Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4041/2020 29.07.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı nümayəndəsi X4, Cavabdeh2 vəkili X8 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xnömrəli qətnaməsindən Cavabdeh2 və vəkili X14 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 qarşı iddia qaldıraraq (sonradan iddia tələbi artırılmışdır), Cavabdeh1 və onunla birlikdə x ünvanında yerləşən torpaq sahəsində yerləşən tikinti və torpağı zəbt etmiş bütün şəxslərin, yəni Cavabdeh2, x oğlunun (atası), X3 (anası), X1 (həyat yoldaşı), X5, X6, X2 və digərlərinin Abşeron rayon İcra Hakimiyyətinin xx xxxxxx 1995-ci il tarixli 25 saylı Qərarı ilə x ərazisində iddiaçıya ayrılmış torpaq sahəsindən və onun tərəfindən inşa edilmiş evdən əşyaları ilə birlikdə çıxarılmaları və evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim İ.Burcayev) xx xxxxxxxx 2019-cu il tarixli, 2(008)-3062/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2, x oğlunun, X3, X1, X5, X6, X2 və digərlərinin Abşeron rayon İcra Hakimiyyətinin xx xxxxxx 1995-ci il tarixli 25 saylı Qərarı ilə x ərazisində iddiaçıya ayrılmış torpaq sahəsindən və orada inşa edilmiş ev dən əşyaları ilə birlikdə çıxarılmaları və mübahisəli evin boşaldılması, iddianın Cavabdeh1 münasibətdə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Şamayev (sərlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) xx xxxxxx 2020-ci il tarixli, xnömrəli qərardadı ilə cavabdehlər Cavabdeh2, x oğlu, X10, X7, X12, X13 və X9 tərəfindən birgə verilmiş apelyasiya şikayəti qismən təmin edilməsiX əhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(008)- 3062/2019 nömrəli qətnaməsi “iddianın Cavabdeh1 münasibətdə təmin edilməməsi” hissəsində ləğv olunması, həmin hissədə iş üzrə icraata xitam verilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(008)3062/2019 nömrəli qətnaməsinin “Cavabdeh2, x oğlunun, X3, X1, X5, X6, X2 və dig ərlərinin Abşeron rayon İcra Hakimiyyətinin xx xxxxxx 1995-ci il tarixli 25 saylı Qərarı ilə x ərazisində iddiaçıya ayrılmış torpaq sahəsindən və orada inşa edilmiş evdən əşyaları ilə birlikdə çıxarılmaları və mübahisəli evin boşaldılması” hissəsindən cavabdehlərin apelyasiya şikayəti üzrə məhkəmə baxışı davam etdirilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Şamayev (sərlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) xx xxxxxx 2020-ci il tarixli, xnömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh2, x oğlu, X10, X7, X12, X13 və X9 tərəfindən birgə verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(008)3062/2019 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh2, x oğlunun, X3, X1, X5, X6, X2 və digərlərinin Abşeron rayon İcra Hakimiyyətinin xx xxxxxx 1995-ci il tarixli 25 saylı Qərarı ilə x ərazisində iddiaçıya ayrılmış torpaq sahəsindən və orada inşa edilmiş evdən əşyaları ilə birlikdə çıxarılmaları və mübahisəli evin boşaldılması hissəsində ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı iddiasının qismən təmin edilməsi, Cavabdeh2, x oğlu, X10, X7, X12, X13, X2 Abşeron rayon İcra Hakimiyyətinin xx xxxxxx 1995-ci il tarixli 25 saylı Qərarı ilə x ərazisində İddiaçı ayrılmış 0,033 ha torpaq sahəsindən və orada inşa edilmiş evdən əşyaları ilə birlikdə çıxarılması, həmin evin boşaldılması, iddianın “digər şəxslərə” münasibətdə əsassız olduğu üçün təmin edilməməsi, keçirilmiş məhkəmə ekspertizasının xərci hesabına Cavabdeh2 50 (əlli) manat məbləğində pulun tutula raq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödəniməsi, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun apelyatorlara aid edilməsi qət edilmişdir. Cavabdeh2 və vəkili X14 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv, işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə kollegiyası, q ətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətlərinin həddi və dəlilləri ilə bağlıdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdeh İlkin Bayramovun vəkili Nəsimi İsayev kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nizami Şadmanov vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən izahatı dinlənilmədi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. “xxxx” MMCninxx xxxxxxx 2014-cü il tarixli hesabat cədvəlinə əsasən xdə İddiaçı tərəfindən ona ayrılmış torpaq sahəsində inventar dəyəri 57000 manat təşkil edən 4 otaqlı fərdi yaşayış evi inşa edilmişdir. Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx xxxxxx 2014-cü il tarixli arxiv çıxarışına əsasən Abşeron Rayon İcra Hakimiyyətinin xx xxxxxx 1995-ci il tarixli sərəncamına əsasən Südçülük Sovxozunda y aşayış ehtiyacı olan əhaliyə fərdi ev tikmək üçün torpaq fondu ayrılmış və Abşeron Rayon S.Əliyev adına SüdçülükMaldarlıq üzrə üzrə Dövlət X11 istehsalı müəssisəsi direktorunun xx xxxxxx 2000-ci il tarixli 06 saylı əmri ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 0,033 ha ölçüdə torpaq sahəsi ayrılmışdır. Abşeron rayonu, S.Əliyev adına Südçülük Maldarlıq üzrə X21 təsərrüfatı Müəssisəsinin xx xxxxxx 2000-ci il tarixli 6 №li əmrindən çıxarışın surətinə əsasən Abşeron rayon İcra Hakimiyyətinin xx xxxxxx 1995-ci il tarixli 25 №li qərarına əsasən Sovxozda işləyən fəhlə və mütəxəssislərə fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış asudə həyətyanı torpaq fondundan vətəndaş İddiaçı 0,033 ha torpaq sahəsi fərdi ev tikmək üçün ayrılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2015-c i tarixli, 2(008)-2546/2015 saylı qətnaməsi ilə İddiaçı iddiası qismən təmin olunaraq Cavabdeh1 Abşeron Rayon İcra Hakimiyyətinin xx xxxxxx 1995-ci il tarixli, 25 nömrəli Sərəncamına və Abşeron rayonu, S.Əliyev adına Südçülük-Maldarlıq üzrə X21 Təsərrüfatı Müəssisəsinin xx xxxxxx 2000-ci il tarixli, 06 nömrəli əmrinə əsasən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış x Yeni Məhəllədə yerləşən 0.033 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən çıxarılması, İddiaçı həmin torpaq sahəsi üzərindəki tikiliyə köçürülməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli, xsaylı qətnaməsi ilə Cavabdeh2 apelyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2( 008)2546/2015 saylı, xx xxx 2015-ci tarixli qətnaməsi iddianın təmin edilən hissəsində, yəni “Cavabdeh1 x Yeni Məhəllədə yerləşən 0.033 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən çıxarılması hissəsi”ndə ləğv olunmuş, həmin hissədə iddia tələbi təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2016-cı il tarixli, x saylı qərarı ilə kassasiya şikayətləri qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxxxxx 2015-ci il tarixli qətnaməsi qismən, yəni Cavabdeh1 B X yerləşən 0.033 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən çıxarılması tələbinin rədd olunması hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli, xsaylı qətnaməsi ilə maraqlı şəxs Cavabdeh2 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə olan xx xxx 2015-ci il tarixli qətnaməsi Cavabdeh1 x Yeni Məhəllədə yerləşən 0,033 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən çıxarılması tələbinin rədd olunması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, xsaylı qərarı ilə maraqlı şəxs Cavabdeh2 kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə olan xx xxxxxx 2016-cı il tarixli, 2(103)-4793/16 saylı qətnaməsi iddia tələbinin Cavabdeh1 x Yeni Məhəllədə yerləşən 0,033 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən çıxarılması tələbi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, x nömrəli qətnaməsi ilə İddiaçı iddiasının qismən təmin edilməsi, Cavabdeh2 adına verilmiş torpaq sahəsinə mülkiyyət hüquqlarının tanınmasına dair xx xxxx 2018-ci il tarixli ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli çıxarışın və texniki pasportun, həmçinin fərdi yaşayış evinə mülkiyyət hüquqlarının tanınmasına dair xx xxxx 2018-ci il tarixli ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli çıxarışın və texniki pasportun ləğv edilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin x saylı iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, xsaylı qərarı ilə üçüncü şəxs Cavabdeh2 kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə mühəndis-texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 11893 saylı rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpa qların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən ******* nömrəli, qeydiyyat nömrəsi ********** olan xx xxxx 2018-ci il tarixli Reyestrdən çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,0505 hektar olan torpaq sahəsi ilə mülki iş materiallarına əlavə edilmiş (səh. 50) reyestr nömrəsi **********52 sahəsi 0,05 hektar olan plan-ölçu sənədinin koordinatları ilə (yerli baxışda iştirak edib naturada göstərdiyi) ərazinin naturada müəyyən edilmiş koordinatları üst-üstə düşür, eynidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Abşeron rayon İcra Hakimiyyətinin xx xxxxxx 1995-ci il tarixli 25 saylı sərəncamı və Abşeron rayonu, S.Əliyev adına Südçülük üzrə X11 Müəsissəsinin xx xxxxxx 2000-ci il tarixli, 06 nömrəli əmrinə əsasən torpaq sahəsinin hardan ayrılması barədə müvafiq qanunçuluğa uyğun hazırlanmış texniki sənəd (ayrıc aktı, kadastr planı, plan-ölçü sənədi, hər hansı bir istinad nöqtəsindən göstərilən sxem və sair) təqdim edilməməsi səbəbindən yuxarıda qeyd edilən sənədlərə əsasən fərdi yaşayış evinin tikintisi üçün Şadmanova Mülkicahan Cəfərqulu qızına x ərazisində ayrılmış 0.033 ha torpaq sahəsinin sxematik planına uyğun olaraq künc koordinatları müəyyən edilməklə sərhədlərinin müəyyən edilməsi mümkün deyil. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınma z Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, mübahisələndirilən ərazidə mövcud olan yaşayış evi ******* nömrəli, qeydiyyat nömrəsi ********** olan xx xxxx 2018-ci il tarixli Reyestrdən çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan reyestr nömrəsi **********52, sahəsi 0,05 hektar olan plan-ölçü sənədinin koordinatları ilə üst-üstə düşən torpaq sahəsinin hüdudları daxilindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, mübahisələndi rilən torpaq sahəsinin faktiki ölçüsü 0.0505 hektardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyində beşinci və altıncı suallar cavablandırılmamışdır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, işin mübahisəsiz halları ilk olaraq ondan ibarətdir ki, x Yeni Məhəllədə yerləşən 0,033 ha torpaq sahəsinin Abşeron Rayon İcra Hakimiyyətinin xx xxxxxx 1995-ci il tarixli 25 saylı qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmışdır. Həmin torpaq sahəsində fərdi yaşayış evin inşa olunmuş və hazırda həmin evdə cavabdehlər yaşayırlar. Tərəflər arasında əvvəllər də mü bahisəli torpaq sahəsi və evlə bağlı məhkəmə mübahisələri olmuş və qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur. İddiaçı və Cavabdeh2 iddia etdikləri torpaq sahəsinin eyni ərazi olmasını müəyyən etmək mümkün olmasa da, mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılmış sahəyə aid olması daha mötəbər sübutlarla təsdiq olunur və Cavabdeh2 adına Südçülük sovxozu ərazisində torpaq sahəsinin ayrılması təsdiq olunmur. Həmin işdə Cavabdeh2 cavabdeh olmasa da, məhkəmə qətnamələrindən apelyasiya və kassasiya şikayətləri verdiyindən müvafiq qətnamələr onun üçün preyudisial əhəmiyyətə malikdir. Həmçinin İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və mübahisə predmeti barəsində müstəqil təl əblər irəli sürməyən üçüncü şəxs Cavabdeh2 qarşı iddia ərizəsi üzrə apelyasiya instansiyası məhkəməsinin araşdırmaları ilə müəyyən olunmuşdur ki, mübahisə predmeti olan x Yeni məhəllə ərazisində yerləşən 0,033 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi iddiaçı ilə Cavabdeh1, daha sonra isə onun qardaşı olan Cavabdeh2 arasında məhkəmə çəkişmələrinin predmeti olmuş, sözügedən mülki iş üzrə sonuncu məhkəmə aktı xx xxxxxx 2017-ci ildə çıxarılaraq qüvvəyə minmiş, buna baxmayaraq sonrakı tarixlərdə (xx xxxx 2018-ci il və xx xxxx 2018-ci il tarixlərdə) Cavabdeh2 adına mübahisəli daşınmaz əmlaka (torpaq və üzərindəki evə) dair müvafiq çıxarış və texniki pasport verilmişdir. Məhkəmələr qeyd olunan haları nəzərə alaraq Cavabdeh2 adına verilmiş torpaq sahəsinə mülkiyyət hüquqlar ının tanınmasına dair xx xxxx 2018-ci il tarixli ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli çıxarışın və texniki pasportun, həmçinin fərdi yaşayış evinə mülkiyyət hüquqlarının tanınmasına dair xx xxxx 2018-ci il tarixli ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli çıxarışın və texniki pasportun ləğv edilməsi barədə qərar qəbul etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə xx xxxx 2003cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həl l edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə mübahisələndirilən torpaq sahəsinə və fərdi yaşayış evinə İddiaçı hüquqları tanındığından, Cavabdeh2 isə həmin daşınmaz əmlaklara hüquqlarının olmaması, adına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və texniki pasportun ləğv edilməsi qərara alındığından, hazırki iş üzrə digər cavabdehlərin isə qeyd olunan torpaqdan və evdən istifadə hüquqlarını yaradan başqa əsaslar mövcud olmadığından iddia tələbi onlara m ünasibətdə əsaslı hesab olunmalıdır. Apelyasiya instansiyası məhkəməsi işin qeyd edilən faktiki hallarına aşağıdakı hüquq normalarını tətbiq etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İn san Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” xx xxxxxxxx 2007-ci il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndir ilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsin əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mükiyyətçi olmasa da, bu Məcəllə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququ ilə əldə edə bilərlər. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqların yaranmasının əsaslarından biridir. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, İddiaçı və Cavabdeh2 iddia etdikləri torpaq sahəsinin eyni ərazi ol masını müəyyən etmək mümkün olmasa da, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılmış sahəyə aid olması müəyyən olunmuşdur. Digər tərəfdən ekspert rəyi Cavabdeh2 adına olan çıxarışlara əsaslanmışdır ki, həmin çıxarışlar qanuni qüvvədə olan digər məhkəmə qərarları ilə ləğv olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xnömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildi
Məhkəmə qərarları › İş №2(102)-4041/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4041/2020
29.07.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver