Məhkəmə qərarları › İş №2(102)-4043/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4043/2019

18.06.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4043/2019 18.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı, vəkili Axxx oğlunun iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 fevral 2019-cu il tarixli, 2(103)11704/2018 saylı qərardadından İddiaçı və vəkili Axxx oğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 fevral 2019-cu il tarixli, 2(103)11704/2018 saylı qərardadı ilə ( hakimlər E.M.Həsənov sədrlik edən, məruzəçi, X.A.Mərdanova və F.F.Babayev) İddiaçı həmin məhkəmənin 15 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. İddiaçı və vəkili xxx qərardaddan kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 18 iyul 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” barədə iddiası rədd edilmişdir. Cavabdeh təşkilat qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 noyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəh əri, Nərimanov rayon məhkəməsinin 18 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia ərizəsi rədd olunmuşdur. 21 noyabr 2018-ci il tarixdə qətnamənin surəti poçtla tərəflərə göndərilmiş, 07 dekabr 2018-ci il tarixdə cavabdeh təşkilatın nümayəndəsi, 08 dekabr 2018-ci il tarixdə iddiaçı “poçt göndərişinin çatdırılması haqqında” xəbərnaməli məktublara imza etməklə qətnamənin sürətini almış, 18 fevral 2019-cu il tarixdə iddiaçının qətnamədən verdiyi kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin dəftərxanasına daxil olmuşdur. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normaları nın tələblərini pozaraq, onun qətnamədən verdiyi kassasiya şikayətini əsassız olaraq geri qaytarmışdır. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, kassasiya şikayətinə mahiyyəti üzrə baxılması barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı və vəkili xxx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar vermişlər. Cavabdheh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilsə də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsa sən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının qətnamədən verdi yi kassasiya şikayətini geri qaytararkən, sonuncunun 08 dekabr 2018-ci il tarixdə “poçt göndərişinin verilməsi haqqında” xəbərnaməli məktuba imza etməklə qətnamənin surətini almasına, 18 fevral 2019-cu il tarixdə qətnamədən kassasiya şikayəti verməsinə və bununla da iddiaçının qanunla müəyyən edilmiş prosessual müddəti ötürməsinə və buraxılmış prosessual müddətin bərpası barədə vəsatət verməməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 408.1.4, 130.3-cü maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir və işd ə, qərardadın kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxur. Belə ki, işdən görünür ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 15 noyabr 2018-ci il tarixdə elan edilmiş, 21 noyabr 2018-ci il tarixdə qətnamənin surəti poçtla işdə iştirak edən şəxslərə, o cümlədən iddiaçının yaşadığı ünvana göndərilmiş, 07 dekabr 2018-ci il tarixdə cavabdeh təşkilat, 08 dekabr 2018-ci il tarixdə iddiaçı “poçt göndərişinin verilməsi haqqında” xəbərnaməli məktublara imza etməklə qətnamənin surətini almışlar (iş vərəq-232, 233). İşdən, kassasiya şikayətindən görünür ki, iddiaçının qətnamədən verdiyi kassasiya şikayətinin surəti 18 fevral 2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin dəftərxanasına daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 405.0.1 -ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə əsasən, məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 128.1-ci maddəsində göstərilir ki, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 129.1-ci maddəsinə görə, aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 27 iyun 2007-ci il tarixli qərarında prosessual müddətin buraxılması və onun hüquqi nəticələri barədə hüquqi mövqeyini belə ifadə etmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməy ə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Apellyasiya instansiyası məhkəməsi sadalanan prosessual normaların tələblərini əsas tutub haqlı olaraq qeyd etmişdir ki, iddiaçı qətnamənin surətini 08 dekabr 2018-ci il tarixdə aldığı halda, həmin qətnamədən 18 fevral 2019-cu il tarixdə kassasiya şikayəti verməklə qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən həqiqi hallarını və sadalanan prosessual normaların tələblərini nəzərə alıb, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, iddiaçı qətnamədən kassasiya şikayətinin verilməsi üçü n qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddəti ötürməsi mülki iş materialları ilə istisna edilmədiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün olaraq kassasiya şikayəti geri qaytarılmış və sadalanan prosessual normaların tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İddiaçı və vəkili Axxx oğlunun kassasiya şikayəti təmin edilməsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 fevral 2019-cu il tarixli, 2(103)-11704/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar