Məhkəmə qərarları › İş №2(102)-4040/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4040/2019

19.06.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4040/2019 19.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 19 iyun 2019-cu il iş № 2(102)-4040/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 yanvar 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 iyun 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva, iş № 2(006)-4692/2018 saylı mülki iş) İddiaçı Cavabdeh qarşı “cavabdehin mənzildən çıxarılması və mənzilin İddiaçınə təhvil verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov (sədrlik edən, məruzəçi), E.Nəbiyev və A.Hüseyn, 2(103)-818/2019 saylı mülki iş) hazırki iş üzrə Nəsimi rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilmiş, Cavabdeh Bakı şəhəri, ÜNVANindən çıxarılması və mənzilin boşaldılaraq İddiaçınə təhvil verilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, ÜNVANindən çıxarılması və mənzilin boşaldılaraq İddiaçınə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş ü zrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. İddiaçının nümayəndəsi X1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə y enidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon İcrayyə Komitəsinin 25 avqust 1989-cu il tarixli 35/465 saylı qərarından çıxarışın, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 10 may 2002-ci il tarixli 299 saylı sərəncamından çıxarışın, Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib olunmuş 29 may 2002-ci il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbə üzrə nümayəndəsi tərəfindən verilmiş 20.05.2002-ci il tarixli 1700 saylı 2 saylı forma arayışının və cavabdehlə onun ailə üzvlərinin adlarından yazılmış 27.02.2002-ci il tarixli əri zələrin surətlərindən müəyyən olunmuşdur ki, 1989-cu ildə Ermənistan respublikasından qaçqın düşmüş cavabdeh və onun əri AMin ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmasına icazə verilmiş, 1990-cı ildə cavabdeh, 1994-cü ildə isə onun əri, qayınatası və qayınanası həmin ünvana qeydiyyata alınmışlar, 2002-ci ildə həmin evə dair texniki pasportu tərtib olunub, evin ümumi sahəsi 68,5 kv.m təşkil edir, həmin ildə Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı ilə həmin evə qeydiyyat vəsiqəsinin verilməsinə razılıq verilmiş, həm cavabdeh, həm də evdə qeydiyyatda olan şəxslər həmin evin cavabdehin adına qeydiyyata alınmasına razılıq vermişlər. Göründüyü kimi qeyd olunan sübutlarla təsdiq olunmuşdur ki, cavabdeh öz ailəsi ilə birlikdə digər evdə yaşayır, cavabdehin həmin mənzil üzərind ə sahibliyi isə qanunsuz olmuşdur. Belə olan halda isə cavabdehin mərhum anası və qardaşı ilə birgə yaşayıb, onlarla ümumi təsərrüfat aparması və bununla da 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 54 və 85-ci maddələrinə əsasən mübahisəli mənzilə istifadə hüququnun və özünün icarədar hesab edilməsini tələb etmək hüququnun əldə etməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 23 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andanqüvvəyəminir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar