Məhkəmə qərarları › İş №2(102)-4045/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4045/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4045/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 və İddiaçı MMC-nin vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-907/2020 saylı qətnaməsindən İddiaçı MMC-nin kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(004)-630/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim T.C.Xəl ilova) İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” iddiası təmin edilərək, cavabdehdən 10.100 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-907/2020 saylı qətnaməsi ilə (hakimlər F.F.Babayev sədrlik edən, məruzəçi, X.A.Mərdanova və E.M.Həsənov) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinə dəyişiklik edilib, cavabdehdən 3.278,51 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. İddiaçı qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, sonuncudan 10.100 manat pulun tutulub iddiaçıya ödənilməsi ba rədə qətnamə qəbul edilməsini xihaş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı MMC-nin vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, İddiaçı MMC-nin vəkili Vəkil izahatını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya in stansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinə dəyişiklik edərkən, iddianın qismən əsaslı olmasına, iddianı 10.100 manat məbləğdə təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 6.1.5, 21, 385, 442-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, mad di, prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər arasında bağlanmış maddi məsuliyyət haqqında xx xxxxx 2017-ci il tarixli müqaviləyə əsasən, cavabdeh iddiaçıya görəcəyi işlər nəticəsində vurduğu maddi ziyanı tam ödəməyi öz öhdəsinə götürüb. Eləcə də cavabdeh tərəfindən imzalanmış “borc öhdəliyi haqqında” xx xxxx 2017-ci il tarixli qəbzə əsasən, o, iddiaçıya 10.100 manat borcunun olduğunu etiraf edib və həmin borcu ödəyəcəyini öhdəsinə götürüb. İşə əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxx 2019-cu il tarixli rəyinə əsasən, standart kağız vərəqi üzərində olan “Borc öhdəliyi (İddiaçı MMC-nin direktoru cənab Adil Səfərova” yazılarında başqa) mən Cavabdeh “xxxx” MMC balansında olan 10.100 manat məbləğində malı faktura əsasında götürmüşəm və bu malları faktura əsasında balansımda olan satış nöqtəsinə vermişəm. Həmin malları nağd pul şəklində tez bir zamanda şirkətə ödəməyə söz verirəm və öz məsuliiyətimlə cavabdehlik daşıyıram. Qeyd: balansımda göstərilən 10.100 manat pulu ödəmədiyim halda məsuliyyətə cəlb olunmağa hazıram. Cavabdeh xx xxxx 2017-ci il” əlyazmalar və imza - cavabdeh tərəfindən icra olunmuşdur. Standart kağız vərəqi üzərində olan İddiaçı MMC-nin direktoru Adil Səfərova” yazıları- cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsi müba hisəyə Mülki Məcəllənin 6.1.5, 21, 385, 442, 448-ci maddələrinin, həmçinin Əmək Məcəlləsinin 191, 192, 199, 205-ci maddələrinin tələblərini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçı tərəfindən ona həvalə edilmiş əmlakın və malın çatışmazlığı nəticəsində maddi məsliyyəti tam olaraq öz öhdəsinə götürdüyü və hazırda ona həvalə olunmuş əmlak üzrə 10.100 manat məbləğində çatışmazlıq müəyyən edildiyindən iddia təmin edilməli və cavabdehdən həmin pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Apelyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb, işin həqiqi hallarını nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehdən pulun tutulması ilə bağlı düzgün nəticəyə gəlsə də, pulun məbləği ilə bağlı gəldiyi nəticə işin hallarına uyğun deyil. Belə ki, birinci instansiya məhkəməsində işə baxılarkən, iddia ərizəsinə iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx xxxxxxx 2017-ci il və xx xxxxxx 2017-ci il tarixli xəbərdarlıq məktubları əlavə edilmişdir. Həmin məktublarda cavabdehdən 10.100 manat pulun könüllü olaraq ödənilməsi xahiş edilmişdir. İşin apelyasiya baxışı zamanı isə cavabdeh tərəfindən təqdim edilmiş xəbərdarlıq məktublarından isə görünür ki, xx xxxxxxx 2017-ci il tarixli məktubda cavabdehin iddiaçıya olan borcu 3.302,91 manat, xx xxxxxx 2017-ci il tarixli məktubda isə 3.278,51 manat göstərilmişdir. İddiaçının sübut qismində işə əlavə etdiyi xəbərdarlıq məktubları və ona əlavə edilmiş xəbərnamələrdən isə görünür ki, 22 saylı məktub xx xxxxxxx 2017-ci il tarixdə tərtib edilsə də, xx xxxxxxx 2017-ci il tarixdə cavabd ehə göndərilməsi üçün rabitə orqanına təhvil verilmişdir. 09 saylı məktub isə xx xxxxxx 2017-ci il tarixdə tərtib edilməsinə baxmayaraq məktub tərtib edildiyi gündən 4 gün əvvəl, yəni xx xxxxxx 2017-ci il tarixdə poçta təhvil verilmişdir. Yaranmış ziddiyyətə aydınlıq gətirmək üçün iddiaçının direktoru öz etirazında bildirmişdir ki, 2017-ci ildə cavabdeh ayrı-ayrı vaxtlarda 3.278,51 manat və 10.100 manat dəyərində şirkətdən mal götürüb. Cavabdehin iki borcuna görə, yəni 10.100 manat borcuna görə ona xx xxxxxxx 2017-ci il və xx xxxxxx 2017-ci il tarixlərdə xəbərdarlıq məktubları göndərilib. Poçt qəbzlərində xx xxxxxxx 2017-ci il və xx xxxxxx 2017-ci il tarixlərinin göstərilməsi poçt işçisinin səhvidir. Belə ki, işçi həmin gün möhürdə olan tarixi göndərilən tarixlə dəyişməyib. Cavabdehin xəbə rdarlıq məktublarını aldıqdan sonra susması onun həmin borcla razılaşması kimi qəbul edilməlidir. Digər borcla, yəni 3.278,51 manat borcla bağlı cavabdehə qarşı hər hansı iddia irəli sürülməyib. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərini araşdırıb, iddiaçının kasasiya şikayəti ilə eyni məzmunlu olan arqumentləri razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, cavabdehin arqumentlərini inandırıcı hesab etmək olmaz. Belə ki, iddiaçı, cavabdehin ona 10.100 manat borcunun olduğuna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası ki mi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Əksinə, iddiaçı tələbinin əsası kimi xx xxxx 2017-ci il tarixdə tərtib edilmiş borc öhdəliyinə istinad etmişdir. Lakin iddiaçının xx xx xxxxx 2017-ci il tarixli xəbərdarlıq məktubunda 3.302,91 manat, xx xxxxxx 2017-ci il tarixli xəbərdarlıq məktubunda isə 3.278,51 manat borcun cavabdehdən tələb edildiyi görünür. İddiaçının 10.100 manat borcun ödənilməsi barədə cavabdehə göndərilməsi barədə işə əlavə etdiyi xəbərdarlıq məktublarının mötəbərliyini isə yuxarıda qeyd edilən əsaslara görə apelyasiya instansiyası məhkəməsi haqlı olaraq şübhə altına almışdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi poçt işçisinin səhvi ucbatından hər iki poçt xəbərnaməsinə məktubların tərtib edildiyi tarixdən geriyə tarixlərin vurulmasını ağlabatan hesab etmir. İddiaçı, məhkəmədə buna daxili inam yaradan hər hansı sübut təqdim etməmiş, bunun məntiqli izahını verə bilməmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab et mişdir ki, cavabdehə sonuncu, yəni xx xxxxxx 2017-ci il tarixdə göndərilmiş xəbərdarlıq məktubunda tələb olunan 3.278,51 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya in stansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı MMC-nin kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)907/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdiril mədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar