Məhkəmə qərarları › İş №2(102)-4049/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4049/2023

06.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4049/2023 06.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X5 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2877/2023 nömrəli, 04 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 06 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxara q, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə görə “sifarişçi” İddiaçı Bakı şəhəri ərazisində çoxmənzilli yaşayış binasında fərdi mənzil tikilməsi sifarişinə əsasən "xxxx" MMC Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində inşa edilmiş çoxmənzilli yaşayış binasının, 1-ci bloku, 12-ci mərtəbəsində, 2 otaqlı, 65 saylı mənzilini tikib “Sifarişçi”yə təhvil verməsini və “Sifarişçi” də öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. 2. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışına əsasən MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 7-ci Al atava, 80A ünvanında inşa etdiyi hündür mərtəbəli, çoxmənzilli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən 65 saylı mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmiş və onun həmin mənzilə görə MMC qarşısında heç bir borcu olmamışdır. 3. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən MMC tərəfindən Bakı şəhəri, Yeni Yasamal y/m, 7-ci Alatava, 80 A ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 2 otaqlı, 65 saylı, 103.4 kv.m ümumi sahəsi olan mənzil MMC-nin təsisçisi olduğuna görə, İddiaçı pay olaraq verilmişdir. 4. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixdə “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqaviləyə əsasən “sifarişçi” Cavabdeh Bakı şəhəri ərazisində çoxmənzilli yaşay ış binasında fərdi mənzil tikilməsi sifarişinə əsasən MMC Bakı şəhəri Yeni Yasamal yaşayış massivində inşa edilmiş çoxmənzilli yaşayış binasının, 1-ci bloku, 12-ci mərtəbəsində, 2 otaqlı, 65 saylı mənzilini tikib “Sifarişçi”yə təhvil verməsini və “Sifarişçi” də öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Tikilən mənzilin ümumi yaşayış sahəsinin 1 kv.m-nin qiyməti 628 manat həcmində, müqavilənin qiyməti isə 65000 manat olmaqla dəyişməz qalmışdır. 5. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 7-ci Alatava, 80 A ünvanında inşa etdiyi hündür mərtəbəli, çoxmənzilli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən 65 saylı mənzilin dəyəri ol an 65000 manat Cavabdeh tərəfindən tam ödənilmiş və onun həmin mənzilə görə MMC qarşısında heç bir borcu olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 7-ci Alatava, 80A ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının, İ bloku, 12-ci mərtəbəsində yerləşən, 2 otaqdan ibarət olan 65 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" MMC ilə iddiaçı arasında "Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında" xx.xx.2018-ci il t arixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi 7-ci Alatava, 80 A ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının, İ bloku, 12-ci mərtəbəsində yerləşən, 2 otaqdan ibarət olan 65 saylı mənzilin dəyərinin tam ödəməklə almışdır. xx.xx.2018-ci il tarixli maliyyə arayışına əsasən, MMC-yə heç bir borcu qalmamışdır. Mənzilin dəyərini tam ödədikdən sonra, iddiaçı həmin binaya xidmət göstərən Ağa adlı şəxsə tapşırıq vermişdir ki, mənzilin təmirini həyata keçirsin və bu barədə ona məlumat versin. Hər dəfə də maraqlandıqda hər şeyin normal olduğunu bildirmiş və iddiaçı bir neçə dəfə mənzildə təmir işləri getdiyinin şahidi olmuşdur. Lakin təqribən 2022-ci ilin əvvəllərində iddiaçıya məlum olmuşdur ki, mənzili cavabdeh zəbt etmişdir. Bu barə də maraqlandıqda iddiaçıya məlum olmuşdur ki, binaya xidmət göstərən Ağa adlı şəxs cavabdehi aldadaraq ona saxta sənəd vermiş və guya mənzili cavabdehə satmışdır. Sonradan məlum olmuşdur ki, həmin şəxs eyni üsulla bir neçə nəfəri də aldatmış və məsuliyyətdən yayınmaq üçün Azərbaycan Respublikasını tərk etmişdir. Halhazırda Ağa adlı şəxsin barəsində Yasamal rayon Prokurorluğunda cinayət işi başlamışdır. Bundan sonra dəfələrlə cavabdehi mənzili tərk etməsi barədə xəbərdarlıq etsə də, heç bir faydası olmamış və o mənzili tərk etməmişdir.

8. İddiaçı tələbini hüquqi əsası kimi Mülki Məcəllənin 152.1 və 157.1-ci maddələrinə istinad etmişdir.

9. Cavabdeh iddiaya etiraz vermişdir. Etirazın dəlilləri: - cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 7-ci Alatava, 80 A, 1-ci b lok, 12-ci mərtəbədə yerləşən 65 saylı mənzili 16 yanvar 2020-ci il tarixdə MMC-nin direktoru X9 ilə arasında bağlanmış müqavilə əsasında almışdır. Bu barədə cavabdehə maliyyə arayışı da verilmişdir. Həmin mənzili aldıqdan sonra təxminən 6 ay müddətində mənzildə təmir işləri aparmışdır. Bunu bütün qonşular da görmüşdür. Təxminən 2 ildən artıqdır ki, cavabdeh ailəsi ilə birlikdə həmin mənzildə yaşamış və bu günə kimi mənzillə bağlı heç bir mübahisəsi olmamışdır; - iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya cavabdeh mənzili zəbt etmişdir. Lakin cavabdeh həmin mənzili 65000 manat ödəməklə almış, yəni mənzili qanunsuz olaraq zəbt etməmişdir; - iddiaçı həmçinin iddia ərizəsində Ağa adlı şəxsə guya mənzilin təmiri barədə tapşırıq verdiyini qeyd etmişdir. Lakin zərurət yaranarsa həmin mənzil də təmir işləri aparmış ustalarını dindirilmələri üçün məhkəməyə dəvət edə bilər və təmir işlərinə görə haradan və kimlərdən tikinti materialları aldığını da göstərə bilər; - cavabdeh Saatlı rayonunda doğulmuş və orada yaşamışdır. Uzun müddətdir ki, taksi fəaliyyəti ilə məşğul olmuşdur. 65000 manatı da mənzil almaq üçün qəpik-qəpik yığmışdır. İddiaçı qeyd etmişdir ki, guya cavabdehin sənədi saxta olmuşdur. Lakin saxtalığı barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olduğu halda cavabdeh də bildirir ki, iddiaçının məhkəməyə təqdim etdiyi müqavilə və maliyyə arayışı saxtadır; - bundan əlavə, iddiaçı mübahisəli mənzilin onun mülkiyyətində olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş müqavilə mülkiyyətə dair sənəd hesab oluna bilməz.

10. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Ağa adlı şəxs MMC-nin payçılarından Fərəc adlı şəxsin bacısının həyat yoldaşı və həmin binanın komendantı olmuşdur. Ağa adlı şəxsin axtarışda olması ilə bağlı prokurorluqdan məlumat verilmişdir. İddiaçı Ağa adlı şəxsə mənzili aldıqdan sonra təmirlə bağlı mütəmadi olaraq tapşırıq vermişdir. Ağa iddiaçıya məxsus olan bir neçə mənzili təmir etmişdir. Mübahisəli mənzildə pandemiya dövründə də təmir işləri getmişdir. İddiaçı cavabdehə və ya ailə üzvlərinə mübahisəli mənzildən çıxması ilə bağlı xəbərdarlıq edilməsi üçün MMC-yə müraciət etmişdir. MMC-dən verilən məlumata əsasən cavabdehə yazılı surətdə xəbərdarlıq edilmişdir. Mənzilin 1 kv.m-nin qiyməti barədə hazırda məlumat verə bilmir, mənzilin dəyərinin nə qədər olduğundan məlumatı yoxdur. Borcun olmaması barədə maliyyə arayışını məhkəməyə təqdim etmişdir. Müqavilənin 21 iyul 2018-ci il tarixli olması, lakin ödənilmiş məbləğin aylar üzrə ödəniş bölməsinin xx.xx.2018-ci il tarixdən hesablanmasını MMC-nin nümayəndəsi izah edə bilər. Mənzilin təsisçi olaraq iddiaçıya pay olaraq verilməsi barədə ümumi yığıncağın qərarı onda olmamışdır. Mənzilin təsisçi olaraq iddiaçıya pay olaraq verilməsi ilə mənzilin dəyərinin tam ödənilib alınması arasında ziddiyyətə gəldikdə, iddiaçı mənzili almışdır.

11. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi və vəkili iddiaya verilən yazılı etirazı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, maliyyə arayışında mənzilin iddiaçıya təsisçi olaraq pay verilməsi göstərilsə də, iddiaçının nümayəndəsi və vəkili təkidlə mübahisəli mənzilin iddiaçı tərəfindən pul verilərək alındığını bildirmişdir. Mənzilin ümumi dəyəri, 1 kv.m-nin qiyməti heç bir sənəddə öz əksini tapmamışdır.

12. Birinci instansiya məhkəməsi "xxxx" MMC-ni (bundan sonra “üçüncü şəxs” və “MMC”) müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.

13. Üçüncü şəxs birinci instansiya məhkəməsində nümayəndəsinin iştirakını təmin etməmişdir.

14. Birinci instansiya məhkəməsində şahid X12 bildirmişdir ki, cavabdehi tanıyır. Onun evində təmir işləri ilə məşğul olmuş, kafel işlərini görmüş və pulu da cavabdeh özü ödəmişdir. Həmin mənzildə 2020-ci ildə təmir işlərini həyata keçirmişdir. Onlar təmir işlərini həyata keçirdikləri zaman digər şəxslər t ərəfindən həmin mənzildə işləməməklə və ya mənzildən çıxmaqla bağlı müraciət olunmamışdır. Onu cavabdehlə həmin binanın komendantı olan Ağa Səməd adlı şəxs tanış etmişdir.

15. Birinci instansiya məhkəməsində şahid X10 bildirmişdir ki, cavabdehi tanıyır. Onunla eyni rayondandırlar. Cavabdehin mənzilində rəngsaz işlərini görmüşdür. Məvacibini də cavabdeh özü vermişdir. Ona həmin mənzildə işlədiyi zaman digər şəxslər tərəfindən həmin mənzildə işləməməklə və ya mənzildən çıxmaqla bağlı müraciət olunmamışdır. O, həmin mənzildə 2020-ci ildə təmir işini həyata keçirmişdir. O, əvvəllər həmin binada 7-ci mərtəbədə işləmiş, Ağa adlı şəxsi tanımışdır.

16. Birinci instansiya məhkəməsində şahid X11 bildirmişdir ki, cavabdehi tanıyır. Cavabdehin mənzilində elektrik və santexnik işləri görmüşdür. Təmir i şləri həyata keçirmək üçün onu binanın komendantı çağırmışdır. Təmir işlərinə cavabdeh nəzarət etmişdir. Təmir işlərinin qarşılığında onlara veriləcək məvaciblə bağlı əvvəl komendantla, sonradan isə cavabdehlə danışıqlar aparılmışdır. Ona həmin mənzildə işlədiyi zaman digər şəxslər tərəfindən həmin mənzildə işləməməklə və ya mənzildən çıxmaqla bağlı müraciət olunmamışdır. Binanın komendantının adı Ağa Səməd idi. Onu Ağa kimi tanıyırdı. Cavabdehdən qabaq təmir işləri ilə bağlı Ağa ilə danışıqlar aparılmışdır.

17. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-562/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Kərim Xudayev)

18. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, MMC ilə ayrı-ayrılıqda həm iddiaçı və həm də cavabdeh arasında eyni mənzilə dair təxminən eyni məzmunlu müqavilələr imzalanmış və mənzil üçün onların MMC-yə borcu qalmamışdır. MMC ilə iddiaçı arasında imzalanan müqavilə tarix etibari ilə daha əvvəl tərtib edilmiş olsa da, MMC mənzili onun (iddiaçının) sahiblik və istifadəsinə deyil, cavabdehin sahiblik və istifadəsinə vermiş, mənzil sonuncu tərəfindən təmir etdirilmiş və cavabdeh ailə üzvləri ilə birlikdə orada yaşamağa başlamışdır. İddiaçı mənzilin cavabdehin sahiblik və istifadəsinə verilənədək, həm də bundan sonra keçən müddət ərzində mənzilin özünə verilməsini tələb etməmiş və buna dair hər hansı iddia irəli sürməmişdir.

19. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, MMC cavabdehlə bağladığı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş sayılsa da, iddiaçıya münasibətdə üzərinə götürdüyü öhdə likləri yerinə yetirməmiş və fərdən müəyyən edilmiş həmin mənzili başqa birinə verdiyindən iddiaçı ilə bağlamış olduğu xx.xx.2018-ci il tarixli müqavilənin icrası onun təqsirindən mümkünsüz hala gəlmişdir.

20. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, MMC öz materialları əsasında inşa etdiyi (hazırladığı) yaşayış binasındakı mübahisəli mənzili məhz cavabdehin mülkiyyətinə keçirmək niyyəti ilə ona təhvil vermişdir. Belə ki, ödədiyi muzd əsasında mənzilin podratçı tərəfindən sifarişçiyə verilməsi, hazırlanmış əmlaka mülkiyyət hüququnun verilməsi hesab olunur; bu isə Mülki Məcəllənin 452.1-ci maddəsində nəzərdə tutulmuş şərtin (söhbət, əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməsindən gedir) reallaşdığını göstərir.

21. Birinci instansiya məhkəməsi göstərmişdir ki, cavabdeh lazımi q aydada ödənilmiş muzd əsasında mənzili əldə etməklə orada ailəsi ilə birlikdə yaşadığından, onun mülkiyyət hüququnun qeydiyyatdan keçməməsi sözügedən şərtin baş verməsini şübhə altına almır. Nəzərə alınmalıdır ki, mübahisəli mənzil üzrə pay haqqı tam şəkildə ödənilməklə mənzil cavabdehə verildiyi üçün sonuncu həmin mənzilə sahiblik və istifadə hüququ əldə etmiş və gələcəkdə zəruri sənədləri təqdim etməklə hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək imkanını əldə etmişdir.

22. Şərh olunanları ümumiləşdirərək birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, mübahisəli mənzil iş üzrə cavabdehə təhvil verildiyindən və cavabdeh əmlaka qanuni əsaslarla sahiblik və istifadə hüququnu həyata keçirdiyindən, bununla da onun tərəfindən mülkiyyətə qəsd halına yol verilmədiyindən i ddiaçının ona qarşı mənzildən çıxarılma tələbi əsaslı sayıla və təmin edilə bilməz.

23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 157 və 452.1-ci maddələri ilə əsaslandırmışdır.

24. Həmçinin, birinci instansiya məhkəməsi 14 fevral 2023-cü il tarixində üçüncü şəxs MMC-nin sədri X6 əməlində cinayət əlamətlərinin olub-olmamasının araşdırılması üçün xüsusi qərardad çıxarmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

25. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi işə baxarkən iddianını əsasını təşkil faktlar öz təsdiqini tapsa da, hakim, ümumiyyətl ə, bu işin mahiyyətinə varmamış, dəfələrlə, hətta iddia ərizəsində cavabdehin sənədinin saxta olmasını bildirsə də, buna fikir verməmiş, həmin sənədin saxta olduğunun fərqinə belə varmadan onun iddiasını rədd etmişdir; - hətta cavabdeh tərəfindən dəvət edilmiş şahidlər də iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi mənzilin təmiri ilə bağlı Ağa adlı şəxsə tapşırıq verdiyini dolayısı ilə təsdiq etmişlər. Şahidlərin hər üçü bildirmişdir ki, cavabdehin mənzilindəki təmir işlərinə onları Ağa adlı şəxs cəlb etmişdir; - cavabdehə verilmiş saxta müqavilə xx.xx.2020-ci il tarixdə imzalanmışdır. Müqavilənin saxtalığı gözlə də müşahidə edilmişdir. Məhkəmə isə bu müşahidəni nəzərə almadan, ekspertiza təyin etmədən, MMC-nin nümayəndəsini dinləmədən belə qənaətə gəlmişdir ki, onların hər ikisinə müqav ilə verilmişdir. Üstəlik, bu barədə MMC-nin sədri X6 əməlində cinayət əlamətlərinin olub-olmamasının araşdırılması üçün xüsusi qərardad çıxardaraq prokurora göndərmişdir. X2 xx.xx.2018-ci ildə vəfat etmişdir; - qeyd edildiyi kimi, cavabdehin adına verilmiş müqavilənin tarixi isə xx.xx.2020-ci il olmuşdur. Şəxsin vəfatından 1 il 2 ay sonra onun adına saxta müqavilə verilmişdir. Məhkəmədə dəfələrlə bildirmişdir ki, saxta müqavilə verilmiş şəxslər barəsində cinayət işləri başlanılmışdır. Hakim bunu da nəzərə almamışdır.

27. MMC (üçüncü şəxs) apellyasiya instansiyası məhkəməsinə ünvanlandığı 35B saylı, 12 may 2023-cü il tarixli məktubunda bildirmişdir ki, X3 adlı şəxs mənzil mülkiyyətçilərinin tapşırıqları və razılıqları əsasında mübahisəli binada mənzillərin təmiri və satışı ilə məşğul olmuşd ur. Bu işlər tərəflərin qarşılıqlı razılıqları əsasında, MMC-nin iştirakı olmadan baş vermişdir. Hazırda Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində X1 bir qrup şəxsi dələduzluq yolu ilə aldatması faktı üzrə cinayət işi vardır və həmin işi üzrə istintaq hərəkətləri həyata keçirilməkdədir. MMC-yə məxsus bütün hüquqi sənədlər istintaq orqanı tərəfindən götürülmüşdür. Həmçinin MMC tərəfindən Cavabdeh hər hansı mənzil satılmamışdır. xx.xx.2018-ci il tarixindən sonra mərhum X6 adından MMC-yə aid bağlanmış hər hansı müqavilə etibarsızdır. Cavabdeh mənzili hansı formada və kimdən alması barədə MMC-də hər hansı məlumat yoxdur. Cavabdeh ödədiyi məbləğ MMC-nin hesabına daxil olmayıb. Mübahisədə adı keçən mənzil iddiaçıya məxsusdur.

28. Apellyasiya instans iyası məhkəməsi mübahisədə adı keçən mənzil üzrə araşdırma aparılıb-aparılmaması, həmin mənzilə dair ödənişin kim tərəfindən ediməsi, kim tərəfindən qəbul edilməsi, ödənişin rəsmi olaraq MTK-nın hesabına mədaxil olubolmaması, müqavilələrin kim tərəfindən tərtib olunub imzalanması, möhürün saxta olubolmaması, araşdırmanın nəticəsində əldə edilmiş izahatlarla bağlı ətraflı məlumatın məhkəməyə təqdim edilməsi barədə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə sorğu vermişdir.

29. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi tərəfindən sorğuya cavab məktubunda qeyd edilmişdir ki, mübahisədə adı keçən mənzil MMC-də pay hüququnun qarşılığında təsisçi İddiaçı adına xx.xx.2018-ci il tarixdə rəsmiləşdiri lməsinə baxmayaraq, sonuncunun məlumatı və razılığı olmadan təqsirləndirilən şəxs qismində cəlb edilmiş X4 təkrarən həmin mənzili xx.xx.2020-ci il tarixdə 65000 manat qarşılığında Cavabdeh satmışdır. Maddi ziyan vurulması nəzərə alınmaqla Cavabdeh zərərçəkmiş şəxs qismində tanınmışdır.

30. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2877/2023 nömrəli, 04 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov, Sabit Bəhrəmzadə)

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, ca vabdeh tərəfindən dindirilmiş şahidlər də ifadələrində mənzildə təmir işlərinin cavabdeh tərəfindən aparılmasını və bu işlərdə onları cavabdehlə Ağa adlı şəxsin tanış etmələrini göstərmələri mənzilə faktik olaraq cavabdehin sahiblik etməsini bir daha təsdiq edir.

32. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin adına verilmiş müqavilənin tarixinin xx.xx.2020-ci il olması və orada MMC-nin adından imza etmiş X6 xx.xx.2018-ci ildə vəfat etməsi faktının mövcudluğu belə, iddianın əsaslı sayılması üçün yetərli sübutlar kimi qiymətləndirilə bilməz.

33. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçı MMC ilə onun arasında xx.xx.2018-ci il tarixdə “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqavilə bağlanmasını, həmin müqaviləyə əsasən Bakı şəhər i, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 7-ci Alatava, 80A ünvanında inşa edilmiş hündür mərtəbəli, çoxmənzilli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən, 2 otaqdan ibarət olan 65 saylı mənzilin dəyərinin tam ödəməklə almasının təsdiqi kimi iki fərqli məzmunlu arayış təqdim etmişdir. Müqavilə tarixi ilə eyni və direktor X6 imzası olan maliyyə arayışında iddiaçı tərəfindən mənzilin dəyərinin tam ödənilməsi, xx.xx.2022-ci il tarixli arayışda isə sözügedən mənzilin iddiaçının MMC-nin təsisçisi olduğuna görə pay olaraq ona verilməsi göstərilmişdir.

34. Apellyasiya baxışına təqdim edilmiş MMC-nin xx.xx.2014-cü il tarixdə qeydə alınmış Nizamnaməsinə əsasən MMC-nin 5 nəfər təsisçisindən biri də iddiaçıdır. Lakin sözügedən mənzilin iddiaçının MMC-nin təsisçisi olduğuna görə pay olaraq o na verilməsi barədə məhkəmələrə təsisçilərin ümumi yığıncağının buna dair qərarı və iclas protokolu (çıxarışı) təqdim edilməmiş, hətta bu barədə MMC-nin apellyasiya instansiyası məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli 35V saylı məktubunda da heç nə göstərilməmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi MMC-nin apellyasiya instansiyası məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli 35V saylı məktubunda göstərilənlərə qiymət verərək qeyd etmişdir ki, iddiaçının MMC-nin təsisçisi olması baxımından MMC-nin hazırki iş üzrə 3-cü şəxs qismində cəlb edilmələrindən məlumatlı olmaları nəzərə alınarsa, onların sözügedən məktubda göstərilən hallar barədə birinci instansiya məhkəməsinin iclasınla iştirak edərək mövqeləri və buna dair sübutlarını təqdim etmək imkanları olmuşdur.

36. Apellya siya instansiyası məhkəməsi onu da bildirmişdir ki, cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 7-ci Alatava, 80A, 1-ci blok, 12-ci mərtəbədə yerləşən 65 saylı mənzili 16 yanvar 2020-ci il tarixdə MMC-nin direktoru X9 ilə arasında bağlanmış müqavilə əsasında almasını bildirməsinə baxmayaraq, MMC-nin təsisçilərindən biri olan iddiaçının X6 vəfatından xəbəri olmasına baxmayaraq (xəbəri olmaması inandırıcı olmamışdır) bu barədə izahatlarında məhkəməyə məlumat verməməsi iclas protokollarından da aydın görünür və bu da məhkəmənin artıq ölmuş şəxsin əməlində cinayət əlamətlərinin olub-olmamasına dair xüsusi qərardad çaxırılması ilə nəticələnmişdir. Başqa sözlə, iddiaçı birinci instansiya məhkəməsinə MMC-nin direktoru olmuş X6 vəfatı barədə məlumatı, buna dair müvafiq şə hadətnaməni təqdim etməmiş, bunlar barədə apellyasiya instansiyası məhkəməsinin iclasında məlumat vermişdir.

37. Şərh olunanları ümumiləşdirərək apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzil iş üzrə Cavabdeh təhvil verildiyindən və cavabdeh əmlaka qanuni əsaslarla sahiblik və istifadə hüququnu həyata keçirdiyindən, bununla da onun tərəfindən mülkiyyətə qəsd halına yol verilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir.

38. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulamışdır ki, iddiaçının mənzilin ona təsis payı verilməsinə dair müvafiq arayışı həqiqəti əks etdirmədiyi halda, onun MMC-nin təsisçisi olmasına baxmayaraq sözügedən mənzilə dair MMC-nin hesabına pul ödədiyi təqdirdə MMC-yə qarşı ziyanla bağlı iddia qaldırmaq hüququnu n olması izah edilməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

39. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

40. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri iddiaya e tirazın dəlilləri ilə eyni məzmunludur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər b ir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məh kəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 418.4.6. Məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onla rın hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Kassasiya baxışının hədləri

42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Kassasiya şikayətlərində qətnamə tam mübahisələndirilib, bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

44. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

46. İddia tələbi cavabdehin mənzildən çıxarılması barədədir. İddiaçı tələbinin əsası kimi mənzilin MMC ilə bağlanmış 21 iyul 2018-ci il tarixli müqavilə əsasında ona satılması (pay haqqı kimi verilməsi) və mənzilə görə pay haqqını tam ödəməsinə baxmayaraq, cavabdehin heç bir əsas olmadan mənzili zəbt etməsinə istinad etmişdir.

47. Cavabdehin etirazı isə ondan ibarətdir ki, MMC ilə eyni mənzilə dair 16 yanvar 2020-ci il tarixli müqavilə bağlamış, mənzilin dəyərini tam ödəyərək, mənzildə təmir işləri aparmış və hazırda da orada yaşyır.

48. İddianı rədd edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, MMC ilə iddiaçı arasında imzalanan müqavilə tarix etibari ilə daha əvvəl tərtib edilmiş olsa da, MMC mənzili onun (iddiaçının) sahiblik və istifadəsinə deyil, cavabdehin sahiblik və istifadəsinə vermiş, mənzil sonuncu tərəfindən təmir etdirilmiş və cavabdeh ailə üzvləri ilə birlikdə orada yaşamağa başlamışdır. İddiaçı mənzilin cavabdehin sahiblik və istifadəsinə verilənədək, həm də bundan sonra keçən müddət ərzində mənzilin özünə verilməsini tələb etməmiş və buna dair hər hansı iddia irəli sürməmişdir. MMC cavabdehlə bağladığı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş sayılsa da, iddiaçıya mün asibətdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və fərdən müəyyən edilmiş həmin mənzili başqa birinə verdiyindən iddiaçı ilə bağlamış olduğu xx.xx.2018-ci il tarixli müqavilənin icrası onun təqsirindən mümkünsüz hala gəlmişdir. MMC öz materialları əsasında inşa etdiyi (hazırladığı) yaşayış binasındakı mübahisəli mənzili məhz cavabdehin mülkiyyətinə keçirmək niyyəti ilə ona təhvil vermişdir. Belə ki, ödədiyi muzd əsasında mənzilin podratçı tərəfindən sifarişçiyə verilməsi, hazırlanmış əmlaka mülkiyyət hüququnun verilməsi hesab olunur; bu isə Mülki Məcəllənin 452.1-ci maddəsində nəzərdə tutulmuş şərtin (söhbət, əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməsindən gedir) reallaşdığını göstərir.

49. Əvvəla, birinci instansiya məhkəməsi iddianı Mülki Məcəllənin 452.1-ci maddəsinə əs asən rədd edərkən, məhz həmin norma baxımından iddianın təmin edilməli olması hallarına aydınlıq gətirməmişdir. Belə ki, iddiaçı dəyərini tam ödədikdən sonra mənzilin təmir edilməsi məqsədilə Ağa adlı şəxsə tapşırıq verməsini bildirmişdir. İş üzrə cavabdeh tərəfindən təqdim edilmiş şahidlər də ifadələrində mənzildə təmir işlərinin aparılması barədə təklifin Ağa adlı şəxsdən gəlməsi məzmununda ifadələr vermişlər. X14 cavabdehi Ağa adlı şəxs vasitəsilə tanımasını, Namiq Əmirov isə cavabdehdən əvvəl təmir işləri ilə bağlı Ağa adlı şəxslə danışıq aparmasını göstərmişdir. Belə olan halda, mənzilin ilkin olaraq iddiaçının sahibliyinə verilməsi barədə iddiaçının dəlillərinə şahid ifadələri kontekstində aydınlıq gətirilməli idi. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 88ci maddəsinə gör ə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İddiaçının dəlilləri təsdiq edildiyi halda Mülki Məcəllənin 452.1-ci maddəsi iddianın təmin edilməsi üçün də əsas ola bilərdi.

50. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə görə isə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

51. Bundan əlavə, iddiaçı iddia ərizəsində mübahisədə adı keçən mənzilin cavabdehə Ağa adlı şəxs tərəfindən saxta sənəd əsasında satılmasını, Ağa adlı şəxs barəsində Yasamal rayon Prokurorluğunda cinayət işinin olmasını dəlil kimi irəli sürsə də, birinci instansiya məhkəməsi cavabdehlə bağlanmış müqaviləyə münasibətdə hər hansı qiymətləndirmə aparmamış, iddiaçının bu barədə dəlillərinə heç bir əhəmiyyət verməmişdir.

51. Belə ki, hazırki işin halları baxımından Mülki Məcəllənin 452.1-ci maddəsinin tətbiqi üçün hər bir halda etibarlı müqavilə münasibətlərinin olması zəruridir. Bu, həm də cavabdehlə bağlanmış müqaviləyə aiddir. Qeyd edilən maddəyə uyğun olaraq əmlakın müqavilə əsasında ilkin olaraq cavabdehə verilməsinə görə iddia rədd edilirsə, cavabdehlə bağlanmış müqavilənin saxtalığı (etibarlılığı) ilə bağlı iddiaçının dəlilləri də Mülki Məcəllənin 40 5-407-ci maddələrinin tələbləri üzrə yoxlanılmalı idi.

52. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddiaçının ilkin olaraq hələ iddia ərizəsində qeyd etdiyi bu dəlilləri diqqətdən kənarda saxlamışdır.

53. Apellyasiya instansiyası məhkəməsi də qeyd edilən bu xüsusatlara hər hansı münasibət bildirməmişdir.

54. Həmçinin işin apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə sorğu vermişdir. Sorğuya cavabdan görünür ki, mübahisədə adı keçən mənzil MMC-də pay hüququnun qarşılığında təsisçi İddiaçı adına xx.xx.2018-ci il tarixdə rəsmiləşdirilməsinə baxmayaraq, sonuncunun məlumatı və razılığı olmadan təqsirləndirilən şəxs qismində cəlb edilmiş X4 təkrarən həmin mənzili xx.xx.2020-ci il tarixd ə 65000 manat qarşılığında Cavabdeh satmışdır. Maddi ziyan vurulması nəzərə alınmaqla Cavabdeh zərərçəkmiş şəxs qismində tanınmışdır.

55. Apellyasiya instansiyası məhkəməsi özünün verdiyi sorğuya alınmış cavab məktubunda qeyd edilənlərlə bağlı hər hansı qiymətləndirmə aparmamışdır. Belə olan halda, həmin sorğunun verilməsinin hansı zərurətdən yaranması, zərurət olmuşdusa, sorğuya cavab alındığı halda ona qiymət verilməməsinin nə ilə izah edilməsi qətnamədən görünmür.

56. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şahid ifadələrini mənzilin faktiki olaraq cavabdehin sahibliyinə verilməsinin təsdiqi kimi göstərsə də, həmin ifadələrə yalnız istinad etməklə kifayətlənmiş, onları MPM-in 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməmişdir. Halbuki işə mahiyyəti üzrə baxan məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.

57. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, bundan sonra tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

58. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-421-ci maddələrini rəhb ər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2877/2023 nömrəli, 04 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar