Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4052/2021 24.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Məmmədzadə Elvin Şahin oğlunun katibliyi, Cavabdeh2 və vəkili X4 oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs "xxxx" ASC-yə qarşı «əsassız varlanma nəticəsində əldə edilmiş pulun tutulması» tələbinə dair ilk iddiası; Cavabdeh2 İddiaçı və "xxxx" ASC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2418/2021 nömrəli, 05 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli 2(006)8958/2017 saylı qətnaməsi ilə Cavabdeh1 130.000 ABŞ dolları alınıb İddiaçı verilməsi qət edilmişdir. Bundan sonra həmin borc Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti ev 18 mənzil 69-a yönəldilmişdir. Mənzilə yönəltmə zamanı məlum olmuşdur ki, Cavabdeh1 Para Bokt ASC-yə 17980 ABŞ dolları ödənilməmiş borcu var və ona görə mənzil ipoteka ilə yüklüdür. İddiaçı həmin borcu ödəmiş və mənz ili ipotekadan azad etmişdir. Daha sonra mənzil hərraca çıxarılmış, heç kim mənzili almamış və mənzil iddiaçıya təklif edilmiş, o isə pulu ödəyərək mənzili mülkiyətinə keçirmişdir. Bundan sonra Sonradan Cavabdeh1 atası Cavabdeh2 iddiası ilə həmin hərrac və onun nəticələri etibarsız edilmişdir. İddiaçı hazırkı mübahisəni başladaraq mənzili ipotekadan çıxarmaq üçün ödəmiş olduğu vəsaiti və bununla bağlı ona vurulmuş zərəri tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs "xxxx" ASC-yə qarşı «əsassız varlanma nəticəsində əldə edilmiş pulun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən əsassız varlanma nəticəsində əldə ed ilmiş 17.980 ABŞ dolları və həmin vaxtdan hal-hazıradək 17.980 ABŞ dollarından istifadə edə bilmədiyini, nəticədə əldən çıxmış fayda kimi 10.000 manat məbləğində pulun, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
3. İddia tələbi onunla əsalandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli 2(006)-8958/2017 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, Cavabdeh1 130.000 ABŞ dolları məbləğində pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. Sözügedən qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti ev 18 mənzil 69 icra mərhələsi ndə Hərrac Təşkilatının 285 nömrəli hərracın yekunları barədə protokola əsasən 123.200 manata tələbkar, yəni ona satılmışdır. Qeyd edilən hərracdan sonra müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti ev 18 mənzil 69 ipoteka müqaviləsi ilə "xxxx" ASCdə girovdadır və həmin dövrə Cavabdeh1 banka 17.980 ABŞ dolları məbləğində borcu vardır. Qeyd edilən borc məbləği onun tərəfindən 13 dekabr 2018-ci il tarixdə tam olaraq Cavabdeh1 əvəzinə ödənilmişdir. Xəzinə mədaxil orderini ərizəyə əlavə etmişdir. Daha sonra borclu Cavabdeh1 atası Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər «X1» MMC, Nəsimi rayon İcra və Probasiya Şöbəsi, maraqlı şəxs İddiaçı və "xxxx" ASC-yə qarşı hərracın, onun nəticəsi haqqında tərtib edilmiş protokolun, qiymətləndirmə rəyinin eti barsız hesab edilməsini Nəsimi rayon Məhkəməsindən xahiş etmişdir. Nəsimi rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi rədd edilmişdir. Qeyd edilən qətnamədən apellyasiya və kassasiya şikayətləri verilmiş və yekun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh2 iddiası qismən təmin edilmiş, hərracın nəticələri, o cümlədən hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi qət edilmişdir. Yuxarıda qeyd edilən məsələləri nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsassız olaraq varlanmış, hazırkı iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən əsassız varlanma nəticəsində əldə edilmiş 17.980 ABŞ dolları və həmin vaxtdan hal-hazıradək 17.980 ABŞ dollarından istifadə e də bilməməsi nəticəsində əldən çıxmış fayda kimi 10.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmalıdır.
4. Cavabdeh2 İddiaçı və "xxxx" ASC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və "xxxx" ASC-dən müştərək qaydada ona dəyən mənəvi ziyana görə 300.000 manat, maddi ziyana görə (vəkil qurumlarına və rüsuma görə) 540 manat, cəmi 300.540 manat alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Cavabdeh2 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 18 saylı evin 69 saylı mənzili Bərşadın xüsusi mülkiyyətində olmuş, Hərrac Təşkilatının 285 saylı protokoluna əsasən 123.200 manata on a satılmış, hərracdan sonra bəlli olmuşdur ki, mənzil ipoteka ilə yüklü olduğundan Bərşadın "xxxx" ASC-yə 17.980 ABŞ dolları borcu vardır. Borcu 13 dekabr 2018-ci il tarixdə Bərşad əvəzindən tam ödəmişdir. Daha sonra Bərşadın atası Sabir məhkəmədə iddia qaldıraraq hərrac və onun nəticələrinin, protokol və qiymətləndirmə rəyinin etibarsız hesab edilməsini tələb etmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsi iddianı rədd etsə də, Azərbaycan Respublikası Ali Məhkəməsi 27 yanvar 2020-ci il tarixli qərarı ilə iddianı qismən təmin edib, hərracın nəticələrini etibarsız hesab etmişdir. Hesab edir ki, cavabdehlər əsassız olaraq varlanmış, pul ödədiyi vaxtdan sonra bu puldan istifadə edə bilmədiyindən əldən çıxmış fayda kimi ona 10.000 manat verilməlidir. Cavabdehlər qanunsuz yollarla onun 300.000 manat dəyərində olan əmlakını ələ keçirməklə ona maddi və mənəvi ziyan vurmuşlar. Müştərək qaydada ona vurduqları ziyanı ödəməlidirlər. Belə ki, Şükürov X3 prospekti 18 saylı evin 69 saylı mənzilinin Bərşadın yox, onun olmasını, Bərşadın Almaniyada təhsil alması ilə bağlı kommersiya fəaliyyəti üçün ona yaxınlaşdığı vaxtdan bilir. Bərşad magistratura təhsili ilə bağlı Almaniyada yaşamış, bununla əlaqədar Bakıdan 3-4 nəfər həmyaşıdı, o cümlədən Vüqar ona müraciət edərək, kommersiya fəaliyyəti ilə məşğul olmuşlar. Bərşadla guya bir həftəliyə 130.000 ABŞ dolları nağd pul borcu almasına müqavilə yazdıraraq imzalatmış, Vüqar bundan istifadə edib mənzilin adına keçirmək üçün dərhal da məhkəməyə müraciət etmişdir. Bərşadla digər 2 nəfəri Xətai rayon Məhkəməsinə verib onlardan 180.000 ABŞ dolları tələb e tmiş, hər 3 iddia təmin edilmişdir. Bərşad isə hələ məhkəmədən əvvəl xaricə getmiş, bu gündə ölkə xaricindədir. Mənzili o, 1997-ci ildə baş etibarnamə ilə alanda oğlu Bərşadın 13 yaşı olub. Elə həmin vaxtdan mənzilə qeydiyyata düşüb ailəvi orada yaşayırlar. Etibarnamə onun adına olduğuna təbii ki, öz adına sənədləşdirə bilməzdi və bu səbəbdən, başqa bir şəxslə müqavilə yazılmalı olması gündəliyə gəldiyindən müqavilə yazılana kimi heç yerdə işləməmiş, 1 qəpik də olsun qazancı olmayan, 03 avqust 1985-ci il təvəllüdlü başqa sözlə yetkinlik yaşına çatmamış oğlu Bərşadın adına 2002-ci ildə rəsmiləşdirmişdir. Göründüyü kimi, mənzili ələ keçirmək üçün Vüqar yalançı müqavilə əldə etmiş, dərhal məhkəməyə müraciət etməklə iddianın təmin tədbiri kimi yekun məhkəmə qərarı çıxarılana kimi qərardadla mə nzilin üzərinə həbs qoyulmasına nail olmuşdur. Onun bu hərəkətləri və qətnamə icra edilərkən törətdiyi cinayət xarakterli aşağıda sadalayacağı hərəkətləri niyyətinin əmlakın ələ keçirilməsinə yönəldiyini bir daha təsdiq edir. Bərşad ölkə xaricində olduğundan borcla bağlı qətnamədən apellyasiya şikayəti verilməmişdir. Odur ki, qətnamə icraya yönəldilmişdir. İddiaçı dərhal icra məmuru Ramiz Quliyevlə «iş birliyinə» girib mənzilin hərracda satılmasına məhkəmə qərarı, qətnaməsi almadan və icra məmurunun özünün qərarı olmadan mənzil qiymətləndirilməyə təqdim edilmişdir. Mülki qanunvericiliyin tələbləri baxımından qiymətləndirmə ilə bağlı xərcləri əmlak sahibi ödəməlidir. Lakin niyyətinə çatmaq üçün bütün üsullardan istifadə edən İddiaçı ondan və oğlundan xəbərsiz Bərşadın adından 10 aprel 2018- ci il tarixdə 520 manat qiymətləndirmə üçün pul keçirib qiymətləndirməyə və mənzili dəyərindən 2 dəfə ucuz qiymətləndirilməsinə nail olmuşdur. "xxxx" MMC tərəfindən tərtib olunan 10 aprel 2018-ci il tarixli QR-1041 saylı qiymətləndirmə rəyində mənzilin dəyərinin 176.000 manat olması göstərilsə də, sonradan "xxxx" MMC mənzili qiymətləndirmiş, tərtib etdikləri 27 noyabr 2018-ci il tarixli 138 saylı rəyi də mənzilin bazar qiymətinin 300.000 manat olması aydın göstərilmişdir. Göründüyü kimi, iddiaçının məqsədli və məkrli hərəkətləri təkzib olunmaz sənədlərlə təsdiq olunur. Belə əməl törətmiş şəxs arqumentsiz və məntiqsiz olan iddia tələbində bu faktın üstündən sükutla keçmiş, günahını bildiyindən 520 manatı tələb belə etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci i l tarixli 89 saylı qərarı ilə təsdiq edilmiş «fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı»nın 1-ci bəndinə əsasən borclu və onun ailəsinin birgə yaşadığı mənzilə tələbin yönəldilməsinə yol verilmədiyi halda icra məmuru ilə «iş birliyində» olan iddiaçı gizlin şəkildə mənzili dəyərindən 2 dəfə ucuz qiymətlənməsinə nail olduqdan sonra hərraca belə çıxartmışlar. Halbuki, bundan əlavə mənzil "xxxx" ASC-də ipoteka ilə yüklü olduğunda hərraca çıxarıla bilməzdi. Mənzili ələ keçirmək hərisliyi o qədər güclü olub ki, belə faktları da özlərinə maneə hesab etməmişlər. Hərracın keçirilmə qaydaları da kobud surətdə pozulmuşdur. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 51- 53-cü maddələrinin tələbləri nümayişkara nə pozulmuş, internetdə və dövlət qəzetində evin parametrləri, təmiri barədə məlumat verilməmiş, 4 yalançı hərrac keçirilib süni surətdə mənzilin ucuzlaşdırılmışdır. İcra məmurunun göndərdiyi sənədə görə yalnız bir dəfə hərrac keçirilə bilər. Həm də əvvəlcə qiymət barədə razılıq əldə olunmamasına tələbkarla borclunun imzaladığı sənəd olandan sonra mənzil hərraca çıxarıla bilərdi. Satılmasa və tələbkar götürməsə idi sənədlər geri qaytarılmalı idi. İcra qanununda mənzilin ucuzlaşdırılması nəzərdə tutulmamışdır. Hətta tutulsa idi və ipoteka şərtləri tətbiq edilsə idi belə 4 dəfə yalançı hərrac keçirilməsi yolverilməz idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına və «İpoteka haqqında» Qanunun 42-ci maddəsinə əsasən 2 dəfədən artıq hərrac keçirilə bilməzdi. Hərrac 4 dəfə formal keçirilib və 300.000 manatlıq ev 123.000 manata endirilmiş və bu yolla tələbkar ucuz qiymətə maraqlı şəxslərdən xəlvət əldə etmişdir. İddiaçı bütün bu hərəkətlərin təşəbbüsçüsü və fəal iştirakçısı olmuşdur. Həm də əməllərinin cinayət xarakterli olmasını bilmiş, məqsədli şəkildə hərəkət etmişlər. Nəsimi rayon İcra və Probasiya Xidməti 21 fevral 2018-ci il tarixli müraciətlə "xxxx" MMC-yə sənədləri göndərmişdir. Mərkəz tərəfindən mənzil 176.000 manata qiymətləndirilib 10 aprel 2018-ci il tarixli rəy tərtib olunmuş, apardıqları sənədləşməyə görə 27 iyul 2018-ci il tarixdə tərəflərə hərrac keçirilməsinə 03/83 saylı bildiriş göndərilmiş, 28 iyul 2018-ci il tarixdə Kaspi qəzetində ilk elan verilmişdir. Əməllərinin qanunsuz olduğunu bildiklərindən iddiaçı V üqar Tbilisi şəhərinə gedib orada Bərşadı tapmış, onu qorxudaraq 01 avqust 2018-ci il tarixə Tbilisi şəhəri A.Kazbeki prospekti 14 saylı evin 16 saylı ünvanda yerləşən mənzili olduğundan yalançı razılıq ərizəsi alıb gətirərək icraçıya təqdim etmiş, bununla da cinayət xarakterli əməllərini ört-basdır etməyə uğursuz cəhd etmişlər. Onlar Tbilisidən böyük çətinliklə sənəd əldə etmişlər ki, A.Kazbeki prospekti 14 saylı evin 16 saylı mənzili son 20 ildə Avtandil Qiqiberiyanındır. Bu gündə onundur. Mülk son 20 ildə özgəninkiləşdirilməmişdir. Göründüyü kimi, icra məmuru ilə «iş birliyində» olan iddiaçının mənzilini ələ keçirmək üçün qanunsuz əməlləri sərhəd tanımamışdır. İddiaçının qanunsuz hərəkətləri bütün yuxarıda sadalanan faktlarla məhdudlaşmır. Belə ki, o, uzun yazışma, get-gəldən və çəkişmə dən sonra icra məmurundan sənədlərin surətini almış və ədalətsizliyə son verilməsi üçün «X1» MMC-nin keçirdiyi hərracın, onun nəticələri haqqında tərtib edilmiş 25 oktyabr 2018-ci il tarixli 285 saylı protokolun və onun nəticələrinin, 10 aprel 2018-ci il tarixli QR-1041 saylı qiymətləndirmə rəyinin və eləcə də, həmin mənzilə İddiaçı adına DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində aparılmış qeydiyyat və verilmiş çıxarışın etibarsız hesab edilməsi və tələbin yönəldilməsinə yol verilmədiyindən həmin mənzilin siyahıdan çıxarılmasına dair qətnamə qəbul edilməsinə dair iddia qaldırmışdır. İddia ərizəsi və əlavə edilmiş sənədlər 29 noyabr 2018-ci il tarixdə dəftərxanaya təhvil verilmişdir. Bundan xəbər tutan iddiaçı bu dəfə mənzili ələ keçirmək üçün davamlı hərəkətlərini təkrarlayaraq 13 dekabr 2018- ci il tarixdə "xxxx" ASC-nin yardımından yaralanmaq üçün müraciət edərək, bu qurumla da icra məmuru kimi «iş birliyində» olmuş, bu tarixə Bərşadın "xxxx" ASCyə 17.980 ABŞ dollarından əlavə 34.001 ABŞ dolları 93 sent dəbbə pulu, 741 ABŞ dolları 74 sent faiz borcu olduğu halda, onlardan xəbərsiz yalnız 17.980 ABŞ dolları ödəyib, borcun qalmamasına, yüklülüyün götürülməsinə dair Ərazi İdarəsinə məktub verilməsinə nail olmuş, nəticə etibarı ilə 26 dekabr 2018-ci il tarixdə ********** nömrə ilə qeyd edilmiş çıxarış almışdır. "xxxx" ASC Bərşad və onunla bağladığı müqavilə şərtlərini pozmuş, qanunsuz sənədlə mülkünün ələ keçirilməsinə yaşıl işıq yandırmışdır. Bankın deməsinə görə icra məmuru Ramiz Quliyev və Vüqar onları aldatmış, həmin iddia məhkəməyə təqdim ediləndən 15 gün sonra yəni 13 deka br tarixdə ön tarixə yazılmış məktubla banka gəlib rəhbərliyi aldadaraq inandırmışdır ki, narazılıq və qanun pozğunluğu yoxdur. Halbuki, işdəki sənədlərlə təsdiq olunur ki, "xxxx" ASC-dən Bərşadın götürdüyü 30.000 ABŞ dolları kreditin faizlərindən əlavə əsas borcunun 12.020 ABŞ dollarını mənzilin əldən çıxmaması naminə müqaviləyə əsasən onun özü ödəmişdir. Bundan sonra iddiaçı onun və ailə üzvlərinin mənzildən çıxarılmalarına, mənzili boşaltmalarına dair yeni iddia qaldırmış, bu iddia o, qaldırdığı iddiaya nəticə verilənə kimi dayandırılmışdır. Göründüyü kimi hazırkı iddia üzrə cavabdehlərin qanunsuz hərəkətləri 300.000 manat dəyərində əmlakının Vüqarın mülkiyyətinə keçməsi ilə nəticələnmişdir. Bütün bu hərəkətlərindən sonra iddiaçının onu əsassız varlanmaqda ittiham etməsi gülünc görünür. Göründüyü kimi, cavabdehlər qanunsuz əməlləri ilə 300.000 dəyərində əmlakı əlindən alıb, bu yaşında onu bomj kimi küçədə yaşamağa təhrik edilməsi üçün hər vasitədən istifadə edib. Cavabdehlərin sənədlərinin qanunun tələbləri səviyyəsində tərtib edilməməsi, mənzilini ələ keçirmək üçün qanunsuz üsullardan istifadə etmələri, onu əsassız məhkəmə çəkişmələrinə cəlb etmələri, müxtəlif təşkilatların qapısını döyməyə məcbur edilməsi, bütün bunların əsəblərini tarıma çəkməsi, get-gələ salınması, 2 il götürqoy edib bu işin nə ilə nəticələnəcəyi düşünməsi, halal pulunu verib mənzil aldığı halda məhkəmə çəkişmələrinə cəlb edilməsi, pulunun dəyərdən düşməsi, mənzilsiz qalmasının, 300.000 ziyana düşəcəyinin gündəmə gəlməsi mənəvi sarsıntı keçirməsi ilə nəticələnmiş, ona mənəvi ziyan dəymişdir. Hesab ed ir ki, cavabdehlər mənəvi ziyana görə ona elə ziyan vurmağa cəhd etdikləri 300.000 manat ödəməlidirlər. Qanun maddi zərərlə yanaşı mənəvi zərərin də mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Qanunvericiliyin tələblərindən göründüyü kimi, onlara dəymiş maddi və mənəvi ziyanlara görə hüquqa zidd hərəkətə yol vermiş cavabdehlər məsuliyyət daşıyır. O, cavabdehlərin qanunsuz hərəkətlərindən müdafiə olunmaq üçün məcbur olub 12 saylı vəkil bürosu ilə 12 noyabr 2018-ci il tarixdə 1268 saylı müqavilə bağlayıb 200 manat, 22 iyul 2019-cu il tarixdə ******* saylı müqavilə bağlayıb, daha 200 manat, 3 saylı vəkil bürosu ilə 2019-cu ilin iyul ayında müqavilə bağlayıb 295166 saylı qəbzlə 110 manat hüquqi xidmətə pul ödəmişdir. 30 manat da hazırkı iddiaya görə rüsum ödəmişdir. Beləliklə, bu 540 manat da cavabdehlərdən müştərək qaydada tələb edilməlidir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3625/2020 saylı, 23.11.2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən: Ceyhun Tağıyev) ilkin iddia tələbi və qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir.
7. Məhkəmə iddia tələblərini rədd edərkən Azərbaycan Respublikası MPM-nin 77.1, 14.2. maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarı; «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə uyğun əsaslandırmışdır.
8. Məhkəmənin mövqeyi belə ol muşdur ki, tərəflər öz tələb və etirazlarının əsası kimi istinad etdikləri halları sübuta yetirə bilməmilər.
9. İddiaçı və Cavabdeh2 tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apelyasiya Məhkəməsi MK-nın 05 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər (sərlik edən və məruzəçi) A.Tanrıverdiyev, S.Səmədov və İ.Şirinov) ilkin iddia üzrə İddiaçı və ilkin iddia üzrə Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3625/2020 saylı, 23.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
12. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı və Cavabdeh2 kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Cavabdeh2 kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçı kasasiya şikayəti onunla əsaslandırılmışır ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Həmçinin borc məbləğini yəni 17.980 ABŞ dollarını İddiaçı 13 dekabr 2018-ci il tarixdə tam olaraq ödəmişdir. Bakı Apelyasiya Məhkəməsi isə 05.03. 2021-ci il tarixli, 2(103)-2418/2021 saylı qətnaməsində qeyd etmişdir ki, 17.980 ABŞ dollannda məbləğ "xxxx" ASC-yə Cavabdeh1 tərəfindən ödənilmişdir. 17.980 ABŞ dollarında məbləğin İddiaçı tərəfindən ödənilməsi barədə qəbzi ərizəyə əlavə etdikləri halda məsələyə məhkəmə tərəfindən bu cür qiymət verilməsi, əsassız olaraq iddiasının rədd edilməsi iş üzrə halların kifayət qədər dəqiqliklə araşdırılmaması və təhlil olunmamasından irəli gəlir. Əlavə olaraq qeyd edilmişdir ki, şikayətin təmin edilməməsi ilə bağlı Bakı Apelyasiya Məhkəməsi tərəfindən başqa əsas gətirilməmişdir.
16. Cavabdeh Cavabdeh2 kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işi ətraflı araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etiraz ın dəlilləri
17. Etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Cavabdeh2 və vəkili X4 oğlu kassasiya şikayətini müdafiə edərək təmin olunmasını, qarşı tərəfin şikayətinin təmin olunmamasını xahiş etmişdir.
19. İddiaçı və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
20. Maddə. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəz ərdə tutulmasın.
21. Maddə. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
22. Maddə. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
23. Maddə. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
24. Maddə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araş dırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə
156. Hakim qarşılıqlı iddianı qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə icraata qəbul edir.
29. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
30. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələ rək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası aşağıda qeyd olunan əsaslarla apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.
34. Əvvəla, məhkəmələr Azərbaycan Respublikası MPM-nin 218.3. maddəsinin tələblərini pozaraq iddiaçının verdiyi tələb üzrə qətnamə çıxarmamışdır. Mülki işin 134-cü səhifəsində ilk iddiaçının Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə istinad etməklə tərtib etdiyi ərizəsi var. Həmin ərizə ilə iddiaçı iddia tələbini dəyişərək Tələbini Cavabdeh1 qarşı yö nəltmişdir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, məhkəmə həmin ərizənin rəsmi olaraq daxil olmasına baxmayaraq onu müzakirə etməmiş, həmin iddiaya baxmamışdır. İlk iddiaçının apelyasia şikayətinin dəlillərindən biri də məhz elə həmin ərizə ilə bağlı olmuşdur.
35. İşə baxan Apelyasiya Məhkəməsi qətnaməsində (səhifə 193) ilk iddiaçının həmin dəlilini ətraflı şərh etmiş olsa da, özü də qətnaməsində həmin iddiaya baxılmalı olub-olmaması, bunun prosessual pozuntu olub-olmaması ilə bağlı heç bir dəyərləndirmə aparmadan yekun qərar qəbul etmişdir.
36. Bundan başqa, məhkəmələr Cavabdeh2 ilk iddiaya qarşı verdiyi hazırkı qarşılıqlı iddiasının hansı əsasla icraata qəbul edilməsini əsaslandırmadan həmin tələblərə bir icraatda baxmaqla MPM-nin 156-cı maddəs inin tələblərini pozmuşlar.
37. Qeyd olunan normada qarşılıqlı iddianın verilməsi əsasları sadalanmışdır. Bunlar; qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə.
38. Cavabdehin qarşılıqlı iddiasının qeyd olunan normada nəzərdə tutulan dispozisiya şərtlərinə uyğun olması təsdiq olunmur. Beləki, ilk iddiaçı qarşılıqlı iddiaçının oğluna qarşı əsassız varlanma nəticəsində əldə etdiklərini və vurulmuş zərəri tələb edir, cavabdeh isə tərəflər arasında başqa mülki iş üzrə baş verənlərə əsaslanaraq vurulmuş zərəri tələb edir. Qarşılıqlı idd ianın ilk iddia ilə qarşılıqlı əlaqəsi yoxdur. Məhkəmələr bu hala diqqət yetirmədən, qarşılıqlı iddianın qəbul edilməsini müzakirə etmədən onu icraata qəbul edərək baxmışlar. Hansıki, MPM-nin 156.2. maddəsinə əsasən qarşılıqlı iddianın qəbul edilməsi məsələsinə zəruri hallarda və yaxud iddia verən şəxsin vəsatəti üzrə iddianı verən şəxsin və yaxud işdə iştirak edən şəxslərin iştirakı ilə baxıla bilər.
39. Yuxarıda qeyd olunan hər iki prosessual pozuntu Apelyasiya Məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır.
40. İşə yenidən baxacaq Apelyasiya Məhkəməsi ilk iddiaçının hansı tələbinə baxıldığını aydınlaşdırmalı (iddia tələbinin dəyişdirilməsi barədə ərizəni nəzərə alaraq), hazırkı qarşılıqlı iddiaya ilk iddia ilə birlikdə baxılmalı olub-olmaması ilə bağlı dəyərləndirmə aparmalı və bu nun nəticəsindən asılı olaraq iddia tələbinə hüquqi qiymət verilməlidir.
41. Bundan başqa, məhkəmə kollegiyası ilk iddianın rədd edilməsi ilə bağlı 1-ci instansiya məhkəməsinin əsaslanması ilə razılaşmır. Sübutetmə ilə bağlı prosessual qanunvericiliyin tələbləri baxımından ilk iddiaçının Cavabdeh1 borcunun əvəzi olaraq banka 17.980 ABŞ dollar borcunu ödəməsi işin mübahisəsiz halı kimi qəbul edilməli idi. Çünki qarşı tərəf bu halı mübahisələndirməmiş, əksinə qarşılıqlı iddia tələbində, eləcə də qətnamədən apelyasiya şikayəti verəndə bu halı təsdiq etmişdir. Tərəflər arasında əvvəlki məhkəmə mübahisəsi ilə bağlı işdə də həmin halın işin mübahisəsiz halı kimi qəbul edilməsi istisnasızdır.
42. Buna baxmayaraq işə baxan Apelyasiya Məhkəməsi həmin instansiyaya qədər tərəflər arasında mövcud olmu ş məhkəmə mübahisələrində heç vaxt səsləndirilməyən dəlilə istinad eldərək (17.980 ABŞ dolları məbləğində borcu Cavabdeh1 əvəzindən İddiaçı ödəməsi ödəniş qəbzində təsdiq olunmur) apelyasiya şikayətini rədd etmişdir.
43. Eyni zamanda nəzərə almaq lazımdır ki, işin həmin faktiki halı Cavabdeh2 ilk iddiaçıya qarşı hərracın nəticələrinin etibarsız hesab olunması tələbinə dair işdə məhkəmənin müəyyən etdiyi hallardan olması istisna deyil. Ona görə Apelyasiya Məhkəməsi qarşı tərəfin səsləndirmədiyi dəlilə istinad etmək əvəzinə, əvvəlki məhkəmə qərarları ilə müəyyən edilmiş hallara istinadı (baxış keçirməklə) daha mötəbər hesab oluna bilərdi.
44. Yuxarıda şərh edilənlər belə qənaətə gəlməyə əsas verir ki, Apelyasiya Məhkəməsi mübahisənin həllində maddi və prosessual hüquq normalarını düzgün tətb iq etməmişdir ki, buda qətnamənin ləğv olunması üçün əsasdır.
45. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 418, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı və Cavabdeh2 kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2418/2021 nömrəli, 05 mart 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.