Məhkəmə qərarları › İş №2(102)-4046/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4046/2019

01.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4046/2019 01.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı İddiaçı 1nın vəkili X4, cavabdeh “xxxx” MTK-nın, eyni zamanda üçüncü şəxslərin nümayəndəsi X1, cavabdeh “xxxx” MTK-nın vəkili X5 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxx il tarixli 2(103)-827/2019 nömrəli qətnaməsindən iddiaçı İddiaçı 1 tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı 1 cavabdehlər “xxxx” MTK-ya, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “müqavilə öhdəliyinin yerinə yetirilərək müqavilələrdə nəzərdə tutulmuş qeyri-yaşayış sahələrinin faktiki sahiblik və istifadəyə verilməsinə, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi və müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair ilk, cavabdeh “xxxx” MTK İddiaçı 1na qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı, müstəqil tələb irəli sürən üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X2 iddiaçı İddiaçı 1na qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim N.Tağıyeva) 25.06.2018-ci il tarixli, 2(006)-112/2018 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddianın təmin ed ilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia tələbi təmin edilərək, İddiaçı 1 ilə “xxxx” MTK arasında ünvan 1 ünvanında yerləşən “xxxx” MTK tərəfindən inşa edilmiş binanın “A” blokunun 1-ci mərtəbəsindəki ümumi sahəsi 650 kv.m olan qeyri yaşayış sahəsi, eləcə də həmin ünvandakı binanın “B” blokunun 1-ci mərtəbəsində ümumi sahəsi 650 kv.m olan qeyri-yaşayış sahəsinə bağlanmış 15.10.2009-cu il tarixli müqavilələr və maliyyə arayışlarının etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən “xxxx” MTK-dan İddiaçı 1nın xeyrinə ******* ABŞ dolları məbləğində pulun tutulması, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul vəsaitinin “xxxx” MTK-dan tutulması və dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Qurbanov, E.Nəbiyev, A.Hüseyn) xxx il tarixli 2(103)-827/2019 nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı 1 və cavabdeh “xxxx” MTK tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25.06.2018-ci il tarixli, 2(006)112/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı “İddiaçı 1 və vəkili X8 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxx il tarixli 2(103)-827/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəmənin (hakim M.Əhmədova) xxx il tarixli, 2(102)4046/2019 saylı qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilərək, məhkəmə iclası 20.06.2019-cu il tarixə, saat 11:20-ə təyin edilmiş, cavabdeh “xxxx” MTK-nın nümayəndəsinin vəsatəti əsasında məhkəmə iclası 01.07.2019-cu il tarixə, saat 12:15-ə təxirə salınmışdır. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, iddiaçı İddiaçı 1, üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” MTK-nın vəkili X9 vəsatətlə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxx il tarixli 2(103)-827/2019 nömrəli qətnaməsindən cavabdeh “xxxx” MTK -nın kassasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etdiyini bildirib, kassasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı 1nın vəkili X8 vəsatətə etiraz edərək, məhkəmədən şikayətə baxılmasını xahiş etdi. Cavabdeh “xxxx” MTK-nın, eyni zamanda üçüncü şəxslərin nümayəndəsi X3 vəsatətin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kass asiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 417.1.7-ci maddəsinə əsasən, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, vəsatət təmin edilməli, cavabdeh “xxxx” MTK tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 407-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Azərb aycan Respublikası Ali Məhkəməsinin xxx il tarixli “işin icraata qəbul edilməsi barədə” qərardadı ləğv edilməli və iş kassasiya baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 404-409, 417ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Vəsatət təmin edilsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin xxx il tarixli “işin icraata qəbul edilməsi barədə” qərardadı ləğv edilsin və iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar