Məhkəmə qərarları › İş №2(102)-4053/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-4053/2025

04.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4053/2025 04.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən, ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 9 oktyabr 2025-ci il tarixli 2(104)-1451/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2022-ci il tarixli ***** **** nömrəli köçürmə sənədinin surətinə əsasən, İddiaçı “Qızıl Tac” (Zolotaya Karona) bank vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Cavabdeh 250 min rus rublu, yəni həmin vaxt olan məzənnə ilə 6988 manat pul göndərmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6988 manat pul vəsaitinin və 90 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh bacısı oğlu Cavabdeh “Qızıl Tac” (Zolotaya Karona) bank vasitəsi ilə xx.xx.2022-ci il tarixdə 250 min rus rublu, yəni həmin vaxt olan məzənnə ilə 6988 manat pul göndərmişdir. "xxxx" ASC vasitəsi ilə Azərbaycan manatı ilə cavabdeh pulu alm ışdır. İddiaçı dəfələrlə pullarını tələb etsə də cavabdeh hər dəfə bəhanələr gətirərək verməmişdir. Odur ki, İddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh 6988 manat pulun və 90 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh nümayəndəsi Nümayəndə2 qızı məhkəmə iclası zamanı göstərmişdir ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmuş, lakin o, məhkəmə iclasına gələ bilməmiş, ona etibarnamə verərək onu məhkəmə iclaslarında təmsil etməyi həvalə etmişdir. İddiaçı qardaşıdır. Onunla heç bir ədavəti olmamış, əvvəllər münasibəti yaxşı olmuş, lakin valideynlərindən miras qalmış evlə bağlı aralarında münasibətləri pozulmuşdur. İddiaçı özünə ev almaq məqsədi ilə onun adına bank va sitəsi ilə pul göndərmək istəmiş, lakin o, xəstə olduğu üçün pulu oğlu Cavabdeh almışdır. Bundan sonra Seymur iddiaçıya pulu götürməsi ilə bağlı məlumat vermiş, iddiaçı Seymura pulu ona verməsini bildirmişdir. Oğlu Seymur pulu gətirib ona vermişdir. Bundan sonra həmin pulu İddiaçı qaytarmışdır. Bundan sonra İddiaçı özünə ev almışdır. Hazırda İddiaçı əsassız olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı onun borclu olduğu 6988 manat pul vəsaitinin və 90 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir.

5. Tərtər Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli 2(061)-454/2025 nömrəli qətnaməsi ilə (hakim K.Rzayev) iddianın təmin edilməsi, Cavabdeh 6988 manat və ödənilmiş 90 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin müəyyən olunmuş hallarına görə iddiaçı tərəf xx.xx.2022-ci il tarixli “Qızıl Tac” (Zolotaya Karona) bank vasitəsi ilə cavabdehə aralarında olan razılaşmaya əsasən 250000 rus rublu, həmin vaxt Azərbaycan manatı məzənnəsi ilə 6988 manat pul göndərmiş, cavabdeh tərəf həmin pulu iddiaçı tərəfə qaytarmamışdır. Bununla da onların arasında faktik olaraq bağlanmış şifahi borc müqaviləsi üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Qeyd olunanlardan belə nəticəyə gəlmək olur ki, iddia olunan 6988 manat cavabdeh tərəfindən hər hansı hüquqi və müqavilə əsası olmadan əldə edilmişdir ki, bununla da sonuncu İddiaçı hesabına əsassız olaraq varlanmışdır. Mə hkəmə hesab etmişdir ki, hazırkı vəziyyətdə cavabdehin heç bir hüquqi əsas olmadan əldə etdiyi pul vəsaitini iddiaçıya qaytarmaq öhdəliyi yaranmışdır.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 739.1, 739.2, 740, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 78.1, 88, 119.1, 217.1-217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Cavabdehin nümayəndəsi Nümayəndə2 qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin əs assız varlanma faktını təsdiq edərkən, onun tərəfindən izah olunan pulun İddiaçı qaytarılması faktını hər hansı bir sənədlə təsdiq olunmadığı səbəbilə rədd etməsi işin faktiki hallarının hərtərəfli qiymətləndirilməməsidir. Əgər pul həqiqətən geri qaytarılmışdırsa o zaman onun tərəfindən heç bir əsassız varlanma baş verməmişdir və bu maddənin tətbiqi üçün hüquqi əsas yoxdur. Məhkəmənin bu maddəni tətbiq etməsi, qaytarılma iddiasını yetərincə araşdırmaması və bu iddianın sübut olunmamış olduğunu əsassız qəbul etməsindən irəli gəlir. Məhkəmə öz qətnaməsi ilə işin əhəmiyyətli hissələrini təşkil edən şifahi izahatları və ailə münasibətlərini nəzərə almadan, yalnız formal bir sənədə (pul köçürməsi) istinad edərək qərar çıxarmışdır. Bu da qətnamənin əsaslılığını şübhə altına alır. Eyni zamanda, ə gər pul həqiqətən qaytarılmışdırsa, lakin bu fakt məhkəmə tərəfindən qəbul edilmirsə bu, ədalət prinsipinin pozulmasına gətirib çıxarır. Məhkəmənin bu qərarı nəticəsində ədalətsiz bir vəziyyət yaranmışdır ki, bu da məhkəmə qərarının ədalətli olması prinsipini pozur. Tərtər Rayon Məhkəməsi iş üzrə sübutların qiymətləndirilməsində də qeyri-obyektivliyə və qərəzliliyə yol verərək onları iddiaçının mənafeyi baxımından qiymətləndirmişdir. Belə ki, pul köçürmənin mahiyyətini yanlış şərh etmişdir. Məhkəmə onun adına pul köçürülməsi faktını tamamilə borc münasibəti kimi qiymətləndirmişdir. Lakin, məhkəmə iclasında nümayəndəsi Nümayəndə2 qızının izahatında bəyan edilmişdir ki, İddiaçı özünə ev almaq məqsədi ilə pulu onun anası, yəni Azərin bacısı Nümayəndə2 göndərmək istəmişdir. Onun anası xəstə ol duğu üçün pulu o, yəni oğlu Cavabdeh almışdır. Bu, onun pulu yalnız bir vasitəçi olaraq aldığına və məqsədin İddiaçı özünə ev alması olduğuna dəlalət edir. Pul onun tərəfindən alınandan sonra dərhal anasına verilmiş, anası da həmin pulu İddiaçı qaytarmışdır. Bu pulun İddiaçı çatmasının təsdiqi olaraq qeyd etmək istəyir ki, az bir müddətdən sonra, yəni xx.xx.2022-ci il tarixdə 4Ə-847 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən o, öz adına ev almış və evi 21042 manata sənədləşdirmişdir. Bu fakt pulun qaytarılmasını və onun ilkin təyinatı üzrə istifadə olunmasını bir daha təsdiq edir. Bu faktı sübut edəcək sənədlər əlavə olunur. İddiaçı sonradan özünə ev alması da bu pulun geri qaytarılması barədəki iddialarını təsdiq edən vacib bir faktordur. Məhkəmə bu əsaslandırıcı faktı lazımınca araşd ırmamışdır.

10. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 9 oktyabr 2025-ci il tarixli 2(104)-1451/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Tərtər Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli 2(061)-454/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə).

11. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* nömrəli köçürmə sənədinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı “Qızıl Tac” (Zolotaya Karona) bank vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Cavabdeh 250 min rus rublu, yəni həmin vaxt olan məzənnə ilə 6988 manat pul göndərmişdir. Bu hal cavabdeh tərəfin də verdiyi izahatlarla təsdiq olunduğundan işin m übahisəsiz halıdır. Lakin cavabdeh tərəf əlavə olaraq qeyd edir ki, qeyd olunan pul məbləği daha sonra anası Kəmalə Səfərova tərəfindən iddiaçıya geri qaytarılmışdır.

12. Belə ki, iş materialarından görünür ki, iddiaçı tərəf iddia tələbində göstərilən pulu cavabdehə verməsini təsdiq edəcək sübutu məhkəməyə təqdim etmişdir. Lakin cavabdeh tərəf qeyd olunan məbləğdə pulun iddiaçıya qaytarılmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi cavabdeh tərəf istinad etdiyi halları sübut edə bilməmişdir.

13. Mülki Məcəllənin tələblərinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (m addə 1092.1.). Odur ki, qeyd edilən maddi hüquq normalarının tələblərindən işin müəyyən edilmiş halına yanaşdıqda müəyyən edilir ki, iş üzrə iddiaçı cavabdehə vermiş olduğu pulun ona geri ödənilməsini tələb etməkdə haqlıdır. Müzakirə edilən bu tələb əsaslıdır. Birinci instansiya məhkəməsi bu tələbi təmin etməkdə iş üzrə düzgün və işin hallarına uyğun nəticəyə gəlmişdir.

14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, yuxarıda artıq qeyd edildiyi kimi, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM; maddələr 14.2 və 71.1.).

15. Göstərilənlərə ə sasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş halları üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir.

16. Beləliklə, kollegiya hesab etmişdir ki, qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

17. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7, 1091.2, 1092.1,1095-ci, Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 14.2, 76.1, 77.1, 88, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(104)-1451/2025 saylı qətnaməsinin ləğv edilməsinə və işin yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qəbul edilmiş qətnamə qanuna zidd olaraq qəbul edilmişdir. Əgər məhkəmə qətnamə qəbul edərkən sübutlara əsaslanmış olsa idi, maddi hüquq normasına uyğun qətnamə qəbul edərdi.

20. Məhkəmə həqiqəti araşdırmadığına görə hüquq və azadlıqların məhkəmədə müdafiəsi təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsi işə ədalətlə, faktlara və qanuna əsasən baxmamaqla maddi hüquq normasını düzgün tətbiq etməmişdir.

21. Məhkəmə qətnamədə heç bir izahata qiymət verməmiş, izahatları şərh etməmiş, təqdim edilən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış və həmin sübutlar əsasında hüquq normalarına müvafiq qiymət verməyərək prosessual hüquq normasını düzgün tətbiq etməmişdir. Məlumatları məhkəmə Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etməmişdir. İşin düzgün həlli üçün işdə iştirak edən şəxslərin izahatlarına düzgün qiymət verilməmişdir. Bununla da prosessual hüquq norması pozulmuşdur.

22. Birinci və İkinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qanuna zidd olaraq qəbul edilmişdir. Belə ki, işə baxan hakimlər düzgün araşdırma aparmadan qanunsuz qərarlar qəbul ediblər.Birinci və ikinci instansiya məhkəməsində etiraz olaraq bildirmişdi ki, məhkəmənin əsassız varlanma faktını təsdiq edərkən, onun tərəfimdən izah olunan pulun İddiaçı qayt arılması barədə bildirdiyi faktın hər hansı bir sənədlə təsdiqlənmədiyi səbəbi ilə rədd edilməsi, işin faktiki hallarının tam və hərtərəfli araşdırılmaması deməkdir. Əgər pul həqiqətən də geri qaytarılmışdırsa, o zaman onun tərəfimdən heç bir əsassız varlanma baş verməmişdir və həmin maddənin tətbiqi üçün hüquqi əsas mövcud deyildir. Məhkəmənin bu maddəni tətbiq etməsi, qaytarılma faktını lazımi qaydada araşdırmaması və onu sübut olunmamış hesab etməsi əsassızdır. Məhkəmə qəbul etdiyi qətnamədə işin əhəmiyyətli hissəsini təşkil edən şifahi izahatları, ailə münasibətlərini və real həyat şəraitini nəzərə almadan yalnız formal bir sənədə — pul köçürməsinə əsaslanmışdır. Bu isə qətnamənin əsaslılığına ciddi şübhə yaradır. Əgər pul faktiki olaraq qaytarılmışdırsa, lakin məhkəmə bu faktı nəzər ə almırsa, bu artıq ədalət prinsipinin pozulması deməkdir. Nəticədə ədalətsiz vəziyyət yaranmışdır ki, bu da məhkəmədən gözlənilən obyektivlik və ədalətlilik prinsipinə uyğun deyildir. Tərtər Rayon Məhkəməsi və Gəncə Apelyasiya Məhkəməsi sübutların qiymətləndirilməsi zamanı obyektivlik və qərəzsizlik prinsiplərini pozaraq onları yalnız iddiaçının maraqları prizmasından qiymətləndirmişdir. Belə ki, pul köçürməsinin mahiyyəti yanlış şərh edilmişdir. Məhkəmə həmin köçürməni tam şəkildə borc münasibəti kimi qiymətləndirmişdir. Halbuki, məhkəmə iclasında nümayəndəsi X2 izahatında aydın şəkildə bildirildi ki, İddiaçı özünə ev almaq məqsədi ilə həmin pulu onun anası – Azərin bacısı Nümayəndə2 göndərmək istəmişdir. Anası xəstə olduğu üçün pulu o qəbul etmişdir. Bu isə göstərir ki, bu pulu yalnız v asitəçi olaraq almışdır və həmin vəsaitin təyinatı İddiaçı özünə məxsus olmuşdur. Pul onun tərəfindən alındıqdan dərhal sonra anasının vasitəsilə İddiaçı qaytarılmışdır. Bu məbləğin İddiaçı çatmasını təsdiq edən əsas faktlardan biri də budur ki, qısa müddət sonra – yəni xx.xx.2022-ci il tarixdə o, 4Ə-847 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən öz adına ev almış və həmin evi 21.042 (iyirmi bir min qırx iki) manat məbləğində rəsmiləşdirmişdir. Bu fakt pulun geri qaytarıldığını və ilkin təyinatı üzrə – İddiaçı ev alması üçün istifadə edildiyini açıq şəkildə göstərir. Bu faktı təsdiq edən aidiyyəti sənədlər də işə əlavə olunmuşdur. İddiaçı sonradan öz adına ev alması, onun pulun qaytarılması ilə bağlı izahatlarını tam şəkildə təsdiqləyən mühüm sübutdur. Məhkəmə isə bu əsaslı faktı lazım ınca araşdırmamışdır. İddiaçılara heç bir borclarının olmamasını məhkəmə iclasları zamanı bildirsələr də hakimlər yalan məlumat verən iddiaçılara inanmış və onların xeyrinə qərar qəbul etmişdir.

23. Kassasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasının 60, 127, 129, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1, Azərbaycan Respublikasının MPMin 76.1, 77.1, 88, 106.1-ci maddələrinə istinad edilməklə əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

26. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 27. 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 28. 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübu tlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

34. Qanunun tələb inə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münas ibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəf iddia tələbində göstərilən pulu cavabdehə verməsini təsdiq edəcək sübutu məhkəməyə təqdim etmişdir. Lakin cavabdeh tərəf qeyd olunan məbləğdə pulun iddiaçıya qaytarılmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi cavabdeh tərəf istinad etdiyi halları sübut edə bilməmişdir. Mülki Məcəllənin tələblərinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.). Odur ki, qeyd edilən maddi hüquq normalarının tələblərindən işin müəyyən edilmiş halına yanaşdıqda müəyyən edilir ki, iş üzrə iddiaçı cavabdehə vermiş olduğu pulun ona geri ödənilməsini tələb etməkdə haqlıdır. Müzakirə edilən bu tələb əsaslıdır. Birinci instansiya məhkəməsi bu tələbi təmin etməkdə iş üzrə düzgün və işin hallarına uyğun nəticəyə gəlmişdir.

38. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual hüquq normaların a əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır və əlavə hüquqi dəyərləndirmə aparılmasına lüzum görmür.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

40. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası q ə r a r a aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)1451/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar