Məhkəmə qərarları › İş №2(102)-4055/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4055/2020

02.10.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4055/2020 02.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili Xudatlı Orxan Vəlyəddin oğlunun, Cavabdeh MMC-nin vəkili Bədirli Rüfət Mirrafiq oğlunun iştirakları ilə, İddiaçı və vəkili Xudatlı Orxan Vəlyəddin oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2020-ci il tarixli, 2(103)-1483/2020 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkə məsinin 08 noyabr 2019-cu il tarixli, 2(006)-6462/2019 saylı qətnaməsi ilə (hakim S.R.Mustafayeva) İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi, əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2020-ci il tarixli, 2(103)1483/2020 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi X.Ə.Sarıyev, V.T.Həsənov və Ş.A.Məmmədova) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli, 2(006)6462/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-nin 04.09.2019-cu il tarixli, 19 3 №-li əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 12.03.2015-ci il tarixdən Cavabdeh MMCdə X5 müdiri vəzifəsinə işə qəbul edilmiş, işlədiyi dövr ərzində heç bir əmək və icra intizamını pozmamış, rəhbərlik tərəfindən heç vaxt inzibati tənbeh tədbiri almamış, iş yerində heç bir zaman ciddi nöqsana yol verməmişdir. Aşağıdakı əsaslara görə həmin MMC-nin əmək müqaviləsinə xitam verilməsi barədə 193№-li əmrini əsassız hesab edir. Belə ki, cavabdeh tərəfindən iddiaçı işdən çıxarılarkən verilmiş əmrdə mübahisəli əmrin məzmunu ƏM-nin 84.1cü maddəsində nəzərdə tutulmuş şərtlərə əməl edilmədən tərtib edilmişdir. Həmçinin, cavabdeh təşkilatı 04.09.2019-cu il tarixli 193 №-li əmrində Əmək Məcəlləsinin 70-ci maddənin ”b” bəndi ilə əmək müqaviləsini ləğv edərkən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Cavabdeh əmək müqaviləsinə xitam verərkən iddiaçıya azı dörd təqvim həftəsi qalmış xəbərdarlıq etməli olduğu halda bunu etməmiş, subyektiv olaraq əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam vermişdir. Göründüyü kimi, onun işdən çıxarılma barədə əmri verilərkən əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instan siyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə və ya iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İddiaçı və vəkili Xudatlı Orxan Vəlyəddin oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işə qeyri-obyektiv, qərəzli yanaşmış, işəgötürəni qorumağa çalışmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Xudatlı Orxan Vəlyəddin oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin vəkili Bədirli Rüfət Mirrafiq oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı üzrlü səbəb olmadan iştirak etməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı vəkili Xudatlı Orxan Vəlyəddin oğlunun, Cavabdeh MMC-nin vəkili Bədirli Rüfət Mirrafiq oğlunun izaha tlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasın da düzgün tətbiq olunub-olunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apelyasiya şikayətinin təmin edilməli olmamasına dair apelyasiya instansiyası məhkəməsinin qətnaməsi işin aşağıdakı müəyyən olunmuş halları üzrə əsaslandırılmışdır. İddiaçının cavabdeh təşkilatın 04.09.2019-cu il tarixli, 193 №-li əmrində əmək müqaviləsinin ləğv edilməsinin əsaslandırılmamasına dair dəlilini apelyasiya instansiyası məhkəməsi ona görə əsassız hesab etmişdir ki, əmrin təsviri və əsaslandırıcı hissələrində şirkətin X5 müstəqil struktur vahidi olaraq ləğv edilməsi və sözügedən Şöbənin müdiri vəzifəsində işləyən iddiaçının əmək müqaviləsinə xit am verilməsi zərurətinin yaranması ətraflı qeyd olunmuşdur. İddiaçının ƏM-nin 77-ci maddəsinə əsasən əvvəlcədən xəbərdarlıq edilməməsi ilə bağlı dəlilini əsassız hesab edərək apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ixitisar olunacağı barədə ƏM-nin 77-ci maddəsinin tələblərinə uyğun olaraq əvvəlcədən xəbərdar olunmuş, onunla azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli əmək haqqının birdəfəyə ödənilməklə əmək müqaviləsinə xitam verilməsi barədə razılığa gəlinmiş və həmin müavinət iddiaçının əmək haqqı kartına köçürülmüşdür. Bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, “xxxx” ASC-nin 07.02.2020-ci il tarixli, 630 saylı məktubuna əlavə edilmiş iddiaçının kart hesabına daxil olmalar və istifadə olunm alarla bağlı hesabdan çıxarışdan görünür ki, İddiaçı hesabında 02.09.2019-cu il tarixdə 4260,49 manat məbləğində pul olmuşdur. Cavabdeh olan işəgötürən Cavabdeh MMC tərəfindən 04.09.2019-cu il tarixdə 11749,97 manat son haqqhesab və 14813,17 manat kompensasiya məbləğləri köçürülmüşdür. Həmin məbləğlər 18.09.2019-cu il tarixdən başlayaraq, iddiaçı tərəfindən istifadə olunmağa başlamış, 04.02.2020-ci ildə hesabda 4812,44 manat məbləğində pul qalmışdır. Apelyasiya instansiyası məhkəməsi bununla bağlı bu nəticəyə gəlmişdir ki, yuxarıda göstərilən hallar iddiaçı tərəfin ixtisarla bağlı əvvəlcədən məlumatlı olmamasına dair dəlillərini təkzib edir. İddiaçının iddia tələbinin əmək müqaviləsinə xitam verilərkən 02.09.2019-cu il tarixdən 15.09.2019-cu il tarixədək növbəti əmək məzuniyyətində olması dəlili ilə bağlı apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı 02.09.2019-cu il tarixdən 15.09.2019-cu il tarixədək növbəti əmək məzuniyyətində olmasını təsdiq edən sübut növünü məhkəməyə təqdim etməmiş, cavabdeh tərəf isə bu faktın mövcudluğunu təsdiq etməmişdir. İddiaçının iddia ərizəsində həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinin müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilməsinə dair dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, ƏM-nin 80.1-ci maddəsinin tətbiqi üçün məhz həmin işçinin həmkar ittifaqının üzvi olması tələb olunur. Lakin iddiaçının həmkarlar ittifaqının üzvi olmasına dair heç bir sübut növü təqdim olunmadığı üçün məhkəmə bu dəlili də əsassız sayır. Apelyasiya instansiyası məhkəməsi qeyd olunanlara əsasən bu nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni aşağıda göstərilənlərə əsasən qanuni və əsaslı hesab etmir. İş materiallarından göründüyü kimi 12.03.2015-ci il tarixində Cavabdeh MMC-nin direktoru Andaç Gürkan Hüseyin oğlu ilə İddiaçı İsa oğlu arasında 12 ay müddətinə əmək müqaviləsi bağlanılmış və həmin müqavilədə sonuncunun vəzifəsi kimi “Daxili nəzarət departamentinin rəhbəri” olduğu göstərilmişdir. Həmçinin iş materiallarından görünür ki, 10.04.2019-cu il tarixdən tərəflər arasındakı əmək müqaviləsinin növünün müddətsiz old uğu təsbit olunub (i/v 30). Lakin bundan 5 ay sonra, yəni 04.09.2019-cu il tarixində İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq xitam verilmişdir. Bununla əlaqədar apelyasiya şikayətinin dəlili kimi qeyd olunmuşdur ki, əmək müqaviləsinə xitam verilməsi barədə 04.09.2019-cu il tarixli əmrin preambula hissəsindən görünür ki, Daxili Nəzarət şöbəsi müstəqil struktur bölmə olaraq ləğv edilməklə Maliyyə şöbəsinin tərkibində tabeli bölmə olaraq yenidən təşkil edilmiş, lakin həmin vəzifə iddiaçıya təklif olunmayıb, bununla ƏM-nin 71.1-ci maddəsinin tələblərinə əməl olunmayıb. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin həmin dəlilinə hüquqi qiymət verilməmişdir. Bundan əlavə ƏM-nin 77.1-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Lakin apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin ƏM-nin 77.1-ci maddəsinin tələbləri baxımından iddiaçının cavabdeh tərəfindən azı dörd təqvim həftəsi əvvəlcədən əmək müqaviləsinə xitam verilməsi barədə rəsmi xəbərdar olunmamasına dair dəlilinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, işin 19-cu vərəqində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 2 saylı region üzrə X1 İddiaçı ünvanlandığı 03 oktyabr 2019-cu il tarixli, **********5 saylı məktubunda İddiaçı 11.09.2019-cu il tarixli müraciətinə cavab olaraq aşağıdakılar bildirilmişdir: ”Araşdırma zamanı sizin təqdim etdiyiniz sənədlərdən əmək müqavilənizə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddələrinin tələblərinə əməl edilməməsi faktı müəyyən edilmişdir. Bununla əlaqədar tərəfimizdən Cavabdeh MMC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə müvafiq olaraq 25.09.2019-cu il tari xli, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir”. Həmin məktubdan göründüyü kimi İddiaçı işdən qanunsuz çıxarılmasına dair yuxarıda qeyd olunan təşkilata şikayət məktubu ilə 11.09.2019-cu il tarixdə müraciət etmişdir. Apelyasiya instansiyası məhkəməsi isə İddiaçı onun hesabına köçürülmüş məbləğdən 18.09.2019-cu il tarixdən istifadə etməyə başlamasına istinad etmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi apelyasiya instansiyası məhkəməsi ƏM-nin 77.1-ci maddəsində nəzərdə tutulan Əmək müqaviləsinə xitam verilməzdən əvvəl işçinin azı dörd həftə əvvəl “rəsmi xəbərdar” edilməsinə dair müddəasını düzgün təfsir etməmişdir. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi 2 saylı region üzrə X1 yuxarıda qeyd olunan məktubunda göstərilən “Cavabdeh “ MMC-nin vəzifəli şəxsi b arəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə müvafiq olaraq 25.09.2019-cu il tarixli, ******* saylı inzibati xəta haqqında protokol qərarının nədən ibarət olmasını, onun qüvvədə olub-olmamasını araşdırmamışdır. Bundan əlavə iddiaçının iddia tələbində 02.09.2019-cu il tarixdən 15.09.2019-cu il tarixədək növbəti əmək məzuniyyətində olması dəlili ilə bağlı apelyasiya instansiyası məhkəməsi tam araşdırma aparmamış, iddiaçının 02 sentyabr 2019-cu il tarixdən işdən azad olunduğu 04.09.2019-cu il tarixədək işdə olub-olmamasını, əmr olmadığı halda iddiaçının bunu hansı məqsədlə yazmasını, qarşılıqlı razılaşma əsasında iddiaçının həmin dövrdə faktiki əmək məzuniyyətində olub-olmamasını, bununla əlaqədar 2 saylı region üzrə X2 iddiaçının hansı məzmunda ərizə ilə müraciət etməsini araşdırmamışdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxa rıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2020-ci il tarixli, 2(103)-1483/2020 saylı qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar