Məhkəmə qərarları › İş №2(102)-4042/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4042/2023

24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4042/2023 24.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı ilk, Cavabdeh İddiaçı1 qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət, buraxılmış prosessual müddətin bərpasından imtina, qətnamənin elektron kabinetə yerləşdirilməsi, prosessual müddətin axımı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu, X1 ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Kaspian Park" MMC-yə qarşı “müqavilə üzrə ödənişlərin ödənilməsi və mənzilin təhvil veri lməsi” barədə ilk, “Kaspian Park" MMCnin cavabdeh İddiaçı1 qarşı “müqavilə üzrə borcun və kommunal xərclərin ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-265/2023 nömrəli, 28 avqust 2023-ci il tarixli qərardadından cavabdeh “Kaspian Park" MMC-nin kassasiya şikayəti üzrə işə 24 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-824/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası qismən təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 35-in 1-ci blokunda 54.02 kv.metr sahədən ibarət, 5 mərtəbədə yerləşən 24 saylı mə nzilin “Kaspian Park" MMC tərəfindən İddiaçı1 təhvil verilməsi, 2021-ci ilin dekabr ayından etibarən ödənilməmiş 250 (iki yüz əlli) manat məbləğində kirayə haqqının “Kaspian Park" MMC-dən İddiaçı1 xeyrinə tutulması, qalan hissədə ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. (hakim Aytən Novruzova).

2. İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, 2020-ci ilin iyun ayından etibarən ödənilməmiş 250 (iki yüz əlli) manat məbləğində kirayə haqqının “Kaspian Park" MMC-dən İddiaçı1 xeyrinə tutulmasına dair yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Cavabdeh “Kaspian Park" MMC də apellyasiya şikayəti verərək qətnamənin ləğv, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.

4. Bakı Apell yasiya Məhkəməsinin 2(103)-265/2023 saylı, 21 fevral 2023-cü il tarixli qətnaməsi ilə, İddiaçı1 apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-824/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin 2021-ci ilin dekabr ayından etibarən ödənilməmiş 250 (iki yüz əlli) manat məbləğində kirayə haqqının “Kaspian Park" MMC-dən İddiaçı1 xeyrinə tutulması hissəsində dəyişdirilmiş, 2021-ci ilin iyun ayından etibarən ödənilməmiş 250 (iki yüz əlli) manat məbləğində kirayə haqqının “Kaspian Park" MMC-dən İddiaçı1 xeyrinə tutulması, Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İkram Şirinov, Elşən Kazımov)

5. Bakı Apellyasiya Məhkəməsinin 21 fevral 2023-cü il tarixli qətnaməsi 27 fevral 202213-cü il tarixdə Cavabdeh MMC-nin və onun vəkilinin elektron kabinetinə yerləşdirilib.

6. Qətnamədən Cavabdeh MMC 10 avqust 2023-cü il tarixində elektron məhkəmə informasiya sistemi vasitəsilə kassasiya şikayəti, eyni zamanda şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir.

7. Müddətin bərpası barədə ərizə onunla əsaslandırılıb ki, qətnamə MMC-yə göndərilməyib, eləcə də MMC-nin elektron kabinetinə yerləşdirilməyib. MMC ərizə ilə müraciət etdikdən sonra qətnamə poçt vasitəsilə 03 avqust 2023-cü il tarixdə MMC-yə təqdim edilib. Bu səbəbdən qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilməsi mümkün olmayıb.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-265/ 2023 nömrəli, 28 avqust 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır. (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), Qədim Babayev, Məmməd Məmmədov)

9. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qətnamənin surəti Cavabdeh MMC-nin özünün, həmçinin vəkili Nümayəndə1 elektron kabinetinə xx.xx.2023-cü il tarixində yerləşdirilmişdir. Belə olan halda, Cavabdeh MMC 28 aprel 2023-cü il tarixdə kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddət bitdikdən sonra, yəni 10 avqust 2023-cü il tarixdə kassasiya şikayətini elektron kabinetə yerləşdirmiş və göstərilən müddəti təxminən 03 ay ötürmüşdü r.

10. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə istinadən qeyd etmişdir ki, cavabdehin qətnamənin elektron kabinetə yerləşdirilməsindən hansı tarixdə xəbərinin olması müəyyən edilə bilməməklə yanaşı, prosessual müddətin hesablanması üçün hər hansı əhəmiyyət kəsb etmir.

11. Qətnamənin cavabdehə poçt vasitəsilə göndərilməməsinə dair dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qətnamə cavabdehin elektron kabinetinə yerləşdirildiyindən poçt vasitəsilə göndərilməsi tələb edilə bilməz.

12. Cavabdehin sonradan edilmiş müraciət nəticəsində qətnamənin MMC-yə xx.xx.2023-cü il tarixində poçt vasitəsilə təqdim edilməsi barədə dəlilini qəbul etməyən apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, cavabdeh qətnamənin alınması ilə bağlı ərizə ilə müraciət edildiyini, qətnamənin onlara poçt vasitəsilə xx.xx.2023-cü il tarixində çatdırıldığını qeyd etsə də, iş materiallarında MMC-nın müraciət ərizəsi, yaxud qətnamənin MMC-yə xx.xx.2023-cü ildə çatdırılmasını təsdiq edən hər hansı sənəd aşkar edilməmişdir. Belə ki, MMC qeyd edilən hallara istinad etsə də həmin sənədləri ərizəsinə əlavə etməmişdir. Bu səbəbdən də MMC-nin ərizəsinin dəlilləri əsassızdır və təmin edilə bilməz.

13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 10-1.3, 10-1.5, 135.6 və 227.4, maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, müddətin bərpa edilməsi barədə ərizəni təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsi Mülk Kollegiyasınının 2(103)-265/ 2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında baxılması barədə Qərardad qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti belə əsaslandırılıb: - iş materiallarına əsaslı sənədlər təqdim edilməsinə baxmayaraq, məhkəmə həmin sənədləri nəzərə almamışdır. Bununla da mülki prosessual hüquq normalarının tələbləri pozulmuşdur; - məhkəmənin göstərdiyi hallar əsasızdır. Belə ki, MMC mübahisəli iş üzrə əvvəlki vəkillə müqavilə bağlamış və məhkəmə başa çatdıqdan sonra, MMC-nin həmin vəkillə hər hansı bir formada əlaqəsi qalmamışdır. Buna görə də iş üzrə qəbul edilmiş qətnamənin həmin vəkili n elektron kabinetinə yerləşdirilməsinin müəssisə üçün heç bir əhəmiyyəti yoxdur; - məhkəmə qeyd etmişdir ki, guya iş üzrə qəbul edilmiş qətnamə xx.xx.2023-cü il tarixində MMC-nin elektron kabinetinə yerləşdirilmişdir. Lakin məhkəmənin göstərdiyi hal, düzgün deyildir. Belə ki, müəssisədə daimi olaraq elektron kabinetlə işləyə biləcək mütəxəssis yoxdur. Sonradan cəmiyyət tərəfindən dəvət olunmuş şəxs, bir neçə dəfə email-kodlarına baxmış və həmin e-maillərdə göstərilən iş üzrə məhkəmə qətnaməsinin daxil olmasını (sistemə əlavə edilməsi) aşkar etməmişdir; - Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələbinə əsasən qətnamənin rəsmi qaydada verilməsi barədə (təqdim edilməsi) barədə məhkəmə tərəfindən hər hansı bir sübut təqdim edilməmiş və iş materiallarına əlavə edilməmişdir. Halbuki, gös tərilən normaya əsasən məhkəmə iş üzrə qəbul etmiş olduğu qətnaməni Cavabdeh MMC-nin elektron sisteminə yerləşdirilməsi ilə deyil, həmin qətnaməni rəsmi olaraq ünvana göndərilməsi ilə müddətin hesablanmasını aparmalıdır; - məhkəmə qətnaməsinin rəsmi olaraq MMC-nin ünvanına göndərilməsi tarixi, xx.xx.2023-cü il göstərilmişdir. Həmin halı təsdiq edən sənəd Apellyasiya Məhkəməsi Aparatınn göndərdiyi poçt zərfidir. Poçtun rəsmi sənədi müddətin bərpası ilə əlaqədar keçirilən məhkəmə prosesinə təqdim edilmişdir. Lakin məhkəmə tərəfindən nəzərə alınmaması qəbuledilməzdir. Qətnamənin xx.xx.2023-cü il tarixində poçt vasitəsi ilə MMCyə göndərilməsi və həmin qətnamənin xx.xx.2023-cü il tarixində alınması barədə məhkəmə iclasında qeyd olunmasına və həmin sənədlərin məhkəmə tərkibinə təqdim edilməsinə baxmayaraq, məhkəmə tərəfindən göstərilən sənədlərə obyektiv qiymət verməməsi prosessual hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş q aydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 130.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1 Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə

134. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir; iddia ərizəsini; qarşılıqlı iddia ərizəsini; iddia tələblərinin təsdiqi və ya ona qarşı etiraz kimi tərəflərin hazırladığı sənədlərin surətlərini; məhkəmə bildirişini; birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını; iş üzrə icraatın qurtardığını göstərən qərardadı; məhkəmə əmrini; apellyasiya şikayətinin surətini; kassasiya şikayətinin surətini. Zəruri hallarda məhkəmə işə aid olan digər məhkəmə sənədlərini də rəsmi qaydada verə bilər Maddə 135.1 Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçm işlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində ondan kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa geri qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

17. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

18. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qərardadının ləğvini xahiş etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkə məsinin qərardadını tam yoxlayır.

19. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Apellyasiya instansiyasının müəyyən etdiyi işin hallarından görünür ki, barəsində şikayət verilən Bakı Apellyasiya Məhkəməsinin 21 fevral 2023-cü il tarixli qətnaməsi 27 fevral 2023-cü ildə Cavabdeh MMC-nin və onun vəkilinin elektron kabinetinə yerləşdirilib, MMC 28 aprel 2023-cü il tarixdə kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddət bitdikdən sonra, yəni 10 avqust 2023-cü il tarixdə kassasiya şikayətini elektron kabinetə yerləşdirməklə göstərilən müddəti təxminən 3 ay ötürmüşdür.

22. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, prosessual müddətin üzrlü səbəbdən ötürülməsi barədə cavabdehin dəlilləri əsassızdır.

23. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

24. Mülki Prosessual Məcəllənin 13 5.1-ci maddəsinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.

25. Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinə görə də “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

26. İşdən görünür ki, qətnamə Cavabdeh MMC-nin və on un vəkilinin elektron kabinetinə 27 fevral 2023-cü ildə yerləşdirimişdir.

27. Nəzərə alınsa ki, MPM-in 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir və MPM-in 10-1.8 və 135.6-cı maddələrinə görə də elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir və məhkəmə sənədləri elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır, belə olan halda, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.

28. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır. Əvvəla, müddətin ötürülməsinin üzrlü halı kimi cava bdehin məhz həmin dəlillərinə qiymət verməklə apellyasiya instansiyası məhkəməsi ərizəni təmin etməyib. Bundan əlavə, cavabdeh kassasiya şikayətində bir tərəfdən qətnamənin MMC-nin elektron kabinetə daxil edilməməsini, bir tərəfdən də müəssisədə daimi olaraq elektron kabinetlə işləyə biləcək mütəxəssisin olmamasını qeyd etməklə biri-digərini təkzib edən dəlillər irəli sürmüşdür.

29. Məhkəmə qətnaməsinin rəsmi olaraq MMC-nin ünvanına xx.xx.2023-cü il tarixində poçt vasitəsi göndərilməsi və həmin qətnamənin xx.xx.2023-cü il tarixində alınması barədə təqdim edilmiş sübutların apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymətləndirilməməsi barədə dəlillər də əsassızdır. Apellyasiya instansiyası məhkəməsi həmin dəlillə bağlı qeyd edib ki, iş materiallarında MMC-nın müraciət ərizəsi, yaxud qətnamənin MMC-yə xx.xx.2023-cü ildə çatdırılmasını təsdiq edən hər hansı sənəd aşkar edilməmişdir (bax: 12-ci bənd).

30. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi istinad edilən dəlillə bağlı sübut təqdim edilməməsinə istinad etmişdir. Belə olan halda, iş materiallarında olmayan sübuta qiymət verilməməsi barədə dəlil həm də məntiqli deyil.

31. Məhkəmə kollegiyası hazırki işin halları ilə bağlı diqqəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir qərarına da çəkir. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarında hüquqi mövqe belə olub ki,...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

32. Qeyd edilənlərə əsasən, məhkəmə ko llegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsasızdır, buna görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “Kaspian Park" MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-265/2023 nömrəli, 28 avqust 2023-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar