2-ci, Mülki Prosessual Məcəllənin 14. 2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

30. Cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

31. Apellyasiya şikayətinin dəlilləri: - Cavabdeh2 ilə İddiaçı arasında olan nikaha Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-3012/2022 saylı məhkəmə qətnaməsi ilə xitam verilmişdir. Buna görə də iddiaçı öz keçmiş qayınanasından, yəni mübahisəli fərdi yaşayış evinə sahiblik edən şəxsdən özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Buna görə də iddiaçının həmin evə köçürülməsi tələbinin qanuni əsası mövcud deyildir; - iş üzrə təqdim edilən sübutlara məhkəmə tərəfindən n əinki düzgün qiymət verilməmişdir, bəzi sübutların məhkəmə qətnaməsində adı belə çəkilmir. Sözügedən fərdi yaşayış evinin tikintisinə sərf edilən vəsait birbaşa X12 və onun kiçik oğlu X8 vəsaiti olmuşdur. Belə ki, tikintiyə başlanılan zaman 2019-cu ilin yazı idi və artıq təxminən 5 ay sonra xx.xx.2019-cu ildən etibarən X11 işdən çıxmışdı və faktiki olaraq işləməmişdir. Bunu X18 Xidmətinin vəkil sorğusuna vermiş olduğu cavabından aydınlaşdırmaq mümkündür. Lakin məhkəmə qətnaməsində istinad etdiyi sübutlar sırasında nədənsə bu halı təsdiq edən sorğu cavabının adını sadalamır. İddiaçı iddia ərizəsində də qeyd edir ki, Cavabdeh2 uşaqlar üçün təyin edilmiş aliment məbləğini belə çətinliklə ödəyir. Belə olan halda necə olur ki, uşaqların alimentini çətinliklə ödəməyə vəsait tapan bir atanın ev t ikintisi üçün vəsaiti meydana gəlir birdən birə?!; - sözügedən tikilinin kim tərəfindən tikilməsi, o sahənin kim tərəfindən əldə olunması və iddianın bu kimi əsaslı olub olmamasında dair dəlillərə düzgün münasibət göstərilməmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, mübahisə predmetini təşkil edən yaşayış evi onun həyat yoldaşı tərəfindən inşa edilmişdir. Lakin istər torpaq sahəsi, istərsə də üzərində tikilmiş yaşayış evi Cavabdeh1 tərəfindən alınmış və tikilmişdir. Əgər iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi bu torpaq sahəsi məhz Cavabdeh1 oğlu üçün verilməsi nəzərdə tutulmuş olsaydı, bu zaman sözügedən torpaq sahəsi elə alınan zaman X7 adına alınmış olardı; - iddiaçının iddia ərizəsində qeyd etdiyi halların əksinə olaraq qeyd edilməlidir ki, Cavabdeh1 məhz onurğasından əməliyya t olunduğu və bundan sonra ayağında axsama problemi yaşadıqdan sonra, həmçinin artıq təqaüdə ayrılması ilə əlaqədar özü üçün onun istifadəsində bələdiyyənin qərarı ilə 2012-ci ildə almış olduğu torpaq sahəsində bağ evi inşa etmişdir. Belə ki, xx.xx.2013-cü ildə birgə cavabdehlərdən Cavabdeh1 ona məxsus olan Bakı şəhəri H.ünvan 5 ünvanında yerləşən mənzili sataraq onun satışından əldə olunan vəsait hesabına Kürdəxanıda öz adına olan sözügedən bağ sahəsində ev inşa etməyə başlamışdır. 2014-cü ildə həyat yoldaşı Tahir Hacı-zadənin insult keçirməsi ilə evin inşası yarımçıq saxlanmış və 2014 -2015-ci illərdə ailə bütün maddi gəliri məhz Tahir Hacızadənin səhhətinə sərf etmişdir. Yəni, tikintinin inşasının yarımçıq qalma səbəbi maddi yükün həm səhhətə, həm də evin tikintisinə çatdırıla bilməmə si idi. Beləliklə, bir müddət sözügedən inşaat dayandıqdan sonra ailənin kiçik oğlu inşaat işlərini şəxsən tamamlamaqla və həmin evi təmir etdirməklə ora kommunikasiya xətlərinin çəkilməsi ilə evin tamamlanmasını həyata keçirmişdir. 2020-ci ildə qaz xətti çəkilmiş, ardınca isə su və digər xətlərin çəkilişi və rəsmiləşdirilməsi tamamlanmışdır.

32. İddiaçı apellyasiya şikayətinə etiraz vermişdir. Etirazda bunlar göstərilib: - cavadehlərin nümayəndəsi və vəkili apellyasiya şikayətində Mülki Məcəllənin 11.1 və 11.2-ci maddələrinə, həmçinin, Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü maddələrinə istinad etməsi tam əsassız olmaqla hazırki iş üzrə tətbiq edilə bilməz. Çünki, həmin ev Daşınmaz Əmlakın Dövlət Reyestrində mülkiyyət hüququ ilə qeydiyyatdan keçməmişdir və cavabdehlərlə hamısı eyni hüqu qdadılar. Sadəcə olaraq Cavabdeh1 oğlundan istifadə edərək özünə üstünlük hüququ qazanmağa çalışır. Bunun üçün də müxtəlif üsul və vasitələrdən, şər və böhtandan istifadə etməkdən belə çəkinmir; - iddiaçı bütün məsuliyyəti ilə bildirir ki, birgə nikah dövründə inşa etdikləri həmin evdə 2020-ci ilin mart ayından, 2021-ci ilin noyabr ayının 16-na kimi ailəsi ilə birlikdə yaşayıb və bütün əmlakı da hal-hazırda həmin evdədir və cavabdehlər tərəfindən eninəboyuna istifadə edilir. Buna görə də həmin evdə 8 ay (bu 8 ay həmin evdə yaşayış dövrünün guya 2009-cu ilədək olmasını sübut etmək üçün ortaya atılmış əsassız bir dəlildir) yaşamağı reallığa uyğun deyildir; - apellyasiya şikayətində məhkəmə qətnaməsinin ləğv edilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1.2 və 385.1.3-cü maddələrinə istinad e dilməsi də əsassızdır. Belə ki, inşa edilmiş evin torpaq sahəsi Cavabdeh1 tərəfindən alqı-satqı yolu ilə və yaxud Bələdiyyə qərarı ilə deyil, Bələdiyyənin məktubu əsasında əldə edilmişdir. Evin tikintisinə başlanana qədər orda hər hansı bir tikinti işi aparılmamışdır; - həmçinin Cavabdeh1 tərəfindən həmin torpaq sahəsində bağ evinin inşa edilməsinin göstərilməsi də əsassızdır. Bunun üçün xx.xx.2013-cü ildə Bakı şəhəri, H.Zərdabi küçəsi ev 55 ünvandakı 132 saylı mənzili sataraq əldə edilmiş vəsait hesabına Kürdəxanıda bağ evini inşa etməsinin göstərilməsi də əsaslı deyil. İş üzrə Cavabdeh1 həqiqətən də yuxarıda qeyd edilən ünvandakı mənzili həmin tarixdə 65.000(altmış beş min) manata satmışdır. Satışdan əldə edilən vəsaiti bağ evinin tikintisinə deyil, qeyd edildiyi kimi hazırda yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi D.Bünyadzadə küçəsində MTK tərəfindən inşa edilmiş 6 saylı binanın 11 saylı mənzilinin alınmasına sərf etmişdir. Həmin məsələ ilə bağlı vəkillik qurumu tərəfindən 205 saylı "xxxx" MTK-ya göndərilmiş sorğuya cavab olaraq həmin MTK tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda bildirilir ki, sözügedən mənzilə dair Cavabdeh1 ilə xx.xx.2013-cü il tarixli müqavilə imzalanmış və onun tərəfindən pay haqqı tam şəkildə ödənilmişdir. Göründüyü kimi köhnə mənzil xx.xx.2013-cü ildə satılmış, bundan 8 gün sonra isə müqavilə bağlanılaraq yeni mənzil alınmışdır. Sonra həmin mənzil 2014- 2015-ci ildə təmir edilmiş və 2016-cı ildə onlar həmin mənzilə köçüblər və ikinci övladları Ayan xx.xx.2017-ci ildə həmin mənzildə yaşadıqları vaxtda d ünyaya gəlmişdir; - qeyd edilməsi zəruridir ki, vəkillik qurumu tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış sorğuya cavab olaraq həmin idarədən göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda göstərilir ki, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 6, 11 nömrəli mənzilin mülkiyyətçisi haqqında məlumat verilməsi ilə bağlı müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirirlər ki, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 6, 11 nömrəli mənzil Hacı-zade Firuzə Rza qızının adına xx.xx.2019-cu il tarixdə "xxxx" MTK üzvlərinin ümumi yığıncağının xx.xx.2013-cü il tarixli protokoldan çıxarışına və xx.xx.2013-cü il tarixli maliyyə arayışına əsasən qeydiyyata alınmış, lakin 3 saylı Bakı "ASAN xidmət" mərkəzində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 40-1806 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən Hacı-zadə Könül Tahir qızına özgəninkiləşdirilmişdir. Həmin mənzil üzərində Hacı-zadə Könül Tahir qızının mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Göründüyü kimi, cavabdeh apellyasiya şikayətində göstərilən, real həqiqətə uyğun olmayan hərəkətlərini sübut etmək üçün hətta evə köçürülmə barədə məhkəmə mübahisəsi getdiyi vaxtda mülkiyyətində olan mənzili qızına bağışlamışdır. Əgər həmin mənzil həqiqətən də iddiaçının keçmiş həyat yoldaşı Dəyanətin və ya digər oğlunun vəsaiti hesabına alınmışdırsa, onda nə üçün onu mənzili olmaya n oğlanlarına deyil, mənzili olan qızına bağışlamışdır.

33. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4248/2023 saylı, xx.xx.2023 -cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, iddiaçı Hacı-X13 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evə köçürülmə və maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməmişdir. (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Vüsalə Baxışova, Aida Hüseyn)

34. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq qeyd etmişdir ki, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş fərdi yaşa yış evinə köçürmə ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Lakin bu halda da iddia tələbi analoji münasibətləri tənzimləyən hüquq normalarının şərtlərinə uyğun olmalıdır. Əks halda bu hüquqdan sui-istifadəyə gətirib çıxara bilər. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa habelə cavabdeh(lər)in etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa, iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilir. Hazırki işdə də faktiki hallar hansısa analoji maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmır, eləcə cavabdeh(lər) in etiraz və müdafiə hüquqlarına görə də aradan qaxdığından iddia haqlı deyil.

35. Əvvəla, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi cavabdeh(lər) və onların yaxın qohumları tərəfindən istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə iddiaçının köçürülməsi üçün əsasın və ehtiyacın yaranıb-yaranmaması ilə bağlıdır. Lakin iddiaçı qeyd olunan evin yaşayış sahəsindən istifadə etmək və yaşamaq ehtiyacı yarandığına dair də məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Çünki, qeyd olunan xüsusatları sübut etmək yükü iddiaçının üzərinə düşsə də, bu hallara dair məhkəməyə, ümumiyyətlə, heç bir mötəbər sübut təqdim etməmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi göstə rmişdir ki, iddiaçı cavabdehlərdən birinin keçmiş arvadı, digərinin isə gəlini olsa da, ailə qanunvericiliyi əsasında onlarla birlikdə yaşamaq və onlardan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin mübahisəli yaşayış sahəsinə köçmək və ondan istifadə etmək səlahiyyəti də ola bilməz. Çünki, iddiaçının bu istəyi ən azından keçmiş əri və qayınanası olan cavabdehlərin bilavasitə razılığı ilə şərtləndirilir. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, mübahisə predmeti olan evə faktiki sahiblik və oradan istifadə edən cavabdehləri isə belə razılığı verməyə məcbur etmək hüquqa uyğun sayıla bilməz. Bir anlığa təsəvvür edilsə ki, iddiaçı mübahisə predmeti olan evə 2020-ci ildə köçüb yaşayarkən həmin tikili cavabdeh qayınananın və ərin adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır, onda tərəflər arasında ailə münasibətlərinə xitam verildikdən sonra hazırki mübahisəyə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarının tətbiqi nəzərdən keçirilə bilərdi. Bu mənada tərəflər arasında ər-arvad və qaynana-gəlin münasibətlərinə xitam verildiyindən, iddiaçı isə artıq uzun müddətdir ki, başqa ünvanda yaşadığından hazırki evə köçürülmə ilə bağlı iddiaya analogiya baxımından Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiqi də mümkün olmazdı.

37. Buna baxmayaraq, nə özbaşına tikilinin, nə də onun yerləşdiyi torpaq sahəsinin cavabdeh kimi göstərilən keçmiş ərə də heç bir aidiyyəti yoxdur. Bu barədə iddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Əksinə elə iddiaçı tərəfin təq dim etdiyi Bakı şəhəri Kürdəxanı Bələdiyyəsinin 02 iyun 2022-ci il tarixli məktubunda X12 torpaq və əmlak istifadəçisi kimi Kürdəxanı Bələdiyyəsinin vergi uçot sistemində qeydiyyatda olduğu, çünki, X12 xx.xx.2012-ci il tarixli ərizə ilə müraciət edib uzun illər istifadəsində torpaq sahəsinin olduğunu bildirərək, qeydiyyata alınıb torpaq vergisinə cəlb olunmasını xahiş etdiyi göstərilmişdir. Demək, torpaq sahəsinin də Firuzə Hacızadənin faktiki sahibliyində və istifadəsində olması açıq-aşkar təsdiq olunur.

38. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etm ədən köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yeri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. Hazırki iş üzrə iddiaçı cavabdehlərdən birinin keçmiş arvadı, digərinin isə gəlini olsa da köçmək istədiyi özbaşına tikilinin yaşayış sahəsinə ehtiyacı yoxdur. Çünki, apellyasiya baxışı zamanı da iddiaçının köçmək istədiyi evdə artıq bir il, yeddi aydan artıqdır ki, yaşamadığı və valideyninin yaşadığı ünvanda yaşaması təsdiq olundu. Demək, iddiaçının başqa yaşayış yeri mövcuddur və keçmiş əri ilə nikahları pozulmuş, münasibətləri davam etmir və bir evdə yaşamırlar. Ona görə də iddiaçı bu davranışı ilə köçmək istədiyi tikilidə yaşamaq üçün marağının və ehtiyacının olmadığını biruzə ver miş olur. Bu cür vəziyyətdə yaşayış sahəsinə hansısa formada ehtiyacı yaranmadığı üçün cavabdehin yaşadığı evə köçürülməsi üçün zərurət də olmamışdır.

39. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddia ərizəsindən və apellyasiya baxışı zamanı tərəflərin verdiyi izahatların məzmunundan bəlli olur ki, əslində iddiaçının məqsədi heç də evə köçmək olmamışdır. Çünki, iddiaçının mübahisəli evə köçürülməsinə dair qətnamə çıxarılsa da, məqsədi heç də mübahisəli evə köçmək yox, yalnız özbaşına tikili olan evdən “pay” almaq məqsədinə nail olmaq üçün cavabdeh olan keçmiş ərinə və qayınanasına təsir etmək məqsədilə bu iddianı irəli sürmüşdür. Lakin bunun üçün, yəni nail olmağa çalışdığı məqsəd üçün iddiaçı düzgün yol (vasitə) seçməmişdir. Başqa sözlə, mübahisəli evə köçürülməsini tələb etm əklə əslində, həqiqi məqsədinə bu yolla çatacağına dair düşüncəsi onun yanlış iddia verməsinə səbəb olmuşdur.

40. Apellyasiya instansiyası məhkəməsi həmçinin vurğulayıb ki, apellyasiya baxışında müəyyən edildi ki, tərəflər keçmiş ər-arvad və qayınana-gəlin olsalar da, onlar arasında xoş olmayan gərgin münasibətlər mövcuddur. Belə ki, mübahisəli ev hal-hazırda cavabdehlər və iddiaçının keçmiş qaynının sahibliyində və istifadəsindədir. Demək, iddiaçının həmin evə (özbaşına tikiliyə) köçürüləcəyi vəziyyətdə onların təhlükəsiz, münaqişəsiz şəraitdə və hər hansı bir arzuolunmaz hadisə olmadan birgə yaşayacaqları da inandırcı və ağlabatan görünmür. Ona görə də, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə, həm də tərəflərin gərgin qarşılıqlı münasibətləri baxımından düzgün olmamışdır 4

1. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni 11.1, 11.2, 13.4, 157.8, 158.1.2, 158.4, 180.1, 180.2, 180.4-cü, Mənzil Məcəlləsinin 30.4-cü, Torpaq Məcəlləsinin 55, 66.2, 67, 68, 111-ci, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun 2.1, 6.1, 6.2, 6.5-ci, Mülki Prosessual Məcəlləsinin 14.1 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:

42. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

43. Kassasiya şikayəti belə əsaslandırlıb: - iddiaçının evin tikilməsində həm maddi, həm də nikahda olan şəxs kimi həmin əmlaka hüququ yaranmaqla gələcəkdə gözlənilən mülkiyyət hüququ yaranmışdır; - apellyasiya instan siyası məhkəməsi qətnamədə hansı əsasa, hansı sübuta və yaxud hansı məlumata (yazılı və şifahi) əsasən iddiaçının məqsədinin evə köçmək olmaması, qətnamə çıxarılsa da, məqsədinin heç də mübahisəli evə köçmək yox həmin evdən pay almağa nail olmaq üçün cavabdeh olan keçmiş ərinə qayınanasına təsir etmək məqsədinin olmasını sübuta yetirməmişdir; - həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının köçmək istədiyi evə ehtiyacının olmamasının, iddiaçının başqa yaşayış yerinin mövcud olmasının göstərilməsini sübut edəcək hər hansı bir halın mövcud olmaması da qətnamənin qanunsuz və əsassız olmasını sübut edən hal kimi qəbul edilməlidir. İki azyaşlı uşaqla evdən çıxarılaraq atası evinə gətirilmiş və sonradan evə buraxılmamış, xx.xx.2021-ci ildən atası evinə sığınmış iddiaçının və uşaqlarının evə ehtiyaclarının olmamasının və evə köçürülməsi üçün başqa bir məqsəd güddüyünün göstərilməsi real həqiqətə uyğun olmamaqla qətnamənin bu hissədə məhkəmə iclasında tədqiq olunmuş hər hansı bir sübuta söykənmədiyini göstərir; 44. iddiaçının yaşadığı mənzil atası X4 mülkiyyətində olmaqla, Sovetlər dönəmində alınmış, ümumi sahəsi 62,9 kv/m, yaşayış sahəsi ilə 38,6 kv/m olmaqla həmin mənzildə 6 nəfər yaşayır ki, onların da 3 nəfəri iddiaçı özü və 2 uşağıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olm adıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Maddə 13.4. Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 58.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2.Özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.4.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalar ının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 55.Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər ə qdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 66, hissə2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyya tına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68.Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxi l olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun Maddə 2.1.Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdi yyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlə rinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxu d qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

48. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrü bəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

51. İddia tələbi iddiaçının uşaqları ilə birgə Bakı şəhəri, S abunçu rayonu, Kürdəxanı qəsəbəsi, Kərəm Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evinə köçürülmələri barədədir. İddiaçı tələbinin əsası kimi həmin evin cavabdeh olan keçmiş əri Cavabdeh2 ilə birgə nikah vaxtı ümumi vəsait hesabına tikilməsinə, 2020-ci ilin mart ayından 2021-ci ilin noyabr ayına kimi sonuncu ilə bir ailə kimi orada yaşamasına istinad etmişdir.

52. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halına görə nə özbaşına tikili, nə də onun yerləşdiyi torpaq sahəsinin cavabdeh kimi göstərilən keçmiş ərə də heç bir aidiyyəti yoxdur. Evin yerləşdiyi torpaq sahəsi və üzərindəki əmlaka görə vergi ödəyicisi kimi X1 Bələdiyyəsinin vergi uçot sistemində qeydiyyatdadır.

53. Məhkəmə kollegiyası işin müəyyən edilmiş halları və tətbiq edilən maddi hüquq normaları baxım ından apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır.

54. Belə ki, iddiaçı torpaq sahəsi və üzərindəki evin vergi ödəyicisi olan X12 dairəsi qanunda göstərilmiş ailə üzvləri sırasına daxil deyil.

55. İddiaçı qeyd edilən ünvandakı evin birgə nikah vaxtı ümumi vəsait hesabına keçmiş əri tərəfindən inşa edilməsini təsdiq edən sübutları işə mahiyyəti üzrə baxan məhkəmələrə təqdim etməyib, təqdim olunmuş sübutları da apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymətləndirmişdir.

56. Kassasiya şikayətinin digər dəlillərinə gəldikdə, həmin dəlillər həm iddia ərizəsinin, həm apellyasiya şikayətinə etirazın dəlilləri olub, işin faktiki hallarına aid olan məhz bu dəlillərə qiymət verməklə apellyasiya instansiyası m əhkəməsi iddianı təmin etməyib. Buna görə də işin faktiki hallarına aid olan dəlillərə kassasiya instansiyası məhkəməsi qiymət vermir.

57. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4248/2023 nömrəli, 03 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar