Məhkəmə qərarları › İş №2(102)-4055/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4055/2019

18.06.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4055/2019 18.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi, vəkili Vəkil1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi, vəkili Vəkil2, üçüncü şəxs “xxxx” MMC nümayəndələri X3, X2 və vəkili Vəkil2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 yanvar 2019-cu il tarixli, 2(103)1362/2019 saylı qətnaməsindən Cavabdeh2 və üçüncü şəxs “xxxx” MMC ayrı-ayrılıqda verdikləri kassasi ya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 29 avqust 2018-ci il tarixli, 2(006)-1989/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim R.Ə.Səmədov) İddiaçı Cavabdeh1 və digərlərinə qarşı “qanunla müəyyən edilmiş hüquqlar məhdudlaşdırıldığı üçün həmin hərəkətlərin etibarsız hesab edilməsi, hərəkətlərin qanunsuz hesab edilməsi, təsisçilərin növbədənkənar ümumi yığıncağının protokolları əsasında qəbul edilmiş qərarların etibarsız hesab edilməsi” barədə iddiası rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 yanvar 2019-cu il tarixli, 2(103)-1362/2019 saylı qətnaməsi ilə (hakimlər E.C.Kazımov sədrlik edən, məruzəçi, T.S.Səmədov və İ.S.Şirinov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 29 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia ərizəsi qismən təmin edilərək, “xxxx” MMC təsisçilərinin 05 fevral 2008-ci il tarixli və 24 oktyabr 2016-cı il tarixli növbədənkənar ümumi yığıncağı, “xxxx-Renta” şirkətinin təsisçilərinin 20 oktyabr 2016-cı il tarixli növbədənkənar ümumi yığıncağı, BOKT “xxxx” MMC təsisçilərinin 31 oktyabr 2016-cı il tarixli növbədənkənar ümumi yığıncağı qanunla müəyyən olunmuş qaydada iddiaçıya xəbər verilmədən keçirildiyinə görə həmin hərəkətlər etibarsız hesab edilmiş, eləcə də “xxxx” MMC təsisçilərinin 05 fevral 2008-ci il tarixli və 24 oktyabr 2016-cı il tarixli növbədənkənar ümumi yığıncağının protokolları əsasında qəbul edilmiş qərarların, “xxxx-Renta” şirkətinin təsisçilərinin 20 oktyabr 2016 -cı il tarixli növbədənkənar ümumi yığıncağının protokolu əsasında qəbul edilmiş qərarların, BOKT “xxxx” MMC təsisçilərinin 31 oktyabr 2016-cı il tarixli növbədənkənar ümumi yığıncağının protokolu əsasında qəbul edilmiş qərarların etibarsız hesab edilməsi qət edilmişdir. Cavabdeh2 və üçüncü şəxs “xxxx” MMC qətnamədən ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə və üçüncü şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC, BOKT “xxxx” MMC və “xxxx-Renta” şirkətində təsisçilərinin növbədənkənar ümumi yığıncaqları qanunla müəyyən olunmuş qaydada ona xəbər verilmədən gizli keçirildiyinə görə, yəni onun qanunla verilən hüquqları məhdudlaşdırdığı üçün həmin hərəkətlərin etibarsız hesab edilməsi, onun haqqında böh tan və yalan məlumatların yayılması, təqsirsizlik prezumpsiyası hüququna edilən müdaxilələr kimi həmin hərəkətlərin qanunsuz hesab edilməsi və bu cür hərəkətlərə son qoyulması, “xxxx” MMC keçirilən təsisçilərin növbədənkənar ümumi yığıncağının 05 fevral 2008-ci il və 24 oktyabr 2016-cı il tarixli protokolları əsasında qəbul edilmiş qərarların etibarsız hesab edilməsi, BOKT “xxxx” MMC keçirilən təsisçilərin növbədənkənar ümumi yığıncağının 31 oktyabr 2016-cı il tarixli protokolu əsasında qəbul edilmiş qərarın etibarsız hesab edilməsi, “xxxx-Renta” şirkətində keçirilən təsisçilərin növbədənkənar ümumi yığıncağının 20 oktyabr 2016-cı il tarixli protokolu əsasında qəbul edilmiş qərarın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən mə hkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Cavabdeh2 və üçüncü şəxs “xxxx” MMC eyni məzmunlu olan kassasiya şikayətlərini onunla əsaslandırılmışlar ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh2 kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilib, iddia tələblərinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Üçüncü şəxs “xxxx” MMC kassasiya şikayətində isə iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yaxud qismən ləğv edilib, yeni qərar qəbul edilməklə Bakı şəhəri, Nəsimi rayon məhkəməsin in 29 avqust 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi, vəkili Vəkil2 və üçüncü şəxs “xxxx” MMC nümayəndələri xx, xx və vəkili Vəkil2 kassasiya şikayətlərində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar vermişlər. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayətləri təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edərkən, iddia tələblərinin qismən əsaslı olmasına, iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.1-1, 91.1-3, 354.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi, prosessual hüquq normalarının tətbiqin də və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işdən görünür ki, “xxxx-Renta” şirkətinin təsisçisi kimi iddiaçıya 20 oktyabr 2016-cı il tarixdə, saat 16:00-da şirkətin təsisçilərinin növbədənkənar ümumi yığıncağının keçiriləcəyi barədə bildiriş göndərilmiş və həmin bildirişin arxa hissəsində əlyazma ilə iddiaçının bildirişi qəbul etməkdən imtina etməsinə dair müvafiq qeydiyyat aparılmışdır. Lakin, buna baxmayaraq bildirişin məzmunu, keçiriləcək iclasın vaxtı və yeri haqqında iddiaçıya məlumat verildiyi qeyd edilmiş və bu barədə bildirişin üzərində mühafizəçilər İlkin Əmirov və Bəxtiyar Novruzov 14 oktyabr 2016-cı ii sözələri yazılmışdır. “xxxx -Renta” şirkətinin 20 oktyabr 2016-cı il tarixli protokolundan görünür ki, etibardan suiistifadə edərək həmin şirkətin əmlakını, o cümlədən bir çox vətəndaşları aldadaraq, hədə-qorxu gələrək əmlaklarını, həmçinin həmin şirkətin digər təsisçilərinin payına düşən xalis mənfəət gəlirini mənimsəməsi nəzərə alınaraq şirkətin nizamnamə kapitalındakı payı qaytarılmaqla, iddiaçının təsisçilikdən çıxarılması və onun törətmiş olduğu qanunsuz hərəkətlər barədə hüquqmühafizə və məhkəmə orqanlarına məlumat verilməsi qərara alınmışdır. Eləcə də “xxxx-Renta” şirkətinin 20 oktyabr 2016-cı il tarixdə, saat 16:00-da təsisçilərinin növbədənkənar ümumi yığıncağının protokolunun məlumat üçün iddiaçıya göndərilməsinə dair 21 oktyabr 2016-cı il tarixli bildirişdən görünür ki, həmin bilidirişin arxa hissəsində id diaçının 22 oktyabr 2016-cı il tarixdə təsisçilərin yığıncağının protokolunu tanımasına, protokolu qəbul etməkdən imtina etməsinə dair müvafiq qeydiyyat aparılmış və bu barədə bildirişin üzərində mühafizəçilər İlkin Əmirov və Bəxtiyar Novruzov 14 oktyabr 2016-cı il sözələri yazılmışdır. Həmçinin “xxxx” MMC təsisçisi kimi iddiaçıya 24 oktyabr 2016-cı il tarixdə, saat 15:00-da Cəmiyyətin təsisçilərinin növbədənkənar ümumi yığıncağının keçiriləcəyinə dair bildiriş göndərilmiş və həmin bildirişin üzərində əlyazma ilə iddiaçının bildirişi qəbul etməkdən imtina etməsinə dair müvafiq qeydiyyat aparılmış və bu barədə bildirişin üzərində mühafizəçilər İlkin Əmirov və Bəxtiyar Novruzov 16 oktyabr 2016-cı il sözələri yazılmışdır. “xxxx” MMC 24 oktyabr 2016-cı il tarixli protokolundan görünür ki, saxt a və yalançı əməlləri nəticəsində Cəmiyyəti borclandırdığına, habelə ağır maliyyə vəziyyətinə saldığına görə Cəmiyyətdəki nizamnamə kapitalındakı payı qaytarılmaqla iddiaçının təsisçilikdən çıxarılması və sonuncunun qanunsuz hərəkətləri barədə hüquq-mühafizə və məhkəmə orqanlarına məlumat verilməsi qərara alınmışdır. “xxxx” MMC 24 oktyabr 2016-cı il tarixdə, saat 15:00-da təsisçilərinin növbədənkənar ümumi yığıncağının protokolu məlumat üçün 25 oktyabr 2016-cı il tarixli bildirişlə iddiaçıya göndərilmiş və bilidirişin arxa hissəsində onun təsisçilərin yığıncağının protokolunu 27 oktyabr 2016-cı il tarixdə, təxminən saat 17:00 rdələrində qəbul etməkdən imtina etməsinə dair müvafiq qeydiyyat apırılmış və protokolun məzmununun tam olaraq ona çatdırılması qeyd olunmaqla, onun üzərində mühafizə çilər İlkin Əmirov və Bəxtiyar Novruzov sözələri yazılmışdır. BOKT “xxxx” MMC-nin təsisçisi kimi iddiaçıya 31 oktyabr 2016-cı il tarixdə, saat 15:00-da Cəmiyyətin təsisçilərinin növbədənkənar ümumi yığıncağının keçiriləcəyinə dair bildiriş göndərilmiş və bildirişin arxa hissəsində əlyazma ilə iddiaçının bildirişi qəbul etməkdən imtina etməsinə dair müvafiq qeydiyyat aparılmışdır. Buna baxmayaraq bildirişin məzmunu, keçiriləcək iclasın vaxtı və yeri haqqında iddiaçıya məlumat verilməsi qeyd edilməklə, onun üzərində mühafizəçilər İlkin Əmirov və Bəxtiyar Novruzov 24 oktyabr 2016-cı il sözləri yazılmışdır. BOKT “xxxx” MMC 31 oktyabr 2016-cı il tarixli protokolundan görünür ki, təsisçilərin gəlirlərinin artırılması məqsədi Cəmiyyətin “xxxx“ ASC alınmış səhmlər üçün ödənilmiş pul məbləğinin i ddiaçı tərəfindən ödəməməsini və sonuncunun əldə edilmiş gəlirləri mənimsəməsi nəzərə alınaraq onun Cəmiyyətin təsisçiliyindən çıxarılması və müvafiq sənədlərin hazırlanaraq aidiyyəti üzrə hüquq-mühafizə və məhkəmə orqanlarına göndərilməsi qərara alınmışdır. BOKT “xxxx” MMC-nin təsisçisi kimi iddiaçıya 01 noyabr 2016-cı il tarixli bildirişə əsasən 31 oktyabr 2016-cı il tarixdə, saat 15:00-da Cəmiyyətin təsisçilərinin növbədənkənar ümumi yığıncağının protokolu göndərilmiş, lakin sonuncunun təsisçilərin iclasının keçirilməsi protokolunu qəbul etməkdən imtina etməsinə dair 03 noyabr 2016-cı il tarixdə bildirişin arxa tərəfindən müvafiq qeydiyyat aparılmışdır. Buna baxmayaraq protokolun məzmunun iddiaçıya elan olunmasına dair mühafizəçilər xx və xx sözləri yazılmaqla, bildirişin üzərində müvaf iq qeydiyyat aparılmışdır. “xxxx” MMC 05 fevral 2008-ci il tarixli protokolundan görünür ki, Abşeron rayon İHB-nın 23 yanvar 2008-ci il tarixli, 066 saylı sərəncamına əsasən JN-0119 saylı Dövlət Aktları üzrə Cəmiyyətə məxsus Xırdalan şəhəri ərazisində 12,83 ha torpaq sahəsində təsisçilər Cavabdeh2 və Cavabdeh1 şəxsi vəsaitləri hesabına “xxxx” ticarət mərkəzinin tikilməsi, tikintinin aparılmasının xxxnin rəhbərliyi ilə xx və digərlərinə tapşırılması, tikintiyə ümumi nəzarətin xx həvalə olunması qərara alınmışdır. Təsisçilər bu məsələyə heç bir etiraz etməmiş, öz razılıqlarını protokola imza etməklə təsdiq etmişlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 91.1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncagıdır. Həmin Məcəllənin 91.1-1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. Həmin Məcəllənin 91.1-2-ci maddəsinə əsasən, cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə m üəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır. Həmin Məcəllənin 91.1-3-cü maddəsinə əsasən, cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağırılır. Ləğvetmə prosesində olan cəmiyyətin növbədənkənar ümumi yığıncağı ləğvetmə komissiyası tərəfindən çağırılır. Həmin Məcəllənin 91.3-cü maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyət iştir akçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək; cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; cəmiyyətin illik hesabatlarını və mühasibat balanslarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək; cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək; cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya təftiş komissiyasını (müfəttişini) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; bu Məcəllənin 49-1.2-ci maddəsində və 87.10-cu maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin iştirakç ısı cəmiyyətin nizamnamə kapitalındakı payını və ya onun bir hissəsini həmin cəmiyyətin bir və ya bir neçə iştirakçısına sata bilər və ya başqa qaydada güzəşt edə bilər. Həmin Məcəllənin 93.2 ci maddəsinə əsasən, cəmiyyət iştirakçısının öz payını (onun bir hissəsini) üçüncü şəxslərə özgəninkiləşdirilməsinə, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, yol verilir. Həmin Məcəllənin 93.3-ci maddəsinə əsasən, cəmiyyətin iştirakçıları iştirakçının payını (onun bir hissəsini) öz paylarının miqdarına mütənasib surətdə satın almaqda üstünlük hüququna malikdirlər, bu şərtlə ki, cəmiyyətin nizamnaməsində və ya onun iştirakçılarının razılaşmasında həmin hüququn həyata keçirilməsinin ayrı qaydası nəzərdə tutulmasın. Cəmiyyətin iştirakçısı öz payını (onun bir hissəsini) özgəninkiləş dirmək istədikdə həmin payın (onun bir hissəsinin) satın alınmasını ilkin olaraq cəmiyyətin digər iştirakçılarına təklif etməlidir. Əgər cəmiyyətin iştirakçıları xəbərdar edildikləri gündən bir ay ərzində və ya cəmiyyətin nizamnaməsində və ya onun iştirakçılarının razılaşmasında nəzərdə tutulan başqa müddətdə öz üstünlük hüququndan istifadə etməzlərsə, iştirakçının payı üçüncü şəxsə özgəninkiləşdirilə bilər. Həmin Məcəllənin 95-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər. Həmin Məcəllənin 96.1-cı maddəsinə əsasənməhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğ un əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, apellyasiya şikayətinin dəlillərini araşdırıb, haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən sadalanan maddi hüquq normalarının tələblərini pozaraq işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərələrin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddi açının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Əvvəla, Mülki Məcəllənin 91.1-3-cü maddəsində göstərilir ki, cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı nizamnamədə müəyyən edilən hallarda və qaydada çağrılır. Qeyd olunan maddə blanket norma olmaqla, bu m əsələni cəmiyyətin nizamnaməsinə yönləndirir. BOKT “xxxx” MMC nizamnaməsinin 6.5-ci bəndində göstərilir ki, növbədənkənar ümumi yığıncaq Cəmiyyətin maraqları tələb etdikdə istənilən hallarda çağrılmalıdır. “xxxx” MMC və “xxxxRenta” şirkətinin nizamnaməsində isə növbədənkənar ümumi yığıncağın keçirilməsi halları və qaydası dəqiq və konkret göstərilməmişdir. Göründüyü kimi, BOKT “xxxx” MMC nizamnaməsində növbədənkənar ümumi yığıncağın keçirilməsi nəzərdə tutulsa da, “Cəmiyyətin maraqları tələb etdikdə” ifadəsinin mahiyyəti açıqlanmamış, həmçinin bunun hansı qaydada keçirilməsi dəqiq müəyyən edilməmişdir. Ona görə də, növbədənkənar ümumi yığıncağın keçirilməsinin faktiki əsası qanuni (müqavilə) əsasının şərtləri ilə uzlaşmadığı işdən açıq-aydın görünür. Digər tərəfdən Mülki Məcəllənin 91.1-1- ci maddəsinin imperativ tələbinə görə, iddiaçının da təsisçi kimi ümumi yığıncağın istər növbəti, istərsə də növbədənkənar yığıncağında şəxsən iştirak etmək və ya Mülki Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçı kimi iddiaçının həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət isə etibarsızdır. Eyni zamanda Cəmiyyətin iştirakçısı kimi ümumi yığıncaqda onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Lakin iddiaçı sözügedən hüquqi şəxslərin yuxarıda qeyd olunan tarixlərdə keçirilən təsisçilərin növbədənkənar ümumi yığıncaqlarına qanunla nəzərdə tutulmuş qaydada çağrılmamı şdır və bu hal iş materialları ilə açıq-aşkar təsdiq olunur. Belə ki, iş materialına “xxxx” MMC direktoru tərəfindən təqdim edilmiş “xxxx-Renta” şirkətində 20 oktyabr 2016-cı il tarixdə, “xxxx” MMC 24 oktyabr 2016-cı il tarixdə, BOKT “xxxx” MMC 31 oktyabr 2016-cı il tarixdə keçiriləcək yığıncaqların yeri və vaxtı barədə və təsiçilərin ümumi yığıncağının protokollarının göndərilməsi barədə iddiaçıya ünvanlanan bildirişlərin mühafizəçi Bəxtiyar Novruzov və İlkin Əmirov tərəfindən təqdim edilməsinə cəhd edildiyi, iddiaçı həmin bildirişləri qəbul etmək istəmədikdə isə, hətta məzmunun ona çatdırılması barədə qeydlər mövcudur. Bu cür hallar cavabdeh tərəfin gətirdiyi arqumentlərin əsassız, hazırki iddia tələblərinin isə tam əsaslı olduğuna dəlalət edir. Çünki, iddiaçını təsiçilərin ümumi yığınca ğına çağrılmasının, yaxud ümumi yığıncağın protokollarının göndərilməsini “mühafizəçi Bəxtiyar Novruzov və İlkin Əmirov” adlı şəxslərə həvalə edilməsi başa düşülən olmamaqla yanaşı, həm də ziddiyyətlidir. Çünki, işdən həmin mühafizəçilərin “xxxx” MMC mühafizə və təhlükəsizlik xidmətinin əməkdaşları olduğu görünür və onlarla iddiaçı arasında həm mülki məhkəmə icraatında, həm də cinayət mühakimə icraatı qaydasında çoxsaylı mübahisələrin və bununla bağlı araşdırmaların aparıldığı təsdiq olunur. Belə vəziyyətdə, iddiaçını təsisçilərin ümumi yığıncağına onların vasitəsilə çağrılması yaxud protokolları onların vasitəsilə göndərilməsinin pis niyyətlə olmadığını cavabdeh tərəf məhkəmə iclasında sübut etməli idi. Lakin, cavabdeh tərəfindən buna təşəbbüs belə göstərilməmişdir. “xxxx-Renta” şirkətind ə 20 oktyabr 2016-cı il tarixdə, “xxxx” MMC 24 oktyabr 2016-cı il tarixdə, BOKT “xxxx” MMC 31 oktyabr 2016-cı il tarixdə keçirilən təsisçilərin növbədənkənar ümumi yığıncaqlarının gündəliyinə salınmış məsələlər demək olar ki, eyni məzmunlu, yəni təsisçilər tərəfindən öhdəliklərin icra edilməsi ilə əlaqədar ümumi yığıncağın təşkili, iddiaçının nizamnamə kapitalındakı payı qaytarılmaqla təsisçilikdən çıxarılması məsələləri olmuşdur. Hər üç yığıncağın nəticəsində digər iki təsisçi tərəfindən qərarlar qəbul edilərək üçüncü təsisçi olan iddiaçının nizamnamə kapitalındakı payı qaytarılmaqla onun təsisçilikdən çıxarılması qərara alınmış və barəsində hüquq mühafizə orqanlarına müraciət edilməsi göstərilmişdir. Lakin nə mülki qanunvericilikdə, nədəki qeyd olunan hüquqi şəxslərin nizamnaməsində təsi sçilərin bu cür qərarlar qəbul edilməsinin qanuni əsası nəzərdə tutulmamışdır. Belə ki, iki təsisçinin üçüncü təsisçinin təsisçilikdən çıxarılmasının hüquqi əsası mövcud deyildir. Belə olan vəziyyətdə təsisçilərin növbədənkənar ümumi yığıncaqlarında qəbul edilən qərarları digər təsisçilər əsaslı və düzgün hesab etsələr də, ümumiyyətlə onların bu cür qərar qəbul etmək səlahiyyətləri olmamışdır. Çünki, Mülki Məcəllənin 93.1-93.6-cı maddəsinin məzmununa və mahiyyətinə görə iddiaçının təsisçi kimi həmin cəmiyyətdə olan nizamnamə kapitalında və təsisçi paylarının üzərində mülkiyyət hüququ vardır. Digər təsisçilər tərəfindən iddiaçının mülkiyyət hüququnun bu qaydada pozması yolverilməzdir. Çünki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur (Konstitusiya nın 13-cü maddəsinin 1-ci hissəsi). Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 29-cu maddəsi 4-cü hissəsi). Mülki Məcəllənin tələbinə əsasən, iddiaçının cəmiyyətin əmlakındakı bütün payına tutmanın yönəldilməsi halında onun cəmiyyətdə iştirakına xitam verilə bilər (Mülki Məcəllənin 94.1,94.2-ci maddəsi). Həmçinin məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı kimi iddiaçının digər iştirakçıların (təsisçilərin) razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər (Mülki Məcəllənin 95,96.1-ci maddəsi). Göründüyü kimi, qanunvericilik digər iştirakçıların razılığından asılı olmayaraq təsisçiyə cəmiyyətdən çıxmağı onun hüququ kimi nəzərdə tutmuşdur. Yəni iştirakçılara bu qaydada hansısa iştirakçını təsisçilikdən çıxarmaq hüququ verilməmişdir. “xxxx” MMC təsisçilərinin növbədənkənar ümumi yığıncağının 05 fevral 2008-ci il tarixli iclasının həqiqətən məhz həmin vaxt, özü də iddiaçının iştirakı olmadan keçirilməsi də ziddiyyətli olmaqla yanaşı, həm də şübhəlidir. Belə ki, qeyd olunan yığıncaqda “xxxx” MMC məxsus Xırdalan şəhəri ərazisində 12,83 ha torpaq sahəsində təsisçilər Cavabdeh2 və Cavabdeh1 şəxsi vəsaitləri hesabına “xxxx” ticarət mərkəzinin tikilməsi, tikintinin aparılmasının xxxnin rəhbərliyi ilə Cavanşir Məmmədova və digərlərinə tapşırılması, tikintiyə ümumi nəzarətin xxxyə həvalə olunması qərara alınmışdırsa, iddiaçının da təsisçi kimi qeyd olunan tarixdə keçirildiyi iddia olunan ümumi yığıncağa cağrılmamasının səbəbləri məlum deyil. Belə ki, işdən və tərəflərin qarşılıqlı münasibətlərindən aydın olur ki, hazırda old uğundan fərqli olaraq həmin vaxt təsisçilər arasında hər hansı bir məhkəmə mübahisə və fikir ayrılıqları olmamışdır. Buna görə də, məhz həmin tarixdə iddiaçının iştirakı olmadan ümumi yığıncağın keçirilməsi inandırıcı və ağlabatan görünmür. Bu qənaət həm də ona görə əsaslıdır ki, “xxxx” ticarət mərkəzi digər təsisçilərin şəxsi vəsaiti hesabına tikilmişdirsə, onda həmin mərkəzdə iddiaçının və ailə üzvlərinin, həmçinin qohumlarının adına çoxsaylı mağazalara dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bu hallar ona dəlalət edir ki, həqiqətən 05 fevral 2008-ci il tarixdə “xxxx” MMCnin təsisçilərin növbədənkənar ümumi yığıncağı keçirilməmiş, keçirilmiş olsa belə təsiçi kimi iddiaçıya məlumat verilmədən keçirilmiş və həmin yığıncaqda qeyd olunan formada qərar qəbul edilə bilməzdi. Birinci instansiya məhkəməsi iddianın əsassız olması qənaətinə gəlməklə yanaşı, həm də qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddətinin keçməsini əsas tutub hazırki mülki mübahisəyə iddia müddətini tətbiq etməkdə də səhvə yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi iddianın əsassız olmasına və iddia müddətinin axımının başlanıldığı günü təsisçilərin növbədənkənar ümumi yığıncaqlarının yeri və vaxtı barədə, habelə qəbul edilmiş qərarlar barədə iddiaçıya məlumat verildiyi vaxtdan hesablasa da, iddiaçının öz hüququnun pozulduğunu bildiyi anı düzgün müəyyən etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi hansı əsasla göstərilən nəticəyə gəldiyini qətnamədə əsaslandırmamışdır. Halbuki bu, iddia müddəti institutunun tətbiqi üçün şərtlərin olub-olmaması baxımı ndan mühüm əhəmiyyət kəsb edir, çünki hər bir ayrı hal da konkret hallardan asılıdır. Deməli, iddia müddəti institutu formal əsaslarla, yalnız iddia ərizəsi ilə məhkəməyə müraciət edilən tarix əsas götürülməklə tətbiq oluna bilməz. “xxx şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməl i, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi, iddia müddətinin keçməsini əsas tutub iddia tələblərini rədd etməkdə haqlı olmamışdır. Çünki, birinci instansiya məhkəməsi iddia müddətinin axımının başlanğıcı vaxtını düzgün müəyyən etməmiş, iddiaçının öz hüququnun pozulduğunu bildiyi anı dəqiq təyin etmədən, eləcə də iddiaçının öz hüququnu pozulduğu vaxtı 2017-ci ilin oktyabr ayında, yəni başqa bir məhkəmə işi üzrə bil məsinə, dərhal həmin vaxt qarşılıqlı iddia ilə məhkəməyə müraciət etməsinə, qarşılıqlı iddianın ilk iddia ilə birlikdə baxılmasının mümkün olmamasına dair məhkəmə qərarı olduğundan, onun 3 ay sonra hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etməsini nəzərə almadan, Mülki Məcəllənin 354.2-ci maddəsinin təfsirində səhvə yol vermişdir. Digər tərəfdən birinci instansiya məhkəməsinin bu hüquqi mövqeyi özü də ziddiyyətli olmuşdur. Çünki, məhkəmənin gəldiyi qənaətə gör iddiaçının cavabdehə qarşı hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etməyə müvafiq subyektiv hüququ olmamışdır. Belə olan halda, müddətin keçməsinin tətbiq edilməsi özü ziddiyyətlidir. Çünki, cavabdeh tərəf iddiaçıya qarşı hər hansı bir mülki hüquq pozuntusu törətməmişdirsə, yəni iddiaçının cavabdehə qarşı hazırki iddia tələbini irəli sürməyə subyektiv hüququ olmamışsa, cavabdehlər iddiaçının subyektiv hüququnu pozmamışsa, yaxud iddiaçının subyektiv hüququ pozulsa belə, bu pozuntunu cavabdeh tərəf etməmişdirsə, onların iddia müddətinin tətibiqi barədə ərizə verməsi və narahat olması anlaşılan deyil. Hazırki iddia tələbləri üzrə cavabdeh tərəf iddiaçının gətirdiyi dəlillərə dair öz etirazının əsası kimi bu halları təkzib etmək üçün kifayət qədər ciddi arqumentlərdən istifadə etməmişdir. Belə ki, cavabdeh tərəf təsisçilərin növbədənkənar ümumi yığıncaqlarının yeri və vaxtı barədə, habelə qəbul edilmiş qərarlar barədə iddiaçıya məlumat verildiyini sübut etməlidirlər. Bu halı sübut etmək vəzifəsi, artıq cavabdeh tərəfin üzərinə düşür. Lakin cavabdeh tərəfin istinad etdiyi sənədlər, gətirdiyi dəlillər, inandı rıcı görünmür. Çünki, bu dəlillər iddia tələbinə etiraz kimi gətirilən şəxsi mülahizələrə əsaslanır. Digər tərəfdən Mülki Məcəllənin 384.0.4-cü maddəsinin tələblərinə görə, hazırki mülki mübahisəyə ümumiyyətlə iddia müddəti şamil edilə bilməzdi. Çünki, iddiaçının təsisçi kimi qeyd olunan Cəmiyyətlərdəki təsisçilik payı üzərində mülkiyyət hüququ vardır.Təsisçilərin növbədənkənar ümumi yığıncağının qərarı ilə təsisçilik payı üzərində mülkiyyət hüququ olan təsisçi heç bir halda onun iradəsinə zidd təsisçilikdən çıxarıla bilməzdi. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 354.2-ci maddəni hazırki iş üzrə tətbiq edərkən, həmin maddənin tələbini də nəzərə almamışdır. Çünki, həmin müddəa qanunda xüsusi norma kimi nəzərdə tutulmaqla iddia müddəti ilə bağlı deyil və həmin normanın tətbiqi barəd ə məhkəməyə ərizə təqdim olunmasına ehtiyac yoxdur. Bununla yanaşı, həmin norma mübahisə edilən əqdlər üzrə tətbiq edilə bilər. Hazırki iş üzrə təsisçilərin növbədənkənar ümumi yığıncaqlarında qəbul edilən qərarlar əqd kimi qiymətləndirilsə belə, bunlar mübahisə edilən əqdlərə aid edilə bilməz. Çünki, təsisçilərin növbədənkənar ümumi yığıncaqlarında qəbul edilən qərarlar özü-özlüyündə əhəmiyyətsiz olduqlarından etibarsızdır, ona görə ki, bu cür qərarlar qəbul edilməsinin hüquqi əsası olmamaqla yanaşı, iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Göstərilənlərlə yanaşı, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddia tələbinin “iddiaçı haqqında böhtan və yalan məlumatların yayılması, təqsirsizlik prezumpsiyası hüququna edilən müdaxilələr kimi-hərəkətlərin qanunsuz hes ab edilməsi və bu cür hərəkətlərə son qoyulması” hissəsi qeyri-müəyyən olmaqla konkret olmadığından hazırki vəziyyətdə təmin edilə bilməz. Belə ki, işdən görünür ki, iddiaçı ilə cavabdehlər arasında həm mülki mühakimə icraatı qaydasında çoxsaylı məhkəmə mübahisələri mövcuddur və hazırda da davam edir, həm də cinayət mühakimə icraatı qaydasında da araşdırmalar aparılmış və müvafiq qərarlar qəbul edilmişdir. Əlbətdə, iddiaçı həm mülki, həm də cinayət mühakimə icraatı(xüsusi ittiham) qaydasında bu məzmunlu tələblərlə məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Lakin bu hüquqdan istifadə edərkən tələblər konkret, dəqiq və aydın olmalıdır. Buna baxmayaraq, tələbin bu hissəsinin hazırki iş üzrə təmin edilməməsi, həmin tələblərin konkretləşdirilmiş və dəqiqləşdirilmiş şəkildə yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorların kassasiya şikayətlərində göstərdikləri dəlilləri təkrar müzakirə etməyə lüzum gömür və belə qənaətə gəlir ki, apellyasiya i nstansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi mülki iş materialları ilə öz təsdiqini tapmadığından, kassasiya şikayətləri təmin edilmədən, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh2 və üçüncü şəxs “xxxx” MMC ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 yanvar 2019-cu il tarixli, 2(103)-1362/2019 saylı qətnaməsi onların kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar