Məhkəmə qərarları › İş №2(102)-4046/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4046/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4046/2023 31.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4046/2023 (Açar sözlər: sığorta olunmuş avtomobilin qalıq dəyərinin tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X4 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “avtomobilin qalıq dəyərinin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3719/2023 nömrəli, 09 iyun 2023-cü il tarixli qətnaməs indən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Vəkil X1) tərəfindən verilmiş kassasiya şikayətinə 31 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin verilməsi və mənəvi zərərin ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1422/2019 nömrəli, 30 may 2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən 29.500 manat sığorta ödənişinin və 30 manat dövlət rüsumunun tutularaq, iddiaçı Cavabdeh xeyrinə ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə xx.xx.2020-ci il tarixində qanuni qüvvəyə minmişdir.

2. Bakı şəhəri Yasamal Rayo n Məhkəməsinin 2(004)-1422/2019 nömrəli, 30 may 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ilkin qüsur aktına əsasən, “Ford” markalı **-NG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qəza vəziyyətində olması, tormoz sistemində nasazlıq olduğundan qəzanın baş verməsi və avtomaşına 34,359 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Beləliklə, iddiaçıya xx.xx.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 34.359 manat zərər dəydiyi, sığorta şəhadətnaməsində sığorta məbləğinin 30.000 manat olması, bundan əlavə sığorta şəhadətnaməsində hər bir hadisə üzrə 500 manat şərtsiz azadolma məbləği müəyyən olunduğundan, iddia ərizəsi qismən təmin olunmuşdur. 3. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə mübahisəli, buraxılış ili 2007ci il olan avtomobilin qalıqlarının dəyəri 19.099 manat müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 19099 manat məbləğində pul vəsaitinin və 147,30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehin mülkiyyətində olan “Ford Cargo” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixində AZ/MİP/18/0038 saylı “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqlliyyatı vasitələrinin tam sığorta sı” müqaviləsi üzrə "xxxx" ASC-də sığortalanmışdır. Həmin avtonəqliyyat vasitəsi 13 sentyabr 2018-ci il tarixində Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi nəticəsində tam məhv olmuşdur. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə 29.530 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Lakin nəqliyyat vasitəsinin qalıqlarının tam məhv olmasına baxmayaraq avtomobilin qalıqları və ya qalıq dəyəri iddiaçıya qaytarılmamışdır. Ekspert rəyinə əsasən “Ford Cargo” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qalıq dəyəri 19.099 manat təşkil etmişdir. Hazırda cavabdehin sahibliyində olan avtomobilin qalıqlarının dəyəri cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi əlavə olaraq bildirmişdir ki, hadisə xx.xx.2018-ci il tarixdə baş vermiş, ziyan məbləği ilə bağlı onlarla avtomobil sahibi arasında uzun müddət mübahisə olmuşdur. Sığortanın nümayəndəsi avtomobili 2021-ci ildə qiymətləndirilərkən baxış keçirmişdir. Bu hadisə çoxdan olduğu üçün onlar maşına həmin vaxtlar baxış keçirildiyini bilməmişlər. Onların nümayəndələri əmlak qiymətləndirilərkən ya sənədlər, ya da maşına baxış keçirilməklə qiymətləndirirlər. Qiymətləndirici avtomobili qiymətləndirdikdən sonra onun harada olmasını bilməmişdir. Sığorta maşını izləməmişdir ki, maşın haradadır. Belə olan halda maşın duracaqda yerləşdirilmişdir. Maşın onlarda deyil, sığorta pulu olaraq 29.530 manat məbləğində ödənilmişdir, maşın aşıbsa cavabdeh onlara maşının qalığını təqdim etməli idi. Cavabdeh tərəfə sığorta təminatı verilirsə cavabdeh maşını götürür. Cavabdeh maşını satmış və indi də bu vəziyyət yaranmışdır. Çünki maşın bir tərəfi üstə aşmış və sol tərəfi salamat olmuşdur. Belə ki, qəzada sadəcə maşın bir tərəfi üstə aşmış, maşın aşanda aşan tərəf sıradan çıxa bilər. Burada söhbət yük maşınından gedir, yük maşını metallom ola bilmir. Həmin maşın zirehli maşın olmuş, onun kuzası, raması təkərləri salamat olmuş, yük maşının arxa tərəfi kuza hissəsi zirehdən ibarət olmuşdur. Şəkillərdən də görünmüşdür ki, maşının bir tərəfi salamat qalmışdır. Yəni, avtomobil cavabdehin dediyi qədər pis vəziyyətdə olmamışdır. Bundan başqa qəza keçirən maşınla onların sığorta etdikləri maşın üst-üstə düz gəlməm iş, sığorta olunan vaxt bütün şəkillər çəkilmiş, sığorta olunan maşınının pəncərəsində düz xətli jalüzlər, qəza keçirən maşında isə xətli və eninə düz xətli jalüzlər olmuşdur. 19.000 manat təmir xərci çıxarılıb, amma maşının dəyəri qəza vəziyyətinə kimi 30.000 manat olmuşdur. Həmçinin, mübahisəli avtomobil hüquqi şəxsə aid olmuş və onun çoxlu maşınları olmuşdur. Onların fikrinə görə sığorta etdikləri maşın cavabdeh tərəfindən başqa maşınla dəyişdirilmişdir. Cavabdehin qəzadan sonra maşınla maraqlanmaması da ağlabatan olmamışdır. Əgər məbləğ tam ödənilibsə, yerdə qalan məbləğ geri qaytarılmalıdır. O, rəyə münasibətdə bildirmişdir ki, rəyə etiraz etmirlər.

7. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini qəbul etmədiklərini bildirmiş və izah atında iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. O, əlavə olaraq qeyd etmişdir ki, sığorta avtomobili götürmüş və sığorta hesablayıb qiymət vermişdir. Sığorta zamanı avtomobil təqdim olunmuş, həmin vaxt maşın qiymətləndirilmişdir. Orada maşının sığorta yerini müəyyən edib, maşına baxış keçirdib və qiymətləndirilmişdir. “Sığota haqqında” Qanuna görə onlar sığorta aktını tələb etmişlər. Avtomobil pis vəziyyətə düşmüş, harada olduğundan da məlumat olmamışdır. Avtomobilə zərər aktını çıxaranda sığorta onu görmüş və avtomobil onlarda olmuşdur. Onların avtomobil məhv olunduğu üçün təmir bərpa kimi 29.500 manat ödəniş edilməsi barədə qanuni qüvvəyə minmiş qətnamələr də olmuşdur. Həmçinin, maşına baxış keçirilməsi ilə bağlı məhkəmə qərarı olmuşdur. Həmin maşın pis vəziyyətdə olduğu üçün cavabdeh bilmir haradadır, bunun üçün də onunla maraqlanmamışdır. Cavabdeh maşını götürməmişdir. Sığorta avtomobili onlara təhvil verməmişdir, əgər avtomobil onlara təhvil verilibsə sənəd göstərsinlər. Əgər sığorta maşının yerini bilirsə onlara desinlər və gedib maşını götürsünlər, sığortanın onun maşını götürməsinə etirazı olmamışdır. Maşın qəzaya düşəndən sonra iddiaçı 20.000 manata yaxın pul istəmiş, elə maşının qiyməti 25.000 manat olmuşdur. O, rəyə münasibətdə bildirmişdir ki, rəydə ekspert maşının yeni vəziyyətə salınacaq qiymətini qeyd etmişlər, yəni təmir bərpa qiyməti göstərilmişdir. Amma iddiada qalıq dəyərini istəmişlər. Maşın pis vəziyyətdə olduğundan qalıq dəyəri 1.000 manat belə etməz. Rəy tamamilə səhv olmuş, iddiaçının əlavə etdiyi köhnə rəy baxılıb yazılmışdır, ekspertə nə dən söhbət getdiyi aydın olmamışdır.

8. İddiaçının ekspert rəyinin nəticə hissəsini aydınlaşdırmaq və tamamlamaq üçün aparıcı ekspert Elvin Qəhrəmanovun iştirakının təmin edilməsi barədə vəsatətinə əsasən birinci instansiya məhkəməsinin iclasına dəvət edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin aparıcı eksperti X2 izahatında bildirmişdir ki, əmlak yararlı vəziyyətdə olan əmlaka vizual baxış keçirilir və qiymətləndirilir. Sığorta obyektini onun şəxsi fikrinə görə adətən iddiaçı təqdim etməlidir. Əmlak yararsız vəziyyətdə olduqda isə sənədlər əsasında qiymətləndirilmə aparılır. İş materiallarında isə həmin bu avtomobilin istehsalı ilə bağlı heç bir məlumat olmamış, buna görə də bir avtomobilin ehtiyat hissələrinin qiymətlərini 20072009-cu ilin ortalama istehsalı ilə bağlı aparmış, verdiyi rəydə dəqiq nəticəyə gələ bilməmişdir. Çünki, dəymiş ziyanla bağlı, ekspert müəyyən edə bilməmişdir ki, hansı hissələr zədələnmiş və hansı hissədə qalıq dəyəri qalmışdır. Ekspert qalıq ehtiyat hissələrini qüsur aktında göstərilən qiyməti və ehtiyat hissələrinə verilən adları nəzərə alaraq faiz hesablanaraq təxmini və nəzəri qiymətləndirə bilər. Ekspert avtomobilin normal vəziyyətinə verilən qiymət ilə dəymiş ziyanı çıxarandan sonra qalıq dəyərini təxmini nəzəri baxımdan hesablaya bilər. Mübahisəli avtomobilin bazar qiyməti təxmini 30.000-32.000 manat civarında olmuşdur. Yük maşının ən bahalı hissələri kabin, yük daşıyıcı hissələri və ramasıdır. Avtomobilin texniki pasportu təqdim edilsə orada bazar dəyəri, dəymiş ziyanı çıxartmağı bilərlər və dəymiş ziyanı çıxdıqdan sonra qalıq dəyər ortaya çı xır.

9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/6020 saylı, xx.xx.2022-ci il tarixli rəyi ilə nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Ford Cargo” markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 18.104,00 manat müəyyən edilmişdir.

10. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Siqnal İxtisaslaşdırılmış Lahiyə İstehsalat İdarəsinin xx.xx.2023-cü il tarixli məktu bu ilə BDYPİ “Siqnal” İLİ İdarəsinin nəzdində fəaliyyət göstərən dayanacaqların kitablarında “Ford Cargo” markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobil barədə qeydiyyatın aşkar olmadığı müəyyən edilmişdir.

11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-69/2023 nömrəli iş üzrə 09 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddia rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəsini almış məhkəmə qərarları ilə sığortaçı tərəfindən sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi olan yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə “Ford Cargo” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 34.359 manat maddi zərər dəymişdir. Həmçinin, ASC tərəfindən sığortalanmış “Ford Cargo” markalı, **-NG-*** dövlə t qeydiyyat nişanlı avtomobilin vəziyyətini sığorta müqaviləsi bağlandıqdan sonra sığorta hadisəsindən əvvəlki vəziyyəti ilə müqayisədə yaxşılaşdıran hər hansı təmir və ya dəyişdirmə işləri aparılmamışdır. Tərəflər arasında müqavilə bağlanan zaman da sığorta şirkəti tərəfindən nəqliyyat vasitəsinə texniki baxış keçirilməmiş, nəqliyyat vasitəsinin fotoşəkilləri çəkilməmiş və nəticədə sığorta müqaviləsinə heç bir şəkil əlavə edilməmişdir. Sığorta şəhadətnaməsində sığorta məbləği 30.000 manat, hər bir hadisə üzrə şərtsiz azadolma üçün 500 manat müəyyən edilmişdir. Bütün bunlar əsasında ASC-dən 29.500 manat sığorta ödənişinin cavabdehin xeyrinə ödənilməsi müəyyən olunmuşdur. Göründüyü kimi, hazırda mübahisəli avtomobilin zərər qiyməti müəyyən edilmiş və həmin zərər qiymətindən də aşağı məbləğd ə, yəni sığortalanmış məbləğdən şərtsiz azadolma üçün müəyyən edilmiş məbləğ də çıxılmaqla avtomobilin sahibinə müəyyən olunmuş ödəniş həyata keçirilmişdir. Məhkəmə hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən zərər qiyməti müəyyən edilən və sığorta ödənişi ödənilən 2007-ci il buraxılış ili olan bazar dəyəri təqribi 30.000-32.000 olan avtomobil üçün hazırda iddiaçı tərəfindən avtomobilin qalıq dəyərinin qiyməti müəyyən edilməklə cavabdehdən tələb etməkdə iddiaçı haqlı olmamışdır.

13. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2014-cü il tarixli “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 33.2.2-ci maddəsinə əsasən avtomobilin tam məhv olması dedikdə avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün t əmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75%-ni və ya daha çox hissəsini təşkil etməsi nəzərdə tutulur. Qanunvericilik həmin qaydanın 33.2.2.1-ci maddəsinin dispozisiyasını alternativ şəkildə müəyyən edərək avtomobilin tam məhv olması halında ehtiyat hissələrin sonrakı vəziyyətinin həll olunması ilə bağlı sığortaçıya seçim hüququ verir. Belə ki, ilk öncə sığortaçı sığorta məbləğindən çox olmamaq şərti ilə avtomobilin sığorta hadisəsi baş verdiyi andan dərhal əvvəlki bazar dəyərini pul şəklində sığortalıya ödəmək hüququna malikdir. Belə olan halda isə sığortaçı ehtiyat qalıqlarına dair məsələni iki alternativ yol ilə həll edə bilər. Avtomobilin qalıqlarının dəyərini sığorta ödənişi məbləğindən çıxmaq. Bu zaman avtomobilin qalıqlarının dəyəri müstəqil ekspert tərəfindən orta bazar qiymətlərinə əsasən müəyyən olunmalıdır. Qanunverici qiymətləndirmənin kim tərəfindən və necə aparılmalı olduğunu vurğulamasa da, “Sığorta fəaliyyəti haqda” Qanuna əsasən qiymətləndirmə zamanı bir qayda olaraq tərəflərin razılığı ilə müstəqil ekspert təyin olunur. Əgər bu məsələ tərəflər arasında mübahisə doğurarsa, sığortaçı (şirkət) 15 iş günü ərzində qalıqları müəyyən etdiyi qiymətə satılmasını təmin edir və yaxud onları özü alır. İkinci hal isə sığortaçı həmin qalıqların onun mülkiyyətinə verilməsini tələb edir. Bu halda sığorta ödənişinə ehtiyat qalıq hissələrinin dəyəri daxil olur. Qeyd etmək lazımdır ki, sözügedən alternativ müddəalar avtomobil tam məhv olduqda sığorta ödənişinin yalnız pul şəklində verilməsi halında tətbiq oluna bilər. Digər tərəfdən, qanunv erici sığortaçıya (şirkətə) sığortalanmış avtomobilin tam məhv halında sığorta ödənişini digər bir yol ilə də ödəməyi təklif edir: sığortalanmış avtomobilin eyni marka və modeldən olan, habelə eyni texniki vəziyyətdə olan digər avtomobil ilə əvəz edilməsi (33.2.2.2-ci maddə). Məhkəmə bildirmişdir ki, yuxarıda qeyd olunan sığortaçı tərəfindən edilməsi nəzərdə tutulan seçimlər edilməmiş, seçimlərin edilməsi barədə də iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim olunmamışdır.

14. Birinci instansiya məhkəməsi öz mövqeyini xx.xx.2014-cü il tarixli “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 32.1, 33-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

15. Qətnamədən iddiaçı apellyasi ya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd olunmuşdur ki, ekspertin rəyində ziddiyyət təşkil edən məqamların olmasına baxmayaraq birinci instansiya məhkəməsi hər hansı bir tədbir görməmişdir. Halbuki, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Göründüyü kimi, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış və nəticədə əsassız qətnamə qəbul etmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3719/2023 nömrəli, 09 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddianın təmin edilməsi üçün “Ford Cargo” markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilin tam məhv olması müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının xx.xx.2014-cü il tarixli Q-20 №-li qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 33.2.2-ci bəndinə görə, avtomobilin qalıqlarına sığortaçının o halda hüququ yaranır ki, avto mobil tam məhv olsun. Avtomobilin “tam məhv olması” deyiləndə isə avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75%-ni və ya daha çox hissəsini təşkil etməsi başa düşülür. Lakin iddiaçı “Ford Cargo” markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75%-ni və ya daha çox hissəsini təşkil etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, əgər belə hesab olunsa ki, avtomobil tam məhv olub, bu halda iddiaçı avtomobilin qalıqlarının dəyərinin ödənilməsini tələb edə bilməz. “Fiziki şəxslərə təqdim edilən avtomobil n əqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”n 33.2.2.1-ci bəndinə görə, belə vəziyyətdə sığortaçının avtomobilin qalıqlarına münasibətdə öz seçimi əsasında 2 hüququ var: 1) avtomobilin qalıqlarının dəyərini sığorta ödənişi məbləğindən çıxmaq; 2) həmin qalıqların onun mülkiyyətinə verilməsini tələb etmək. Lakin iddiaçı qalıqların dəyərini sığorta ödənişi məbləğindən çıxmamış və ya qalıqların onun mülkiyyətinə verilməsinə tələb etməmişdir. Sığorta hadisəsinin baş verməsindən 4 ilə yaxın vaxt keçdikdən sonra iddiaçı avtomobilin qalıqlarının dəyərinin ödənilməsini tələb etmişdir.

20. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, əgər belə hesab olunsa ki, iddiaçının avtomobilin qalıqlarının onun mülkiyyətinə verilməsini və ya qalıqların dəyərinin ona ödənilməsini tələb etmə k hüququ var, bu halda həmin hüquq müddətin keçməsinə görə qüvvəsini itirib. Avtomobil tam məhv olduqdan sonra onun qalıqları fərdi-müəyyən əşya hesab edilmədiyinə görə əks tərəfin həmin qalıqlara sahiblənməsi əsassız varlanma sayılır. Mülki Məcəllənin 1095-ci maddəsinə görə, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci 2 il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Həmin müddət keçmişdir. Belə ki, sığorta ödənişinin verilməsi barədə tərəflərin arasında məhkəmə mübahisəsi olub, həmin mübahisə üzrə son qərar (kassasiya instansiyasının qərarı) xx.xx.2020-ci ildə qəbul olunmuş, hazırkı iddia ərizəsi isə 2 il sonra - xx.xx.2022-ci ildə verilmişdir.

21. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsi nin 1095-ci maddəsinə, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 33-cü bəndinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

22. Qətnamədən iddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, məhkəmə iclasına dəvət olunmuş ekspert bildirmişdir ki, mübahisəli avtomobilin bazar qiyməti təxmini 30.000-32.000 manat civarında olmuşdur. Yol hadisəsi nəticəsində sözügedən avtomobilə 34.359 manat zərər də ymişdir. Göründüyü kimi, avtomobilə dəymiş zərər onun ekspert tərəfindən təxmini hesablanmış bazar qiymətindən çox olmuşdur. Yəni həmin avtomobilin vəziyyəti “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 33.2.2-ci maddəsində qeyd olunan avtomobilin “tam məhvi” üçün nəzərdə tutulan şərti ödəmişdir.

24. Həmçinin Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə gedişi zamanı qarşı tərəf məhkəməyə iddia müddətinin keçməsi barədə ərizə təqdim etməmişdir.

25. Mülki Məcəllənin 1092.2-ci məcəlləsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Lakin məhkəmə bu maddəni nəzərə almayaraq qətnamə çıxarmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

26. Maddə 896.2. Sığorta hadisəsi nəticəsində qismən sığortalanmış əmlakın tam məhv olması halında sığorta məbləği bütünlüklə ödənildikdə, sığorta predmetinin qalıqlarına olan hüquq sığortaçıya sığorta ödənişi məbləğinin sığorta dəyərinə olan nisbətində keçir.

27. Maddə 925.6. Əmlakın tam məhv olması dedikdə, həmin əmlakın sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin sığorta müqaviləsində müəyyən edilmiş həddən çox olması başa düşülür.

28. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”.

29. Maddə 33.2.2. Sığortalanmış avtomobilə dəymiş zərərlə bağlı sığorta ödənişi sığortaçının seçimi əsasında aşağıdakı formalarda ödənilə bilər: avtomobilin tam məhv olması (avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75 %-ni və ya daha çox hissəsini təşkil etməsi), yaxud oğurlanması və ya qaçırılması halında:

30. Maddə 33.2.2.1. sığorta məbləğindən çox olmamaq şərtilə avtomobilin sığorta hadisəsi baş verdiyi anda n dərhal əvvəlki bazar dəyərinin pul şəklində ödənilməsi. Bu zaman sığortaçının avtomobilin qalıqlarına münasibətdə öz seçimi əsasında aşağıdakı hüquqları var:

31. Maddə 33.2.2.1.1. avtomobilin qalıqlarının dəyərini sığorta ödənişi məbləğindən çıxmaq. Bu zaman sığortaçı ilə sığortalı arasında qalıqların dəyəri barədə razılıq əldə oluna bilmədikdə sığortaçı 15 iş günü ərzində qalıqların müəyyən etdiyi qiymətə satılmasını təmin edir və ya onları özü alır;

32. Maddə 33.2.2.1.2. həmin qalıqların onun mülkiyyətinə verilməsini tələb etmək;

33. Maddə 33.2.2.2. sığortalanmış avtomobilin eyni marka və modeldən olan, habelə eyni texniki vəziyyətdə olan digər avtomobillə əvəz edilməsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sü butları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

37. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməs i tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələ nən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə təkrarən mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi iddianın təmin edilməsi üçün “Ford Cargo” markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilin tam məhv olmasının müəyyən edilməli olunması barədə düzgün nəticəyə gələrək qeyd etmişdir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının xx.xx.2014-cü il tarixli Q-20 №-li qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 33.2.2-ci bəndinə görə, avtomobilin qalıqlarına sığortaçının o halda hüququ yaranır ki, avtomobil tam məhv olsun. Avtomobilin “tam məhv olması” deyiləndə isə avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75%-ni və ya daha çox hissəsini təşkil etməsi başa düşülür. Lakin iddiaçı “Ford Cargo” markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75%-ni və ya daha çox hissəsini təşkil etməsini təsdiq edən sübutları məhk əməyə təqdim etməmişdir.

50. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 18-ci paraqrafında göstərilən hissədə gəldiyi həmin nəticə və hüquqi əsaslandırması ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayətində sadalanan dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.

51. Bununla belə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya şikayətində mübahisələndirilən hissəsinə münasibətdə, apellyasiya məhkəməsinin hazırkı qərarın 20-ci paraqrafında göstərilən, əsassız varlanma obyektinə görə 2 illik iddia müddətinin keçməsi əsası ilə iddianın rəddi edilməsi barədə əsas landırması ilə razılaşmır və iddianın qeyd olunan hissədə rədd edilməsi üçün əsas kimi hazırki qərarın 18 və 50-ci paraqraflarında göstərilən əsaslandırmanı yetərli hesab edir.

52. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası yuxarıda göstərdiyi kimi həmin əsaslandırılma ilə qismən razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri- mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

53. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixl i Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 54. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

55. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

56. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

58. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kolle giyası Qərara aldı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3719/2023 nömrəli, 09 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar