Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4051/2020 23.07.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdehlər: “XXX X12” X2, Cavabdeh2 və Cavabdeh3 Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs: XXX İddia tələbi: qiymətləndirmə rəyinin və hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi, həmin protokol əsasında verilmiş çıxarışın ləğv edilməsi Açar sözlər: hərracın keçirilməsinin nəticələri barədə yekun protokolun etibarsızlığı tələbi, bildirişin alıcının yetkinlik yaşına çatmış ailə üzvünə verilməsi, rəyin qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Fərha dov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili Vəkil1 və Cavabdeh3 vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-390/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Lənkəran Rayon Məhkəməsinin 2(049)-5205/2015 nömrəli iş üzrə xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər X5, X6, İddiaçı (bundan sonra – iddiaçı) və X1 21962,24 ABŞ dolları əsas borc, 3623,94 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 27841,28 ABŞ dolları məbləğində kredit borcunun qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə tutu laraq Cavabdeh3nə (bundan sonra – Bank) verilməsi, ipotekaya qoyulmuş, iddiaçıya məxsus Lənkəran şəhəri, XXX küçəsi, 43cü məhəllədə yerləşən 0,005 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 4 nömrəli fərdi yaşayış evinə (bundan sonra – mübahisəli əmlak) tutma yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi və ən geci bir ay ərzində cavabdehlərin evdən çıxarılması qət olunmuşdur. Qətnamə icra olunması üçün Lənkəran rayon İcra şöbəsinə göndərilmişdir. İcra şöbəsinin sifarişi əsasında Cavabdeh2 MMC-nin xx xxxxxxxx 2016-cı il tarixli, 169 nömrəli hesabatına əsasən mübahisəli əmlak 55000 manat qiymətləndirilmişdir. Qiymətləndirmədən sonra “XXX X12” MMC hərracın keçirilməsini təşkil etmiş, əmlakın ilkin hərrac qiyməti 55000 manat, təkrar hərracdakı ilkin satış qiyməti 46750 manat müəyyən edilmiş, əmlak hərracda satılmadığı üçün 25% aşağı qiymətlə (35062,50 manat) Banka təklif olunmuşdur. Hərracın yekunları barədə xx xxxxxx 2017-ci il tarixli, 77/11 nömrəli hərracın yekunları barədə protokola əsasən Bank əmlakı mülkiyyətinə qəbul etmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehlər “XXX X12” MMC-yə, Cavabdeh2 MMC-yə və Banka qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 MMC-nin qiymətləndirmə rəyinin və “XXX X12” MMC tərəfindən keçirilmiş Hərracın yekunları barədə 77/11 saylı protokolun etibarsız hesab edilməsi və həmin protokol əsasında Bankın adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onun la əsaslandırmışdır ki, mübahisəli ev üzrə qiymətləndirmənin aparılmasından, onun hansı məbləğdə qiymətləndirilməsindən və hərracın keçirilməsindən məlumatı olmamışdır. Yalnız bu yaxınlarda ona məlum olmuşdur ki, mübahisəli ev cəmi 55000 manata qiymətləndirilib və həmin qiymət əsasında da hərrac keçirilib. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 415.2-ci maddəsinin tələbinə görə qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsinə ən geci otuz gün qalmış bu barədə tərəflərə bildirməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-1695/2019 nömrəli iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Ədilova) iddia təmin edilməmişdir. Məhkəmə tərəflərin təqdim etd ikləri sübutlar və verdikləri izahatlar əsasında müəyyən etmişdir ki, hərracın keçirilmə vaxtı və yeri barədə qanunvericiliyə uyğun olaraq iddiaçıya lazımi qaydada məlumat verilmiş, qəzetdə elanlar dərc edilmiş, keçirilmiş hərrac barədə iddiaçının tam məlumatı olmuş, mübahisəli əmlak “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun və Mülki Məcəllənin tələblərinə uyğun olaraq hərrac vasitəsilə tələbkara təklif edilmişdir. Belə ki, hərrac təşkilatı icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, həmin ünvanda yaşayan şəxslər tərəfindən, o cümlədən iddiaçının özü tərəfindən imza edilərək qəbul edilmiş və qeyd olunan poçt göndərişləri ilə bağlı xəbərnamə lər məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmişdir. Həmçinin iddiaçıya ünvanlanmış hərracın keçirilməsi ilə bağlı bildirişlərdə əmlakın ilkin satış qiyməti öz əksini tapmış və iddiaçı həmin məbləğlə razılaşmış, onu mübahisələndirməmişdir. İddiaçı məhkəməyə əmlakın qiymətinin daha yüksək olmasını təsdiq edən hər hansı sübut təqdim etməmiş, məhkəmə baxışı zamanı mübahisəli əmlakın həmin dövrdə bazar dəyərinin yüksək olması sübuta yetirilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-390/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və E.Kazımov) iddiaçının apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmuş, mübahisəli evə dair Cavabdeh2 MMC-nin xx.xx.2016-cı il tarixli qiymətləndirmə rəyi və “XXX X12” MMC tərəfindən keçirilmiş Hərracın yekunları barədə 77/11 saylı protokol etibarsız hesab edilmiş və həmin protokol əsasında Banka verilmiş çıxarış ləğv edilmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında mülki iş materiallarında olan (iş/vər.73-76) “Express” Poçt Xidməti tərəfindən 30.12.16-cı il, 18.08.17-ci il, 31.08.17-ci il, 29.09.17-ci il, 13.10.17-ci il, 03.11.17-ci il tarixlərdə məhz iddiaçıya göndərilmiş bildirişlərdəki “Alıcı” qrafasındakı imzanın iddiaçı tərəfindən icra olunub-olunmaması sualı qoyulmuş, xx.xx.2019-cu il tarixli, 28159 s aylı ekspert rəyinə əsasən həmin imzalarən İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra edildiyi müəyyən olunmuşdur. İşə baxlarkən apelyasiya instansiyası məhkəməsinin sorğusu ilə Dadaşov Anar tərəfindən qaldırılmış “qiymətləndirmənin nəticələrinin ləğv edilməsi” barədə 2(005)1347/2018 saylı mülki iş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsindən tələb edilmiş, qeyd edilən mülki işdə mübahisəli evin real bazar dəyərinin xx xxx 2018-ci il tarixə 144.000 manat təşkil etməsi barədə “xxxxxxxxxxx” MMC tərəfindən verilmiş hesabatın; 78.000 manat müəyyən edilməsi barədə “xxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş hesabatın; 80.000 manat müəyyən edilməsi barədə “xxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş; 85.000 manat müəyyən edilməsi barədə “X9” MMC tərəfindən verilmiş hesabatın mövcud olduğu müəyyən edilmişdir. Məhkəmə Mülki Məcəllənin 416.1, 416.2-ci maddələrinə və “İpoteka haqqında” Qanunun 42.3, 46.1-ci maddələrinə istinadla qeyd etmişdir ki, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini (həm də müəyyən müddət daxilində göndərilməsini) müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış borcluya (ipoteka qoyana) müəyyən müddət verməklə, məhz onun özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır, başqa sözlə, ipoteka qoyana bir şans (üstünlük) verir. Hərracın təşkilatçısı tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl olunmaması (bildirişin göndərilməməsi və ya lazımi qaydada göndərilməməsi) ipoteka qoyanı qanunla ona verilmiş bu imkandan məhrum edərək, həmin normanı əhəmiyyətsiz edir. Birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən hallar yetərincə araşdırılmadan, işdə olan sübutlara düzgün hüquqi qiymət verilmədən əsassız olaraq iddia tələbi rədd edilmişdir. Beləliklə, apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hərrac nəticəsində 35062,50 manat məbləğinə Bank tərəfindən əldə olunmuş əmlakın hazırkı dəyəri barədə müxtəlif qiymətləndirmə rəylərinə əsasən kəskin fərq olduğundan, iddiaçıya hərracın keçirilməsi barədə lazımi qaydada məlumat verilmədiyindən, həmçinin ekspert rəyinə əsasən hərracın keçirilməsi barədə bildirişlərdəki imzanın iddiaçıya məxsus olmadığı müəyyən edildiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia təmin edilməlidir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izaha tları Cavabdeh Bank (Vəkil2) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi çıxarılarkən bir sıra maddi və prosessual hüquq normaları pozulmuşdur. Hazırki iş üzrə hərracın keçirilməsi barədə bildiriş lazımi qaydada göndərilmiş və ailənin digər “Dadaşov” soyadlı üzvləri tərəfindən qəbul olunmuşdur. Bu halda bildirişin ipoteka qoyanın rəsmi qeydiyyat ünvanında olan ailə üzvlərindən hər hansı birinə çatdırılması artıq həmin bildirişin ipoteka qoyana çatmış sayılması deməkdir. Bildirişlərin iddiaçıya çatdırılması, əmlakın açıq hərracda satılması və onun ilkin satış qiyməti ba rədə “Birja Yenilikləri” qəzetlərinin buraxılışlarında verilmiş elanlar hərracının “İpoteka haqqında” Qanunun tələblərinə tam riayət olunmaqla keçirildiyini təsdiq edir. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi rəylərdə əmlakın 2018-ci il tarixinə olan bazar qiyməti müəyyən edilmişdir, halbuki Cavabdeh2 MMC-nin hesabatı xx.xx.2016cı il tarixdə verilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında Bankın vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 kassasiya şikayətinin əsassız olduğunu bildirərək, onu n təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlərin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlmədikləri və bunun səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğ un olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh olan kassator apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün və mübahisənin predmeti bölünməz olduğundan həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir (maddə 415.2). Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər (maddə 416.1). Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan etibarsızlığına səbəb olur (maddə 416.2). müqavilənin “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu. İpoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yön əldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra-hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir (41.1, 41.2, 41.3 və 41.5). Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsd iq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir (maddə 42.1). Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar (maddə 42.5 və 42.6). Hərracın təşkilatçı, və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər (maddə 42.3). İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim gününd ən gec olmayaraq, təkrar hərrac keçirilir (maddə 43.4). İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir (maddə 43.8). İpoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma ə həmiyyətsizdir (maddə 46.1). “İcra haqqında” Azərbaycan Respublikasının qanunu. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır (maddə 53.2). İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir (maddə 62.1). Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir (maddə 62.2). “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu. Qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir (maddə 3). Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər (maddə 7). Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır (maddə 8). Azərbaycan Respublikası Rabitə Nazirliyinin xx xxx 2002-ci il tarixli, 120 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx xxxx 2002-ci il tarixdə 2856 nömrə ilə qeydiyyata alınmış “Poçt rabitəsi” Qaydalarına əsasən
95. Poçt göndərişləri poçt müəssisələrində və yaxud evlərə çatdırılmaqla verilir. Vətəndaşlara ünvanlanmış aşağıdakı poçt göndərişləri evlərə çatdırılır: - poçt kartları, sadə, sifarişli məktub və banderollar; - çadırılma haqqı ödənilməklə qəbul olunmuş və məbləği ******* manata qədər olan pul baratları, qiymətli məktub və banderollar. Vətəndaşların evlərinə ünvanlanan sadə məktublar, poçt vərəqələri, banderollar, xəbərnamələr və bağlamaların birinci bildirişləri ünvançıların poçt abunə qutularına salınır. Sifarişli məktublar, poçt vərəqələri, banderollar, xəbərnamələr (“Şəxsən verməli” qeydli məktub və poçt vərəqələri, “Məhkəmə çağırışları”, beynəlxalq sifarişli məktub və banderollar istisna olmaqla) teleqraf pul baratının teleqrafla xəbərnaməsi, alıcının yetkinlik yaşına çatmış ailə üzvünə və ya onun, ərizəsinə əsasən, ev (mənzil) qonşusuna verilə bilər və yaxud abunəçinin poçt qutusuna salına bilər. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin x xxxxxx 2016-cı il tarixli, 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi” Qaydaları 9.22. Fiziki şəxslərə ünvanlanmış sifarişli poçt göndərişləri, poçt göndərişlərinin çatdırılması haqqında sifarişli xəbərnamələr, qeydiyyatlı poçt göndərişlərinin, pul köçürmələrinin daxil olması haqqında təkrar bildirişlər (sifarişli poçt göndərişlərinin daxil olması haqqında təkrar bildirişlər istisna olmaqla) ünvan yerində və ya poçt obyektində ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmı ş ailə üzvünə, şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməklə verilir. 9.25. Fiziki şəxslərə ünvanlanmış “Məhkəmə bildirişi. Sifarişli xəbərnamə ilə” qeydli sifarişli məktublar ünvançıya şəxsən verilir. Ünvançı olmadıqda, poçt göndərişi onunla bir ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə, onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvançının yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Bu halda ünvançının əvəzinə məktubu alan şəxs sifarişli xəbərnamədə öz soyadını, adını, atasının adını, ünvançıya münasibətini və ya tutduğu vəzifəni göstərməlidir. 9.28. Xəbərnaməli poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Poçt göndərişini alan şəxs öz soyadını, ad ını, atasının adını və ünvançıya münasibətini göstərməklə xəbərnamədə imza edir. MPM Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərracın maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilməsi mümkün hesab edilmişdir. Nəzərə alı nmalıdır ki, hərracın keçirilməsi zamanı hərrac təşkilatçısı tərəfindən yol verilmiş istənilən formal pozuntu deyil, tərəflərdən birinin hüquq və mənafelərini pozan, ümumilikdə hərrac prosesinin düzgün keçirilməməsinə səbəb olan səhvlər hərracın etibarsızlığı üçün əsas ola bilər. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd olunması əsası kimi ilk növbədə hərracın yeri və vaxtı barədə iddiaçıya məlumat verilmədiyinə istinad etmiş və bunu bildirişin iddiaçı tərəfinən şəxsən qəbul edilmədiyi ilə əsaslandırmışdır. “İpoteka haqqında” Qanun hərrac barədə həm kütləvi informasiya vasitələrində elan dərc etdirməklə, həm də ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməklə məlumat verilməsi qaydasını müəyyən edir. Baxılan mübahisə üzrə hərrac barədə kütl əvi informasiya vasitələrində elan dərc edildiyi, habelə ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərildiyi, sonuncunun yaşadığı ünvanda qəbul edildiyi mübahisə olunmayan hallardır. Apelyasiya instansiyası məhkəməsi məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsasən imzanın iddiaçıya məxsus olmadığına istinad edərək, belə qənaətə gəlmişdir ki, bildirişlər iddiaçıya verilməmişdir. Halbuki qüvvədə olan normativ hüquqi aktlar bu cür bildirişlərin mütləq şəkildə bildirişdə adı qeyd olunan şəxsə verilməsini zəruri hesab etmir. Bildirişin ünvan sahibinin yetkinlik yaşına çatmış ailə üzvünə verilməsi də sənədin ünvançıya çatdırılması hesab olunur. Belə ki, “Poçt rabitəsi” Qaydalarının 95-ci, həmçinin “Poçt rabitəsi xidmətlərinin göstərilməsi” Qaydalarının 9.25-ci bəndlərinə gör ə sifarişli məktublar alıcının yetkinlik yaşına çatmış ailə üzvünə də verilə bilər və bu göndərilən bildirişin lazımi qaydada çatdırılması hesab olunur. Lakin apelyasiya instansiyası məhkəməsi qeyd olunan normativ hüquqi aktların tələblərinə zidd olaraq belə qənaətə gəlmişdir ki, hərrac barədə bildirişlər iddiaçı tərəfindən şəxsən qəbul edilmədiyi üçün, o, hərrac barədə məlumatsız olmuşdur. Apelyasiya instansiyası məhkəməsi iddianın təmin olunmasının digər əsası kimi işdə olan qiymətləndirmə rəyləri arasında kəskin fərqlərin olduğuna istinad etmişdir. İş üzrə iddiaçı tərəfindən əmlakın qiymətinə dair sübut təqdim edilməmiş və məhkəmə tərəfindən qiymətləndirmə keçirilməmişdir. Məhkəmə öz təşəbbüsü ilə başqa mülki iş üzrə mübahisəli əmlakın 2018-ci ilə bazar dəyəri barədə bir neçə rəyin surə tini hazırkı işə əlavə etməklə yuxarıda qeyd olunan qənaətə gəlmişdir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir (MPM-in 64.1, 79.1 və 97.1-ci maddələri). İş üzrə ekspert (mütəxəssis) rəyləri mülki iş üzrə əldə edilən sübutlar sırasında olmaqla, MPM-in 88-ci maddəsinə əsasən onların da məhkə mə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni zamanda işdə bir neçə rəy varsa, həmin rəylər arasında ziddiyyətlərin olması iddianın təmin və ya rədd olunması üçün birmənalı əsas kimi çıxış etməməlidir. Əksinə məhkəmənin vəzifəsi həmin rəylərə qiymət verərək, məhz hansı rəyin qanuni, inandırıcı və ağlabatan olduğunu müəyən etmək və MPM-in 103.2-ci maddəsinə əsasən bu halı qəbul etdiyi qətnamədə və ya qərardadda əsaslandırmaqdan ibarətdir. Buna baxmayaraq apelyasiya instansiyası məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməklə bağlı MPM-in 88-ci maddəsinin göstərişinə əməl etməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, baxılan iş üzrə iddiaçının tələblərindən biri də hərracın ye kunları barədə protokol əsasında Bankın adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi olmuşdur. İddaçı tələbində mübahisəli əmlaka dair Bankın adına dövlət reyestrdən çıxarışın hansı tarixdə və ya nömrə ilə verildiyini qeyd etməmiş, həqiqətən Bankın mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı barədə məhkəməyə sübut təqdim etməmişdir. Apelyasiya instansiyası məhkəməsi də bununla bağlı hər hansı araşdırma və ya əsaslandırma aparmadan iddianı həmin hissədə də təmin etmişdir. Halbuki MPM-in 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəl illərlə əsaslandıra bilməz. Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, “İpoteka haqqında” Qanun hərracın keçirilməsinə dair ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməsi qaydasını müəyyən edir, hərracda istənilən şəxsin, o cümlədən ipoteka qoyanın alıcı qismində iştirak edə bilməsini istisna etmir (maddə 42.1, 42.3). Eyni zamanda “İpoteka haqqında” Qanun ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına, yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər ipoteka qoyan tərəfindən ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam vermək hüququnu nəzərdə tutur (maddə 46.1). Nəzərə alınmalıdır ki, hər hansı şəxsin özü və üçüncü şəxs üçün götürülmüş kreditin təminatı qismində mülkiyətində olan əmlakı bank qarşısında ipoteka ilə etibarlı şəkildə yüklü etməsi yalnız şəxsin iradə ifadəsinin nəticəsi olan və notariat qaydada təsdiq olunmuş ipoteka müqaviləsi əsasında mümkündür. Bu baxımdan şəxsin qeyd olunan məqsədlə özünə məxsus əmlakı könüllü şəkildə ipoteka ilə yüklü etməsi birmənalı olaraq onun məhrumiyyətə məruz qalması kimi qiymətləndirilə bilməz. İpote ka predmetinə tutma yönəldilməsi prosedurunu müəyyən etməkdə qanunvericinin məqsədi mütləq qaydada ipoteka predmetinin satılmasını deyil, ipoteka saxlayan qarşısında götürülmüş və ipoteka ilə təmin edilmiş öhdəliyin icra olunmasını təmin etməkdir. Məhz bu baxımdan ipoteka qanunvericiliyi ipoteka predmetinin açıq hərracdan satılması zamanı ipoteka qoyanın məlumatlandırılması qaydasını və ipoteka predmeti satılanadək, yaxud ipoteka saxlayan tərəfindən əldə edilənədək əsas öhdəlik üzrə bütün tələbi ödəməklə ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam vermək hüququnu müəyyən edir. Nəzərə alınmalıdır ki, qanunverici tərəfindən iddiaçıya verilən bu hüquq ipoteka saxlayanın qanunla qorunan mənafelərinə zidd tətbiq edilməməli, ipoteka predmetinin təminatı kimi çıxış etdiyi kredi t borcunun qanunvericiliyin tələblərinə və ipoteka müqaviləsi bağlayarkən tərəflərin əldə etdikləri razılaşmaya uyğun ödənilməsinə süni maneə olmamalıdır. Lakin apellyasiya instansiyası məhkəməsi əmlakı ipoteka qoymaqla ipoteka qoyanın məhrumiyyətə məruz qalması, ipoteka predmetinin hərracdan satılması barədə ipoteka qoyana müəyyən müddət verməklə, onun özü tərəfindən əldə olunmasına şərait yaradılmasını ipoteka qoyan üçün üstünlük hesab etməklə 42.1,42.3 və 46.1-ci maddələrini düzgün təfsir etməmişdir. Ona görə də kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməli, iş yeni apelyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən MPM-in 9.3, 14.1, 88 və 103.2-ci maddələrinə riayət olunmaqla, maddi hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda g östərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh3 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-390/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.