Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4042/2022 18.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması və tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-312/2022 nömrəli, 10 mar t 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 18 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Göyçay Rayon Məhkəməsinin 08 iyul 2015-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh (mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi) qarşı Cavabdeh tərəfindən Göyçay şəhəri Natəvan küçəsi 134-də yerləşən, onun xüsusi mülkiyyətində olan əmlak kompleksinin boşaldılması, ərazidə qanunsuz tikilmiş tövlələrin cavabdehin hesabına sökülməsi, həmin əmlak kompleksi və torpaq sahəsindən onun istifadə etməsinə yaratdığı maneələrin aradan qaldırılmasının cavabdehə həvalə olunması tələbinə dair iddiası əsassı z hesab edilərək rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2015-ci il tarixli qətnaməsinə əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 08 iyul 2015-cı ıl tarixli, 2(046)-43/2015 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı iddiası təmin edilmiş, Cavabdeh tərəfindən qanunsuz olaraq tutulmuş Göyçay şəhəri Natəvan küçəsi 134-də yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan əmlak kompleksi, 60,1 kvadrat metr sahəsi olan qeyri-yaşayış binası (anbar) və 11,3 kubmetr sahəsi olan qeyriyaşayış binasının (gözətçi binası) boşaldılması, İddiaçı əmlak kompleksinin də yerləşdiyi onun qanuni istifadəsində olan torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz tikilmiş 20 kv.metr ölçülü tövlənin cavabdehin hesabına sökülməsi, həmin əmlak kompleksi və torpaq sahəsindən İddiaçı istifadə etməsinə maneə törətməyin cavabdehə qadağan edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-707/17 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zəbt etdiyi 71,4 kvadrat metr qeyri-yaşayış sahəsinin və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi 5173 kvadrat metr torpaq sahəsinin boşaldılmasını, torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini x ahiş etmişdir
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Göyçay şəhərində yerləşən Meşə Ticarəti Bazasına məxsus olan 71,4 kv metr qeyri-yaşayış sahəsi qanunla müəyyən edilmiş qaydada özəlləşdirilmiş və alqı-satqı müqaviləsi əsasında ona satılmışdır. Sözügedən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları Dövlət qeydiyyatına aldıraraq, bu barədə daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Mülkiyyətində olan qeyri-yaşayış sahəsindən, eləcə də icarəyə verilmiş torpaq sahəsindən bir müddət təyinatına uyğun istifadə etsə də, sonradan cavabdehin qanunsuz hərəkətləri nəticəsində bu hüququndan məhrum olmuşdur. Belə ki, mülkiyyətində olan 71,4 kv metr qeyri-yaşayış sahəsini və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi 5173 m2 torpaq sahəsini cavabdeh özbaşına zəbt edərək, iri və xırda buynuzlu heyvanları bəsləmək üçün tövlə inşa etmiş, eləcə də tikililərdən anbar kimi istifadə etmişdir. Dəfələrlə cavabdehə mülkiyyətində olan qeyriyaşayış sahəsini, eyni zamanda qanuni sahibliyində və istifadəsində olan torpaq sahəsini boşaltmasını, qanunsuz inşa etdiyi tövləni sökməsini tələb etsə də bir nəticəsi olmamışdır.
4. Birinci instansiya məhkəməsində iştirak etmiş cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisəli torpaq dövlət mülkiyyətindədir, istifadə etdiyi ərazi RTS-ə məxsusdur. Tövlə isə 1993-cü ildən RTS-in rəhbərliyinin göstərişi ilə RTS-ə gedən yolun 10 metrliyində müvəqqəti tikilmişdir. Həmin yolun üzərində su və kanalizasiya xətləri mövcuddur və sahibkarlıq subyekti üçün qadağandır. Göyçay Rayon İcra hakimiyyətinin müavini tərəfindən həmin ərazidə məs kunlaşdırılmışlar.
5. Birinci instansiya məhkəməsinə təqdim edilmiş X1 və Ekspertiza Mərkəzi” MMCnin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə görə, Seriya RX ******* nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətinə verilmiş ünvan 1 ünvanda yerləşən 71,4 kv.m torpaq sahəsi və qeyri-yaşayış sahəsinin yerləşdiyi iddiaçının xx.xx.2018-ci il tarixli 441 saylı müqavilə ilə istifadəsində olan 5173.kv.m qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir.
6. Eyni zamanda, iddiaçıya məxsus Seriya RX ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 71,4 kv metr torpaq sahəsi və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi iddiaçının xx.xx.2018-ci il tarixli 441 saylı müqavilə ilə istifadəsində olan Göyçay şəhəri, Natəvan küçəsi 134 ünvanında yerləşən 5173 kv metr qeyri-yaşayış sahəsində cavabdeh tərəfindən 49,4 kv metr tövlə inşa edilmişdir.
7. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2021-ci il tarixli 10/2212 saylı rəyindən görünür ki, Seriya RX ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Göyçay şəhəri Natəvan küçəsi 134-də yerləşən 71,4 kv metr qeyriyaşayış sahəsi və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi Göyçay şəhəri Natəvan küçəsi 134-də yerləşən 5173 kv metr qeyri yaşayış sahəsi Cavabdeh tərəfindən zəbt edilmişdir.
8. Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 04 oktyabr 2021-ci il tarixli 2(046)-212/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsinin iddianın əsası ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, ünvan 2 ünvanda yerləşən Seriya RX ******* nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 71.4 kv.m qeyri yaşayış sahəsi və xx.xx.2018-ci il tarixli 141 nömrəli müqaviləyə əsasən iddiaçının mülkiyyətində olan 71.4 kv.m qeyri yaşayış sahəsinin yerləşdiyi Göyçay şəhəri Natəvan küçəsi 134-də yerləşən 5173 kv metr qeyriyaşayış sahəsi cavabdehin qanunsuz istifadəsində olduğundan, eyni zamanda cavabdeh tərəfindən mübahisəli torpaq sahəsində tövlə inşa edildiyindən, iddiaçının qeyri-yaşayış obyektindən və torpaq sahəsindən istifadə hüququ məhdudlaşdırılmışdır.
10. Məhkəmə, mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndi, 71-ci maddəsinin 2-ci bəndi, İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Mülki Məcəllənin 152.1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmin ərazidə 1993cü ildə məskunlaşdırılmışdır. Məskunlaşdırılma səbəbi isə Şuşanın işğalı və cavabdehin məcburi köçkünə çevrilməsi olmuşdur. Mülki Məcəllənin 179.1-ci maddəsi 2005-ci ildə ləğv edilsə də, cavabdehin həmin əraziyə 10 illik sahiblik dövrü 2003-cü ildə tamam olduğundan, 2003-cü ildən həmin əraziyə cavabdehin qanuni əsaslarla mülkiyyət hüququ çatır. Birinci instansiya məhkəməsi onun həmin ərazidə 1993-cü ildən yaşamasını nəzərə almayaraq, qətnamədə cavabdehin həmin ərazidə yaşamaması barədə saxta arayışa istinad etmişdir. Ona görə də qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
13. Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Ayaz Mahmudov) 2(107)-312/2022 saylı mülki iş üzrə 10 mart 2022-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(046)-212/2021 saylı qətnaməsi ləğv edilərək, mülki işin icraatına xitam verilmişdir.
14. Apellyasiya məhkəməsi hesab etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan hazırki tələb üzrə icraata xitam verilməlidir. Belə ki, hazırki tələbində İddiaçı Cavabdeh zəbt etdiyi 71,4 kv metr qeyri-yaşayış sahəsinin və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi 5173 kv metr torpaq sahəsinin boşaldılması, torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Halbuki, qanuni qüvvədə olan Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 30 noyabr 2015-ci il tarixli qətnaməsi ilə hazırda tələbdə qeyd edilən qeyri- yaşayış sahəsinin və həmin qeyri-yaşayış sahəsinin yerləşədiyi torpağın boşaldılması, İddiaçı qanuni istifadəsində olan torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz tikilmiş tövlənin cavabdehin hesabına sökülməsi, habelə həmin əmlak kompleksi və torpaq sahəsindən İddiaçı istifadə etməsinə maneə törətməyin cavabdehə qadağan edilməsi qət edilmişdir.
15. Məhkəmə öz mövqeyini Mülki Prossesual Məcəllənin 261.0.2-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını məhkəmədən xahiş etmişdir.
17. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin icraatına xitam verməklə iddiaçının hüquqlarının pozulmasına səbəb olan qərardad qəbul etmişdir. Məhkəmə qərardadını onunla əsaslandırmağa çalışmışdır ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvə yə minmiş qətnaməsi vardır. Lakin qeyd olunan məhkəmə qərarlarının nəticə hissələrindən də göründüyü kimi mübahisə eyni tərəflər arasında olsa da, iddianın pedmeti və əsası fərqlidir. Belə ki, iddiaçının əvvəlki tələbi Cavabdeh onun xüsusi mülkiyyətində olan əmlak kompleksinin boşaldılması, ərazidə qanunsuz tikilmiş tövlənin cavabdehin hesabına sökülməsi, həmin əmlak kompleksi və torpaq sahəsindən onun istifadə etməsinə yaratdığı maneələrin aradan qaldırılmasının cavabdehə həvalə olunması bərədə olmuşdur. İddiaçının hazırki tələbi isə Cavabdeh zəbt etdiyi 71.4 kvadrat metr qeyri-yaşayış sahəsinin və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi 5173 kvadrat metr torpaq sahəsinin boşaldılması, torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsidir. Burdan da göründüyü k imi iddianın predmeti tam eyni deyil.
18. Bundan başqa iddianın əsası da fərqlidir. Belə ki, iddiaçı xx.xx.2018-ci ildən barəsində mübahisə edilən torpaq sahəsini icarəyə götürmüş və əvvəlki iddia tələbindən fərqli olaraq hal-hazırda torpaq sahəsini icarəyə götürən şəxs kimi də cavabdeh tərəfindən hüquqlarının pozulmamasını arzulayır. Bu isə onu göstərir ki, iddianın əsası da dəyişmişdir.
19. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin Mülki Məcəllənin 152.1, Mülki Prosessual Məcəlləsinin 217.1, 217.3-cü maddələrinin tələblərinin pozulması ilə qəbul olunmasına istinad etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir.
22. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
24. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
25. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya baxışının hədləri
26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhk əməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq norm aları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, hazırkı iş üzrə eyni tərəflər arasında eyni predmeti barəsində eyni əsaslarla qanuni qüvvəyə minmiş məhkəmə aktı olduğundan MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. İstinad olunan maddəyə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icraata xitam verir.
30. Kassasiya şikayətində iddiaçı hazırkı iddianın predmetinin və əsasının fərqli olduğuna istinad edərək, iş üzrə icraata xitam verilməsini qanunsuz hesab edir.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar... İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti – iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyriyaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir.
32. Konstitusiya Məhkəməsinin qərarında, həmçinin qeyd olunmuşdur ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılmas ı onun faktiki əsası ilə eyniləşdirilməməlidir.
33. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əvvəlki tələbi ilə hazırki tələbinin predmeti və əsası eynidir, bu dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün əsas deyil. İddiaçının hazırki iş üzrə tələbində hüquqi əsasının fərqli olması iddia tələbinin predmetini və əsasını dəyişmir.
34. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi mübahisəyə MPM-nin 261.0.2ci maddəsini düzgün tətbiq edərək iş üzrə icraata xitam vermişdir.
35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 4 19-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-312/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.