Məhkəmə qərarları › İş №2(102)-4040/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4040/2022

23.08.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4040/2022 23.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: diplomun etibarsızlığı, əmək münasibətinə xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Cavabdeh qarşı diplomun etibarsız hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-389/2022 nömrəli, 26 yanvar 2022-ci il t arixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 23 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Dövlət Attestasiya Komissiyasının xx.xx.2009-cu il tarixli qərarı ilə, Cavabdeh ibtidai təhsilin pedaqogika və metodikası üzrə bakalavr dərəcəsi verilmişdir. Bununla bağlı ona Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialının XXX saylı diplomu təqdim edilmişdir.

2. Cavabdeh xx.xx.2006-cı ildə XXX kənd tam orta məktəbində ibtidai sinif müəllimi vəzifəsinə təyin edilmiş, xx.xx.2006-cı il tarixdə həmin vəzifədən azad edilərək, məktəbin UBTR vəzifəsinə təyin edilmiş, xx.xx.2007-ci il tarixdə həmin vəzifədən azad edilərək, məktəbin ibtidai sinif müəllimi vəzifəsinə təyin edilmiş və hal-hazıra dək həmin vəzifədə işləyir.

3. Hazırkı icraatdan əvvəl tərəflər arasında məhkəmə mübahisəsi olmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-XXX/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “iş saatının bərpa olunması” tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)XXX/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilib, Bakı şəhəri Nərimanov Rayon Məkhəməsinin 2(005)-XXX/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən XXX rayonu, XXX kəndi tam orta məktəbində müəllim işləyən Cavabdeh iş saatının 2017-2018 dərs ilində 24 saatdan 6 saata endirilməsi qanunsuz hesab edilmiş və iş saatı əvvəlki səviyyəsinə bərpa edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)XXX/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin kassasiya şikayəti təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-XXX/2020 saylı, xx.xx.2020- ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilib, Bakı şəhəri Nərimanov Rayon Məkhəməsinin 2(005)-XXX/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilmişdir. Qeyd edilən qətnam ədən kassasiya şikayəti verilməmişdir.

4. X1 tərəfindən Cavabdeh 2004/2005-ci və 2005/2006-cı tədris illərində ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etməsinə baxmayaraq, ali təhsil müəssisəsinə qəbul olunmaq üçün müvafiq keçid balını toplamaması, heç bir ali təhsil müəssisəsinə qəbul olunmaması və barəsində DİM (TQDK) tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməməsi barədə xx.xx.2019-cu il tarixli məktub göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdeh qarşı “diplomun etibarsız hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialı tərəfindən 2010-ci ildə Cavabdeh adına verilmiş XXX nömrəli diplomun etibarsız hesab edilməsi və XXX rayonu XXX kənd tam orta məktəbi ilə Cavabdeh arasındakı əmək münasibətlərinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh hazırda XXX rayonunun XXX kənd orta məktəbində ibtidai sinif müəllimi vəzifəsində işləyir. Müəllimlərin bilik və bacarıqlarının dioqnostik qiymətləndirilməsi zamanı cavabdehin təhsil sənədləri yoxlanılarkən məlum olmuşdur ki, onun məktəbə təqdim etdiyi diplom dövlət nümunəli təhsil sənədi deyildir. Ona görə də, cavabdeh dioqnostik qiymətləndirilməyə buraxılmamış və onun dərs saatları azaldılmışdır. Belə ki, cavabdehin təqdim etdiyi diplom Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialı tərəfindən verildiyi müəyyən edil mişdir. Lakin, onun ali təhsil müəssisəsinə qəbul edilməsi təhsil qanunvericiliyinin tələblərinə ziddiyyət təşkil etdiyini və ona görə də ona məxsus diplomun Təhsil Nazirliyi tərəfindən verilmədiyi aşkar edilmişdir. Onun iş yerinə təqdim etdiyi ali təhsil haqqında XXX diplomdan görünür ki, o, 2009-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının ali peşə istiqaməti üzrə “ibtidai təhsilin pedaqogika və metodikası” ixtisası üzrə bakalavr dərəcəsi almışdır. O, 2009-cu ildə ali təhsilini başa vurmasına baxmayaraq, diplom ona 2010-cu ildə verilmişdir. Aparılan araşdırma zamanı cavabdehin diplomunun qanunsuz yolla əldə etməsi sübut edildiyindən, onun ali təhsil almadan pedaqoji fəaliyyətlə məşğul olması təhsil qanunveriviliyinə ziddiyyət təşkil edir. Belə ki, cavabdeh saxta sənəd tə qdim etməklə ümumitəhsil məktəbində müəllim kimi işə qəbul edilmiş, fəaliyyəti dövründə təhsilalanların keyfiyyətli təhsil almaq hüquqlarını pozmuşdur. Onun fəaliyyət göstərdiyi məktəb tərəfindən cavabdehə məxsus diplomun sürəti Nazirliyə təqdim edilmiş və məlum olmuşdur ki, diplomun istifadə edilməsinə hüquqi əsas yoxdur. Belə ki, “Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Cavabdehə məxsus diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel, 82 nöm rəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi” Qaydasına uyğun gəlmir. Digər tərəfdən, Nazirlik tərəfindən aparılmış araşdırmadan məlum olmuşdur ki, cavabdeh ali təhsil müəssisəsinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlardan kənar yolla qəbul olunmuş və onlara verilən diplom blankları Təhsil Nazirliyi tərəfindən sifariş verilməmişdir. Belə ki, 1992-ci il tarixli “Azərbaycan Respublikasının Təhsil Qanun”una əsasən, dövlət ali təhsil müəssisələrinə qəbul yalnız TQDK-nın müəyyən etdiyi qaydada (yəni test üsulu ilə) həyata keçirilir. Lakin həmin şəxsin Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialına testdən kənar qəbul olunması təsdiq olunmuşdur. Belə k i, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsində Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun ümumi qaydaları müəyyən edilmişdir. Təhsil qanunvericiliyinin tələbinə görə, ali təhsil müəssisəsinə qəbul yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməlidir. Lakin cavabdehin AMİ-nin Gəncə filialına saxta və qanunsuz yolla qəbul olduğundan onun təhsilinin heç bir hüquqi əsası olmamışdır. Digər tərəfdən diplom saxta olduğundan onun həmin diplomla pedoqoji fəaliyyətlə məşğul olması hüquq normalarına ziddiyyət təşkil edir. Belə ki, cavabdehin şəxsi işindən görünür ki, o, 2006-cı ildən etibarən ibtidai sinif müəllimi kimi məktəbə işə qəbul edilmiş və hal-hazıradək həmin məktəbdə sinif müəllimi vəzifəsində işləyir. Qanunun tələbindən göründüyü kim i, ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sənəd təhsil haqqında dövlət sənədidir. Yəni pedoqoji fəaliyyətlə məşğul olmaq üçün tələb olunan əsas sənəd şəxsin ali təhsilli olmasını təsdiq edən diplomdur. Azərbaycan Respublikasınn Əmək Məcəlləsinin 48-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürən təhsil barədə müvafiq sənəd təqdim edilir. Yəni pedoqoji fəaliyyətlə məşğul olmaq istəyən şəxs mütləq qaydada ali təhsilli olmasını təsdiq edən dövlət nümunəli təhsil sənədini işgötürünə təqdim etməlidir. Lakin cavabdehin iş yerinə təqdim etdiyi diplomun saxta olduğundan onun pedoqoji fəaliyyətlə məşğul olması əmək qanunvericiliyinə zidiyyət təşkil edir. Ona görə də, onun diplomu məhkəmə qaydasında etibarsız hesab edilməkə yanaşı həm də, məktəblə onun arasındakı əmək münasibətlərinə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, iş üzrə cavabdehin dövlət standartlarına və qanunvericiliyin tələblərinə cavab verməyən diplomla müəllim işləməsinin qarşısını almaq məqsədi ilə həmin sənəd məhkəmə qaydasında etibarsız hesab edilməli və işəgötürənlə onun arasında olan əmək münasibətlərinə xitam verilməlidir.

7. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, test üsulu ilə imtahandan keçərək universitetə qəbul olmuşdur. Uzun müddətdir ki, dövlət tərəfindən verilmiş ali təhsil haqqında diploma əsasən müəllimlik fəaliyyəti ilə məşğul olur və bu müddət ərzində iddiaçı tərəfindən ona hər-hansı bir narazıçılıq bildirilm əmişdir. Halbuki işə qəbul edilən zaman işəgötürən tərəfindən bütün bu kimi hallar araşdırılmışdır. Həmçinin Bakı Apelyasiya Məhkəməsi onun xeyrinə əmək fəaliyyəti ilə əlaqədar əvvəllər qərar qəbul etmiş və fəaliyyətini qanuni hesab etmişdir. Qeyd olunanlara əsasən iddia əsassız olduğundan rədd edilməsini xahiş etmişdir.

8. Quba Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 may 2021-ci il tarixli, 2(027)-75/2021 saylı qətnaməsi ilə (hakim Rahim Həsənov) iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Cavabdeh qarşı diplomun etibarsız hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh ali təhsil müəssisəsinə Tələbə Qəbulu üzrə Dövlə t Komissiyasının təşkil etdiyi test imtahanlardan kənar yolla qəbul olunmuş olsa belə, ona verilmiş bakalavr diplomu dövlət attestasiya komissiyasının qərarı əsasında təsdiq edilmişdir. Həmçinin, cavabdehə diplom Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlarına görə deyil, təhsil müəsissəsində aldığı təhsilin və verdiyi imtahanların nəticəsində, eyni zamanda dövlət attestasiya komissiyasının qərarı ilə verilir. Lakin iddiaçı həmin komissiyanın qərarını mübahisələndirmədən, birbaşa sənədin etibarsızlığı ilə əlaqədar rayon məhkəməsinə müraciət etmişdir. Həmçinin tərəflər arasında əvvəllər də, əmək münasibətləri ilə əlaqədar məhkəmə mübahisəsi olsa da, iddiaçı cavabdehin ali təhsilini mübahisələndirməyərək faktiki olaraq onun pedoqoji fəaliyyətinə razılığını bildirmiş dir. Cavabdehə qarşı bu formada iddianın qoyulması (hazırki vaxtadək iddiaçının susqunluğu) isə onun indiyədək dərs dediyi şagirdlərin qanunla müəyyən edilmiş hüquqlarını da şübhə altına alır.

10. Məhkəmə öz mövqeyini “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3, 26.1, 27.1-27.2, 36-1.1, 36-1.2-36-1.3-cü, Mülki Prossesual Məcəllənin 14.2, 77.1-ci maddələrinə, istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 17 may 2021-ci il tarixli qətnaməni qəbul edərkən “Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 26, 27-ci maddələri, Azərbaycan Res publikası Əmək Məcəlləsinin 48-ci maddəsinin 4-cü hissəsinin, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, 1992-ci il tarixli “Azərbaycan Respublikasının Təhsil Qanun”una əsasən, dövlət ali təhsil müəssisələrinə qəbul yalnız TQDK-nın müəyyən etdiyi qaydada (yəni test üsulu ilə) həyata keçirilir. Lakin həmin şəxsin Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialına testdən kənar qəbul olunması təsdiq olunmuşdur. Məhkəmə sorğusuna əsasən DİM tərəfindən verilən cavab məktubundan görünür ki, iddiaçı ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etməsinə baxmayaraq, ali təhsil müəssisəsinə qəbul olunmaq üçün müvafiq keçid balını toplamamış və heç bir ali təhsil müəssi səsinə qəbul olunmamışdır.

13. Bundan başqa Azərbaycan respublikasında qanunvericiliklə müəyyən edilmiş qaydada təhsilini başa vuran və diplom alan məzunların adları “Tələbə-məzun” mərkəzləşdirilmiş elektron sistemində qeydə alınmışdır. Hazırkı iş üzrə Cavabdeh adı bu sistemdə aşkar edilməmişdir.

14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-389/2022 nömrəli, 26 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Telman Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə və Lətifə Məmmədova) iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin verdiyi apellyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(027)75/2021 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə, id diaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Cavabdeh qarşı diplomun etibarsız hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddiasının təmin edilməsi, Azərbaycan Müəllimlər İnstitunun Gəncə Filialı tərəfindən 2010-cu il tarixdə Cavabdeh adına verilmiş XXX saylı diplomun etibarsız hesab edilməsi, XXX rayonu XXX kənd tam orta məktəbi ilə Cavabdeh arasındakı əmək münasibətlərinə xitam verilməsi qət edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdehə məxsus diplom Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2000-ci il tarixli, 1035 nömrəli əmri ilə təstiq edilmiş və xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 2188 nömrə ilə qeydə alınmış “Təhsil haqqında sənədlərin alınması, sax lanması, doldurulması, verilməsi və uçotu haqqında” Təlimata və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel, 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi” Qaydasına uyğun gəlmir. Digər tərəfdən, Nazirlik tərəfindən aparılmış araşdırmadan məlum olmuşdur ki, cavabdeh ali təhsil müəssisəsinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlarından kənar yolla qəbul olunmuş və ona verilən diplom blankı Təhsil Nazirliyi tərəfindən sifariş verilməmişdir.

16. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, 1992-ci il tarixli “Azərbaycan Respublikasının Təhsil Qanun“una əsasən, dövlət ali təhsil müəssisələrinə qəbul yalnız TQDK-nın müəyyən etd iyi qaydada (yəni test üsulu ilə) həyata keçirilir. Lakin iddiaçının Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialına testdən kənar qəbul olunması təsdiq olunmuşdur. Belə ki, məhkəmə sorğusuna əsasən, X1 tərəfindən verilən cavab məktubundan görünür ki, iddiaçı ali təhsil müəssisələrinə qəbul imthanlarında iştirak etməsinə baxmayaraq, ali təhsil müəssisəsinə qəbul olunmaq üçün müvafiq keçid balını toplamamış və heç bir ali təhsil müəssisəsinə qəbul olunmamışdır.

17. Təhsil qanunvericiliyinin tələbinə görə, ali təhsil müəssisəsinə qəbul yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməlidir. Lakin cavabdehin AMİnin Gəncə filialına saxta və qanunsuz yolla qəbul olduğundan onun təhsilinin heç bir hüquqi əsası olmamışdır. Digər tərəfdən diplom saxta olduğundan onun həmin diplomla pedoqoji fəaliyyətlə məşğul olması hüquq normalarına ziddiyyət təşkil edir.

18. Bundan əlavə, Azərbaycan Respublikasında qanunverciliklə müəyyən edilmiş qaydada təhsilini başa vuran və diplom alan məzunların adları «Tələbə-məzun» mərkəzləşdirilmiş elektron sistemində qeydə alınmışdır. Lakin hazırki iş üzrə Cavabdeh adı bu sistemdə aşkar edilməmişdir

19. Məhkəmə öz mövqeyini “Təhsil haqqında" Azərbaycan Respublikası Qanunun 26, 27.2-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 48-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edil məməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını tam araşdırmamışdır. Belə ki, cavabdeh 2006-cı ildə işə qəbul ediləndə onun diplomu belə olmamışdır. Diplom ona təhsil aldıqdan, imtahanları uğurla başa vurduqdan sonra dövlət attestasiya komissiyasının qərarı əsasında təsdiq edilərək verilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi tamamilə əsassız olaraq diplomu etibarsız saymaqla həmçinin əmək müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarmışdır. Əmək Məcəlləsində diplomun etibarsız hesab edilməsilə bağlı əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulmamışdır.

22. Cavabdehə verilmiş bakalavr diplomu təhsil müəsissəsində aldığı təhsilin və verdiyi imtahanların nəticəs ində, eyni zamanda dövlət attestasiya komissiyasının qərarı əsasında təsdiq edilərək verilmişdir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, həmin komissiyanın qərarı mübahisələndirilmədən iddiaçı birbaşa sənədin etibarsızlığı ilə məhkəməyə müraciət etmişdir. 23. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5; 26.5-1; 26.5-2; 26.5-2; 26.5-3; 27.2-ci maddələrinin hazırkı mübahisəyə dair heç bir aidiyyəti olmadığına baxmayaraq apellyasiya instansiyası məhkəməsi bu maddələrə istinad etmişdir. Ancaq apellyasiya instansiyası məhkəməsinin özünün istinad etdiyi kimi cavabdehin şəxsi işindən görünür ki, o 2006-cı ildən (diplomu almamışdan 4 il qabaq) etibarən ibtidai sinif müəllimi kimi məktəbə işə qəbul edilmiş və hal-hazıradək həmin məktəbdə sinif müəllimi vəzifəsində i şləyir. Göründüyü kimi 15 ildən artıq müəllim işləyən cavabdehə bu illər ərzində nə peşəsi ilə nədə ki, diplomu ilə bağlı heç bir sual və heç bir problem olmamış, ancaq dərs ilində iş saatının 24 saatdan 6 saata endirilməsi məhkəmə tərəfindən qanunsuz hesab edilərək əvvəlki səviyyəsinə bərpa ediləndən sonra sanki cavabdehi məhkəməyə müraciət etmək hüququndan istifadə etdiyinə görə cəzalandırmaq istəmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq 1992-ci il tarixli Azərbaycan Respublikasının “Təhsil Qanun”u

25. Maddə

21. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilən qaydada (test üsulu ilə) həyata keçirilir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pedaqoji fəaliyyətlə məşğul olma qaydasının” 2.1-ci bəndinə əsasən müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olan şəxslər Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququna malikdirlər. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

27. Maddə 26.1. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci və 26.5-3-cü maddələrində nəzərdə tutulmuş hallar isti sna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir.

28. Maddə 26.2 Ali və orta ixtisas təhsili müəssisələrinə, həmçinin hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

29. Maddə 27.2 Təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsasdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

30. Maddə 48(4). Əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təhsili barədə müvafiq sənəd təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məc əlləsi

31. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

35. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fakti ki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüq uq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən ətraflı araşdırılaraq onlara hüquqi qiymət verilmişdir. O cümlədən, cavabdehin adına verilmiş diplomun Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş nümunəyə uyğun gəlməməsi, cavabdehin ali təhsil müəssisəsinə qəbul edilməməsi, orada təhsil almaması, onun adının «Tələbə-məzun» mərkəzləşdirilmiş elektron sistemində yer alma ması və s. sübutlarla sübut edilmişdir ki, cavabdehin adına verilmiş diplom saxta olmuşdur.

42. Məhkəmə sorğusuna əsasən, X1 tərəfindən verilən xx.xx.2019-cu il tarixli məktubla Cavabdeh 2004/2005-ci və 2005/2006-cı tədris illərində ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etməsinə baxmayaraq, ali təhsil müəssisəsinə qəbul olunmaq üçün müvafiq keçid balını toplamaması, heç bir ali təhsil müəssisəsinə qəbul olunmaması və barəsində DİM (TQDK) tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməməsi müəyyən edilmişdir.

43. Cavabdehin imtahan verdiyi dövrdə qüvvədə olmuş 1992-ci il tarixli “Azərbaycan Respublikasının Təhsil Qanun”unun 21-ci maddəsinə əsasən dövlət ali təhsil müəssisələrinə qəbul yalnız TQDK-nın müəyyən etdiyi qaydada (yəni test üsulu ilə) həyata keçirilird i.

44. Göründüyü kimi cavabdeh AMİ-nin Gəncə filialına qanunla nəzərdə tutulmuş qaydada, yəni müvafiq test imtahanında həmin ali təhsil müəssisəsinə qəbul olunmaq üçün lazim olan keçid balı toplamaqla qəbul edilməmişdir. Diplom saxta olduğundan cavabdehin həmin diplomla pedoqoji fəaliyyətlə məşğul olması hüquq normalarına ziddiyyət təşkil edir.

45. Təhsil müəssisəsinə qəbul qanunsuz olduğu və diplomun təsdiq olunan nümunəyə uyğun olmadığı təsdiq olunduğu üçün ali pedoqoji təhsil alması ilə bağlı halları sübutetmə yükü cavabdehin üzərinə düşür. Cavabdeh isə bu halı sübuta yetirə bilməmiş, saxta olması təsdiq olunan diploma istinad etməklə kifayətlənmişdir.

46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pedaqoji fəaliyyət lə məşğul olma qaydasının” 2.1-ci bəndinə əsasən müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olan şəxslər Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququna malikdirlər.

47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-389/2022 nömrəli, 26 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar