Məhkəmə qərarları › İş №2(102)-4042/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4042/2020

11.08.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4042/2020 11.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh1, vəkili Vnın və digər Cavabdeh3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim S.Cəfərov) xx.xx.2019-cu il tarixli, xxx nömr əli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “cavabdehlərin qanunsuz məskunlaşdıqları qeyri-yaşayış sahəsindən məcburi çıxarılmaları” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Qurbanov, E.Nəbiyev, A.Hüseyn) xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, xxx saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “cavabdehlərin qanunsuz məsku nlaşdıqları qeyri-yaşayış sahəsindən məcburi çıxarılmaları” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 hərəkətlərinin qanunsuz hesab edilməsi, Cavabdeh2 və Cavabdeh1 qanunsuz məskunlaşdıqları ünvan 1 ünvanındakı binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən öz əşyaları ilə birlikdə məcburi çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil kasasiya şikayətini onunla əsaslandırmışlar ki, iddia tələbinin mahiyyəti Cavabdeh3 digər cavabdehləri iddiaçının yaşadığı binanın birinci mərtəbəsindəki dövlətə məxsus qeyri yaşayış sahəsinə qanunsuz məskunlaşdırması ilə bağlıdır. Məhkəmə bunu həmçinin Cavabdeh 3 qızmm vəzifəli şəxs (R kooperativinin sədri) olmasını nəzərə almadığına görə onun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə tələbə də düzgün qiymət verməmişdir. Apelyasiya kollegiyası şəxsi mülahizələrinə əsasən hesab etmişdir ki, R kooperativin sədri vəzifəsini icra edən Cavabdeh3 qızmm hərəkətlərinin qanunsuz hesab edilməsi barədə həmin kooperativin təsisçisi tərəfindən məhkəməyə şikayət verilə və ya iddia qaldırıla bilməz ki, bu da tamamilə qanunsuz və əsassızdır. İşin hallarından da aydın görünür ki, Cavabdeh3 qanunsuz olaraq, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının yaşadığı ünvan 1 ünvanındakı binanın birinci mərtəbəsindəki qeyri-yaşayış sahəsinə qanunsuz məskunlaşdırmış, nəticədə bu sonuncuların inzibati qaydada məsuliyyətə cəlb edilmələri ilə nəticələnmişdir. Hət ta R kooperativin sədri vəzifəsini icra edən Cavabdeh3 məhkəməyə sakinlərin adından saxta müraciət də təqdim edərək öz qanunsuz hərəkətlərinə haqq qazandırmağa çalışmışdır. İşdəki həmin müraciətdən də aydın görünür ki, Cavabdeh3 özünün kooperativ sədri olaraq, kənar şəxslərin kooperativin istifadəsində olan 20 kv.m sahəsi olan qeyri yaşayış sahəsinə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yerləşdirməsini təsdiq etmiş və bu qanunsuz əməlinə müxtəlif bəhanələrlə haqq qazandırmağa çalışmışdır. Məhkəmə kollegiyası isə çıxardığı qətnamə ilə həmin hüquqi faktları cavabdehin xeyrinə həll edərək onun qanunsuz hərəkətlərini ört basdır etmişdir ki, bu da yol verilməzdir.İkinci əsas kimi apelyasiya instansiyası göstərmişdir ki, iddiaçının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanunsuz məskunlaşdıqları ünvan 1 ünvanındakı binanın birinci mərtəbəsində yerləşən qeyriyaşayış sahəsindən öz əşyaları ilə birlikdə məcburi çıxarılmaları barədə iddia ilə çıxış etmək üçün subyektiv hüququ yoxdur. Bunu apelyasiya instansiyasının daha əvvəl yol verdiyi səhvin davamı kimi qəbil etmək olar. Belə ki, məhkəmə kollegiyası qanunsuz və əsassız olaraq, bu dəfə də subyektiv hüququn olmadığını əsas gətirməklə iddia tələbinə baxmaqdan yayınmışdır. Bu məhkəmə kollegiyasının işə nə qədər səthi yanaşdığını göstərmişdir.Göründüyü kimi apelyasiya instansiya məhkəməsi mübahisəyə düzgün qiymət verməmiş, iddiaçının cavabdehin (vəzifəli şəxsin) hərəkətlərindən şikayət etmək hüququnun olmadığını, həmçinin iddiaçının binanın sakini olduğu halda subyektiv hüquqa da malik olmadığını qeyd etməklə iddiaçının Azərbaycan Respu blikasının Konstitusiyası ilə təsbit edilmiş hüquqlarımı kobud pozmuş, iş üzrə heç bir zəruri araşdırma aparmadan, işi sadəcə cavabdehlərin xeyrinə həll etmişdir.Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iş tirak edən İddiaçı vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və vəkili V kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Cavabdeh3 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın rə dd edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iddia tələblərinin birinci hissəsi cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi ilə bağlıdır. Əvvəla qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinin tələblərinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin iddiaçı tərəfindən irəli sürülmüş cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə iddia qeyd olunan məqsədləri daşımır və mülki qanunvericilikdə belə bir iddianın irəli sürülməsi ümumiyyətlə müəyyən olunmayıb. Belə ki, i ddia icraatı qaydasında hansı növ tələblərin irəli sürülməsinin mümkünlüyünü Mülki və Mülki Prosessual Məcəllənin ayrı-ayrı maddələrindən aydın şəkildə müəyyən etmək olur. Məsələn əmlakın alınması, pul vəsaitlərinin tutulması, müqavilənin ləğv və ya etibarsız hesab edilməsi, dəyişdirilməsi, əmlakın bölünməsi, naturada ayrılması, cavabdehi müəyyən hərəkətləri etməyə məcbur etmə, alimentin alınması, zərərin əvəzinin ödənilməsi və s. Göründüyü kimi mülki prosesdə iddia icraatı qaydasında irəli sürülən tələblər xarakter etibarı ilə konkret və dəqiq olur. “Cavabdehin hərəkətlərin qanunsuz hesab edilməsi” barədə tələb isə qeyri-müəyyən və qeyri-dəqiq olmaqla yanaşı, mülki qanunvericilikdə nəzərdə tutulan heç bir növ iddia tələblərinə aid deyildir. Bu baxımdan həmin iddia tələbi rədd edilməlidir. Cavabdehlərin qeyri-yaşayış sahəsindən çıxarılması barədə iddia tələblərinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) mübahisəli əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Yalnız həmin şərtlərin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Hazırkı işdə isə qeyd olunan maddənin dispozitiv şərtləri mövcud deyildir. Belə ki, iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin mülkiyyətçisi deyildir. Əksinə iddiaçı özü bildirir ki, həmin qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinə məxsusdur. Göründüyü kimi birinci şərtin mövcud olması, yəni mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətində olması və onun həmin qeyri-yaşayış sahəsinə dair hər hansı bir hüququnun mövcud olması müəyyən olunmur. Bununla bağlı apelyasiya kollegiyası qeyd etmişdir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şək ildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdə n tələb etmək hüququ; müdafiə hüququ”. Göstərilənlərə əsasən apelyasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, həmin iddia tələbləri buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından, digər şərtlərin mövcudluğunun yoxlanılmasına zərurət yoxdur və sübutlar araşdırılmadan rədd olunmalıdır. İddiaçının “R” Mənzil Kooperativinin təsisçilərindən biri olması isə həmin hüququ yaratmır. Belə ki, Mülki Məcəllənin 111.1-ci maddəsinə əsasən kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Həmin Məcəllənin 111.10-cu maddəsində isə təsbit olunmuşdur ki, kooperativin idarə heyəti və (və ya) onun sədri kooperativin cari fəali yyətinə kooperativ üzvlərinin ümumi yığıncaqları arasındakı dövrdə rəhbərlik edir, onun işlərini aparır, kooperativi təmsil edir. Kooperativ üzvlərinin sayı əllidən çox olduqda kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən onun üzvlərindən kooperativin idarə heyəti seçilir. İdarə heyətinə rəhbərliyi kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən seçilən (təyin edilən) sədr həyata keçirir. Kooperativin idarə heyətinin və (və ya) onun sədrinin (təyin edilməsi), onların səlahiyyətləri və səlahiyyət müddəti, idarə heyəti sədrinin kooperativin əmlakına sərəncam vermək hüququ, onun əmək haqqı, məsuliyyəti, habelə vaxtından əvvəl vəzifədən azad edilməsi (istefa verməsi) əsasları və qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. Qeyd olunan maddələrin məzmunundan da göründüyü kimi ko operativin idarə edilməsi səlahiyyəti kooperativin sədrinə məxsusdur və bunun əsasları və qaydası da kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. Beləliklə, apelyasiya kollegiyası iddianın təmin edilməməli olduğu qənaətinə gəlmişdir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının kasasiya şikayətinin dəlilləri də apelyasiya şikayətində olduğu kimi, iddia tələbində göstərilənlərlə əsaslandırılmışdır. Apelyasiya kollegiyası mübahisəyə mahiyyəti üzrə baxarkən iddiaçının subyektiv hüquqa malik olmadığını düzgün olaraq müəyyən etmişdir. İddiaçının “R” Mənzil Kooperativinin təsisçilərindən biri və ya həmin bina sakinlərindən olması isə onun hazırki iddia tələbi üzrə subyektiv hüquq a malik olması anlamına gəlmir. Kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi hal müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki,kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar