Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4043/2020 20.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X4 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili X5 iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-1575/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Toğrul Axundov) xx xxxxxxx 2017-ci il tarixli, 2(004)-8766/2017 saylı qətnaməsi ilə İddiaçı Cavabd eh MTK-ya qarşı, X14, X8 və X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmaqla, “mənzil üzərində istifadə və sahiblik hüquqlarını pozan və maneəçilik törədən hərəkətlərinin qanunsuz hesab edilməsi və sair” tələbinə dair iddia tələbi qismən təmin edilərək Cavabdeh MTK-nın inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, Cavabdeh massivində yerləşmiş yaşayış binasının 2-ci girişi, 10-cu mərtəbə, ümumi sahəsi 167 kvadrat metr olan 186 nömrəli mənzilin iddiaçının istifadəsinə və sahibliyinə təhvil verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Elşən Kazımov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Məmməd Məmmədov) xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti qismən təmin olunaraq, Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin olunmaqla, Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa olunmuş binanın 2-ci girişinin, 10-cu mərtəbəsində yerləşən 4 otaqlı, 167 kvadrat metr sahəsi olan 186 nömrəli mənzilin əvəzi olaraq həmin binada yaxud həmin yaşayış binasının yaxınlığında yerləşən və tikintisi başa çatdırılmış yaşayış binasında mübahisə predmeti olan mənzilin ölçülərinə və digər göstəricilərinə uyğun başqa bir mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kolegiyasının (hakimlər – İlqar Xələfov sədrlik edən və məruzəçi, Qəhrəman Allahverdiyev, Ənvər Şadiyev) xx xxxx 2019-cu il tarixli qətnam əsi ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – İsmayıl Xəlilov - sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, İlham Kərimli) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh MTK-nın apelyasiya şikayəti təmin edilməyərək Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Akif İsgəndərov - sədrlik edən və məruzəçi, Əhməd Əhmədov, İlqar Dəmirov) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14nun kassas iya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının iş üzrə xx xxxx 2019-ci il tarixli qətnaməsinin ləğv olunması və işin apelyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Xəyal Sarıyev - sədrlik edən və məruzəçi, Vüqar Həsənov, Şərafət Məmmədova) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iləCavabdeh MTK tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. İşin halları: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-nın x12, 10-cu mərtəbə, 4 otaqlı, ümumi sahəsi 167,0 k vadrat metr olan 186 saylı mənzili üzərində onun istifadə və sahiblik hüquqlarını pozan və maneçilik törədən hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, tərəflər arasında bağlanmış “Yaşayış binasında mənzil tikintisi haqqında” xx xxxx 2012-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MTK-nın inşa etdiyi və Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən çoxmənzilli yaşayış binasının 2-ci giriş, 10-cu mərtəbə, 4 otaqlı, ümumi sahəsi 167,0 kvadrat metr olan 186 saylı mənzil, dəyəri olan 55110 manat tam ödənilməklə ona verilmişdir. Buna baxmayaraq Cavabdeh MTK-nın işçiləri və rəhbərliyi özbaşına və qanunsuz olaraq faktiki olaraq mülkiyyət hüququ əldə etdiyi həmin mənzilə daxil olmağına və mənzildən istifadəsinə maneçilik törədirlər. Ona görə də, hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmağa çalışmışdır ki, 1) mübahisəli mənzil xx2in qanuni sahibliyində olduğuna görə MTK-nın həmin mənzilə sahiblik hüququ artıq itmişdir, 2) Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli məktubunda göstərilmişdir ki,... İddiaçı xx xxxx 2012-ci il tarixdə satılmış mənzil qanunsuz olaraq rəsmiləşdirilmişdir...3) qüvvədə olan müqavilə İddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kolegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi əsassız və qanunsuz olduğundan ləğv edilməli və iddia tələbinin tam şəkildə təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, Cavabdeh MTK-nm işçiləri və rəhbərliyi özbaşına və qanunsuz olaraq faktiki olaraq iddiaçının mülkiyyət hüququ əldə etdiyi həmin mənzilə daxil olmağına və mənzildən istifadəyə maneçilik törətdiklərinə görə iddiaçı müvafiq iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, mülki işə hələ birinci instansiya məhkəməsində baxılan zaman iddianın təmini tədbirinə dair ərizə təmin edilərək Məhkəmənin xx.xx.2017-ci il tarixli qərardadı ilə mənzilin üzərinə həbs qoyulmuş, mənzildə təmir-tikinti işlərinin aparılması və mənzildən istifadə olnması cavabdehə və digər şəxslərə qadağan edilmişdir. Qeyd olunan qərardad icra olunaraq icra vərəqəsindən göstərilənlər yerinə yetirilmişdir (qərardadın icrası zamanı mənzildə yaşayış olmamışdır). Burada apelyasiya instansiyası məhkəməsinin hazırki işlə bağlı əsaslandırılmasının birinci bəndi ilə bağlı qeyd etmək lazımdır ki, 186 saylı mənzil heç də deyildiyi kimi 2014-cü ildən xx2in qanuni sahibliyində olmamışdır (xx2in vəkilinin məhkəmə iclaslarının birində izahatında göstərmişdir ki güya Abıyev mənzili aldığı 2014-cü ildən etibarən oranı təmir etmiş və həmin ta rixdən də orada yaşayır). 186 saylı mənzilin üzərinə həbs qoyulduğu halda xx2 qanunsuz olaraq mənzilə daxil olaraq zəbt etmişlər. Apelyasiya instansiyası məhkəməsinin əsaslandırmasının ikinci bəndi üzrə qeyd etmək lazımdır ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin hər hansı məktubu ilə hər hansı hal müəyyən edilə bilməz, bu kifayət deyildir, buna həmin orqanın səlahiyyəti yoxdur və ola da bilməz. Əsaslandırmanın üçüncü bəndi üzrə qeyd etmək lazımdır ki, əgər müqavilənin qüvvədə olması və ya onun ləğvinə dair mübahisələndirmənin olmaması hələ onu deməyə əsas vermir ki, İddiaçı adına olan müqavilə qanunsuzdur və yaxud Abıyevin müqaviləsi tam qanuni və əsaslıdır. Belə ki, iş üzrə dindirilmiş Cavabdeh MTK-nın sabiq sədri məhkəmə iclasında ifadə verərək “yaşayış binas ında mənzil tikintisi haqqında” xx xxxx 2012-ci il tarixli müqavilədə imzanın ona məxsus olduğunu qəbul edərək müqavilənin dəyəri kimi ödənilən pul vəsaitini qəbul etdiyini etiraf etmişdir. Tərəflərin izahatları: İddiaçı vəkili X10 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavadeh və üçüncü şəxslərin nümayəndələri gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mül ki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilin in izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, xx xxxx 2009-cu il tarixli yaşayış binasında mənzil tikintisi haqqında Müqaviləyə əsasən Cavabdeh MTK ilə X8 arasında x4 metr olan 186 nömrəli mənzilinin alıcıya verilməsi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri 80160 manat müəyyən edilmişdir. Cavabdeh MTK-nın sədri xx2 və mühasib tərəfindən imzalanmış xx xxxx 2009- cu il tarixli maliyyə arayışının təsdiq edilmiş surətindən görünür ki, X8 tərəfindən mənzilin dəyəri 80160 manat ödənilmişdir. xx xxxx 2014-cü il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilədən və Cavabdeh MTK-nın xx.xx.2014-cü il tarixli arayışından görünür ki, X3 Bakı şəhəri, Yasamal rayonu, Cavabdeh yaşayış massivi, x6 yerləşən 186 saylı mənzilə xx.xx.2009-cu il tarixli müqavilə ilə olan pay hüququndan xx.xx.2014-cü il tarixli imtina ərizəsi nəzərə alınaraq X14nun adına keçirilmişdir. Cavabdeh MTK-nin sədri xx2 tərəfindən verilmiş xx xxxx 2014-cü il tarixli maliyyə arayışından görünür ki, X14 tərəfindən mənzilin dəyəri 80160 manat ödənilmişdir. xx xxxx 2012-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” Müqavilənin notariat qaydada təsdiq olunmuş surətində n görünür ki, Cavabdeh MTK ilə İddiaçı arasında x6 ibarət olan 186 nömrəli mənzilinin alıcıya verilməsi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri 55110 manat müəyyən edilmişdir. Cavabdeh MTK-nin sədri xx2 tərəfindən verilmiş xx xxxx 2012-ci il tarixli maliyyə arayışının notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı mənzilin dəyəri olan 55110 manatı ödəmişdir. xx xxx 2013-cü il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” Müqavilənin surətindən görünür ki, Cavabdeh MTK ilə X11 arasında Bx6 li mənzilinin alıcıya verilməsi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri 55110 manat müəyyən edilmişdir. Cavabdeh MTK-nin sədri xx2 tərəfindən verilmiş xx xxx 2013-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, X11 mənzilin dəyəri olan 47260 manatı ödəmişdir. Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi xx xxxx 2018-ci il tarixli ********* nömrəli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, Cavabdeh, “YüksəlişC” və “Badu-Kübə” tikinti şirkətlərinin - vəzifəli şəxsləri tərəfindən saxta sənədlər əsasında mənzillərin satılmaqla vətəndaşların pul vəsaitlərinin talanması və digər qanunsuzluq faktları üzrə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2, 313 və 322.1-ci maddələri ilə ********* №-li cinayət işi istintaq olunur. İstintaq zamanı Cavabdeh MTK tə rəfindən ünvan 1 ünvanında inşa olunmuş binadan mənzillərin satışına dair müqavilə və maliyyə arayışları götürülsə də, həmin sənədlərin və satış haqqında qeydiyyatların aparıldığı hər hansı kitab aşkar edilməmişdir. Müəyyən edilmişdir ki, həmin binanın 10-cu mərtəbəsində yerləşən 167 kvadrat metr sahəli 186 №-li mənzil MTK-nın rəhbərliyi tərəfindən xx.xx.2009-cu il tarixli müqavilə ilə X1, sonuncu tərəfindən xx xxxx 2014-cü il tarixli müqavilə əsasında X12 adına keçirilmiş, həmçinin MTK rəhbərliyi tərəfindən qanunsuz olaraq xx xxxx 2012-ci ildə İddiaçı, xx xxx 2013-cü ildə isə X2. İş materiallarına əsasən apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli mənzilə dair Cavabdeh MTK tərəfindən dörd müqavilə bağlanmışdır: birinci müqavilə xx.xx.2009-cu il tarixdə X8 ilə; ikinci müqavilə xx.xx.2012-ci il tarixdə İddiaçı ilə; üçüncü müqavilə xx.xx.2013-cü il tarixdə X11 ilə; dördüncü müqavilə xx.xx.2014-cü il tarixdə X14 ilə. Sonuncu şəxslə, yəni X15 ilə müqavilə birinci müqavilənin tərəfi olan x8mənzildən imtina etməsi nəticəsində bağlanmışdır. Hazırkı işdə İddiaçı, Cavabdeh MTK cavabdeh, x7 isə müstəqil tələb irəli sürən 3-cü şəxslərdir. Apelyasiya instansiyası məhkəməsi həmçinin müəyyən etmişdir ki, mübahisəli mənzildə 3-cü şəxs xx2 yaşayır, mənzil onun tərəfindən əsaslı təmir edilmiş və faktiki olaraq 2014-cü ildən onun sahibliyində və istifadəsindədir. İddiaçı iddiası Cavabdeh MTK-ya qarşı yönəlməklə cavabdehin mübahisəli mənzil üzərində onun istifadə və sahiblik hüquqlarını pozan və maneçilik törədən hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin mənzilin o nun sahibliyinə və istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədədir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1,386, 427.2, 442, 443.1, 445.2.1-ci maddələrini rəhbər tutaraq iddianı qismən təmin etmiş və mübahisəli mənzilin iddiaçının istifadəsinə və sahibliyinə verilməsini qət etmişdir. Məhkəmənin qənaətinə görə iddiaçının pay haqqını tam ödədiyi mənzilə sahiblik və istifadə hüququ yarandığından cavabdehin həmin mənzili iddiaçıya təhvil verməkdən yayınması qanunsuz olmuşdur. Apelyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd etmişdir ki, nə z1, nə də xx2 hazırkı işdə cavabdeh deyillər, mübahisəli mənzilə dair onlarla bağlanmış müqavilələr hazırkı işdə mübahisələndirilməmişdir, onlar iş üzrə müstəqil tələb irəli sürməyən üçü ncü şəxslərdir və iddiaçı tərəfindən onlara qarşı hər hansı tələb irəli sürülməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırkı işdə nə iddiaçının, nə də 3-cü şəxslərin tərəf olduqları müqavilələrin heç biri mübahisələndirilməmişdir. İddiaçı sadəcə xx.xx.2012-ci il tarixli müqaviləyə istinad edərək cavabdeh MTK-dan müqavilə öhdəliklərinin yerinə yetirilməsini, mənzilin onun sahibliyinə və istifadəsinə verilməsini tələb edir. Belə olan vəziyyətdə, məhkəmənin vəzifəsi yalnız verilmiş tələb həddində işə baxaraq mənzilin həqiqətən də cavabdeh MTK-nın sahibliyində olub-olmadığını, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsinin səbəbini aydınlaşdırmaqdan və məhz bu çərçivədə işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə qiymət verməkdən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə görə fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Həmin Məcəllənin 452.2-ci maddəsinə görə kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Apelyasiya instansiyas ı məhkəməsi qeyd etmişdir ki, hazırda mənzil Cavabdeh MTKnın deyil, 3-cü şəxs xx2in sahibliyindədir və məhz xx2 mənzilə sahiblik etməklə orada yaşayır. 3-cü şəxs xx2ə qarşı isə hazırkı işdə hər hansı tələb irəli sürülməmişdir. Eləcə də, 3-cü şəxs xx2in mübahisəli mənzilə dair hüquq müəyyən edən sənədləri (müqavilə, maliyyə arayışı) qüvvədədir və hazırkı işdə mübahisələndirilməmişdir. Belə olan halda, Cavabdeh MTK-nın sahibliyində olmayan mənzillə bağlı iddiaçı tərəfindən hazırki iddia tələbinin irəli sürülməsi əsaslı hesab edilə bilməz. Buna görə də, iddia tələbini Cavabdeh MTK-nın Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən çoxmənzilli yaşayış binasının 2-ci giriş, 10-cu mərtəbə, 4 otaqlı, ümumi sahəsi 167,0 kvadrat metr olan 186 saylı mənzilin onun sahibliyinə və istifadəs inə verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması hissəsində iddia əsassız hesab edərək təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi Cavabdeh MTK-nın Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən çoxmənzilli yaşayış binasının 2-ci giriş, 10-cu mərtəbə, 4 otaqlı, ümumi sahəsi 167,0 kvadrat metr olan 186 saylı mənzilin üzərində onun istifadə və sahiblik hüquqlarını pozan və maneçilik törədən hərəkətlərinin qanunsuz hesab edilməsi hissədə əsassız olduğundan, təmin edilməməməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə mənzil üzərində istifadə və sahiblik hüquqlarını pozan və maneçilik törədilən hərəkətlərin konkret olaraq nədən ibarət olması ilə bağlı sübutlar təqdim olunmamışdır. Məhkəmə kolle giyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. İddiaçı kasasiya şikayətində göstərmişdir ki, 186 saylı mənzil heç də deyildiyi kimi 2014-cü ildən xx2in qanuni sahibliyində olmamışdır. Mənzilin üzərinə həbs qoyulduğu halda Cavabdeh MTK-ya və xx2 qanunsuz olaraq mənzilə daxil olaraq zəbt etmişlər. Məhkəmə kollegiyas ilk növbədə qeyd edir ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş mübahisələndirilməyən hallarına əsasən mülkiyyət hüququ əsasında xx2ə məxsus olmuşdur. Digər tərəfdən işə dəfələrlə apellyasiya instansiyası məhkəməsində baxılmış, iş materiallarından xx2 qanunsuz olaraq mənzilə daxil olaraq zəbt etməsi müəyyən edilməmişdir. Apelyasiya instansiyası məhkəməsinin Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin məktubuna istinad etməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən yalnız həmin məktuba deyil, iş materiallarında olan digər sübutlara istinad etmişdir. Bundan başqa apelyasiya instansiyası məhkəməsi kasasiya məhkəməsinin göstərişlərinə qiymət verərərkən Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində aparılan araşdırma ilə bağlı materiala qiymət verərək həmin materialın hazırki iş üzrə preyudisial əhəmiyyət daşımadığını göstərmişdir. İddiaçı kasasiya şikayətində daha sonra qeyd etmişdir ki, xx2in adına olan müqavilənin mübahisələndirilməməsi hələ onu deməyə əsas vermir ki, Qazıyevin adına olan müqavilə qanunsuzdur. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi bu halı qeyd edərkən iddiaçının müqaviləsinin qanunsuz olması qənaətinə gəlməmişdir. Məhkəmə bu halı qeyd etməklə xx2in müqaviləsinin qüvvədə olmasını, mübahisələndirilməməsini və nəticədə müabahisələndirilməmiş müqaviləyə əsasən onun mülkiyyətində olmasını əsas götürmüşdür. Şərh edilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsi Mülki ko legiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-1575/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-4043/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4043/2020
20.07.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver