Məhkəmə qərarları › İş №2(102)-4044/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-4044/2025

15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4044/2025 15.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddəti ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpası barədə ərizə təqdim olunmamışdırsa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 dekabr 2025-ci il tarixli, 2(104)-1351/2025 nömrəli qərardadından iddi açı tərəfindən verilmiş kassasiya şikayətinə 15 yanvar 2026-cı il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 12 may 2025-ci il tarixli, 2(125)-616/2025 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov) iddia tələbi rədd edilmişdir.

3. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (b undan sonra – apellyasiya instansiyası məhkəməsi) 4 avqust 2025-ci il tarixli, 2(104)-1351/2025 nömrəli qətnaməsi ilə (hakimlər G.İ.Cavadova (sədrlik edən və məruzəçi), Ş.Q.Rzaquliyev və İ.T.Həsənov) iddiaçının apellyasiya şikayətinin təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – kasssasiya instansiyası məhkəməsi) 30 oktyabr 2025-ci il tarixli, 2(102)-3533/2025 nömrəli qərardadı ilə (hakimlər V.T.Həsənov (məruzəçi), A.Ə.Abbasov və İ.Ə.Şəfiyev) iddiaçının kassasiya ş ikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır.

7. Məhkəmə hesab etmişdir ki, İddiaçı şikayətdə maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını əsaslandırmamış, bununla da şikayətin məzmunu ilə bağlı tələblərə əməl etməmişdir.

8. Apellyasiya instansiyası məhkəməsinin 18 noyabr 2025-ci il tarixli, 2(104)1351/2025 nömrəli qərardadı ilə iddiaçının kassasiya şikayəti geri qaytarılmışdır. 9. 22 noyabr 2025-ci il tarixdə iddiaçının nümayəndəsi (vəkili) Vəkil apellyasiya instansiyası məhkəməsinin 13 fevral 2025-ci il tarixli qətnaməsindən kassasiya şikayəti və “kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası” barədə vəsatət verərək, buraxılmış prosessual müddətin bərpa olunmasının xahiş etmişdir.

10. Vəsatət onunla ə saslandırılmışdır ki, yeni kassasiya şikayəti qanunla müəyyən edilmiş 2 aylıq müddət ötürülməklə verilir. Müddətin ötürülmə səbəbi üzrlüdür. Belə ki, kassasiya şikayəti Ali Məhkəmə tərəfindən deyil, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən geri qaytarılmış olsaydı, şikayət vermə müddəti ərzində nöqsanlar aradan qaldırılaraq kassasiya şikayəti verilə bilərdi.

11. Apellyasiya instansiyası məhkəməsinin 1 dekabr 2025-ci il tarixli 2(104)1351/2025 nömrəli qətnaməsi ilə (hakimlər G.İ.Cavadova (sədrlik edən və məruzəçi), F.Ə.Mehtiyev və T.N.Məmmədov) vəsatət təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır.

12. Məhkəmə hesab etmişdir ki, hazırkı işdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddənin tətbiq edilməsi və prosessual müddətin bərpası üçün əsaslar mövcud de yil. Belə ki, müddətin bərpası yalnız buraxılma üçün üzrlü səbəblər olduqda mümkündür. Üzrlü səbəblər dedikdə tərəfin iradəsindən asılı olmayan, qarşısıalınmaz qüvvə (fors-major) halları, ağır xəstəlik, təbii fəlakət və digər obyektiv maneələr nəzərdə tutulur. Kassasiya şikayətinin düzgün tərtib edilməsi və prosessual tələblərə uyğun hazırlanması birbaşa olaraq şikayət verən tərəfin və onun nümayəndəsinin (vəkilinin) vəzifəsidir. Tərəfin öz öhdəliklərini yerinə yetirməməsi və prosessual sənəddə yol verilmiş nöqsanlar nəticəsində şikayətin geri qaytarılması “üzrlü səbəb” sayıla bilməz.

13. Məhkəmə həmçinin hesab etmişdir ki, prosessual müddətin buraxılması üçün qanunvericilikdə nəzərdə tutulmuş üzrlü səbəblərin mövcudluğu sübuta yetirilmədiyindən müddətin bərpası barədə vəsatət təmin edil məməlidir.

14. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1 və 408.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı (Vəkil) 1 dekabr 2025-ci il tarixli qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və buraxılmış prosessual müddətin bərpa edilərək, kassasiya şikayətinin baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmişdir. Bundan sonra, Ali Məh kəmənin qərardadında göstərilən nöqsanlar aradan qaldırılmış və yenidən kassasiya şikayəti verilmiş, eyni zamanda müddətin bərpasına dair ərizə ilə müraciət olunmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsinin 01 dekabr 2025-ci il tarixli qərardadı ilə müddət bərpa edilməmişdir. Əslində kassasiya şikayəti qeyri-mümkün hesab edildikdən sonra tərəfə nöqsanların aradan qaldırılması üçün vaxt verilməli idi, həmin müddət ərzində kassasiya şikayətinə düzəliş edilərək yenidən göndərilməli idi. Bundan əlavə, kassasiya şikayəti apellyasiya məhkəməsi tərəfindən baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilməsəydi və vaxtında geri qaytarılsaydı, müddət ötürülməmiş olardı. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq ed ilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

19. Maddə 133.2.Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir.

20. Maddə 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır.

21. Maddə 136.6. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər.

22. Maddə 134.1.5.Məhkəmə işdə iştirak edən şəxslərə birin ci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir.

23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

24. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması h alları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. İddiaçının apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddətin buraxılması səbəblərinin üzrlü hesab olunmasına dair kassasiya şikayətinin dəlilləri əsassızdır.

29. Kollegiya apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hər bir şəxsin məhkəməyə müraciət etmək, o cümlədən məhkəmə aktlarından şikayət vermək hüququnun (məhkəməyə əlçatımlılıq) təmin edilməsi “ədalətli məhkəmə araşdırması hüququ”nun elementlərindən biri olsa da, bu hüquqların qanunla müəyyən edilmiş prosessual müddətlər daxilində həyata keçirilməsi də hüquqi müəyyənlik və işlərə ağlabatan müddətlərdə baxılması pri nsiplərinin təmin edilməsi məqsədi daşıyır.

30. Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək qeyd olunmalıdır ki, məhkəmə “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. 31. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunla rına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilmə klə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

32. Kassasiya kollegiyası izah edir ki, zəruri prosessual hərəkətlərinin vaxtında həyata keçirilməməsi buraxılmış müddətin bərpası üçün üzrlü hal kimi qiymətləndirilə bilməz və bunun mənfi hüquqi nəticələrini məhz kassator daşımalıdır.

33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassator tərəfindən müddətin ötürülməsini üzrlü edən, onun iradəsi və hərəkətlərindən asılı olmayan səbəblərə istinad edilmədiyindən və belə səbəblərə dair sübutlar apellyasiya məhkəməsinə təqdim edilmədiyindən müddətin bərpasına dair ərizəsi əsassız olmuşdur.

34. Odur ki, kassasiya şikayətinin buraxılmış prosessual müddətin bərpasından imtina edilməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından iba rət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 dekabr 2025-ci il tarixli, 2(104)-1351/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar