Məhkəmə qərarları › İş №2(102)-4041/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4041/2023

31.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4041/2023 31.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh (Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasını mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qeyd etməklə) qarşı ilk, Cavabdeh İddiaçı1 qarşı qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4041/2023 (Açar sözlər: evə köçürülmə, istifadə hüququnun tanınması, özbaşına tikili) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X24 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh (Ba kı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasını mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qeyd etməklə) qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürmə” tələbinə dair ilk, Cavabdeh İddiaçı1 qarşı “istifadə hüququnun olmaması” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-123/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 31 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Tərəflər 14 mart 2002-ci il tarixdə nikah münasibətlərinə daxil olmu ş, onların birgə nikahlarından xx.xx.2003-cü il tarixdə Samir, xx.xx.2004-cü il tarixdə Əli adlı iki uşaqları doğulmuşdur.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3645/2021 nömrəli, 31 may 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı1 Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında 14 mart 2002-ci il tarixdə Nərimanov rayon VVADQ şöbəsində 168 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, 28 dekabr 2004-cü il təvəllüdlü X23 anası İddiaçı1 yanında saxlanılmış, 28 dekabr 2004-cü il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

3. Bakı şəhəri, Nəsimi rayonu, X17 küçəsi, 5V ünvanda yerləşən fərdi yaşayış evi 04 avqust 2021-ci il ta rixdə cavabdehin atası X11 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmiş və Türbət Qənbərovun adına Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin aidiyyatı Ərazi İdarəsi tərəfindən 04 avqust 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 0,033690 hektar olmaqla, həmçinin xüsusi mülkiyyətdədir.

4. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı ünvan 2 ünvanlanmış 20 oktyabr 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Sizin Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi ev 123 (hazırkı 129) ünvaı ilə bağlı ilkin sənədlər, ilkin və hazırda kimlərin mülkiyyətində olması haqqında ətraflı məlumat və sənəd surətlərinin verilməsi ilə bağlı müraciətinizə D ƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi 123 saylı fərdi yaşayış evi keçmiş Nəsimi rayonu XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 14/3 nömrəli qərarına əsasən xx.xx.1991-ci il tarixdə ilkin olaraq X1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 38 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2007-ci il tarixli, 4/Ə-100 reyestr nömrəli mənzil bağışlama müqaviləsinə əsasən X3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məlumat üçün bildiririk ki, Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi 123 saylı fərdi yaşayış evi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 674 nömrəli xx.xx.2002-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş, Bakı şəhər İcra Hakimiyyət i Aparatının Mənzil Məsələləri üzrə ictimai Komissiyanın 12a nömrəli, xx.xx.2002-ci il tarixli protokoldan çıxarışa əsasən ilkin olaraq xx.xx.2003-cü il tarixdə X6 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətdədir.” İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh (Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasını mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qeyd etməklə) qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edərək, İddiaçı1 04 mart 2003-cü il təvəllüdlü İddiaçı2 və 28 dekabr 2004-cü il təvəllüdlü X23 adlı övladları ilə birlikdə Bakı şəh əri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi ev 129 ünvanda yerləşən yaşayış sahəsinə köçürülmələri və həmin evdən istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

6. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, İddiaçı1 Cavabdehla 14 mart 2002-ci il tarixdə ailə qurub evlənmişdir. Nikahları həmin tarixdə qeydə alınmışdır. Evləndikdən sonra cavabdehlə birlikdə ünvan 3 ünvanda özbaşına tikili olan evi alıb oraya köçmüş və indiyə kimi həmin evdə yaşamışlar. Birgə nikahdan 04 mart 2003-cü il təvəllüdlü İddiaçı2 və 28 dekabr 2004-cü il təvəllüdlü X23 adlı iki övladları həmin evdə yaşadıqları zaman doğulmuşlar. Hər iki övladları doğulduqları vaxtdan indiyə kimi onlarla yaşamışlar. Lakin bu yaxınlarda bilmişlər ki, cavabdeh onların xəbəri olmadan hər i ki övladlarını yaşadıqları evdən qeydiyyatdan çıxarıb, ünvan 4 ünvanda qeydiyyata aldırmışdır. Nikahları Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qətnaməsi ilə pozulmuş, yetkinlik yaşına çatmayan oğulları Əli Qənbərovun onun yanında qalması qət edilmişdir. Yetkinlik yaşına çatmış oğulları İddiaçı2 da onun yanında qalır. Nikahları pozulduqdan sonra Cavabdeh onu 2 övladı ilə birlikdə uzun illər yaşadıqları, bütün əşyalarının olduğu evə buraxmır. Cavabdeh evin qıfılı və açarlarını dəyişdirdiyindən, onlar həmin mənzilə daxil ola bilmirlər. Küçədə qaldıqlarından anasının dar mənzilində bir otağa sığınmağa məcbur olmuşlar. Yaşayış şəraitləri çox ağırdır, dəfələrlə evlərinə qayıtmaq istəsələr də, cavabdeh onları oraya buraxmır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiy yətindədirlər. Mənzil Məcəlləsinin 8.0, 8.0.6-cı maddəsinə istinadən iddiaçı daha sonra qeyd etmişdir ki, o, və 2 övladı göstərilən mənzildən istifadə hüququna malik olduqlarından, həmin mənzilə köçürülmələri və istifadə hüquqlarının tanınması barədə tələbləri mövcud qanunvericiliyə əsasən tam əsaslı, qanunauyğun və haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə, Mülki Məcəllənin 27-ci maddəsinə, Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə istinadən İddiaçı1 bildirmişdir ki, yaşadıqları Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi ev 129 ünvanda yerləşən ev özbaşına tikilidir. Həmin evdə cavabdehlə birlikdə ümumi təsərrüfat aparmışlar, 2 övladları həmin evdə onlarla yaşayırlar, gələcəkdə həmin evlə bağlı müvafiq sənədləşdirmə işləri aparıldığı zaman göstərilən yaşayı ş sahəsinə gözlənilən mülkiyyət hüquqları vardır. Odur ki, onun 2 uşağı ilə birlikdə həmin evə köçürülmələri və evdən istifadə hüquqlarının tanınması məhkəmə qaydasında təmin edilməlidir.

7. Cavabdeh İddiaçı1 qarşı “istifadə hüququnun olmaması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi ev 129 ünvandan istifadə hüququnun olmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı1 ilə 14 mart 2002-ci il tarixdə ailə quraraq evlənmişdir. Həmin nikahdan 2003-cü il təvəllüdlü İddiaçı2 və 2004-cü il təvəllüdlü X23 doğulmuşlar. Nikahları Nəsimi rayon Məhkəməsinin 2(006)- 3645/2021 nömrəli, 31 may 2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Artıq 6 aya yaxındır ki, cavabdeh onun yanında yaşamır.

9. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh izahat verərək qarşılıqlı iddianı müdafiə etmiş, ilk iddianı qəbul etməmiş, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, İddiaçı1 məhkəmə prosesində bildirib ki, ailə qurduqdan sonra guya o, işləmədiyinə görə onun tibb bacısı məvacibi ilə dolanmışlar və guya o, evin birinci mərtəbəsində artırmalar edib və təmir-bərpa işləri aparıb. İddiaçı1 dediklərinin gülünc, yalan olduğunu göstərmək üçün əmək kitabçasının surətini və toy günündə aparılan videoçəkilişin diskini məhkəməyə təqdim edir. Qeyd edir ki, həkim stomatoloq kimi o, həmişə iki - hökümət və özəl iş yerlərində çalışmışdır. Belə olmasa idi, İddiaçı1 ilə ailə qurduqdan dərhal sonra anası Du rna, nənəsi Sahab və rəfiqəsi Gümanə evinə köçərək 10 ildən çox müddətdə necə deyərlər arı bala qonar kimi onun evində yaşamazdılar. Bu faktı qohumlar və qonşular təsdiqləyə bilər. Toy gününün video çəkilişinə nəzər yetirdikdə aydın görünür ki, yaşadığı ünvanın nə 1-ci, nə də 2-ci mərtəbəsində ailə qurduğu gündən – 14 mart 2002-ci ildən indiyə qədər bir santimetr də olsa ev artırması olmayıb və ya hər hansı təmir-bərpa işləri aparılmamışdır. Evin təmirinə gəldikdə isə bildirir ki, son 19 il ərzində evin təmirə ehtiyacı olduqda həmişə 40 ilə yaxın dostluq etdiyi X16 tərəfindən təmənnasız edilib. Bu faktı qonşular da təsdiqləyə bilər. O, da öz növbəsində həkim stomatoloq kimi peşəkar dəstəyinə təmənnasız olaraq dostu Şakirin özündən, ailə üzvlərindən və yaxın qohumlarından heç vaxt əsirgəm əmişdir. Birgə yaşayış dövründə İddiaçı1 üçün 2014-cü ildə “Ford Fusion” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini və 2020-ci ilin dekabr ayında isə hal-hazırda istifadəsində olan “Hyundai Elantra” markalı **-SE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini almışdır. İddiaçı1 onun evinə gəldikdən sonra evinin təmiri ilə deyil, əslində buna heç ehtiyac da olmayıb, özünün fiziki ehtiyaclarını onun hesabına aradan qaldırmaqla məşğul olub. 19 il birgə yaşadıqları dövrdə İddiaçı1 daim min bir hiylə işləməklə onu aldatmış və çoxsaylı plastik-estetik cərrahiyyə əməliyyatlarını onun hesabına etdirmişdir. Bundan başqa, 05 iyun 2021-ci il tarixdə oğlu İddiaçı2 ona qarşı növbəti dəfə əl qaldıraraq zor tətbiq etmiş, onu yerə yıxaraq boğmaq istəmişdir. Səs-küyə qonşuların gəldiyin i görən Samir qaçıb evdən getmiş və bir daha geri qayıtmamışdır. Oğlu Samir ona qarşı zor tətbiq etmə ilə yanaşı şərəf və ləyaqətini alçaldıcı sözlər və təhqirlər yağdırmışdır. Belə hadisələr dəfələrlə təkrarlandığına görə o, X25 müraciət etməyə məcbur olmuşdur. Onun şikayəti əsasında Nəsimi RPİ 20-ci PB-də araşdırma aparılmışdır. Ona görə də, onun oğlu Samir ilə bir evdə yaşaması onun həyatı üçün təhlükəlidir. Polis tərəfindən aparılmış araşdırmanın bəzi sənədlərinin surətlərini məhkəməyə təqdim edir. Məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4908/2021 nömrəli, 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Səməd Cəfərov) ilk iddia qismən təmin edilməsi, İddiaçı1 və İd diaçı2 yetkinlik yaşına çatmamış ailə üzvləri 28 dekabr 2004-cü il təvəllüdlü X23 ilə birlikdə Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi ev 129 ünvanda yerləşən yaşayış sahəsinə köçürülmələri, ilk iddia qalan hissədə və qarşılıqlı iddianın rədd edilməsi, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun ilk iddia üzrə iddiaçılara, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət olunmuşdur.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ilk iddia üzrə iddiaçılar cavabdehlə qeyd olunan ünvanda uzun müddət yaşamaqla birgə təsərrüfat aparmışlar. Tərəflər arasında münasibətlər pozulandan sonra isə cavabdeh iddiaçıların həmin mənzildə yaşamasına maneə yaratmış, onları mənzildən qovmuşdur. Halbuki, heç kim yaşadığı mənzildən qanunsuz məhrum e dilə bilməz. İlk iddianın qeyd olunan yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair hissəsi, o cümlədən qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, tərəflər arasında hüquq münasibətləri yaranan dövrdə yaşayış sahəsi öz hüquqi statusuna görə özbaşına tikili hesab edilirdi və Mülki Məcəllənin 180-ci maddəsinin tələbləri baxımından, həmin yaşayış sahəsindən heç kimin istifadə hüququ, yaxud istifadə hüququnun olmaması tanına bilməz.

12. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2-ci maddələri, Mənzil Məcəlləsinin 53.1, 53.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4-cü maddələrinə, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikas ının Konstitusiya Qanununun 1.0.11-ci maddəsinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

13. Qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) apellyasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iş üzrə ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş edilmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı1 məhkəmənin müəyyən etdiyi kimi Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi ev 129 ünvana gəlin köçməmişdir. İddiaçılar əvvəllər başqa ünvanda yaşamış və həmin ünvanda da qeydiyyatda olmuşlar. Yəni, iddiaçının mübahisəli ünvanda istifadə hüquqları yaranmamışdır. Eyni zamanda, məhkəmə tərəfindən mübahisəli evin neçə o taqdan ibarət olması, həmin ünvanda başqa şəxslərin qeydiyyatda olub-olmaması ümumiyyətlə həmin evin xüsusi mülkiyyət kimi qeydiyyata alınıb-alınmamsı müəyyən edilməmişdir. Məhkəmə həmin evin özbaşna tikinti olmasını qəbul etmiş, lakin bununla bağlı iddiaçıdan sübut tələb etməmişdir. Həmin yaşayış evinin özbaşna tikinti olması ilə bağlı nəticəyə gələrkən, evlə bağlı dövlət reyestrindən məlumat əldə edilməli idi. Nəzərə almaq lazımdır ki, mübahisəli ünvan ünvan 6yonu, X17 küçəsi, 5 V ünvandır. Həmçinin məhkəmə nəzərə almamışdır ki, İddiaçı2 başqa ünvanda qeydiyyatdadır və həmin mənzildə də istifadə hüququ vardır. Məhkəmə iş üzrə sübutların əldə edilməsi üçün lazımı prosessual hərəkətləri etməmiş, bütün faktiki halları müəyyən etməmişdir. Buna görə də müəyyən etdiyi faktiki hallara uyğun q ətnamə qəbul etməmişdir. Mübahisəli evlə bağlı heç bir hüquqmüəyənedici sənəd iş materiallarına əlavə edilməmiş, məhkəmə də həmin evlə bağlı dövlət reyestrindən məlumat əldə etməmişdir. Yuxarıda qeyd etdiyi kimi, məhkəmə iddiaçının mübahisəli ünvana gəlin köçməsini, həmin ünvanda istifadə hüquqlarının yaranmasını, həmin evin dövlət reyestrində qeydiyyata alınıb-alınmamasını və həmin evin kimin mülkiyyətində olmasını aydınlaşdırmamışdır.

15. Apellyasiya instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla təqdim edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi 129 saylı fərdi yaşayış evi vərəsəlik sənədləri əsasında xx.xx.2009-cu il tarixdə vəfat etmiş X6 vərəsəsi X4 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində tam pay olmaqla xx.xx.2011-ci il tarixdə qeydiyyatdan keçmişdir və bu barədə Seriya MA ******* saylı Çıxarış verilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-123/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qətnaməsi ilə (X12 (sədrliyi və məruzəsi), Cahangir Yusifov və Pərviz Hüseynov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4908/2021 nömrəli, 28 sentyabr 2021-ci il tarixli qətnaməsi qismənilk iddianın təmin olunmuş hissəsində (İddiaçı1 və İddiaçı2 yetkinlik yaşına çatmamış ailə üzvləri 28 dekabr 200 4-cü il təvəllüdlü X23 ilə birlikdə Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi ev 129 ünvanda yerləşən yaşayış sahəsinə köçürülməsi hissədə) ləğv edilmiş, həmin hissədə iddia rədd edilmişdir.

17. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, dəfələrlə mübahisəli obyektə baxış keçirilməsinə şərait yaradılmadığı səbəbindən ekspertiza keçirilməsindən imtina edilərək iş materialları məhkəməyə qaytarılmışdır. Bununla belə, məhkəmə Kollegiyası yenidən məhkəmə-texniki ekspertizası keçirilməsi barədə qərardad qəbul edərək işi ekspertizaya göndərməyə zərurət görməmişdir ona görə ki, sonuncu apellyasiya baxışı zamanı ilk iddia üzrə İddiaçı1 bir daha bildirmişdir ki, iddia etdiyi ünvan ünvan 8ş evi yalnız bir tikilidən ibarətdir. Göstərilənlərə əsas ən müəyyən olunur ki, İddiaçı1 iddia etdiyi ünvan ünvan 8ş evi yalnız bir tikilidən ibarətdir, həyətdə başqa tikili yoxdur.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ilk iddia üzrə iddiaçılar hazırkı iddia ilə Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi ev 129 ünvanın mülkiyyətçisi X5 qarşı iddia qaldırmamaqla (əsaslar mövcud olduğu təqdirdə) yanaşı, X4 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi ev 129 ünvanda yerləşən yaşayış sahəsinə köçürülməsini iddia etmişlər və birinci instansiya məhkəməsi fərdi yaşayış evinin hüquqi statusunu müəyyən etmədən iddiaçıların evə köçürülmə tələbini təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur.

19. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, İddiaçı1 iddia etdiyi ünvan ünvan 9iyinə görə həmin fər di yaşayış evi yalnız bir tikilidən ibarətdir, həyətdə başqa tikili yoxdur. Bununla belə qeyd edilən Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi ev 129 ünvanı hazırkı iş üzrə cavabdeh olmayan X4 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində tam pay olmaqla xx.xx.2011-ci il tarixdə qeydiyyatdan keçmişdir və bu barədə Seriya MA ******* saylı Çıxarış verilmişdir.

20. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, ilk iddia üzrə iddiaçılar Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi ev 129 ünvanın mülkiyyətçisi X5 qarşı iddia qaldırmamaqla (əsaslar mövcud olduğu təqdirdə) yanaşı, X4 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi ev 129 ünvanda yerləşən yaşayış sahəsinə köçürülməsi tələbinin təmin olunmasına əsas ol a biləcək sübutları məhkəməyə təqdim edə bilməmişlər.

21. Məhkəməm belə qənaətə gəlmişdir ki, ilk iddia üzrə Cavabdeh qarşılıqlı iddia tələbi Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi ev 129 ünvanda yerləşən yaşayış sahəsinə İddiaçı1 “istifadə hüququnun olmaması” ilə bağlı tələb olduğundan, işin yuxarıda sadalanan faktiki hallarına əsasən isə Cavabdeh belə iddia qaldırılmasına subyektiv hüququ müəyyən olunmadığından tələb və apellyasiya şikayəti bu hissədə əsassızdır.

22. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 152.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

23. Qətnamədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini və işin təkrar apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul olunmasını xahiş edmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyasının qətnaməsi əsassız və qanunsuzdur. O, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Məhkəmə kollegiyası ilk növbədə Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinin tələblərini pozaraq həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Belə ki, məhkəmə kollegiyası xx.xx.2022-cü il tarixli qərardadı ilə ilk iddiaçının iddia etdiyi Bakı şəhəri Nəsimi rayon u Cəlil Məmmədquluzadə küçəsi ev 129 ünvanında yerləşən yaşayış sahəsinin X4 adına qeydiyyatdan keçmiş Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi ev 129 ünvanda yerləşən fərdi yaşayış evi ilə eyni ünvan olub-olmamasının, yoxsa həmin ünvanda başqa tikili olmasının müəyyən edilməsi və sair sualların cavablandırılması üçün iş üzrə məhkəmə-texniki ekspertiza təyin etsə də həmin ekspertizanın keçirilməsini təmin etməmişdir. Bu zaman məkəmə kollegiyası mübahisəli obyektə baxış keçirilməsinə məhz yaşayış evinin ancaq özündə olan açarlarla qapılarını bağlayan və baxışdan yayınan ilk iddia üzrə Cavabdeh mane olduğunu nəzərə almamış, baxış keçirilməsini təmin etməmişdir. Məhkəmə kollegiyası həmçinin nəzərə almamışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçı və cavabdehin yaşadı qları Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi ev 129 ünvanında olan yaşayış evinə baxış keçirilməsi zamanı ikimərtəbəli həyət evinin tək tikili olması və onun hər hansı başqa tikili ilə əlaqəli olmaması müəyyən olunmuşdur. İş materiallarında olan 2 saylı forma arayışla da müəyyən olunmuşdur ki, Bakı şəhəri, Cəlil Məmmədquqluzadə 129 ünvanında 11 ailə qeydiyyatdadır. Bu xüsusat iddiaçı və cavabdehin izahatları ilə də təsdiq olunmuşdur. İlk iddia üzrə iddiaçı Ruqiyyə Səmədova (Qənbərova) məhkəmədə verdiyi izahatında bu mühüm xüsusatı təsdiq edərək uzun illər yaşadıqları yaşayış evinin başqa heç bir yaşayış evinə və heç kəsə aidiyyətinin olmadığını, X5 məxsus həyət evinin onların yaşadıqları evdən 150-200 metr aralıda yerləşdiyini göstərmişdir. O, bu xüsusatın araşdırılması üçün məhkəmə kollegiyasından yaşadıqları əraziyə xidmət edən 59 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşlarının məhkməyə dəvət olunmasını xahiş etsə də məhkəmə kollegiyası onun haqlı vəsatətini təmin etməmişdir. Məhkəmə kollegiyası bundan sonra məhkəmə-texniki ekspertizası təyin etsə də onun keçirilməsini təmin etməmiş, sonradan ümumiyyətlə həmin ekspertizanın keçirilməsini zəruri hesab etməmişdir. Kassasiya şikayətinə əlavə edilmiş Nəsimi rayonu 59 saylı Mənzi Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 03 iyul 2023-cü il tarixli 56 saylı məktubda göstərilmişdir ki, xidmət etdikləri ərazidə Cəlil Məmmədquluzadə küçəsi 129 ünvanında 11 həyət evi vardır. X2 02 noyabr 2011-ci ildə vəfat etmişdir. Onun 5 ailə üzvü Cəlil Məmmədquqluzadə küçəsi 129 saylı ünvanda yerləşən şəxsi 30/9012 sa ylı, xx.xx.2003-cü ildə verilmiş qeydiyyat vəsiqəsinə əsasən özlərinə məxsus fərdi yaşayış evində, digər 10 qonşulara aidiyyəti olmayan yaşayış evində öz ailə tərkibləri ilə qeydiyyatdadırlar. Bu 11 evin hamısı ayrı-ayrı fərdi yaşayış evləri və ayrı-ayrı təsərrüfatlardır. Səmədova (Qənbərova) Ruqiyyə Ramiz qızının qeydiyyatda olduğu Cəlil Məmmədquluzadə 129 ünvanının X2nun fərdi yaşayış evinə heç bir aidiyyəti yoxdur. Lakin məhkəmə kollegiyası MPM-nin 88.2-ci maddəsinin tələblərinə zidd olaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Məhz buna görə məhkəmə kollegiyası səhv olaraq mübahisəli yaşayış evinin X4 mülkiyyətində olması nəticəsinə gəlmiş və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsini səhv tətbiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi mülki qanunvericiliyin normalarını düzgün tətbiq etməmiş, maddi hüquq normalarını səhv təfsir etmişdir. Məhkəmə kollegiyası həmçinin prosessual hüquq normalarını pozmuş, işə birtərəfli yanaşmışdır. Bu pozuntular düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir. Göründüyü kimi, məhkəmə kollegiyasının 20 iyun 2023-cü il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Kassasiya şikayətinə qarşı verilmiş etirazın dəlilləri:

25. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayətinə qarşı cavabdehin nümayəndəsi və vəkili X8 yazılı etiraz vermiş, etirazında kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu qeyd edərək, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Rеspublikası Kоnstitusiyası.

26. Maddə 13 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

27. Maddə

29. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsi (xx.xx.2009-cu ilədək qüvvədə olan)

28. Maddə 53. icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdi rlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar.İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

29. Maddə 54 İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçür mək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

30. Maddə 60 İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

31. Maddə

87. Yaşayış sahəsinin icarədarı ai lə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

32. Maddə

123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

33. Maddə 6.1.4 Mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır.

34. Maddə 27.2. Ön dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş val ideynlərin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

35. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

36. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan s ui-istifadə olmasın. 29. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarı: 37. 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Re spublikasının Mülki Prosessual Məcəlləsi.

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

41. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

42. Maddə

88. Məhkəmə sübutlara o byektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

47. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

49. Kassasiya instansiyası məhkəməsi işin fakt iki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüqu q münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Ruqiyyə Səmədova (Qənbərova) daimi olaraq yaşamaq üçün başqa yaşayış yerinin olmaması haqqında sübutlarını, sübutları araşdırmaq hüququ olan məhkəmələrə təqdim etməməklə, övladları ilə birlikdə köçürülməsini tələb etdiyi Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi ev 129 ünvanda yerləşən yaşayış sahəsinə ehtiyacının olmasını əsaslandıra bilməmişdir.

53. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün m üəyyən edilmişdir.

54. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 56. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

57. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76- cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

58. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

59. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

60. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıd ır.

61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-123/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar