Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4050/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istifadə hüququnun itirilmiş hesab edilməsi) 25.07.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-315/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 25 iyul 2022-ci il tarixdə Ali Məhkə mənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 96.9 kv.m olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 7 yanvar 2020-ci il tarixdə tam mülkiyyət hüququ əsasında İddiaçı (bundan sonra “iddiaçı”) adına qeydə alınmışdır.
2. Cavabdeh1 və Cavabdeh2 iddiaçının övladlarıdır.
3. X1 İsmayıl Məmməd oğlu 01 noyabr 1996-cı il tarixdə rəsmi nikaha daxil olub.
4. Cavabdeh1 01 sentyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən 140,7 kv.m olan evi və altındakı 0,0257 ha torpaq sahəsini 30000 manata almış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin əmlaka mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Cavabdeh1 mülkiyyətndə olan evdə yaşayır.
5. Cavabdeh2 da 1996-cı ildən hal-hazırki günədək Zaqatala şəhəri, F.Əmirov küçəsi, ev 19, mənzil 30-da yaşayır.
6. Cavabdeh1 xx.xx.2004-cü il tarixdən, Cavabdeh2 xx.xx.2004-cü il tarixdən ünvan 1ində qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra “cavabdehlər” və ya cavabdeh) mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə olan istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlər onun evində yaşamır, faktiki olaraq başqa yerdə yaşayırlar.
9. İddiaçı hələ həyat yoldaşı M əryəm Makarovanın sağlığında hər iki qızına ona və həyat yoldaşına baxmaq üçün yalvarmışdır, hətta mərhum həyat yoldaşı da bu iki qızına demişdir ki, xəstədir gəlib ona baxsınlar. Lakin cavabdehlərdən heç biri gəlib ona və mərhum həyat yoldaşına baxmamışdır.
10. Cavabdehlər iddiaçının evində yaşamadığı halda bu evdə qeydiyyatda qalmışlar. Heç bir hüquqları olmadan cavabdehlərin iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda qalmaları onun daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarını pozmuşdur.
11. İddiaçı tələbini hüquqi əsası kimi Mənzil Məcəlləsini (köhnə) 60-cı maddəsinə istinad etmişdir.
12. Cavabdeh1 iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: - son 1 aya kimi hazırda mübahisədə adı keçən evdə yaşamışdır. Əşyaları hazırda da həmin evdədir; - artıq 1 aydır ki, mübahisə olduğuna görə Zaqatala şəhəri, Dağıstan küçəsində yaşayır. Onun özünün adına ev olub-olmaması barədə məlumatı yoxdur. Buna görə də ona aid hissədə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
13. Zaqatala Rayon Məhkəməsinin 2(033)-1021/2021 nömrəli iş üzrə 1 noyabr 2021ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. (hakim Tural Həsənov)
14. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, ünvan 3i ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı tam mülkiyyəti kimi adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı qızları – Cavabdeh1 və Cavabdeh2 ünvan 1ində iddiaçının mülkiyyətində olan evdə qeydiyyatdadır. Cavabdehlərdən Cavabdeh2 1996-cı ildən ailə quraraq həmin evdən çıxmaqla hazırki günədək Zaqatala şəhəri, F.Əmirov küçəsi ev 19, mənzil 30-da yaşayır. Cavabdeh1 isə 2021-ci ilin yay aylarından həmin evdən çıxmaqla özünün mülkiyyətində olan ünvan 4 ünvanında yaşayır. Cavabdehlər hazırda da mübahisələndirilən evdə yaşamırlar.
15. Birinci instansiya məhkəməsi mübahisəyə Cavabdeh2 münasibətdə 1982-ci il tarixli Mənzil Məcəlləsinin 53, 54, 60, 87 və 123-cü maddələrini, Cavabdeh1 münasibətdə isə yeni Mənzil Məcəlləsinin 82.3, Mülki Məcəllənin 152-ci maddələrini tətbiq edərək hesab etmişdir ki, cavabdehlərin həqiqətən də evdən istifadə hüququ itirilmişdir. Ona görə də iddianın əsası nəzərə alınmaqla cavabdehlərin evdən istifadə hüququnun itirilmiş hesab edilməsi müəyyən edilməlidir. Belə ki, iddiaçı cavabdehlərin evdən istifadə hüququnun olmadığını iddia edir, fərdi yaşayış evi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestr xidmətin də rəsmiləşdirməklə qeydiyyata almışdır. Cavabdehlər isə həmin evdən çıxaraq daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüşlər.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1-152.3, 152.5-ci, Mənzil Məcəlləsinin (yeni) 82.3-cü, Mənzil Məcəlləsinin (köhnə) 53, 60, 87.2, 123-cü, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1, 2, 9.1, 9.5-ci maddələri, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun un 27 iyul 2001-ci il tarixli Qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin qismən, Cavabdeh1 ünvan 1i ünvanında yerləşən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayətinin dəlilləri: - mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsində cavabdehin istifadə hüququnun itirilməsi üçün konkret əsas müəyyən olunmuşdur. Həmin əsas isə ondan ibarətdir ki, cavabdeh daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməli və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməlidir. Hazırki iş üzrə isə müəyyən olunur ki, Cavabdeh1 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına uyğun olaraq iş üzrə iddiaçıya məxsus mənzildə istifadə hüquqları olmuş, lakin cavabdehin əldə etmiş olduğu istifadə hüququ heç bir halda məhdudlaşdırılmamış, eyni ilə həmin istifadə hüququna xitam verilməmişdir. Qeyd edilməlidir ki, hər hansı mənzildə şəxsin və ya şəxslərin qeydiyyatda olması onların məhz həmin mənzilə münasibətdə hər hansı hüququn, o cümlədən istifadə hüququnun əldə edilməsi əsası kimi çıxış etmir. Həmçinin, iddiaçı özü də etiraf edir ki, cavabdehə məxsus əşyalar mübahisəli evdədir. Eləcə də cavabdeh faktiki olaraq bu evə gəlib-getməkdə davam etmişdir; - işdən də göründüyü kimi, maddi hüquq norması nı düzgün tətbiq etməməklə iş mahiyyəti üzrə baxmış birinci məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdırlar; - iddiaçının faktiki olaraq istədiyi odur ki, Cavabdeh1 yaşayış yeri üzrə qeydiyyatdan çıxsın. Belə olan halda, hazırki tələb inzibati mühakimə icraatında həll edilməli olan məsələdir.
19. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-315/2022 nömrəli mülki iş üzrə 10 mart 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov, və Ələddin Məcidov)
20. Birinc i instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, şəxsin əvvəllər yaşadığı yaşayış sahəsini tərk edərək daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi qənaətinə gəlmək üçün onun özünə məxsus yaşayış sahəsinə malik olması halının müəyyən olunmasına ehtiyac vardır. Cavabdeh1 2021-ci ilin yay aylarından mübahisələndirilən evdən çıxmaqla özünün mülkiyyətində olan ünvan 5 ünvanında yaşayır. Mübahisələndirilən evdən çıxmaqla daimi yaşamaq üçün alqı-satqı müqaviləsi əsasında əldə etdiyi başqa yaşayış yerinə köçmüşdür.
21. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, əsas dəyərləndirilməli olan məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olub-olmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göstərib-göstərmədiyidir.
22. Apellyasiya instansiyası məhkəməsi vurğulayıb ki Cavabdeh1 həqiqətən də özünə məxsus mənzili var, hazırda orada yaşayır. Belə olduğu təqdirdə Cavabdeh1 ünvan 3i ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun saxlanılmasını zəruri edən hal yoxdur.
23. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş hallarına hüquqi qiymət verərək, hesab etmişdir ki, hazırki işdə fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüququ var. İddiaçı mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi olduğundan, o, öz mülkiyyətində olan evə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin Cavabdeh1 göstərilən yaşayış sahəsindən könüllü olaraq çıxmaması nəticəsində, iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. İd diaçı mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olduğundan, o, öz əmlakı olan yaşayış sahəsinə Cavabdeh1 istifadə hüququnun itirilməsini tələb etməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının faktiki olaraq istəyi Cavabdeh1 yaşayış yeri üzrə qeydiyyatdan çıxarmaqdır və bu səbəbdən də hazırki iddiaya inzibati məhkəmələr tərəfindən baxılmalıdır. Cavabdeh1 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına uyğun olaraq iş üzrə iddiaçıya məxsus mənzildə istifadə hüquqları olmuş, lakin cavabdehin əldə etmiş olduğu istifadə hüququ heç bir halda məhdudlaşdırılmamış, eyni ilə həmin istifadə hüququna xitam verilməmişdir. Həmçinin, iddiaçı özü də etiraf etmişdir ki, cavabdehə məxsus əşyalar mübahisəli evdədir. Eləcə də cavabdeh faktiki olaraq bu evə gəlib-getməkdə davam etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə
29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Res publikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 82.3. Kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanunu Maddə
1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azər baycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Maddə
2. Şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmay araq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəl i gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini də Cavabdeh1 iddianın ona qarşı təmin edilən hissəsində mübahisələndirmiş, apellyasiya instansiyası da həmin hissədə qətnamə çıxarmışdır. Bu baxımdan, qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.
29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə qiymət vermişdirşdir.
32. İddia tələbi Cavabdeh1 iddiaçının mülkiyyətində olan evə istifadə hüququnu itirilməsi barədədir. İddiaçı tələbinin əsası kimi Cavabdeh1 mülkiyyətində ayrıca mənzil olmaqla, sonuncunun öz mənzilində yaşamasına istinad etmişdir.
33. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən halına görə də Cavabdeh1 2021-ci ilin yay aylarından mübahisələndirilən evdən çıxmaqla özünün mülkiyyətində olan ünvan 2 ünvanında yaşayır. Cavabdeh1 mübahisələndirilən evdən çıxmaqla daimi yaşamaq üçün alqı-satqı müqaviləsi əsasında əldə etdiyi başqa yaşayış yerinə köçmüşdür.
34. Məhkəmə kollegiyası işin müəyyən edilmiş halları baxımından apellyasiya instansiyası məhkəməsinin iddia tələbi və apellyasiya şikayəti üzrə hazırki qərarın 20-23cü bəndində əks edilən dəyərləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən də əlavə şərhə zərurət görmür.
35. İşin müəyyən edilmiş hallarına əsasən tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərti iddianın təmin edilməsi üçün əsas olmuşdur. Bu baxımdan, iddianın təmin edilməsi barədə gəlinən nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyə uyğun olmuşdur.
36. Apellyasiya instansiyası təqdim olunmuş sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymətləndirmiş, maddi hüquq normalarını düzgün tətbiq etməklə əsaslı nəticəyə gəlmişdir.
37. Bu baxımdan, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır.
38. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır
39. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-315/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.